Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ceyhun Musayev Musa oğlu ce***@mail.ru ID: 3332
Salam. Mən "Rupor".az adlı domen alaraq, eyni adlı xəbər portalı yaratmışam. Həmin portal təxminən 3 aydır fəaliyyət göstərir. Onu MMC-yə çevirmək istəyirəm. Mümkünsə, bu işi onayn həyata keçirməkdə mənə maarifləndirici dəstək göstərəsiniz. Öncədən minnətdarlığımı bildirirəm.
06/11/2020 Read: 52 Average count: 0

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.
Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Sənan Məhsimli Seyfəddin me***@gmail.com ID: 3238
Salam. Mən VÖEN-imin aktiv və ya passiv olmasını necə öyrənə bilərəm? Əlavə olaraq da onu bilmək istəyirdim ki, mənim bildiyim üzrə VÖEN-im passivdir və fəaliyyət göstərməmişəm VÖEN üzrə. Lakin, vergilərdən mənə sadələşdirilmiş verginin bəyanaməsinin təqdim olunması istənib. Kömək etsəniz, sevinərəm. Təşəkkür.
06/11/2020 Read: 179 Average count: 5

6 noyabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Məhsimli Sənan Seyfəddin oğlunun (VÖEN 1006320872) fəaliyyəti aktivdir. Fəaliyyətiniz aktiv olduğu üçün tərəfinizdən vergi orqanına müvafiq bəyannamə və ya arayış təqdim edilməlidir.

Fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə tanış ola bilərsiniz.

Vergi öhdəlikləriniz haqda əlavə məlumat almaq üçün, qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü və 30-cu maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
Zaur Cabbarlı ca***@mail.ru ID: 3331
Salam, mənim hesabımda indiyə kimi belə bir şeylə rastlaşmamışam. Amma sisteme bu yaxında yeniləmə gəldi və ədv geri alda 8 manat gözləyən məbləğim va,r amma balansım -1.05 göstərir. Anlamıram balans necə mənfi -1.05 manat ola bilər ki, səbəb nədir? Mənfi -1.05 olmağının səbəbi nədir ƏDV-dən bir də 1 manat 5 qəpik nə üçün çıxılır ki?
06/11/2020 Read: 51 Average count: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Arzu Qazıyeva-Əzimova Əliyar qızı ka***@mail.ru ID: 3250
Onlayn növbə ilə bağlı göndərdiyim sifariş qəbul olunmur, mənə xəbərdarlıq gəlir ki, sizin hal-hazırda aktiv növbəniz mövcuddur. Zəhmət olmasa, bunun nə demək olduğunu izah edin. Mən onlayn növbəyə necə yazılım?
06/11/2020 Read: 103 Average count: 4

Bildiririk ki, xidmət mərkəzlərində göstərilən xidmətlərdən digər vergi ödəyicilərinin yararlanmasına şəraitin yaradılması üçün bir şəxs gün ərzində yalnız bir dəfə xidmətlərdən yararlanmaq üçün onlayn növbəyə yazıla bilər.

Müraciətinizdə qeyd olunan halda, tərəfinizdən həmin gün üçün növbə seçildiyi üçün, müvafiq xəta mətni əks olunur.

Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. ilə İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) tanış ola bilərsiniz.

4/5 (3 Average count)
Qiymət ver:
Məmmədov Uzeyir Əldadaş Me***@mail.ru ID: 3256
Fəaliyyətin dayandırılması barədə online müraciət etmişdim. Zəhmət olmasa fəaliyyətimin müvəqqəti dayandırılması üçün müraciətimə nəzər yetirib gün ərzində dayandırılmasına köməklik edərdiniz.
06/11/2020 Read: 103 Average count: 5

6 noyabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Məmmədov Üzeyir Əldadaş oğlunun (VÖEN 3500826132) fəaliyyəti dayandırılmışdır. 

5/5 (3 Average count)
Qiymət ver:
Cahid Məmmədov Şakir oğlu ca***@gmail.com ID: 3248
Yeni yaranmış tikinti firmasıyıq və ƏDV ödəyicisi olmaq istəyirik, nə etmək lazımdır?
05/11/2020 Read: 183 Average count: 5

Vergi Məcəlləsinin 154.1-ci maddəsinə əsasən ƏDV-nin ödəyicisi kimi qeydiyyatdan keçən və ya qeydiyyatdan keçməli olan şəxs ƏDV-nin ödəyicisidir.

Vergi Məcəlləsinin 154.2-ci maddəsinə əsasən qeydiyyatdan keçən şəxs qeydiyyatın qüvvəyə mindiyi andan etibarən vergi ödəyicisi olur. Qeydiyyata dair ərizə verməli olan, lakin qeydiyyatdan keçməmiş şəxs qeydiyyata dair ərizə vermək öhdəliyinin yarandığı dövrdən sonrakı hesabat dövrünün başlanğıcından etibarən vergi ödəyicisi sayılır.

Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən qeydiyyatdan keçməli olmayan sahibkarlıq fəaliyyəti göstərən şəxs vergi orqanına ƏDV-nin məqsədləri üçün qeydiyyat haqqında könüllü ərizə verə bilər.

Könüllü qeydiyyat zamanı ƏDV məqsədləri üçün qeydiyyat - qeydiyyat haqqında ərizənin verildiyi aydan sonrakı hesabat dövrünün birinci günündə qüvvəyə minir:

ƏDV-nin məqsədləri üçün qeydiyyatın qüvvəyə minmə tarixi Vergi Məcəlləsinin 157.3.3-cü maddəsinə əsasən bu Məcəllənin 85.4-cü maddəsi ilə müəyyən edilmiş 3 il müddətindən çox olmamaqla, vergi ödəyicisinin qeydiyyat haqqındakı ərizəsində göstərilən tarix sayılır.

Vergi ödəyicisinin əlavə dəyər vergisinin məqsədləri üçün qeydiyyata alınması haqqında ərizə və onun doldurulma qaydası ilə Buradan tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin XI fəsli.

5/5 (3 Average count)
Qiymət ver:
Nərminə Məmmədova Zahid Ne***@icloud.com ID: 3330
Mən 1 ay əvvəl Saloğlu firmasından mebel aldım. Çekı Birkart vasitəsilə telefonuma yüklədom. Əvvəl gözləmə rejiminə düsməsinə baxmayaraq, sonra ƏDV geri qaytarilmasına imtina getdi.
05/11/2020 Read: 43 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Xankişiyev Nəbi Ağabala oğlu ru***@mail.ru ID: 3329
Salam, xahiş edirəm mənim 2020-ci il yanvar, fevral və mart ayları üzrə sosial sığorta ödənişlərimi hesabıma köçurəsiniz
05/11/2020 Read: 40 Average count: 0

Ödənişlərinizin fərdi uçot sisteminə mədaxil edilməsi ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Şahin Rzayev Yaqubəli oğlu sh***@gmail.com ID: 3242
Salam. Mən yenicə kiçin sahibkarlıq fəaliyyətinə (sadələşdirilmiş vergi ödəyicisi kimi) başlamışam (Sentyabr 2020) və bır sıra suallarım var: 1. Mən Bakı şəhərində yaşayıram və qeydiyyatım da oradır. Lakin mağazam Xirdalan şəhərində yerləşəcək. Bu halda mən (pandemiya ilə əlaqədar) 2% ödəyicisi oluram yoxsa 1% ? 2. 3-cü rübdə heç-bir fəaliyyətim olmayıb çünki fəaliyyətə təzə başlamışam və hal-hazırda malların idxalı üzərində işələyirəm. Odur ki, tərəfimdən 3-cü rübə dair boş hesabat verildi. Bilmək istədiyim DSMF-ə də hesabat verilməlidirmi və verilməlidirsə bunu necə edə bilərəm ? 3. Vergi Hesab Fakturası ilə Elektron Qaimə-Faktura arasındakı fərq nədən ibarətdir ? Öncədən minnətdaram.
05/11/2020 Read: 196 Average count: 5

Cavab 1. Bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə sadələşdirilmiş verginin dərəcəsi bütün respublika ərazisində 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 2 faizdən 1 faizə endirilmişdir.

Cavab 2. Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir. Bu halda vergi ödəyicisinin vergi və sosial sığorta haqqı üzrə öhdəliyi yaranmır. 

Həmçinin bildiririk ki, vergi ödəyicisi faktiki olaraq fəaliyyət göstərdiyi ərazi üzrə müəyyən olunmuş dərəcələrlə məcburi dövlət sosial sığorta haqqını hesablayıb ödəməlidir. Bu zaman ödəniş “Məcburi dövlət sosial sığorta məqsədləri üçün fəaliyyət növü”nün koduna uyğun olaraq hesablanır.

Cavab 3. Bildiririk ki, 1 yanvar 2020-ci il tarixədək elektron vergi hesab-fakturası yalnız ƏDV ödəyiciləri tərəfindən təqdim edilirdi və ƏDV-nin əvəzləşdirilməsi yalnız əldə olunmuş elektron vergi hesab-fakturası  əsasında mümkün idi.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən 1 yanvar 2020-ci il tarixdən elektron vergi hesab-fakturası və elektron qaimə-faktura vahid sənədlə, yəni elektron qaimə-faktura ilə əvəz edilmişdir və həmin tarixdən etibarən ödənilmiş ƏDV-nin əvəzləşdirilməsi elektron qaimə-faktura əsasında həyata keçirilir.  

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 71-1-ci, 218-ci, 220-ci, 224.3-cü maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 1704-VQD və 90-VIQD nömrəli Qanunları.

5/5 (4 Average count)
Qiymət ver:
Rəhimov Famil Vaqif oğlu re***@mail.ru ID: 3328
Salam. Mən mikro sahibkar Rəhimov Famil Vaqif oğlu (VÖEN 1503655412) artıq 4 ilə yaxındır ki, sadələşdirmiş vergi ödəyəciyisiyəm. Fəaliyyətim hazır yeməklərin göndərilməsidir. Debet uniform şirkəti ilə müqavilə əsasında şirkətin işçilərini nahar yeməyi ilə təmin edirəm. 2020 ci ilin iyun ayında mənə vergidən gələn məktubda deyildi ki, Siz fiziki şəxs kimi hüquqi şəxsə xidmət göstərdiyiniz üçün və elektron qaimələriniz 30% keçdiyi üçün siz sadələşdirmiş vergi ödəyicisi hüququnuzu itirirsiz və 2019 cu ilin eləcədə 2020 ci ilin 1 və 2 ci rüblərini sadələşdiemiş vergi bəyannaməsini silib sifirlayıb yenidən mənfət vergisi kimi göndərməyiniz tələb olunur. Məndə öz növbəmdə onların dediyi kimi edib mənfəət vergisi kimi hesabatlarımı göndərdim. 2019 cu ildə dövriyyəm 124000 AZN təşkil edib sadəcə çəkilən xərclərimi göstərmədiyimdən onlar mənim bütün dövriyyəmə vergi hesablayıb təxmini 4500AZN+1500AZN faiz vergisi+2020 ci ilin 1-2-3 rüblərinə 3600 AZN cəmi təxmini 10 000 AZN yaxın əsassız vergi yükü hesablayıblar. Halbuki, mənim 2019 cu ildə aldığım bir cox kənd təsərüffat mallarına alış aktlarım var. Sualım belədir: mən 2019 cu ilin Alış aktları ilə xərclərimi təsdiq edə bilərəm?
05/11/2020 Read: 84 Average count: 5

Bildiririk ki, vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsinə səbəb olan vergi riskinin aradan qaldırılması məqsədi ilə vergi orqanı Vergi Məcəlləsinin 37-ci maddəsinə uyğun olaraq kameral qaydada vergi yoxlaması apara, vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər.

Müvafiq olaraq vergi orqanına təqdim edilmiş bəyannamələrdə kameral qaydada aparılmış yoxlamalar zamanı müəyyən edilmiş uyğunsuzluğun aradan qaldırılması üçün əsaslandırılmış yazılı izahat və zəruri olan təsdiqedici sənədləri (məlumatları) kameral vergi hesablanmasını aparan vergi orqanına təqdim etməyiniz tövsiyə olunur.

Məlumat üçün bildiririk ki, 2019-cu il üçün təqdim etdiyiniz gəlir vergisi bəyannaməsi üzrə aparılmış kameral vergi yoxlamasının nəticələrinin ləğv edilməsi ilə bağlı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə daxil olmuş müraciətlərinizə Dövlət Vergi Xidmətinin Sənədlərlə iş və müraciətlərə baxılması (Katiblik) baş idarəsində baxılır.

Sizə qanunvericilikdə nəzərdə tutulan müddət ərzində cavab veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 23-cü və 37-ci maddələri. 

5/5 (1 Average count)
Qiymət ver:
Fazil İsmayılov İsmayıl oğlu is***@yandex.ru ID: 3324
Salam! Mənim xaricdə elmi kitabım nəşr olunub. Kitabın nəşriyatı satışla da məşğul olur. Kitablar satılıb. mənə pul göndərilib. Kapital bankda hesab açmışam. Bu hesab haqqında məlumat qeyd olunan nəşriyyata göndərilib. Lakin, kapital bankdan pulu ala bilmirəm. Orada dedilər ki, vergiyə müraciət edim. Xahiş edirəm, mənə bildirəsiniz, yuxarıda qed olunan pulu mən necə alım?
05/11/2020 Read: 103 Average count: 5

Bildiririk ki, fiziki şəxslərin cari hesabları onların hesabına daxil olan pul vəsaitini qəbul etmək və hesaba salmaq, hesabdan pul vəsaitlərini köçürmək və vermək, habelə hesab üzrə digər əməliyyatların aparılmasına dair sərəncamlarını yerinə yetirmək üçün açılır. 

Həmçinin, banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanı tərəfindən verilən şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.  Şəhadətnamə-dublikat iki hissədən ibarətdir. Onun bir hissəsi vergi ödəyicisinin hesab açdığı bankda qalır, bildiriş adlanan digər hissəsini isə bank idarəsi müvafiq qeydləri apardıqdan sonra onu vermiş vergi orqanına göndərir. Vergi orqanı bank idarəsindən göstərilən bildirişi aldıqdan sonra bildirişdə göstərilən məlumatları vergi uçotu məlumatlarına daxil edir və 1 gün müddətində həmin məlumatları müvafiq icra hakimiyyəti orqanına elektron və (və ya) kağız daşıyıcılar vasitəsilə göndərir.

Məlumat üçün bildiririk ki, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir. 

Yuxarıda qeyd olunanlara əsasən, tərəfinizdən qeydiyyatda olduğunuz vergi orqanına müraciət edilərək seçdiyiniz bank üzrə  şəhadətnamə-dublikat əldə olunmalı, bank hesabı açılmalıdır. Eyni zamanda əldə olunan gəlirlər haqda qeydiyyatda olduğunuz vergi orqanına bəyannamə təqdim edilməlidir.
Əsas: Vergi Məcəlləsinin 35-ci maddəsi, Vergilər Nazirliyinin Kollegiyasının 27 yanvar 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament.

5/5 (1 Average count)
Qiymət ver:
Anar p.***@rambler.ru ID: 3246
Salam. Əgər mənzil 5 aydır alınıb və cəmi 13 kvadrat təşkil edirsə, həmin mənzilin satışından vergi tutulur? Bildiyim qədər müəyyən sahəyə qədər vergi tutulmur?
05/11/2020 Read: 187 Average count: 5

Bildiririk ki, fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi sadələşdirilmiş vergidən azaddır. 

Eyni zamanda, yaşayış yeri üzrə qeydiyyatda olma müddətindən aslı olmayaraq fiziki şəxslərin xüsusi mülkiyyətində olan yaşayış sahələrinin təqdim edilməsi zamanı həmin yaşayış sahələrinin 30 kvadratmetrədək olan hissəsi sadələşdirilmiş vergidən azaddır.

Qeyd olunanlara əsasən fiziki şəxsin yaşayış sahəsinin (mənzilinin) təqdim edilməsi zamanı yaşayış sahəsinin 30 kvadratmetr olan hissəsi vergidən azad edildiyi üçün müraciətinizdə qeyd olunan mənzilin təqdim edilməsi zamanı vergi tutulmur.

Əsas: Vergi Məcəlləsinin 218-1.1.5-ci maddəsi.

5/5 (7 Average count)
Qiymət ver:
Zaur Qenberov Ilqar za***@icloud.com ID: 3323
Fiskal ID ləğv edilib. Zəhmət olmasa, əlaqə saxlayın, əlavə məlumat verim.
04/11/2020 Read: 45 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Musayeva Samirə Əhməd mu***@gmail.com ID: 3322
Salam. ƏDV-də 38 manat gözlənilən məbləğim var idi bu gün yüklənmədi idi. Bugün baxdıqda isə çek ləvğ olunub, qırmızı zolağa düşüb. Kapital mənə çeki geri qaytardığınızda ləvğ olunacağını dedi, amma mən çeki geri qaytarmamışam. Xahiş edirəm cavablandırasınız.
04/11/2020 Read: 35 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Refat Qasımlı re***@gmail.com ID: 3321
Salam. Sentyabr 26 və Oktyabr 1-də ƏDV geri al etdim ve gözləmədə qaldı 1 ay. 1 ay bitdi yenə verilmədi ve 40 gündən sonra çek ləğv oldu? Səbəb nədir? Niyə gecikdirdilər və sonra ləğv olundu? Malı geri qaytarmamışam. Legv olunma sebebi kimi: code 40990 yazılır. Bu nə deməkdir?
04/11/2020 Read: 43 Average count: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

3/5 (2 Average count)
Qiymət ver:
Azad Pənahov Səməd az***@mail.ru ID: 3318
Salam. Mən Xətai rayonu Mehdi Mehdizadə 10 ünvanında Market işlədən Vidadi adlı kişidən şikayət etmək istəyirəm.Həmin şəxs işlətdiyi marketin aşağısında yerləşən zirzəmini qanunsuz olaraq dostum Sabir Rizvanova icarəyə vermiş və heç bir müqavilə bağlamamışdır. Sabir 29.09.2020 tarixində vətənin müdafiəsi üçün müharibəyə yollandıqda Vidadi adlı şəxs bizdən obyektini boşaltmağı tələb etdi.Mən "vətən üçün müharibəyə gedib" deyə bildirdikdə "Mənə nə?" deyə cavab verdi. Mən dostumun əşyalarının yüngül olanlarını götürdüm və əsas böyük əşyaları həmin obyektdə saxlayaraq Sabir özü müharibədən qayıdanda götürər deyə bildirdim. Hal hazırda Vidadi adlı şəxs həmin obyekti başqa adama yenə də qanunsuz olaraq müqaviləsiz icarəyə verib və üstəlik küçə alverilə məşğul olurlar. Vidadi adlı şəxs bildiyim qədərilə adına vöen açdırıb,amma mağazasında çox sayıda müddəti bitmiş mallar satdığı halda kassa çeki təqdim etmir. Müharibədə olan vətəndaşa qarşı etdiyi əmələ görə mən şikayət etməyi özümə borc bildim. Həmin Vidadi adlı şəxs barəsində tədbir görməyinizi xahiş edirəm.
04/11/2020 Read: 58 Average count: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz:

0/5 (0 Average count)
Qiymət ver:
Türkan Əsədova Zaur tu***@gmail.com ID: 3317
Salam. Mənim geri qaytarılmalı olan 2 ədv ləğv edilmişdir (65.34azn,36.51azn). Bunun səbəbini öyrənmək istəyirəm.
04/11/2020 Read: 50 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənağa Nağızadə Ha***@yahoo.com ID: 3316
Salam. Mənim sualım ədvgeri al ilə bağlıdır. 28.09.2020 tarixində aldığım ödəniş çeki məndə olmasına baxmayaraq, çekin ödəniş statusu ləvğ olunmuşa çevrilib sistemdə. 195ə zəng etsəmdə, Kapital banka müraciət etməyimin daha doğru olacağını söylədilər. Kapital bankdan isə, ümumiyyətlə bu işə baxmadığlarını bildirdilər.
04/11/2020 Read: 31 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cəlil Həsənov Sabir oğlu ja***@gmail.com ID: 3315
Mənzil Tikinti Kooperativləri inşa etdiyi bina idarəçiyə təhvil veriləndən sonra kommunal xidmətlərə görə ödənişlər MTK-lar və ya idarəçilər tərəfindən yığılmalıdır?
03/11/2020 Read: 122 Average count: 0

Bildiririk ki, kooperativ binanın tikintisi və (və ya) yenidən qurulması tam başa çatdıqdan və həmin binada mövcud olan yaşayış və qeyri-yaşayış sahələrinin ümumi sayının əlli faizindən çoxuna mülkiyyət hüququ Azərbaycan Respublikasının Mənzil Məcəlləsi, Mülki Məcəlləsi və digər qanunları ilə müəyyən olunmuş qaydada mənzil-tikinti kooperativinin üzvlərinə keçdikdən sonra bir ay ərzində mənzil-tikinti kooperativinin qanunla müəyyən olunmuş qaydada ləğvi və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməsi barədə qərar qəbul edilərək, hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında qanunvericiliyə uyğun olaraq zəruri tədbirlər görülməlidir.

Əlvə olaraq bildiririk, dövlət və ictimai mənzil fondu evlərində yerləşən yaşayış sahəsindən istifadə haqqı (mənzil haqqı) və özəlləşdirilmiş mənzillərin mülkiyyətçilərinə evlərin saxlanılması üçün xidmət haqqı ödənilir. Mənzil (ev) xidməti tarifləri, habelə yaşayış binalarında liftdən istifadəyə görə ödənişlər Nazirlər Kabinetinin 10.03.2000-ci il tarixli 40 nömrəli Qərarı ilə, mərkəzi istilik sisteminin fəaliyyətinin təşkili və isti su təchizatı ilə bağlı xidmətlərin haqqı Tarif Şurasının müvafiq qərarları ilə müəyyən edilir. Kommunal ödənişlər də mövcud qanunvericiliyin tələblərinə əsasən yalnız nağdsız qaydada ödənilməlidirlər.

0/5 (0 Average count)
Qiymət ver:
Dəniz Əliyev Şahid de***@gmail.com ID: 3313
Salam, mən təxminən 40 gün bundan qabaq "Kontak Home"-dan telefon aldım nağd şəkildə və mənə verilən çeklə ƏDV geri qaytarilmasını həyata keçirdim. 30 gün idi pul qayıtmırdı, bu gün baxdım və həmin çek ləğv olunan yazır (telefonu qaytarmamışam, işlədirəm). 40 azn dəyərindıə ƏDV geri alınmalı idi. Bunun səbəbi nə ola bilər? Zəhmət olmasa, məlumat verərdiniz.
03/11/2020 Read: 57 Average count: 0