Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Harun Ramazanov Hənəfi ha***@mail.ru ID: 2307
VÖEN-imi bloka salıblar, kimə müraciət etməliyəm?
27/06/2020 Read: 32 Average count: 0

Müraciətinizin mahiyyəti aydın olmadığı üçün cavablandırılması imkan xaricindədir. Müraciətinizi dəqiqlədirməklə, yenidən Sual-cavab bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Neyman İsmayıl Samir ne***@gmail.com ID: 2305
Salam. Mən mart ayında könüllü olmaq üçün onlayn müraciət etmişdim ancaq bugünə qədər mənim ilə əlaqə saxlanmayıb. Bunun səbəbini bilmək istəyirəm xahiş edirəm bununla bağlı məlumat verəsiniz təşəkkür edirəm.
26/06/2020 Read: 47 Average count: 0

Bildiririk ki, vergi orqanlarında könüllü fəaliyyətlə əlaqədar 2 mart 2020-ci il tarixli elan üzrə müraciətlər qeydə alınmışdır.

Lakin koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.

Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.

0/5 (0 Average count)
Qiymət ver:
Əhmədov Mübariz Həzrətqulu me***@mail.ru ID: 2304
Salam. Mən hüquqi şəxsəm. Pandemiya dövründə zərərçəkmiş kimi maliyyə dəstəyi əmək haqqı almışam. Fəaliyyət sahəsinin adı: Yerləşmə vasitələri hesab edilən mehmanxana, otel, hostel və oxşar obyektlərinin fəaliyyəti, İşçi sayı: 1. Sualım odur ki, hostel xidmətinin tam dayandığı üçün müəssisəyə maliyyə dəstəyi olmalıdırmı? Artıq 3 aydır hostel fəaliyyət göstərmir. Əvvəlcədən təşəkkür edirəm. Çox sağ olun.
26/06/2020 Read: 57 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilməkdədir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

Müraciətinizdə qeyd olunanlara əsasən, yuxarıda qeyd olunan birinci maliyyə dəstəyi üçün müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kenan Huseynov Ali ke***@mail.ru ID: 2302
Salam. Bildirmək istərdim ki, Limak şirkəti qəbz verərkən ƏDV qəbzini təqdim etmir. Bununla bağlı tədbir görmənizi xahiş edirəm. ƏDV geri al xidməti varsa, nədən bir çox şirkətlər bu qəbzi vətəndaşlara təqdim etməkdən yayınır?
26/06/2020 Read: 61 Average count: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün  satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır. .

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

0/5 (0 Average count)
Qiymət ver:
Zeynalov Elman Ezizaga ze***@mail.ru ID: 2300
Salam. Edvgerial səhifəsini yoxlayarkən 2 çekimin ləğv olunması qeyd olunub. Səbəbini bilmək istərdim və sizə çekləri necə göndərə bilərəm? Öncədən Təşəkkülər
25/06/2020 Read: 34 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Хабелашвили Тамара Георгиевна xa***@mail.ru ID: 2299
Здравствуйте. Наши две компании 2018 и 2019 годах работали с Азербайджанскими компаниями. вопрос следущий- как и где заполнить заявление на справку резиденства этих компании. С уважением Тамара Хабелашвили аудитор. финансист
25/06/2020 Read: 68 Average count: 5

В целях вычета налогов, уплачиваемых в другом Договаривающемся Государстве, из налогов, начисленных в Азербайджанской Республике в соответствии с положениями статьи 127 Налогового кодекса Азербайджанской Республики и международных соглашений, «Заявка на налоговый вычет ( Форма DTA-02) должна быть подана.

Форму DTA-02 и процедуру ее заполнения можно найти здесь.

5/5 (1 Average count)
Qiymət ver:
Elixan Rüstəmov Qədim oğlu el***@mail.ru ID: 2298
Çox hörmətli cənablar. Mən Rüstəmov Elixan Qədim oğlu, 23 noyabr 2019-cu il tarixdən "Şans" k/m-nin (VÖEN: 2000024651. Direktor: Zahidov Əfsər Əsgər oğlu) mətbəəsində kompüter operatoru kimi günə 20 manat maaşla işə düzəldim. Dəfələrlə rəhbərlikdən mənimlə əmək müqaviləsi bağlamasını tələb etməyimə baxmayaraq, yalnız əvvəlki işçi Ülviyyə xanımın direktor Əfsərdən Əmək Müfəttişliyinə şikayəti ilə əlaqədar müəssisəyə müfəttişlərin gəlməsindən sonra, yəni 5 fevral 2020-ci il tarixdə mənimlə əmək müqaviləsi bağlayır. Sonradan mənə məlum oldu ki, direktor Əfsər müqavilədə mənim maaşımı da razılaşdığımız kimi, yəni aylıq 520 manat deyil, özünün də dediyi kimi, vergidən yayınmaq məqsədilə 250 manat olaraq qeyd etmişdir. Martın 14-də müəssisənin direktoru Zahidov Əfsər mənə 32 iş günü müddətində yığılan əmək haqqımı (cəmi 640 manat) ödəməkdən imtina edərək, iş yerinin qapısı ağzında məni təhqir edərək qovdu. Martın 14-dən orada işləmədiyimə baxmayaraq, pandemiyaya görə muzdlu işçilərə pul ayrılacağı ilə bağlı məsələnin olmasına görə direktor Əfsər bilərəkdən mənimlə əmək müqaviləsinə xitam vermədi. Bununla o, bir tərəfdən mənim işsiz kimi dövlətdən 190 manatlıq birdəfəlik müavinət almağıma mane oldu, digər tərəfdən də pandemiyaya görə əmək müqaviləsi olan muzdlu işçilərə dövlətin ayırdığı vəsaitin bir qisminin verilməsində də dələduzluğa əl ataraq dövlətin ayırdığı yardımın da böyük bir hissəsini "подоходный налог" adı ilə mənimsəmişdir. Belə ki, aprel ayı üçün ayrılan vəsaitdən 125 manat 40 qəpik, may ayı üçün ayrılan vəsaitdən isə cəmi 77 manat 20 qəpik pul vermişdir. Şəxsi e-kabinetimdə isə "Şans" k/m ilə əmək müqaviləmin olduğu müddətdə mənim adımdan dövlət sosial müdafiə fonduna pensiya kapitalı kimi 1 qəpik belə olsa vəsait keçirilməyib. Hal-hazırda da Əfsərə lazımi strukturlara şikayət edəcəyimi dəfələrlə desəm də, Əfsər dediklərimi qulaqardına vuraraq, "kimə istəyirsən şikayət et" kimi ifadələrlə borcu qaytarmaqdan imtina edir. Xatırladım ki, mənim himayəmdə yoldaşım, onun anası və 1 yaşlı körpə var. Bir də qeyd etmək istərdim ki, hazırda yaşadığım "Məzun evi" sosial müəssisəsindəki evi bizə birinci vitse-prezidentin ülyahəzrət Mehriban xanımın bilavasitə himayəsi sayəsində veriblər. Bütün bu sadalananları diqqətinizə çatdırmaqla sizdən direktor Əfsərin həm mənə olan 32 iş günü borcunun (cəmi 640 manat), həm də pandemiya ilə əlaqədar dövlətin yardım məqsədilə ayırdığı vəsaitin yerdə qalan hissəsinin də mənə çatdırılmasını təmin etməyinizi xahiş edirəm.
25/06/2020 Read: 88 Average count: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz:
Əmək qanunvericiliyinin pozulması halları ilə bağlı isə səlahiyyətli qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Cəmilə Mustafayeva Mahir qızı m.***@gmail.com ID: 2297
Salam. Zəhmət olmasa, sualımı cavablandırardınız. Türkiyədə təsis edilmiş şirkət ölkəmizdə filial açır və vergi orqanında qeydiyyatdan keçir. Azərbaycanda açılmış bu filial qeyri-rezident sayılırmı? Türk şirkətinin təsisçisi türk vətəndaşıdır və Azərbaycanda yaşayır. Daimi yaşamaq üçün icazə vəsiqəsi var. Ümumiyyətlə bütün xarici şirkətlərin filialları qeyri-rezident sayılır? Öncədən təşəkkürlər!
25/06/2020 Read: 78 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.3-cü maddəsinin müddəalarına əsasən  Azərbaycan Respublikasında idarəetmə yeri olan istənilən hüquqi şəxs (o cümlədən qeyri-rezident hüquqi şəxs) Azərbaycan Respublikasının vergi rezidenti hesab edilə bilər. Bu maddədə hüquqi şəxsin idarəetmə yeri dedikdə, əsas nəzarət orqanlarının yerləşdiyi yerdən asılı olmayaraq, idarəetmənin həyata keçirilməsi üçün zəruri olan kommersiya qərarlarının qəbul olunduğu və gündəlik praktiki idarəetmənin həyata keçirildiyi əsas fəaliyyət yeri nəzərdə tutulur.

0/5 (0 Average count)
Qiymət ver:
Rena almamedova al***@mail.ru ID: 2296
Salam ,13.05.20 tarixibde 3100 texnika almisam 48 azn edv oturmali idi .Bir ayin tamaminda yeni 13.06.20 de edv legv olundu hisseye kecdi .hemin ceki yeniden qt kod ile oxutduqda yenide gozlemeye atdi lakin cekin 1 ayi tamam olub avtamatik artiq meblegi otuzdurmali idi .Prablemle bagli kimek gosterin.Bu kimi hallar bir nece yaxinlarimdada var.ne 195 ne de 196 yardim gostermir.Evvelceden tesekkurler .
25/06/2020 Read: 34 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Məhərrəmzadə Rahib Rəhman oğlu m_***@inbox.ru ID: 2295
Marketlərdə çeki aldıqdan sonra "edvgerial" saytında qaytarılmalı olan ƏDV-ni əldə etmək üçün Fiksal ID daxil edirəm və bir ay sonra ƏDV-lər balansa köçürülür. Həmin qaytarılan ƏDV-ləri balansdan hər hansı plastik karta necə köçürə bilərəm?
25/06/2020 Read: 37 Average count: 0

Bildiririk ki, istifadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Исаев Игорь Вениаминович cr***@protonmail.ch ID: 2290
Я гражданин Азербайджана, проживающий в Баку. Собираюсь работать в Чешской компании программистом и хочу заключить с ними сервисный контракт на оказание услуг. Деньги за услуги собираюсь получать на банковский счёт в Азербайджане. Я так понимаю, что должен зарегистрироваться в налоговой как индивидуальный предприниматель. Какие налоги я должен буду платить при этом и по какой ставке? И ещё я периодически выезжаю за границу на 185+ дней, как быть в такой ситуации, я же перестаю считаться налоговым резидентом. Мне приостанавливать деятельность предпринимателя или как? Заранее благодарю за ответ.
24/06/2020 Read: 112 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır. Həmçinin, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat yalnız gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101.3-cü və 127-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Emil İsmayılov em***@gmail.com ID: 2289
Salam. Mən bir mikro sahibkar olaraq xarici şirkətdə sürücülük xidməti göstərirəm. (Faliyət novu 49391- yani diger gruplara daxil sayir quru yola sernişin nəgliyat). Fəaliyyətim xidmət olduğu üçün, aylıq gazancımın 5 faizini vergiyə ödəyirəm ve DSMF ise bu ilin yanvar ayından bəri 62 .5 azn ödəmişəm. Mən 2020-ci ilin birinci rübdə DSMF ni 62.5 azn olaraq ödəmişəm vergiyə olan ödənişlərində tam olaraq ödəmişəm. Bilmək istəyirəm ki, 2020-ci ilin 2 rübündə DSMF-yə nə qədər və vergiyə ne qədər ödəniş etməliyəm? Bildiyim qədər güzəştlər tətbiq olunmalıdır.
24/06/2020 Read: 68 Average count: 0

Bildiririi ki, sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məcburi dövlət sosial sığorta öhdəlikləri 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 25 faizinin, digər sahələrdə isə 15 faizinin - Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hesablanmalıdır. 

Vergi öhdəlikləri isə, gəlir vergisinin ödəyiciləri tərəfindən gəlirlərdən xərclər çıxıldıqdan sonra 20 faiz dərəcə ilə (mirko sahibkar olduqda 5 faiz) hesablanır. 

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu

0/5 (0 Average count)
Qiymət ver:
Malik Rəşidov Sahib ma***@gmail.com ID: 2288
Hörmətli DVX. Sizə müraciətimin səbəbi budur: Bu xidmət istifadəyə verildiyindən gündəlik alışlarımı sistemə əlavə edirəm. Yalnız bir böyük ödənişimin ədv qayıdışı ləğv edilib. Həqiqətən, evim üçün Bravodan 20 may tarixində 3 ədəd tv almışam. Ödənişi özümə məxsus Kapitalbankın debet kartı ilə etmişəm. Banka və bankın kartla olan əməliyyatlar bölümünə müraciət etmişəm. Və onlar tərəfindən bu məsələyə baxildiqdan sonra Sizə müraciət olunması ilə bağlı məlumatlandırılmışam. Xahiş edirəm, məsələyə baxıb, rəy bildirərdiniz. Nə üçün ƏDV geri qayıtmayıb və ləğv olunub?
24/06/2020 Read: 90 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Günel Yusifli gu***@mail.ru ID: 2286
Salam. Edvgerial.az saytinda kalkulyator bölməsində çekin məbləğinə uyğun olaraq nə qədər pulun bizə geri qaytarılacağı göstərilir məsələn 13.45 AZN nagdsiz alışa kalkulyatorda 2.01 ədv gosterilir lakin 0.30 Azn qaytarilir yeni göstərildiyindən daha az məbləğ bizə geri qayıdır zehmet olmasa bu suala aydinliq getire bilersiz?
24/06/2020 Read: 31 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir.

0/5 (0 Average count)
Qiymət ver:
Nizami Quliyev Sedayeddin ni***@bk.ru ID: 2285
VÖEN-i baglatdırmaq istəyirəm.
24/06/2020 Read: 31 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
ELNUR VELIYEV El***@gmail.com ID: 2284
Ağstafa rayon məlumat mərkəzinə onlayn müraciət etmək istəyirəm.
24/06/2020 Read: 23 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. 

0/5 (0 Average count)
Qiymət ver:
Madat Yuzbashli Babir ba***@gmail.com ID: 2283
AZE 14430342 seriyalı şəxsiyyət vəsiqə. Vergi uçotuna alınmışam. Amma hal hazırda VÖEN-imdən istifadə etmirəm və heç istifadə etdiyim olmayıb. 190 AZN məbləğində sosial dəstək verilməməsinin səbəbi vergi ödəyicisi olduğumdur. Bu problemi necə aradan qaldırmaq olar? Vergi ödəmirəm, bir şey elemirəm, işsizəm. Nəyə görə mənə belə cavab gəlməlidir?
24/06/2020 Read: 39 Average count: 0

Bildiririik ki, Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslərin vergi uçotuna alınması tələb olunur. Həmçinin fəalityyətiniz olmadığı halda, vergi uçotunuzun ləöv edilməsi üçün uçotda olduiğunuz vergi orqanına müraciət edə bilərsiniz. 

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyeva Mələk Allahverdi qızı me***@gmail.com ID: 2282
Salam hörmətli vergi müfəttişi. Sualıma keçməzdən əvvəl qeyd edim ki, fiziki şəxsin gəlir vergisi ödəyicisiyəm və vahid bəyənnamə verirəm. Sualım, qayimə üzrə aylıq gəlirim 350 AZN olmuşdur. Bundan 1.5% komissiya bankda tutulur. Mən aylıq vergi məbləğimi necə hesablayım, DSMF ayırmamı necə hesablayım? İşsizlikdən sığorta mənə şamil olunurmu, olunursa necə hesablayım? İTS üzrə ödəniş olacaqsa o necə hesablanır və ödənişi necə olacaqdır. Ödənişləri hansı büdcə təsnifat koduna etməliyəm? Vergi- DSMF- və digərləri. Cavabınız üçün əvvəlcədən çox minnətdaram.
24/06/2020 Read: 94 Average count: 0

Bildiririk ki, gəlir vergisinin ödəyiciləri gəlirlərindən xərclərini çıxmaqla 20 faiz dərəcə ilə (mikro sahibkar olduqda 5 faiz dərəcə ilə) gəlir vergisi ödəməlidirlər.

Sahibkarlıq fəaliyyətini həyata keçirən şəxslərin məcburi dövlət sosial sığorta öhdəlikləri 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək tikinti və ticarət sektorunda fəaliyyət göstərən şəxslərə münasibətdə sosial sığorta haqqı minimum əməkhaqqının 25 faizinin, digər sahələrdə isə 15 faizinin - Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hesablanmalıdır. 

“İşsizlikdən Sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, işçisi olmayan şəxslər tərəfindən işsizilikdən sığorta haqqının ödənilməsi nəzərdə tutulmamışdır. 

İcbari tibbi sığorta haqları isə ölkə ərazisində 1 yanvar 2021-ci il tarixindən tutulacaq.

Əsas: Vergi Məcəlləsinin 96.1-ci, 101.3-cü, 102.1.30-cu, 108-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, "İşsizlikdən sığorta haqqında" Azərbaycan Respublikasının 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Qanunu, “Tibbi Sığorta haqqında” Azərbaycan Respublikasının 28 oktyabr 1999-cu il tarixli 725-IQ nömrəli Qanunu. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Nürəddin Allahverdiyev Asif a.***@mail.ru ID: 2281
Salam. Mən hal hazırda işsizəm, amma adıma VÖEN aktivdir. Onu necə bağlada bilərəm? Çox xahiş edirəm, mənə kömək edəsiniz.
23/06/2020 Read: 53 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Vergi uçotunuzun ləğv edilməsi üçün isə “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

 

 

0/5 (0 Average count)
Qiymət ver:
Məhərrəmov Elvin Fazil oğlu me***@mail.ru ID: 2278
Salam. Onlayn satışla məşğul olmaq üçün nə etmək lazımdır? Yəni mağaza yoxdur, sadəcə onlayn satışla, yəni bir malı topdan yerindən alıb digər vətəndaşa satan şəxs özünə vöen açdırmalıdır? Əgər açdırmalıdırsa vergi ödəyicisi olmalıdırsa bu proses necə aparılır? Yəni vətəndaşın verəcəyi vergi necə hazırlanır? Xatırladim ki, mağaza deyil onlayn satışdır. Təşəkkür.
23/06/2020 Read: 64 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Vergi uçotuna alınarkən təqdim etdiyiniz ərizədə seçdiyiniz vergitutma metoduna uyğun olaraq sadələşdirilmiş verginin, gəlir vergisinin və ya əlavə dəyər vergisinin (gəlir vergisinin ödəyicisi də olmaq şərti ilə) ödəyicisi kimi fəaliyyət göstərə bilərsiniz. Sözügedən vergitutma sistemlərinin hər birinin istər vergitutma bazasında, istər vergi tutulan dəyərində, istərsə də ümumiyyətlə inzibatçılığında müəyyən özəllikləri və xüsusiyyətləri vardır.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər (nağd və nağdsız hesablaşmaların rəsmiləşdirilməsi, vergi öhdəliklərinin yerinə yetirilməsi və s.) barədə daha ətraflı məlumat almaq üçün Vergilər Nazirliyinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, VIII, IX, XI, XVII fəsilləri, Azərbaycan Respublikasının 10.05.2005-ci il tarixli, 908-IIQ nömrəli “Elektron ticarət haqqında” Qanunu.

0/5 (0 Average count)
Qiymət ver: