Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şahin Azizov sa***@gmail.com ID: 2555
Salam. 11.06.2020 tarixində edvgerial portalına əlavə olunan Fiskal ID: 8HGNvs2ksNip bu günə qədər gözlənilənlər siyahısındadır. Bilmək istəyərdim gecikməsinin səbəbini. Təşəkkür!
20/07/2020 Read: 30 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir. Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynli Afaq Tofiq af***@gmail.com ID: 2554
Salam. Mən ƏDV-lərin geri alınması prosesində ödəniş zamanı problem yaşayıram. Ödənişi həyata keçirmək üçün mənə 3 dəqiqə ərzində təsdiq kodu gəlməlidir. Lakin bu kod 7-8 saat ərzində gəlir və bu hal dəfələrlə təkrar olunduğu üçün mən ödəniş həyata keçirə bilmirəm. Qeyd:Telefon nömrəmin məxsus olduğu mobil operatorla əlaqə saxlamışam, nömrəmdə, telefon xəttimdə hər hansı problem olmadığı deyilib. Hörmətlə,Afaq Hüseynli
20/07/2020 Read: 31 Average count: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Qafulova Aliyə Bəxtiyar qızı ai***@mail.ru ID: 2553
Mən Gerbalayev firması üçün VÖEN açdırmışdım. VÖEN-imi bağlamaq istəyirəm. Mənə köməklik göstərin. Əvvəlcədən çox təşəkkür edirəm.
20/07/2020 Read: 31 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Müvafiq normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
İsayev Elşad Musa oğlu el***@gmail.com ID: 2552
Salam, 2-ci rüb üzrə cari hesablama haqqında arayışını verilmə müddəti 15.07.2020 tarixindən keçdiyi üçün 2-ci rüb arayışının verilməsinə yardımçı olasınız. Nə etməliyik?
20/07/2020 Read: 61 Average count: 0

Bildiririk ki, vergi ödəyiciləri rüb başa çatdıqdan sonra 15 gün ərzində cari vergi ödəmələrini aparmalı və rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirlər, müvafiq arayışı təqdim etmədikləri halda, vergi orqanı cari vergi ödəmələrinin məbləğini Vergi Məcəlləsinin 67-ci maddəsinə uyğun olaraq əlaqəli məlumatlar əsasında hesablayır və vergi ödəyicisinə müvafiq bildiriş göndərir.

Əsas: Vergi Məcəlləsinin 67-ci və 151-ci maddələri.  

0/5 (0 Average count)
Qiymət ver:
Xalidl Mustafayev xa***@gmail.com ID: 2548
Salam. Mən 05.06.2020 tarixində anamın əməliyyatı üçün nağd yolla 5942 manat əməliyyat pulu ödəmişəm. Kassada işləyən şəxs mədaxil çap forması ilə yanaşı mənə ƏDV çeki də verdi. Mən də öz növbəmdə 90 dəqiqə sonra həmin çeki edvgerial saytına qeyd etdim. Təxmini bir ay sonra həmin çəki ləğv olundu. Yəni ƏDV-mi mənə qaytarmadılar. Xahiş edirəm, mənə köməklik edəsiniz.
20/07/2020 Read: 59 Average count: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Səlimov Vüsal Vaqif oğlu vu***@yahoo.com ID: 2271
İcarəyə götürülmüş əmlakdan istifadə zamanı kommunal xərclərlə bağlı vergi qanunvericiliyinin tətbiqi baxımından yaranmış sualların cavablandırılmasını xahiş edirik. Belə ki, icarəyə verən icarəyə verilmiş obyekt üzrə qaz xərclərini “Azəriqaz” İstehsalat Birliyi tərəfindən təqdim edilmiş elektron qaimə-faktura əsasında ödəyir. Lakin həmin qazdan icarəçi istifadə edir. İcarəçinin bir sıra texniki səbəblərdən rəsmi sayğacı olmasa da, daxili sayğacı var. Yəni ay ərzində istifadə edilmiş təbii qazın həcmini müəyyən etmək mümkün olur. Bu halda: 1) İcarə müqaviləsində müvafiq şərtlər nəzərə tutulmaqla, icarəyə verən icarəçi tərəfindən istifadə edilmiş təbii qaza görə icarəçiyə elektron qaimə-faktura verə bilərmi? Belədə icarəyə verən qeyd edilən əməliyyatın dəyərini gəlirinə və xərcinə hansı qaydada daxil etməlidir? 2) İcarə müqaviləsində müvafiq şərtlər nəzərdə tutulmaqla, “Azəriqaz” İB tərəfindən icarəyə verənə təqdim edilmiş elektron qaimə-faktura üzrə təbii qazın dəyərini icarəçi ödədikdə icarəyə verən və icarəçi tərəfindən həmin məbləğ gəlirə və (və ya) xərcə hansı qaydada daxil edilməlidir?
20/07/2020 Read: 184 Average count: 4

İcarəyə götürülmüş obyekt üzrə kommunal xərclərin icarəçi tərəfindən icarəyə verənə və ya icarəyə verənin xeyrinə kommunal xidmətlər göstərən təşkilatın hesabına ödənilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsində nəzərdə tutulduğu halda, həmin ödənişlər icarəçinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bununla yanaşı icarəyə verilmiş obyektin kommunal xərclərinə görə icarəyə verən şəxsə təqdim edilən elektron qaimə-fakturanın təkrar olaraq icarəçiyə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi və “İcarə haqqında” Azərbaycan Respublikasının 30 aprel 1992-ci il tarixli 114 nömrəli Qanunu.

4/5 (4 Average count)
Qiymət ver:
Ələddin Haciyev Sələddin ld***@gmail.com ID: 2291
Mən bu 190 manat ala bilməmişəm aprel may aylarında.
20/07/2020 Read: 113 Average count: 5

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Mehdi Səfərov Cavanşir me***@inbox.ru ID: 2545
Salam. Biz bilmək istəyirik ki, Asan imza sertifikatını vergi organlarından, yoxsa Asan xidmətdən almalıyıq?
19/07/2020 Read: 36 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayılov Yusif Natiq oğlu yu***@gmail.com ID: 2540
Salam. e-taxes.gov.az saytında asan imza ilə daxil olduqdan sonra qeydiyyat formu gəldi və doldurdum. Lakin hüquqi ünvanı yanlışlıqla Bakı yazdım. Şəxsiyyət vəsiqəsində isə Naxçıvandır. Şəxsi məlumatlarıma düzəliş edib VÖEN üçün müraciət edə bilmirəm. Zəhmət olmasa köməklik göstərərdiniz
18/07/2020 Read: 33 Average count: 0

Bildiririk ki, elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. Eyni zamanda, hər hansı səbəbdən vergi uçotu üçün ərizəni elektron qaydada təqdim etmək mümkün olmadıqda "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Sarvan Hacizade Telman sa***@mail.ru ID: 2537
Mən rayon qeydiyyatıyam, rayona gedə bilmirəm. VÖEN var adımda, onu götürmək istəyirəm. Vergi idarəsindən 1 il bundan qabaq açdırmışam, ama götürməmişəm. Vergi idarəsindən onu necə götürə bilərəm?
18/07/2020 Read: 25 Average count: 0

Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni poçt ünvanınıza göndərilməsi üçün uçotda olduğunu vergi orqanına müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Allahverdiyev Bəhruz Zahir za***@box.az ID: 2536
Asan imza sertifikatı alınması üçün onlayn növbə götürmək.
18/07/2020 Read: 31 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Belə ki, 12 may 2020-ci il tarixindən etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Şahmurlu Vasif ni***@gmail.com ID: 2534
Mən sahibkar hesabı üçün VÖEN açdıranda orada dedilər ki, hesaba pul köçən ay 22 manat (pandemiyaya görə) ödəməlisən. Hesaba pul internetdən köçəcək. Mən o 22 manatı pul köçəndən qabaq ödəməliyəm yoxsa sonra? Və haradan və necə ödəyə bilərəm?
17/07/2020 Read: 41 Average count: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Bundan başqa bir sıra fəaliyyət növləri aylıq sabit məbləğdə vergi ödəməklə öhdəliklərini icra edirlər. 

Müraciətinizdə bir sıra məqamların aydın olmadığı üçün, müraciətinizi dəqiqləşdirərək yenidən Sual-Cavab bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Gəray Rüstəmov xo***@rambler.ru ID: 2532
Salam. VMF dükanından alınan qol saatına görə təqdim edilmiş AX2JL2Mbx3PX fiscal id-li çeki edvgerial.az səhifəsində ƏDV-nin geri alınması məqsədilə əlavə etmişdim, lakin çek qəbul olunmayıb, səbəbini bilmək olar?
17/07/2020 Read: 34 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Emil em***@inbox.ru ID: 2528
Salam, mən iqtisad üzrə fəlsəfə doktorantıyam, nöbvəti aylarda elmi dərəcə almaq iddiasındayam. 10 il elmi - pedaqoji stajım var. Respublikanın müxtəlif ali təhsil müəssisələrində "iqtisadiyyat və idarəetmə" ixtisasları üzrə tədris aparmış, müəllim, baş müəllim kimi fəaliyyət göstərmişəm. Sizin tədris mərkəzində də müvafiq ixtisaslar üzrə təlim aparmaq, çalışmaq istəyərdim.
16/07/2020 Read: 59 Average count: 0

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı məsələlərin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə qurmaqla) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Fuad Səlimov Fariz re***@mail.ru ID: 2527
Salam. Sadələşdirilmiş vergi mənfəət vergisinin bir formasıdır? Zəhmət olmasa geniş cavab verərdiniz.
16/07/2020 Read: 60 Average count: 5

Bildiriririk ki, sadələşdirilmiş vergi rejimi hüquqi şəxslər üçün mənfəət vergisinin, fiziki şəxslər üçün isə gəlir vergisinin alternativi hesab olunur. Sadələşdirilmiş verginin ödəyiciləri haqda müddəalar Vergi Məcəlləsinin 218-ci maddəsində qeyd olunmuşdur. Vergi Məcəlləsinin XI fəslinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər, həmçinin vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Mənfəət (gəlir) vergisinin ödəyiciləri gəlirlərindən xərclərini çıxmaqla 20 faiz dərəcə ilə vergi ödəməli olduqları halda, sadələşdirilmiş vergi ödəyiciləri xərclər nəzərə alınmadan əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən 2 faiz dərəcə ilə vergi ödəyirlər.

Bundan başqa,  Vergi Məcəlləsinin 218.4-cü maddəsində qeyd olunan fəaliyyət növləri yuxarıda qeyd olunanlardan asılı olmayaraq, yalnız sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. Vergi Məcəlləsinin 218.5-ci maddəsində qeyd olunan vergi ödəyicilərinin isə, sadələşdirilmiş vergini tətbiq etmək hüququ olmur.

Sadələşdirilmiş vergini ödəyən hüquqi şəxs ƏDV-nin, mənfəət vergisinin, fiziki şəxs (hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs də daxil olmaqla) isə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyil.

Əsas: Vergi Məcəlləsinin IX, X, XI və XVII fəsilləri.

5/5 (1 Average count)
Qiymət ver:
Eldar Mammadov Ramiz me***@yahoo.com ID: 2526
Salam. Mən 11.07.2020 / 11:30:23 "Optimal Electronics" dan nağdsiz ödəniş ilə mobil telefon almışam, alış zamanı verilən kassa aparatının QR kodu bir bank mobil vasitəsi ilə tapilmir, fiskal kodu (************) daxil etdikde isə kodu mövcud olmadiğini yazır. Barkodun oxunması zamanı səhvə yol verilməsi mümkün deyil. (obyektin kodu 1303450301-14011, NMQ qeydiyyati 0000017802) xahis edirik köməklik göstərəsiniz.
16/07/2020 Read: 50 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Hikmət Baxşiyev Filağa bh***@mail.ru ID: 2525
Salam. ƏDV 18% geri almaq istəyirəm, yazır bu şəxs ƏDV ödəyicisi deyil. Xahiş edirəm, aydınlaşdırıb mənə cavab verəsiniz. Nəyə görə bizi aldadıb, huquqlarımızı pozursunuz. Bizi dolamağa heç kimin haqqı yoxdur. Nazirliyə yazılı şikayət eləyəcəm.
16/07/2020 Read: 34 Average count: 0

Bildiririk ki, ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyeva Xoşqədəm Əsbəndiyar qızı. il***@mail.ru ID: 2256
Salam. Mən bilmək istərdim mənim vöen aktivdir yoxsa passiv. Qeydiyyat N (vöen) 1003561022. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
16/07/2020 Read: 170 Average count: 0

16 iyul 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Əliyeva Xoşqədəm Əsbəndiyar qızının (VÖEN 1003561022) fəaliyyəti dayandırılmışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Rafael Quliyev Qulu oğlu ra***@hotmail.com ID: 2522
Salam! Mən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq fəaliyyət sahəsi dəmir yolu nəqliyyatı vasitəsi ilə beynəlxalq yük daşımaları olan şirkət təsis etmək istəyirəm. Daha dəqiq şəkildə izah etsəm, misal olaraq, təsis edəcəyim rezident “A” şirkəti “B” şirkətindən (rezident və ya qeyri-rezident) dəyəri 100 AZN təşkil edən sifarişi alır, “B” şirkəti “A” şirkətinə 100 AZN köçürür. Bu halda “A” şirkəti 100 AZN-dən 5 AZN-ni özünə xidmət haqqı saxlayaraq 95 AZN-ni “C” şirkətinə işi görməsi üçün köçürür. “C” şirkəti işi ölkə sərhədləri xaricində görür və “C” şirkəti işi gördüyü ölkədə, həmin ölkəyə məxsus vergi və digər ödənişlərini edir. İşi görən “C” şirkəti olur, “A” şirkəti sifarişi “B” şirkətindən alaraq “C” şirkətinin vasitəsilə görür. Sual: 1. Bu halda "A” şirkəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq Ödəmə mənbəyində vergi öhdəliyi daşıyırmi? Xahiş edirəm yaranan vergi öhdəliyini və verilən sualın izahını ətraflı izah edəsiniz və cavabı həm onlayn, həm də yazılı olaraq poçt vasitəsilə aşağıda qeyd olunan ünvana göndərəsiniz. Yardımınız üçün öncədən təşəkkürümü bildirirəm!Ünvan: Binəqədi rayonu, Xutor qəsəbəsi, Yavər Həsənov küçəsi Ev 12. Hörmətlə Rafael
15/07/2020 Read: 116 Average count: 5

Qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Həmçinin, sorğunuzda qeyd olunan rezident müəssisə tərəfindən vasitəçilik xidmətinin göstərilməsi, tərəflər arasında bağlanmış müqavilə və digər ilkin uçot sənədlər vasitəsilə təsdiqini tapdığı halda, əldə olunan gəlirlərdən xərclər çıxılmaqla 20 faiz dərəcə ilə vergiyə cəlb olunur.

Əlavə olaraq bildiririk ki,“Sual-cavab” bölməsinə daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 125.1.4-cü, 165-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Cəfər Qurbanov Səfər ce***@mail.ru ID: 2521
Salam, dünən və bugün ƏDV üçun çek daxil etdim yazılır tapılmadı. Xahiş edirəm köməklik edin.
15/07/2020 Read: 37 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver: