Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Qənbərov İsmayıl Müzəffər oğlu is***@mail.ru ID: 3372
Salam. Mən 11.11.2020 tarixdə birbank proqramı ilə edvgerialda olan pulumdan ödəniş etmişəm Bakselə 1.97 azn. Amma həmin ödəniş yoxa çıxıb. Zəhmət olmasa, məlumat verəsiniz.
15/11/2020 Read: 45 Average count: 3

Bildiririk ki, İsitfadəçi virtual “pul qabı”na toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişləri, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilər. Bunun üçün hesabda azı 5 manat vəsait olmalıdır. 

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) bilərsiniz.

3/5 (2 Average count)
Qiymət ver:
Agamalıyev Rustem Azad tw***@mail.ru ID: 3577
Salam, cox üzr istəyirəm. Sizdən məlumat almaq istərdim. Ümidvaram ki köməklik edəcəksiz. Bizim evdə menden basqa hec kes işləmir, men de İri ticarət mərkəzində satıcı işləyirəm 28 mall da, dövlətimiz oktyabr ayına dək sagolsun bize pul ayırırdı bir qismini 165 m, oktyabr noyabr ayı isə şirkətimiz deyir ki pul verilməyəcək, yeni dövlətimiz ayırmayıb, bunun doğru olub olmadığını sadece öyrənmək istərdim. Əvvəlcədən təşəkkürlər.
15/11/2020 Read: 67 Average count: 0

Bildiririk ki, Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstərilmişdir. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödənilmişdir. Oktyabr ayı üzrə maliyyə dəstəyi nəzərdə tutulmamışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Sultanov za***@mail.ru ID: 3370
Salam. 01.10.2020 tarixində saat 14:06 da 233 nömrəli bazarstore dükanında 73.54 azn qəbz götürülüb, lakin bu günə kimi Fiskal İD sistemə oturmayıb. 2CycwXDtPFZL. Zəhmət olmasa qəbzin tapılması üçün köməklik göstərəsiniz.
14/11/2020 Read: 40 Average count: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Eyvazlı Orxan ok***@mail.ru ID: 3369
Bir magazindən 3000 AZN mebel alınıb. ƏDV istəniləndə bizə 0 (sıfır) çek teqdim edildi. Sonradan baxıldı ki, çekdə ƏDV yoxdur. Bütün ƏDV çeki (2 ədəd) sıfır göstərilib. Zəhmət olmasa, bununla bağlı köməklik edərdiniz.
14/11/2020 Read: 46 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün ətraflı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz:

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova Tükəzban Əhməd qızı mm***@bk.ru ID: 3365
Salam. ********** çekimin ƏDV-si ləğv olunub. Ona baxılıb bərpa olunmasını xahiş edirəm.
13/11/2020 Read: 38 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ağa Bağırov ag***@mail.ru ID: 3364
Salam. Fərdi sahibkar kamera və kopüter avadanlıqları satışı ilə məşğuldur. Bu sahibkar bakıda fəaliyyət göstərir. Bu hansı vergi ödəyicisi hesab olunur? Bu fərdi sahibkar, 2 il öncə bazardan avadanlıqları qeyri rəsmi şəkildə almışdır. İndi həmin malları rəsmi şəkildə satmaq istəyir. Bu zaman nə etməlidir? Xahiş edirəm ki, ətraflı məlumat verəsiniz.
13/11/2020 Read: 72 Average count: 0

Vergi ödəyicisinin anbarında aşkar edilən elektron qaimə-faktura tərtib edilmədən alınmış malların sənədləşdirilməsi ilə bağlı bildiririk ki, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının Q-17 nömrəli 16 iyul 2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”nın 3.7-ci bəndinə əsasən uçotda olmayan və inventarizasiya zamanı aşkar edilən torpaq, tikili və avadanlıqlar bazar qiymətlərinə uyğun qiymətləndirilir və onların mühasibat uçotu subyektinin balansına daxil edilməsi məqsədi ilə müvafiq aktla rəsmiləşdirilir.

Buna əsasən inventarizasiya zamanı aşkar edilən elektron qaimə-faktura ilə rəsmiləşdirilməyən mallar həmin malların bazar qiyməti ilə uçota alınır və həmin malların dəyəri vergi ödəyicisinin satışdankənar gəlirlərinə aid edilir. Mallar vergi ödəyicisi tərəfindən təqdim edilən zaman malların vergi ödəyicisinin balansına mədaxil dəyəri vergi ödəyicisinin xərclərinə aid edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 58.8.2-ci maddəsinə əsasən malların alışını və ya mədaxilini təsdiq edən bu Məcəllənin 58.8-ci maddəsində nəzərdə tutulan sənədlərdən ən azı biri olmadıqda - alıcıya təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə alınmış malların dəyərinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Ağa Bağırov ag***@mail.ru ID: 3362
Hər vaxtınız xeyir olsun. Mənim sualım onda ibarətdir ki, bir obyektdə 2 və daha çox bərbər işləyir. Bu bərbərlər hər biri VÖEN açdırıb sabit sadələşdirilmiş vergi ödəyicisi olmalıdır? Obyekt sahibi ilə necə müqavilə bağlanmalıdır?
13/11/2020 Read: 84 Average count: 0

Vergi Məcəlləsinə əsasən fərdi qaydada bərbər fəaliyyəti ilə məşğul olan (qadın və ya kişi bərbərləri olmasına fərq qoyulmadan) şəxslər aylıq 15 manat məbləğə Bakı şəhəri üçün 2 əmsalı tətbiq etməklə 30 manat sadələşdirilmiş vergi ödəyir. Həmin şəxslər nəzərdə tutulan fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi  orqanından könüllü olaraq növbəti ay, rüb, yarım il və ya il üçün «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» almalıdır. «Sadələşdirilmiş vergi üzrə sabit məbləğin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsi haqqında qəbz» vergi ödəyicisi yazılı müraciət etdikdə iki iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində verilir.

Bununla yanaşı, Vergi Məcəlləsinin müddəalarına əsasən icarəyə verən fiziki şəxs olduğu halda, vergi ödəyicisi tərəfindən ona ödənilən icarə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi hesablanaraq dövlət büdcəsinə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.4-cü, 220.10-cu maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Əsədova Mədinə Şaban qızı As***@inbox.ru ID: 3361
Gözləyən məbləğ yerində olan məbləğ balansa keçmir. Artıq 1ay 5 gündür ki, keçib. Yenə də balansa daxil olmur.
12/11/2020 Read: 33 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Musayeva Afət af***@socar.az ID: 3360
Fiskal İD: CSwnsjaW9vfN bu fiksal cek 23.09.2020 olan cekdi heledede edv geri qayitmayib.
12/11/2020 Read: 38 Average count: 4

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (3 Average count)
Qiymət ver:
Mehman Bağırov Azər 19***@gmail.com ID: 3359
Salam, VÖEN hesabını bağlamaq istəyirəm, lakin pin kodu itirmişəm. Kodu tapmaqda mənə köməklik edə bilərsiniz?
12/11/2020 Read: 43 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rafiyeva Sveta Kamal qızı dr***@mail.ru ID: 3358
Mənim çeklerim ya tapılmır, ya da çek olsa da imtina edilir.
11/11/2020 Read: 48 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Cabbarova Leyla Şəmsəddin qızı ca***@yahoo.com ID: 3352
Salam mən vergi qeydiyyatına düşmək istəyirəm. Xahiş edirəm nəzərə alasınız
10/11/2020 Read: 32 Average count: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi uçotuna alınmaq üçün “Fiziki şəxsin vergi uçotu ərizə” müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim edə bilərsiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin vergi uçotu ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Murad Bəxtiyar mu***@mail.ru ID: 3351
Salam, qeydiyyatdan keçdim nömrəm yanıb işləmir. Köçürmə etmək üçün də, nömrə yeniləmək üçün də doğrulama şifrəsi istəyir. Təzə nömrəmi necə qoşa bilərəm o hesaba? İçində pul var çıxaraa bilmirəm. Təşəkkürlər
09/11/2020 Read: 34 Average count: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Iltimas Orucov Arifoglu az***@hotmail.com ID: 3350
Məni hörmətli nazirlikdə vakant iş yerləri maraqlandırır, qeyd etmək istərdim ki, Dövlət Qulluğu barədə Dövlət İmtahan Mərkəzi tərəfinden Dövlətlər arası Prezident sərəncamıyla xaricdə təhsil alan şəxslərə 28.1.-madde tətbiq edilmir. Yəni imtahandan azaddırlar. Lazım olan sənədlər nazirliyə təqdim edildikdən sonra namizəd stajçı kimi işə baslayır. Nəzərinizə çatdırmaq istərdim ki, mən 1997-2005 ci illərdə dövlət xətti ilə Çin Xalq Respublikasında təhsil almışam. Diplomlarım 2018-2019 cu illərdə Təhsil Nazirliyi tərəfindən tanınmışdır. Xahiş edirəm əlinizdən gələn köməklikləri və məsləhətlərinizi bizdən əsirgəməyin.
09/11/2020 Read: 47 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. İşə qəbul "Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi" Qaydalarına əsasən həyata keçirilir.

Ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fətəliyev Ağacəfər Adil oğlu ag***@gmail.com ID: 3348
Salam. Mənim VÖEN-in kodunu parolunu itirmişəm. Kod ya parol mənə lazımdır, onları necə əldə edim?
09/11/2020 Read: 41 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ramil Yaqubov Zahid rr***@gmail.com ID: 3347
07.10 2020 tarixdə alınan mala görə ədv geri alda gözləmədə olan və qaytarılmalı olan ədv-nin qaytarılmaması səbəbi?
09/11/2020 Read: 47 Average count: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

3/5 (2 Average count)
Qiymət ver:
Arifli Teymur Ay***@mail.com ID: 3346
Çeki yükləyə bilmirəm, "fiskal İD yalnışdır" yazılır.
08/11/2020 Read: 33 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əfran Cucuyev Əli ef***@gmail.com ID: 3341
Karantin müddətində işsiz vətəndaşlar üçün birdəfəlik ödəmə olunacaq, əvvəlki vaxtlarda birdəfəlik ödəmə mənə verildi, 2 cisi verilmədi. Hazırda məndə kart yoxdur, mən bu ay veriləcək birdəfəlik ödəməni necə alacam?
07/11/2020 Read: 35 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Ələkbərov Ağəli Kamal a_***@mail.ru ID: 3339
Salam. Mən işlədiyim şirkətdən 2017 ci ildə ixtisarla əlaqədar olaraq işdən azad olunmuşam. Fərdi şəxsi hesabımı yoxlayan zaman müəyyən etdim ki, 2015-ci il üzrə hesablanmış məbləğ 9596.69 Azn-dir. Lakin ödənilmiş məbləğ 8880.64 Azn-dir. Bu fərqin aradan qaldırılması üçün şirkətə dəfələrlə şəxsən və telefon vasitəsilə müraciət etməyimə baxmayaraq bu məsələ öz həllini tapmır. Bu problemi necə həll etmək olar? Şirkət hal-hazırda fəaliyyət göstərir. Əvvəlcədən təşəkkür edirəm
06/11/2020 Read: 62 Average count: 0

Müraciətinizdə qeyd olunan dövrlər üzrə məcburi dövlət edilməsi ilə bağlı hesabatların təqdim olunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elçin el***@gmail.com ID: 3338
Salam. Mən 2020-ci ildə dövlət dəstəyi proqramından iki dəfə yararlanmışam, hal-hazırda işləmirəm asan imzam və vöenim var sadəcə olaraq vöenim bir aydır ki, passivdir. Bilmək istəyirəm ki, VÖEN-imin aktivliyi, müvəqqəti dayandırıldığına görə yeni qəbul olunmuş qərara əsasən mən yenə dövlət dəstəyindən yararlana biləcəm ya yox? Xahiş edirəm, bu barədə məlumat verin.
06/11/2020 Read: 43 Average count: 5

Bildiririk ki, bir sıra şəhər və rayonlarda epidemioloji vəziyyətin kəskinləşməsi ilə əlaqədar yenidən xüsusi karantin rejimi tətbiq edilib. Lənkəran, Şəki şəhərləri və Cəlilabad, Biləsuvar, Qax, Zaqatala, Masallı, İsmayıllı, Quba, Xaçmaz rayonlarında karantin rejiminin sərtləşdirilməsi sahibkarlıq subyektlərinin fəaliyyətində yenidən məhdudlaşmalara səbəb olub. Qeyd olunan şəhər və rayonlarda fəaliyyət göstərən sahibkarlıq subyektlərinə müvafiq maliyyə dəstəyi göstərilmişdir. Maliyyə dəstəyinin göstərilməsi üçün vergi ödəyicilərinin müraciət etməsinə ehtiyac olmamışdır. Belə ki, ödəmələr həmin rayonlarda əvvəllər maliyyə dəstəyi almış vergi ödəyiciləri üzrə həyata keçirilmişdir. 

5/5 (2 Average count)
Qiymət ver: