Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Xatirə Mollayeva Mollahavı hu***@gmail.com ID: 2334
Salam. Pandemiyaya görə muzdlu işçilərin maaşı iki aya bölünub aprel bə may aylarında verilməli idi. Aprel ayın pulunu mayın axırında güclə aldım, may ayın pulu nə zaman veriləcək. İşlədiyim yerin yiyəsi hər dəfə cavabı eynidir "pul hələ köçürülməyib". Mən bilmək istərdim ki, dəqiq məlumatı haradan ala bilərəm ki, pul köçürülüb ya yox? Şübhə edirəm ki, bəlkə pulları mənimsəyib? Vəziyyətim ağırdı, çünki kirayədə qalıram, heç olmasa evin pulunu ödəyə bilim.
01/07/2020 Read: 27 Average count: 0

Salam. İş yeriniz haqda məlumatları, sahibkarın adını və VÖEN-ini qeyd etməklə səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Əliyev Şahgəldi ni***@gmail.com ID: 2332
Salam. Zəhmət olmasa araşdırıb açıqlama getirərdiniz ki, aşağıdakı fiskallar niyə ləğv olunubdur? **********
01/07/2020 Read: 37 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Aliyev Sahgeldi ni***@gmail.com ID: 2331
Salam. Zəhmət olmasa araşdırıb açıqlama getirerdiniz ki asaqidaki fiskallar niyə ləğv olunubdur?
01/07/2020 Read: 25 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Cahangir Tahir gu***@mail.ru ID: 2329
Salam. Mən 22.05.2020 ildə irşad electronics mağazasindan bir kart ilə telefon aldım. Həmin çekin ƏDV-nİ sistemə vurdum. Lakin, bir müddət keçdikdən sonra ƏDV ləğv olundu. Səbəbin necə öyrənmək olar?
30/06/2020 Read: 60 Average count: 0

Bildiririk ki, çekin yaranma tarixindən 30 gün keçdikdən sonra çekin statusu vahid məlumat bazası ilə avtomatik olmaqla təkrar yoxlanlır. Çek qüvvədə olmadıqda, “ləğv olunan” statusu ilə “tarixçə” bölməsində saxlanılır.

Elektron müraciətlərinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Cahangir Məmmədov Tahir oğıu j.***@gmail.com ID: 2327
Salam. www.edvgerial.az saytında yaradılmış kabinetimdə daxil etdiyim bir fiskal ID üzrə çek ləğv olunub. Səbəbini bilmək istəyərdim. Onlaynda əks olunan çekdə yazılır ki, Çek üzrə ƏDV geri qaytarılması həyata kecirilməvib. Həmin fiscal id-ni diqqətinizə çatdırıram - **********. Zəhmət olmasa araşdırıb məlumat verərdiniz. Əvvəlcədən təşəkkür edirəm.
30/06/2020 Read: 42 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Osmanov Zaur Tahir vi***@gmail.com ID: 2326
Mən asan imza üçün müraciət edirəm. Covid 19 ilə əlaqədar karantin dövründə icazə almaq və iş fəaliyətimi davam etdirmək üçün nə etməliyəm?
30/06/2020 Read: 35 Average count: 0

“ASAN İmza” sertifikatlarının verilməsi ASAN xidmət mərkəzində və vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. Asan İmza üçün müraciət edən şəxs tərəfindən ilk növbədə hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə edilməli, daha sonra tələb olunan digər sənədlərlə ASXM-ə müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir.

0/5 (0 Average count)
Qiymət ver:
Aliyeva Aynure Sedreddin qizi al***@gmail.com ID: 2325
Mən sadələşmiş sabiq vergi ödəyicisiyəm. Amma bu pandemiya dövründə işləmirəm. Mən vergi borcumu necə ödəməliyəm, gəlirim yoxdur?
30/06/2020 Read: 50 Average count: 0

Məlum olduğu kimi,  Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. Həmçinin, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar olaraq, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət Vergi Məcəlləsinin 218.4.4-cü maddəsində nəzərdə tutulan fəaliyyəti həyata keçirən şəxslərin əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilmir və ödənilmiş vergilər növbəti ayların ödəmələrinə aid edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Zamin Nuriyev Esed Za***@mail.ru ID: 2324
Salam. Bol kart ilə 12 aylıq faizsiz Taksit alış-veriş edildi (kontakt home). VÖEN 1401005061 RRH 000161204267 Edvgeri.al üçün fiksal kod çekdə görünmədi. Mümkünsə səbəb üçün yardımçı olardınız.
29/06/2020 Read: 55 Average count: 5

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Elxan Əsgərov Eldar oğlu el***@outlook.com ID: 2323
Salam. İnternet üzərindən verilən sifarişlər əsasında ünvana çatdırma ilə Pərakəndə satış həyata keçirdikdə satış hansı formada rəsmiləşdirilməlidir? NKA qeydiyyata alınması üçün hər hansı bir obyekt yoxdur.
29/06/2020 Read: 55 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən qeyd olunan fəaliyyət təsərrüfat subyekti (obyekti) vasitəsilə həyata keçirdiyi halda təsərrüfat subyekti (obyekti) vergi uçotuna qoyulmalı və nağd pul hesablaşmaları nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidir.

Sorğunuzda qeyd olunan halda, sifariş edilən malların dəyəri alıcıya çatdırılan zaman nağd qaydada ödənildiyi halda alıcıya qəbz və ya digər ciddi hesabat blanklarından biri təqdim edilməlidir. Həmin qəbz və ya digər ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatlar əks etdirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Etibar Gulverdiyev Islam et***@gmail.com ID: 2322
Salam, sizdən xahişim vardır. Nazirler Kabinetinin yeni sərt karantin rejiminə uyğun olaraq vermiş olduqları 21.06.2020 tarixindən 05.07.2020 tarixinə kimi uzadılmış olan karantinə görə şirkətlərə işçilərin maaşının bir hissəsinin ödənilməsi ilə bağlı maddi dəstək olunubmu? Bizim çalışmış olduğumuz şirkət bizə bildirir ki, heç bir ödəniş olunmayıb. Sizdən xahişim bu barədə məlumat verməyinizdir.
29/06/2020 Read: 37 Average count: 0

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilir və yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Bağırova Məmi sv***@gmail.com ID: 2321
Salam. Vergilər Nazirliyinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi Nərimanov 1 (yeni təmir olunan) adresi öyrənmək istəyirəm.
29/06/2020 Read: 35 Average count: 0

Qeyd etdiyiniz vergi ödəyicilərinə xidmət mərkəzi Bakı şəhəri, Nərimanov rayonu, A.Neymətulla küçəsi, 44 (N.Nərimanov adına metro stansiyasının yaxınlığı) ünvanında fəaliyyət göstərir. 

0/5 (0 Average count)
Qiymət ver:
Axundov Zòhrab Bahram oqlu sc***@rambler.ru ID: 2319
Hörmətli vergi əməkdaşları. Mən 2012-ci ildən vergi ödəyirəm. 2020 ci il 27 yanvarda müvəqqəti olaraq bağlamışdım, 2020-ci il 5 iyuna qədər (səhhətimlə əlaqədar). Vergi idarəsində mənə bildirdilər ki, VÖEN avtomatik bu tarixdə acilacaq. Ancaq karantin dövründə Asan imza ilə iş icazəsi ala bilmədim. Mən maliyyə dəstəyi də ala bilməmişəm.
29/06/2020 Read: 36 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyi 2020-ci ilin 1 mart tarixinə qədər fəaliyyətini dayandırmamış, 2019-cu ildə vergi və sığorta haqları ödənişlərini həyata keçirmiş şəxslərə göstərilməkdədir. Müraciətinizdə qeyd olunanlara əsasən fəaliyyətinizi 2020-ci ilin yanvar ayında dayandırdığınız üçün maliyyə dəstəyi üçün müraciət etmək hüququnuz olmamışdır.

Eyni zamanda bildiririk ki, “Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı ilə vətəndaşların hərəkətinə, habelə ölkə ərazisində iş və xidmət sahələrinin fəaliyyətinə məhdudiyyətlər tətbiq edilib. Həmin Qərardan irəli gələrək nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə icaze.e-gov.az portalına daxil edildikdən sonra yol verilir. Nazirlər Kabinetinin 2020-ci il 25 iyun tarixli 220 nömrəli Qərarına əsasən, icazələr fəaliyyət sahələri üzrə işçi sayına məhdudiyyət tələbləri nəzərə alınmaqla verilir.

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı və bu həmin qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür. 

0/5 (0 Average count)
Qiymət ver:
isgəndərli Cavid Səhman oğlu is***@mail.ru ID: 2318
03.03.2020 tarixində Vergi Xidmətinə işə qəbulla bağlı elan verilmişdir və bir müddət sonra sənəd qəbulu pandemiya ilə əlaqədar dayandırılmışdır. Sənəd qəbulu yenidən aktiv ediləcək, yoxsa əvvəl qeydiyyatdan keçənlər üçün birbaşa imtahan keçiriləcək.
29/06/2020 Read: 45 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsi qeyri-müəyyən müddətə təxirə salınıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Əliyev Bahəddin Ra***@gmail.com ID: 2317
Salam, 1. 4fHm5jDeZcrc-836.70 azn 2. 4oX664uozzjM-15.88 azn Bu fiksal id lər üzrə edv ni geri ala bilmirəm. "Bazada tapılmadı" səhvini yazır. Alış veriş 26.06.2020 tarixində etmişəm. Zəhmət olmasa köməklikedin.
29/06/2020 Read: 41 Average count: 0

Bildiririk ki, müraciətinizdə qeyd olunan çeklər üzrə ƏDV-nin qaytarılmasına dair müraciətlər artıq mövcuddur.

Məlumat üçün bildiririk ki, çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Bəsti ba***@gmail.com ID: 2316
Sakibkarlara yardım fondundan xalama verilən 250 manat pulu ala bilmirik. Atabank bağlanıb. Beynəlxalq banka deyir ki, biz məşğul olmuruq. Kimə müraciət etsin. Yaşlı qadındır, yardım etmənizi istərəm. Öncədən təşəkkürlər.
28/06/2020 Read: 41 Average count: 5

Bildiririk ki, Əmanətlərin Sığortalanması Fondu “Atabank” ASC-nin ləğvedicisi təyin edilmişdir. Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Əmanətlərin Sığortalanması Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

5/5 (1 Average count)
Qiymət ver:
Həmzəyev Mirbəhruz İsmayıl co***@mail.ru ID: 2314
Asan imzanın təsdiqlətmək istəyirəm növbəni necə götürüm? Hara yaxınlaşa bilərəm?
28/06/2020 Read: 43 Average count: 0

Bildiririk ki, Asan imza sertifikatını vergi ödəyicilərinə xidmət mərkəzlərindən və ASAN Xidmət mərkəzlərindən qabaqcadan növbə tutaraq əldə edə bilərsiniz. 

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimov Orxan Nurəddin or***@mail.ru ID: 2312
Fiskal İD-HPaYv86JvgkW alınan alın dəyəri - 9.00 AZN toplam ƏDV - 1.37 AZN Sual: Əgər ədv 18 % dirsə, ( 9.00 azn 18%-i 1.62 edir, nağdsız alış-verişə görə ƏDV-nin geri qaytarılmasına görə 0.243azn) niyə 1.37 azn hesablanıb ? Və nağdsız alış-verişə görə ƏDV-nin geri qaytarılan hissəsi 15%-dirsə, niyə 0.13 azn əlavə edildi ? Bu sualları aydınlaşdırmaq üçün kalkulyator yerləşdirsəni cox yaxşı olar.
27/06/2020 Read: 34 Average count: 0

Bildiririk ki, ƏDV dolayı vergi növü olmaqla, məhsulun dəyərinə əlavə edilmiş olur. Qeyd etdiyiniz halda, məhsulun dəyərinə ƏDV tətbiq edildikdən sonra məhsulun dəyəri formalaşaraq 9,00 manat olmuşdur. 

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Qeyd olunan bölmədə misallar üzərində qaytarılmalı olan ƏDV-nin hesablanması qaydası izah edilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Ülviyyə Əmiraslanova Eyyub qızı ul***@mail.ru ID: 2311
Salam. Alış-veriş zamanı verilən bəzi satış çeklərində Fiskal ID oxunmur, bu səbəbdən də çekləri "edvgerial" portalında qeydiyyatdan keçirə bilmirəm. Zəhmət olmasa yardım edin.
27/06/2020 Read: 34 Average count: 0

Çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Harun.Ramazanov. Hənəfi ha***@mail.ru ID: 2309
Mikro saibkarlara vergi haqqında nə kimi guzəstlər var?
27/06/2020 Read: 55 Average count: 0

Mikro sahibkarlara aşağıdakı vergi güzəştləri və tətilləri verilib:

  • Sadələşdirilmiş vergi üzrə 50 faiz güzəştin verilməsi (verginin dərəcəsi 2 faizdən 1 faizə salınır);

  • 2020-ci ilin birinci və ikinci rübü üzrə sadələşdirilmiş vergi hesabatının və mənfəət (gəlir) və əmlak vergiləri üzrə hesabatların təqdim olunması və hesablanmış verginin büdcəyə ödənilməsinə cari ilin sentyabr ayının 1-dək vergi tətilinin verilməsi;

  • Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddətin sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədəolma müddətinə daxil edilməməsi və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilməsi.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Nail Məhərrəm ni***@mail.ru ID: 2308
Salam mənim sualım POS-terminal və kassaya daxil olan pul vəsaitləri haqqındadır. Kassa hesabı nağd şəkildə aparılır, POS-terminal isə nağdsız şəkildə cari hesaba köçürülür. POS-terminaldan çıxan çeki yenidən kassaya vurmaq lazımdır, yoxsa ayrı-ayrı hesablanır?
27/06/2020 Read: 73 Average count: 0

Bildiririk ki, Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron qaimə-faktura) ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci maddəsi, və Azərbaycan Respublikası Prezidentinin 19 aprel 2017-ci il tarixli 1341 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Pərakəndə ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”.

0/5 (0 Average count)
Qiymət ver: