Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Kənan Yusifov Maqsud yu***@mail.ru ID: 2407
Salam. Sosial sığorta üçün ödəniş etdikdə, təsnifat kodlarının yenidən dəyişdirildiyini, düzgün təsnifat kodunu yazmagımı istəyir Bank. Sosial sığorta ödənişləri üçün təsnifat kodları dəyişdirilibsə, göndərməyinizi xahiş edirəm.
23/07/2020 Read: 63 Average count: 0

Vergi və digər büdcə ödənişləri köçürülən dövlət xəzinədarlıq orqanlarındakı hesablar (o cümlədən Dövlət Xəzinədarlığı orqanlarında işsizlikdən sığorta ayırmaları köçürüləcək hesablar)  və təsnifat kodları saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsində yerləşdirilmişdir: "Büdcə rekvizitləri barədə məlumatın verilməsi" 

0/5 (0 Average count)
Qiymət ver:
Pərviz Hüseynov Nazim lg***@rambler.ru ID: 2580
edvgerial.az-da məbləğ 30 gündən çox gözləmə statusundadır.
23/07/2020 Read: 30 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Tural Orucov Elmar O. or***@gmail.com ID: 2578
Salam. Hər vaxtınız xeyir olsun. Mənim VÖEN-im var və mən bunu bağlamag istəyirəm. Bunun üçün ora vergi orqanlarına yaxınlaşmalıyam yoxsa bunu onlayn etmək mümkündür? Əgər onlayn etmək mümkündürsə, gələcəkdə hər hansı bir problem yaranmayacaqdir ki? Əlavə olarag bunu soruşmaqda əsas məqsədim, yaxın tanışım VÖEN onlayn bağladığı zaman bütün bəyannamə və lazımi sənədləri göndərsə də, hələ də o e-tax.gov.az portalına daxil ola bilir. Əgər bağlıdırsa bu necə mümkündür? Öncədən Təşəkkürlər
22/07/2020 Read: 39 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. 

Həmçinin məlumat üçün bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Mikayilov Anar Fayiq mi***@gmail.com ID: 2577
Salam. Mən 2019-cu ildə Bakı şəhərində taksi fəaliyyəti üçün VÖEN açdırmışdım. Avtomobil qəzası ilə əlaqədar VÖEN bağlatdırmışam. İndi Quba rayonunda yasayıram. İstəyirəm ki, yenidən VÖEN açdırım. Necə edə bilərəm?
22/07/2020 Read: 65 Average count: 0

Bildiririk ki, hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

  1.  

Vergi Məcəlləsinin 34.3-cü maddəsinin 1-ci abzasına əsasən vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. 

Fiziki şəxs uçotda olduğu vergi orqanına olduğu yerin və ya yaşadığı yerin dəyişməsi barədə ərizə ilə müraciət etdiyi gündən sonrakı 15 gün müddətində həmin vergi orqanı vergi ödəyicisinin yenidən uçota alınmasını (yəni əvvəlki vergi orqanından uçotdan çıxarılması və yeni vergi orqanında uçota alınması) həyata keçirməlidir.

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.

Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Aliyev Sahgeldi na***@bazarstore.az ID: 2573
Salam. Müraciətim edvgerial ilə bağlıdır. Aşağıda qeyd olunan çek fiskalları oxunmur. ƏDV də ödənilibdir. Zəhmət olmasa, araşdırıb geri dönüş edərdiniz. *********
22/07/2020 Read: 41 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mübariz Atamov Surxay oq mu***@mail.ru ID: 2570
Yeni MMC təsis edərkən bir neçə fəaliyyət növlərinin kodlarını qeydiyyatdan keçirmək olarmı və çekdə ayrı-ayrı faliyyətlərə çalışarkan sadələşdirilmiş 2% vergi faizini ödəməklə işləmək olarmı?
22/07/2020 Read: 44 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi eyni zamanda bir neçə fəaliyyət növü ilə məşğul ola bilər və qeydiyyat məlumatlarında əsas və əlavə fəaliyyət növləri haqda məlumatı qeyd etməlidir. Vergi öhdəliyi isə, həyata keçirilən fəaliyyətin xarakterindən asılı olaraq, Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada həyata keçirilir.  Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, mənfəət vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir.

5/5 (1 Average count)
Qiymət ver:
Mübariz Atamov Surxay oğlu mu***@mail.ru ID: 2569
Onlayn növbəyə yazılarkən FİN qrafası nə deməkdir və nə yazaq?
22/07/2020 Read: 39 Average count: 5

FİN – şəxsiyyət vəsiqəsinin Fərdi İdentifikasiya Nömrəsidir. FİN şəxsiyyət vəsiqənizin fotoşəkliniz olan üzündə, sağ aşağı küncündəki, axırdan birinci rəqəmi çıxmaqla, sonrakı 7 rəqəm və hərflərdən ibarət koddur.

5/5 (1 Average count)
Qiymət ver:
Rəhman Balakişiyev po***@mail.ru ID: 2568
Salam. Hörmətli müraciətə, suallara baxan, cavablandıran işçilər. Mənim narazılığım dünən marketdən ərzaqlar almışdım, ceki də verdilər və mən fiskal kodunu edvgeriala qeyd eləməyə çalışdım. Çekin kodu duzgun oxunmadı, tam dəqiqliklə nə qəqər yazdım, yenə tapılmadı. Belə nasazlıq nədən irəli gəlir, biz nəyi başa düşüb gözləyək ki, edvgerial xidməti sağlam işləyəcək? Qabaqcadan bilsək ki, hansısa olaylara görə bu proses baş verir, biz artıq işimizi biərəek heç narahat edib yazmazdıq. Amma xoş qarşılanmayan proses insanı narahatçılığa aparır.
22/07/2020 Read: 36 Average count: 0

Çekin fiskal ID məlumatları yanlış olduğu təqdirdə və ya çekin məlumatları vahid məlumat bazasına hələ yüklənmədiyi halda, müvafiq xəta mətni əks olunur. Nəzarət-kassa aparatlarının istismarı qaydasına əsasən, internet şəbəkəsinin olmadığı şəraitdə 7 gün ərzində NKA vasitəsilə aparılan əməliyyatlar barədə məlumatlar nəzarət mexanizmi qurğusunda saxlanılır, başqa sözlə, çekin tapılmaması səbəblərindən biri də bu olar bilər.

Ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin geri qaytarılması barədə məlumatlar, qaydalar, videotəlimat, müsahibələr, ən çox verilən suallar və həmin sualların cavabları, eləcə də digər faydalı məlumatlarla  Buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İmranlı Sahil Sahib sa***@gmail.com ID: 2567
Salam. Sualım odur ki, marketdən aldığım məhsulun çekin ƏDV-sini yükləyən zaman yaranan problemlə bağlıdır. (ƏDV bu çekin ƏDV-i artiq movcuddur) bu şəkildəki yazı gəlir və yaranan problemi sizə müraciət edilməklə bağlı olduğunu deyilir.
22/07/2020 Read: 27 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Kəmalə Əliyeva Nizam qızı ke***@azersun.com ID: 2566
Salam, mən edvgerial.az saytından qeydiyyatdan keşmişəm, qaytarılan ƏDV-ləri balansıma yığmışdım, yığılan ƏDV-lərdən istifadə də etmişəm, son olaraq bu karta köçürmə xidməti də aktiv olduqda balansımda olan 109 manatdan 100 manatı kartıma köçürmək istədim, istənilən məlumatları qeyd etdim, edvgerial balansımdan 100 manat silindi, amma kartıma köçürülmədi. Xahiş edirəm bu barədə köməklik edərdiz, 100 man arada itdi. Balansdan silindi, amma karta köçmədi. Bu barədə kimə müraciət edib məsələni araşdıra bilərəm?
21/07/2020 Read: 52 Average count: 5

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Namiq Həsənli Adil oglu ad***@mail.ru ID: 2565
Salam. e-taxes.gov.az saytı vasitəsi ilə 3 gündür online hesabat vermək istəyirəm, lakin MDSS üzrə hesabata daxil olarkən tarix seçimində 2020ci il çıxmır. Nəticədə hesabat 2019cu ilin 1ci 2ci rübünə aid olur. Mühasibim olmadığı üçün hər il vergi ödəyicilərinə xidmət ofislərində bu əməliyyatları edirdik, indi isə məcburən özümüz etmək istəyirik. Xahiş edirəm ki, bu barədə bir köməklik edəsiniz, bir çox video təlimatlara baxsam da lazım olanı tapmadığım üçün, artıq hesabatlarda da gecikmələrim var. Zəhmət olmazsa, lazım olan təlimat formasını göndərəsiniz. Öncədən təşəkkürlər.
21/07/2020 Read: 69 Average count: 0

Bildiririk ki, “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Eliyev Orxan Elfan Or***@gmail.com ID: 2563
Salam, zəhmət olmasa mənim müraciətimə baxardınız. 09.06.2020 tarixində etdiyim alış-verişin ƏDV-si qaytarılmayıb, çek üzrə məlumatlar: Magaza Kontakt home, alış-veriş məbləği 2549.99 azn. ƏDV 388.98 azn, voen 1401005061 obyektin kodu 1401005061-10004.
21/07/2020 Read: 35 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Qasımov Mirmehdi Natiq oğlu Qa***@gmail.com ID: 2562
Salam, mən fiziki şəxsin ucota alinması ilə bağlı müraciət etmək istəyirəm, lakin ASAN xidmətdə yer yoxdur. Sizə yönləndirirlər, günün fərqi yoxdur, amma fiziki şəxsin uçotuna düşə bilim.
21/07/2020 Read: 54 Average count: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Elnarə Həsənli eh***@gmail.com ID: 2424
Salam. Asan imza alınıb, sonra onlayn qeydiyyatla VÖEN alınıb, indi loru dildə desəm asan imza sertifikatını VÖEN-ə bağlamaq lazımdır. Bunun üçün nə edilməlidir?
21/07/2020 Read: 38 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Hicran Şükürova Sədrəddin al***@bk.ru ID: 2420
Adıma olan vöenün tamamile legv edilib edilmediyini nece bilerem, bu barede emeliyyat nazirliye mektub, Naftalan seher 12 sayli vergi idaresinde gonderilmis olub
21/07/2020 Read: 33 Average count: 0

Vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Şükürova Hicran Sədrəddin qızının (VÖEN  2800129672) fəaliyyəti dayandırılmışdır. 

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

 

0/5 (0 Average count)
Qiymət ver:
Allahverdiyev Məhərrəm Əli oğlu ma***@mail.ru ID: 2303
Xahiş edirəm bildirəsiniz: Təsisçiyə verilən dividendə hesablanmış 10% dividend vergisi gəlirdən çıxılırmı, yəni xərcə silinirmi?
21/07/2020 Read: 286 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.15-ci maddəsinə əsasən, hüquqi şəxsin öz təsisçilərinin (payçılarının) və yaxud səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən vergi və xərclər çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi, o cümlədən hüquqi şəxs ləğv edilərkən xalis mənfəəti hesabına formalaşan əmlakın (aktivlərin) bölüşdürülməsi, habelə səhmlərin (payların) xalis mənfəət hesabına artırılan nominal dəyəri hüdudlarında geri alınması ilə bağlı pul və ya digər ödəmələr şəklində etdiyi ödəniş dividend hesab edilir.

Rezident müəssisə tərəfindən ödənilən dividenddən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur və ödəmə mənbəyində vergi tutulmuş dividenddən bir daha vergi tutulmur.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, dividend müəssisənin xalis mənfəətindən (vergi və digər xərclər çıxıldıqdan sonra) ödənilir və dividendi alan şəxsin gəliri olmaqla, ödəmə mənbəyində vergiyə cəlb olunur. Bu səbəbdən vergi öhdəliyi müəssisənin deyil, dividendi əldə edən şəxsin olduğu üçün müəssisə tərəfindən ödəmə mənbəyində tutulan verginin gəlirdən çıxılan xərc kimi nəzərə alınması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatadək olan rezident müəssisənin təsisçisi (payçısı) və yaxud səhmdarları olan fiziki və hüquqi şəxslərin dividend gəlirləri vergidən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 13.2.15-ci, 102.1.22-1-ci, 106.10-cu, 108-ci və 218-1.1.4-cü maddələri.

5/5 (9 Average count)
Qiymət ver:
Azər az***@mail.ru ID: 2301
Salam. Sualım beledir. Tutaq ki, mən ədv ödəyicisi kimi, sadələşdirilmiş vergi ödəyicisindən mal alıram və onu satıram. Ona ödəniş edərkən proses necə olacaqdır. Yəni bank hesabına ödəmə edəndə, məsələn, 100 manat mal satmışam. Sadələşdirilmiş vergi ödəyicisinə ödəniş edərkən 100 manatmı ödəməliyəm. Bəs 18% necə olacaq. Mən burada 18% itirirəmmi? Xahiş edirəm ətraflı cavab yazardınız. Təşəkkürlər.
20/07/2020 Read: 218 Average count: 4

Bildiririk ki, məzmun etibarı ilə dolayı vergi növünə aid edilən əlavə dəyər vergisinin hesablanması və ödənilməsi mexanizmi və proseduralarına əsasən ƏDV konkret müəssisəsinin yükü olmayıb, təkrar istehsal prosesində zəncirvari olaraq istehlakçıların üzərinə keçirilir. ƏDV universal xarakter daşıyaraq istehsal və tədavül prosesinin hər bir mərhələsində alqı və satqı arasındakı fərqdən ödənilən vergi kimi çıxış edir. Vergi ödəyiciləri təchizat zənciri çərçivəsində alınan və növbəti mərhələrə satılan (digər müəssisəyə və ya istehlakçılara) məhsullar və xidmətlər üçün ödənilmiş ƏDV-ni geri ala bilərlər, lakin son istehlakçının ƏDV-ni geri qaytarmaq imkanı olmur.

ƏDV-nin hesablanması zamanı vergi ödəyicisinin büdcə qarşısında olan vergi öhdəliyi ƏDV tutulan dövriyyədən hesablanan verginin məbləği ilə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdən ibarətdir. Vergi Məcəlləsinin 159-cu maddəsi də ƏDV-nin vergitutma obyektini, Vergi Məcəlləsinin 175-ci maddəsi isə ödənilmiş verginin əvəzləşdirilməsini tənzimləyən maddələrdir.

Müraciətinizdə qeyd olunan halda,  sadələşdirilmiş vergi ödəyicisindən malları alarkən ƏDV ödənilmədiyi üçün, əvəzləşdirəcək ƏDV məbləğiniz olmur və satdığınız məhsulların dəyərinə 18 faiz ƏDV tətbiq olunur. 

Əsas: Vergi Məcəlləsinin 153-cü, 159-cu və 175-ci maddələri.

4/5 (8 Average count)
Qiymət ver:
Samirə Şirinova Hacıbala qızı sa***@day.az ID: 2560
22.05.2020-ci il tarixdə Music Gallery dükanından Satış çeki №972 olan və dəyəri 6 596.00 manat məbləğində nəğd olaraq məhsul alınmışdır. Mağaza tərəfindən mənə təqdim olunan çek üzrə ƏDVgerial saytinda fiskal id nömrəsi: ********** ilə geydiyyatdan keçirilmişdir və əvəzində ƏDV geri qaytarılması həyata keçirilməyib cavabı daxil olmuşdur. Buna görə xahiş edirəm ki, imtina ilə bağlı açıqlama verəsiniz.
20/07/2020 Read: 51 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Sultanov Zahid za***@hotmail.com ID: 2287
Təsisçi öz sahibi olduğu torpaq sahəsini nizamnamə kapitalına daxil edib müəssisəsinin nizamnamə kapitalını artırır. Müəssisənin investisiya təşviqi sənədi var və torpaq vergisindən azaddır. Bu halda torpaq vergisindən azad olan bir müəssisənin nizamnamə kapitalını təşkil edən torpaq sahəsinə görə təsisçi fiziki şəxs olaraq bələdiyyəyə torpaq vergisi ödəməlidirmi?
20/07/2020 Read: 219 Average count: 4

Bildiririk ki, hüquqi şəxs təsisçi tərəfindən pay şəklində qoyulan, habelə başqa əsaslar üzrə əldə etdiyi əmlakın mülkiyyətçisi hesab olunur.

Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmalıdır.

Müvafiq olaraq hüquqi şəxs balansında olan və təsisçinin nizamnamə kapitalına qoyduğu əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etməli, əmlaka olan mülkiyyət hüququnu təsdiq etdiməklə əmlak vergisi hesablanaraq dövlət büdcəsinə ödəməlidir.

Müvafiq olaraq hüquqi şəxs balansında olan və təsisçinin nizamnamə kapitalına qoyduğu əmlaka mülkiyyət hüququnun qeydiyyata alınması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə (DƏDRX) müraciət etməli, əmlaka olan mülkiyyət hüququ təsdiq etdilməklə müvafiq azadolmadan istifadə edə bilər. 

Sorğunuzda qeyd edilən halda isə DƏDRX-də torpağın mülkiyyətçisi fiziki şəxs olduğu halda, həmin şəxs tərəfindən bələdiyyə büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 205-ci, 206-cı maddələri, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2-ci maddəsi.

4/5 (5 Average count)
Qiymət ver:
Arzu ar***@gmil.com ID: 2556
Mənim niyə fəaliyyətimə icaze verilmir ?
20/07/2020 Read: 41 Average count: 0

“Xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 208 nömrəli Qərarı və bu həmin qərara əsasən fəaliyyətinə icazə verilmiş sahələrin siyahısı ilə bu link vasitəsilə tanış olmaq mümkündür (qərarın əlavəsi): 
https://nk.gov.az/media/files/49339ee08e90baca9ebd88f55a5ba958.pdf

 

0/5 (0 Average count)
Qiymət ver: