Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Aynur Musayeva ay***@gmail.com ID: 2144
Salam. Mənim adıma VÖEN yoxdur, amma sizdən məlumat gedib ki, var. Hec bir gəlirim olmaya-olmaya 190 manat birdəfəlik ödəməni ala bilmədim. Nazirlikdə birldirdilər, siz məlumat vermisiniz.
06/07/2020 Read: 115 Average count: 0

Bildiririk ki, səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran bütün vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Aydın Mehdiyev ay***@yahoo.com ID: 2138
KFC Bilgah-da alınan kassa çekini Edvgerial-a daxil edəndə "Satıcı ƏDV ödəyicisi deyil." yazısı çıxır, halbuki çekdə ƏDV 8% 1.54 qeyd olunub, həmin çeki E-kassa-da yoxlayanda ƏDV 8% 1.66 kimi göstərilir. Xahiş edirəm, uyğunsuzluqları izah edəsiniz.
06/07/2020 Read: 131 Average count: 4

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. Müraciətinizdə qeyd olunan halda, satıcı ƏDV ödəyicisi olmadığı üçün, satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil. Qeyd etdiyiniz 8 faiz sadələşdirilmiş vergi Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən - vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tətbiq olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5.-ci, 218.1.2-ci maddələri.

4/5 (3 Average count)
Qiymət ver:
Cavid Hüseynli Müşfiq ca***@gmail.com ID: 2398
Salam. Mən kompyuter təmirçisiyəm. Fəaliyyət kodum 95110 Kompyuter və periferiya qurğularının təmiri. VÖEN1804856482 İcazə gov az saytından icazə ala bilmirəm. Karantin günlərində insanlara ən lazım olan avadanlıqdı komputer. Niyə bu sahə üzrə icazə almaq mümkün deyil?
06/07/2020 Read: 52 Average count: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyətinə icazə verilən fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynzadə Kamil Asif ka***@gmail.com ID: 2135
Salam. Mən playstation kafe açmaq isdəyirəm. Yeni açılan obyektlərə vergidə hansı güzəştlər olur və olmursa, belə VÖEN açmaq üçün hansı sənədlər lazım olur? Bununla bağlı məlumat versəydiniz yaxşı olardı.
06/07/2020 Read: 114 Average count: 5

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar  sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınmalıdırlar. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər.

5/5 (2 Average count)
Qiymət ver:
Natiq fi***@mail.ru ID: 2390
Salam. Mingəçevirdə yaşayan Fərdi Sahibkarlar üçün May, İyun və İyul ayları üçün DSMF ödənişləri neçə manat olub? Ödənişlər dəyişilib deyə bilmirəm aylığı düz ödəmişəmmi? Xahiş edirəm Cavablayın.
06/07/2020 Read: 35 Average count: 0

Bildiririi ki, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məcburi dövlət sosial sığorta öhdəlikləri 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının (250 manat) 25 faizinin, digər sahələrdə isə 15 faizinin - Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hesablanmalıdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Nərminə Elşən qızı hu***@gmail.com ID: 2134
Salam. Mən pandemiyadan zərər çəkdiyinə görə muzdlu işçilərinə əmək haqqının müəyyən hissəsinin alınması üçün dövlətdən maliyyə dəstəyi almış vergi ödəyicilərinin siyahısını görmək istəyirəm. Çünki, mənim çalışdığım şirkət bizə 2ci ay ödəniş etməyib, halbuki biz 2 aydır işləmirik. Zəhmət olmasa, yardımçı olardınız. Təşəkkürlər.
06/07/2020 Read: 109 Average count: 5

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Emin İbadzadə Fərəc oğlu em***@gmail.com ID: 2140
Salam. Youtube üzərindən kanal vasitəsilə ilə pul qazananda dövlətə nə qədər vergi vermək lazımdır?
06/07/2020 Read: 162 Average count: 3

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız.
Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.
Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuza əsasən, gəlirlərinizin yalnız “YouTube” videohostinqi tərəfindən ödənildiyi halda və fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq,  sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən  mikro sahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
İsayev Rusif ru***@mail.ru ID: 2385
Salam aleykum, mənim VÖEN-im olduğu təqdirdə mən portaldan icazə ala bilmirəm. Zəhmət olmasa, mənə izah edəsiniz səbəbini. VÖEN:1601185412
06/07/2020 Read: 38 Average count: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emil Əmirov Həsənağa oğ em***@mail.ru ID: 2382
Asan imza ilə icazə ala bilmirəm. 195 caqrı xidməti də baqlıdır necə edək bir məsləhət verərdiniz.
06/07/2020 Read: 33 Average count: 0

Bildiririk ki, xüsusi karantin rejiminin sərtləşdirilməsi dövründə icazələrin alınması ilə bağlı müraciətlərin çoxluğunu nəzərə alaraq, səhifəmizdə bununla bağlı xüsusi bölmə yaradılmışdır. İcazələrin alınması ilə bağlı qanunvericilik aktları, fəaliyyət kodları, müraciətin edilməsi qaydası, ən çox verilən suallar, o cümlədən icazələrin alınması ilə bağlı video şərhlə həmin bölmədən tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əfsanə Abdulhəsənova af***@gmail.com ID: 2137
Salam, fiziki şəxs şəhərdə kafe açmaq istəyərsə, hansı vergiləri ödəyir? Öncədən təşəkkür edirəm.
06/07/2020 Read: 93 Average count: 5

Bildiririik ki, qeyd etdiyiniz fəaliyyəti həyata keçirən şəxs fəaliyyətə başladığı günədək yaşadığı ərazi üzrə vergi uçotuna alınmalıdır. Vegrgi uçotuna alındıqdan sonra, təsərrüfat subyekti (obyekti) vergi orqanında qeydiyyata alınmalı və nəzarət-kassa aparatı quraşdırılmalıdır. 

Fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Eyni zamanda, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 220.1-ci maddəsində göstərilən dərəcə ilə hesablanan sadələşdirilmiş verginin sadələşdirilmiş verginin məbləği 50 faiz azaldılır.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 33-cü, 34-cü, 218-ci, 220-ci, 222-ci, 224-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Cumayev Ilqar Abulfat is***@gmail.com ID: 2141
Salam edvherial.az saytından qəbzlər qeydiyyatdan keçirirəm ancaq 15 və ya 10 %deyil az faiz gəlir səbəb nədir. 29 manatlıq alış verişdən 29 qəpik cəmi pul qaytarıldı. Saytın kalkulyator bilməsindən hesablayıram məbləğ 2 manatdan çox olmalıdır yazır.
06/07/2020 Read: 89 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Mehman Tağıyev Vaqif mo***@mail.ru ID: 2373
Salam. Mənim adıma olan "GULF MOTORS" MMC-nin sənədlərini itirmişəm. Onları necə, harda və nə vaxt bərpa edə bilərəm, bunun üçün nə etməliyəm.
05/07/2020 Read: 43 Average count: 5

Bildiririk ki, hüquqi şəxsin təsis sənədləri itirildikdə hüquqi şəxsin təsisçilərindən hər hansı biri şəxsiyyəti təsdiq edən sənədlə hüquqi şəxsin qeydiyyatda olduğu ərazi üzrə müvafiq vergi orqanına müraciət etməklə itirilmiş təsis sənədlərin surətini rüsumsuz olaraq əldə edə bilər.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının  12 dekabr 2003-cü il  tarixli 560-IIQ nömrəli Qanununun 15.8-ci maddəsi

5/5 (1 Average count)
Qiymət ver:
Mohamad kərimi mərifət oglu Mk***@gmail.com ID: 2371
Asan imza üçün vergidən vaxt almaq istəyirəm.
05/07/2020 Read: 29 Average count: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Ismayilov Seymur Seyran oqlu Is***@gmail.com ID: 2369
VÖEN-i itirmişəm. Harada və necə bərpa eləmək olar?
05/07/2020 Read: 41 Average count: 0

Bildiririk ki, vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

0/5 (0 Average count)
Qiymət ver:
Nəsib Muradov ne***@gmail.com ID: 2368
Mənim atamın xəbəri olmadan 2013-cü ildə adına başqa bir şəxs VÖEN açıb. Bu barədə kimə şikayət edək və necə VÖEN-i tapaq?
05/07/2020 Read: 31 Average count: 5

Bildiririk ki, Dövlət Vergi Xidmətinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi”elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz. Həmçinin bildiririk ki, vergi ödəyicisinin uçotu onun şəxsiyyət vəsiqəsinin məlumatları əsasında və müvafiq ərizə formnası təqdim olunmaqla vergi orqanı tərəfindən həyata keçirilir.

Elektron müraciətinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Əsgərli laçın Feyruz oğlu la***@gmail.com ID: 2366
Kiçik sahibkarlıqla məşğulam. Foto xidməti göstərirəm. Ayda 15 manat sadələşdirilmiş vergi ödəyirəm. Heç bir vergi borcum yoxdur, amma hələ də 250 manat konpensasiyanı ala bilməmişəm. Rabitəbankda VÖEN hesabım da var. Lütfən aydınlıq gətirin.
05/07/2020 Read: 72 Average count: 0

Fərdi (mikro) sahibkar şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Elektron müraciətinizi araşdırılması üçün (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Cəfər Nur Mahir ce***@gmail.com ID: 2365
Salam. Sizə dünən şirkət işçilərinin icazəsi barədə sorğu göndərmişdim. Bir neçə nömrə verdiniz əlaqə saxlamaq üçün amma heç biri cavab vermir! Kuryer fəaliyyəti kimi qeydiyyata alınmış şirkətdi (MMC). Portalda əmək müqaviləsi vasitəsilə icazə alma imkanının yaradılmasını tələb etmişdim və yenə edirəm!
04/07/2020 Read: 37 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
İsayev Elman Ağarza el***@yandex.ru ID: 2364
Nərimanov r. Bünyadzadə küç, 17 yerləşən Bazarstore mağazasından 21.06.2020 tarixində saat 18:06 çek aldım (Gəbz №156). Alış-verişin məbləqi 48,87 manat (ƏDV 6,55 manat). Amma çek yarandığı andan 13 gün kecdi, edvgerial.az saytında tapılmadı.
04/07/2020 Read: 33 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur.
Həmçinin, Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri bu məqam olar bilər.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Mədətxanov Mədətxan ar***@mail.ru ID: 2363
Sərham marketde artıq neçə aydır fiksal kodsuz çekler verilir, ədvgerial-dan istifade etmək olmur. Mənə yaxın olduğu üçün alış verişimi ordan edirem və mən ədvgerial-dan istifadə edə bilmirəm.
04/07/2020 Read: 47 Average count: 0

Bildiririk ki, yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Müraciətinizdə qeyd olunan vergi ödəyicisi ƏDV ödəyicisi olduğu halda, həmin mağazada yeni nəsil  kassa aparatı quraşdırılması təmin edilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Babakişiyev Tərlan Mollaməhəmməd ta***@gmail.com ID: 2362
Salam. Asan imzanı təsdiq etmək üçün onlayn növbə nə vaxt götürə bilərəm?
04/07/2020 Read: 31 Average count: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Average count)
Qiymət ver: