Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Aydınlı Seyran Aydın se***@outlook.com ID: 3414
Salam. Zəhmət olmasa qeyd etdiyim sualları cavablandırasınız. 1) Hüquqi şəxsə aid MMC açmaq üçün onlayn qeydiyyata dair təlimat linki varmı, əgər varsa linki göndərməyinizi xahiş edirəm. 2) Açdığımız brend hələki fəaliyyətə başlamır, sadəcə hüquqi şəxs olub, brendi yaratdıqdan sonra fəaliyyətə başlayacaq, yəni hələ heç bir fəaliyyət (mağaza və s) yoxdur. Bu halda mən vergi ödəməliyəmmi, yoxsa bu hal üçün xüsusi şərtlər var? 3) MMC açarkən ümumi rüsum nə qədər ödənilir? (təsisçi və bütün səlahiyyətlər məndədirsə) 4) Açdığım MMC-ni adını digər yerlərdə istifadə olunmaması üçün şəxsi olmasını istəyirəm, bu halda markanın sırf mənə məxsus olması üçün hara müraciət olunmalıdır? (patent və s.) Zəhmət olmasa cavablandırasınız.
23/11/2020 Read: 105 Average count: 5

Cavab 1. Bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Cavab 2. Hüquqi şəxs fəaliyyət xüsusiyyətindən asılı olaraq, Vergi Məcəlləsinin müddəaları nəzərə alınmaqla, qeydiyyata alınarkən seçiminə əsasən sadələşdirilmiş və ya mənfəət vergisinin ödəyicisi ola bilər. 

Sadələşdirilmiş vergi üzrə öhdəlik hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində göstərdiyi fəaliyyətdən əldə olunan gəlirlərinə (ümumi hasilatın cəminə) 2 faiz vergi dərəcəsi tətbiq edilməklə həyata keçirilir.

Mənfəət vergisi üzrə öhdəlik isə əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

ƏDV məqsədləri üçün qeydiyyata durmaq öhdəliyi Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ayın istənilən ayında (aylarında) 200 min manatdan artıq olduqda yaranır.

Cavab 3.  "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası qanununa müvafiq olaraq Azərbaycan Respublikasında hüquqi şəxslərin elektron dövlət qeydiyyatı rüsumsuz aparılır. 

Cavab 4. Azərbaycan Respublikasında yeni yaradılacaq kommersiya hüquqi şəxsinin təsisçi tərəfindən ona verilməli adın unikallığının yoxlanılması üçün "Kommersiya hüquqi şəxsin adının unikallığının yoxlanılması" elektron xidmətinən istifadə edə bilərsiniz. 

Bundan əlavə, patent və əmtəə nişanlarının dövlət qeydiyyatı ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikasının Əqli Mülkiyyət Agentliyinə müraciət edə bilərsiniz.

 

5/5 (2 Average count)
Qiymət ver:
Kamal Babayev Seyidmirze ka***@mail.ru ID: 3413
Menim sizə sualım odur ki, mən alış-veriş etdiyim çekin əsli və ƏDV çeki də ola-ola mənim şəxsi ƏDV səhifəmdə 2000 azn-dən 30 azn daxil olmalı idi. Lakin, o çekdəki məbləğə qadağa qoyulub. Mümkünsə mənə bu barədə açıqlama verərdiniz.
23/11/2020 Read: 48 Average count: 1

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

1/5 (1 Average count)
Qiymət ver:
Fərhad Xankişiyev Rashid Fa***@mail.ru ID: 3412
Salam. Telefon mağazasında telefon əldə etdik və bizə çek verildi. İndi mən edvgerial saytına çeki daxil edirəm və bir problemlə rastlaşıram. Çeki qəbul etmir və çekin istifadə olunduğu yazılır. Bilmək istərdim ki, mənə verilən çeki kim istifadə edib və yaxud niyə qəbul olunmur?
23/11/2020 Read: 51 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Günel Nəzərova Rəşid qızı gu***@yahoo.com ID: 3356
Salam. Mənim anam - İsmayılova Aygün İdris qızı, 06 noyabr 2020-ci il, saat 15:09-da "Park Bulvar" ANM-də yerləşən "ADL" mağazasından dəyəri 132 AZN olan geyim əldə edib, ancaq həmin an Fiscal çekin verilməsi üçün aparat işləmədiyi üçün, ona daha sonra what's app vasitəsilə göndəriləcəyi deyilib və göndərilib də. Ancaq mən bu gün (11.11.2020) çeki edvgerial.az portalına daxil etdikdə, bu çek üzrə müraciətin artıq edildiyi ortaya çıxıb. Zəhmət olmasa, EHmtyCRmVbSR kodlu çekin kim tərəfdən bazaya daxil olunduğunu araşdırıb, mənə məlumat verəsiniz. Eyni zamanda, başqa bir sualım ƏDV-nin geri alınması ilə bağlı 2 obyekt - Chinar restoranı (Azneft-dəki) və "Orchestra" uşaq geyimləri mağazası (Dəniz Mall) haqqındadır. Bu obyektlərin çekini portala daxil etdikdə, bu mallar üzrə ƏDV ödənilmədiyi qeyd olunur. Bəyəm uşaq geyimi (kofta) və restoranda yemək ƏDV-dən azaddır? Hörmətlə, Günel Nəzərova
23/11/2020 Read: 222 Average count: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (1 Average count)
Qiymət ver:
Rüfət Baxşəliyev İlqar ru***@gmail.com ID: 3355
Ədv gerialla bağlı prablem var. Qaytarılmalı olan məbləğ geri qaytatılmır. Səbəbin bilmək olar?
23/11/2020 Read: 125 Average count: 5

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (2 Average count)
Qiymət ver:
Ramin Babayev ra***@alplaw.az ID: 3253
Hörmətli Dövlət Vergi Xidməti əməkdaşları. Sualım şərti olan rezident müəssisənin ona məxsus mobil tətbiq üzərindən qida sifarişi və çatdırılması xidmətinin təşkil olunmasından və bu fəaliyyətdən irəli gələn vergi öhdəliklərindən ibarətdir. İş prinsipi: 1. TƏSVİR: Şərti rezident müəssisə qida sifarişi (özü ilə aparma yaxud yerində (restoranda) sifarişin qəbulu da mümkündür) və çatdırılması xidmətinin təşkil olunması üçün xüsusi mobil proqram tətbiqinə malikdir. AR-nın ərazisində olan istənilən fiziki şəxs həmin mobil tətbiqdə müştəri kimi qeydiyyatdan keçərək qida və onun çatdırılmasını sifariş edə bilər. Qida sifarişi və çatdırılması haqlarının ödənişini müştəri mobil tətbiqdə qeydiyyatdan keçirdiyi plastik kartdan yaxud kuryerə nağd qaydada həyata keçirə bilər. 2. XİDMƏTİN TƏŞKİLİ (qida sifarişi): Qida sifarişinin (müxtəlif çeşid və adlar üzrə) mobil tətbiqdə müştəriyə təklif olunması və sifarişi üçün istənilən partnyor (restoran) şərti rezident müəssisə ilə müqaviləyə daxil olur. Həmin müqavilənin şərtlərinə əsasən, partnyor (restoran) şərti rezident müəssisəyə sonuncunun mobil tətbiqindən istifadəsinə görə razılaşdırılmış haqq ödəyir. 3. XİDMƏTİN TƏŞKİLİ (çatdırılma): Qida sifarişinin kuryer vasitəsilə çatdırılması üçün şərti rezident müəssisə VÖEN üzrə işləyən fiziki şəxs ilə müqaviləyə daxil olur və sonuncu kuryer xidmətini təşkil edir. Kuryer xidmətinin təşkil olunması üçün VÖEN üzrə işləyən fiziki şəxs artıq öz növbəsində birbaşa olaraq çatdırılma xidməti göstərəcək çoxsaylı kuryerlər ilə (VÖEN üzrə işləyən) müqaviləyə daxil olur. 4. ÖDƏNİŞ ÜZRƏ İSTİQAMƏTLƏR: Müştəri qida sifarişi verdikdə mobil tətbiq üzərindən onun kartından tutulan qida və çatdırılma haqları ümumi cəmlənmiş şəkildə birbaşa olaraq şərti rezident müəssisənin bank hesabına köçürülür. Şərti rezident müəssisə daxil olan puldan yalnız partnyor (restoran)-dan öz mobil tətbiqi üçün nəzərdə tutulmuş istifadə haqqını tutaraq, yerdə qalan qidanın dəyərinin məbləğini partnyor (restoran)-nın bank hesabına qaytarır. Çatdırılma haqqını isə şərti rezident müəssisə heç bir haqq tutmadan birbaşa olaraq çatdırılma xidməti göstərən kuryerlərin hesabına ödəyir. Bundan əlavə şərti rezident müəssisə birbaşa olaraq çatdırılma xidməti göstərən kuryerlərə hər 1 (bir) saat üçün sifariş olub-olmamasından asılı olmayaraq 2,85 (iki manat səksən beş qəpik) AZN boşdayanma haqqı ödəyir. Suallar: 1. Şərti rezident müəssisənin hesabına daxil olan qida sifarişi haqqı məbləği, şərti rezident müəssisə tərəfindən öz xidmət haqqı tutulduqdan sonra həmin haqqın partnyor (restoran)-nın hesabına qaytarılmasını nəzərə alaraq, bu məbləğ şərti rezident müəssisənin dövriyyəsi sayılırmı? 2. Şərti rezident müəssisənin hesabına daxil olan kuryer çatdırılma haqqı məbləği, sonradan heç bir haqq tutulmadan birbaşa olaraq çatdırılma xidməti göstərən kuryerlərin hesabına qaytarılmasını nəzərə alaraq, bu məbləğ şərti rezident müəssisənin dövriyyəsi sayılırmı? 3. Yuxarıda qeyd olunmuş iş prinsipində şərti rezident müəssisənin fəaliyyəti hansı fəaliyyət növünə aiddir? 4. Yuxarıda qeyd olunmuş iş prinsipində şərti rezident müəssisənin vergitutma obyekti hansıdır? 5. Yuxarıda qeyd olunmuş iş prinsipində şərti rezident müəssisənin hansı vergi mükəlləfiyyətləri yaranır? 6. Yuxarıda qeyd olunmuş iş prinsipində: a) şərti rezident müəssisə, b) partnyor (restoran), c) kuryer xidmətinin təşkil edən VÖEN üzrə işləyən fiziki şəxs və ç) birbaşa olaraq çatdırılma xidməti göstərən kuryer öz fəaliyyətlərini qanunvericiliyə əsasən rəsmiləşdirilməsi məqsədilə hansı qarşılıqlı sənədləri tərtib etməli və imzalamalıdırlar (EVHF, təhvil-təslim aktları, ciddi hesabat blankları, orderlər və s.)?
23/11/2020 Read: 292 Average count: 0

Bildiririk ki, qanunvericiliyə əsasən malların komissiya qaydasında satışının həyata keçirilməsi zamanı satıcı ilə komitent arasında komissiya müqaviləsi bağlanılır, komitent tərəfindən malların agentə verilməsi “malların vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə” elektron qaimə-faktura əsasında rəsmiləşdirilir.

Vergi Məcəlləsinin 172.4.1-ci maddəsinin müddəalarına əsasən digər şəxs agent vasitəsilə malları təqdim etdikdə, işlər gördükdə və ya xidmətlər göstərdikdə, həmin malların (işlərin, xidmətlərin) dəyəri vergi tutulan əməliyyatların dəyəri və vergitutma bazası hesab edilir.

Agent tərəfindən göstərilən xidmətlərə görə ona ödənilən haqlar (mükafatlar) agentin vergi tutulan əməliyyatlarına daxil edilməklə yanaşı, digər şəxsin gəlirdən çıxılan xərclərinə aid edilir.

Qeyd olunanlara əsasən şirkət tərəfindən mallar komissiya qaydasında satıldığı zaman əldə edilən komissiya haqları mənfəət vergisinə və ƏDV-yə cəlb edilir.

Eyni zamanda internet platforması vasitəsilə malların (xidmətlərin)  təqdim edilməsindən əldə edilən gəlirlər onların vergitutulan gəlirlərinə aid edilməklə ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

Kuryer fəaliyyətini həyata keçirən şəxslər isə, təqdim etdikləri xidmətə görə qarşı tərəfə elektron qaimə-faktura təqdim etməli, əldə etdikləri gəlirlərindən xərcləri çıxmaqla gəlir vergisi ödəməlidirlər. Tərəflər arasında olan münasibətlər əmək münasibətlərini təşkil etdiyi halda isə, həmin şəxslər muzdlu işçi hesab olunur və bu halda münasibətlər əmək müqaviləsi ilə rəsmiləşdirilməli, müvafiq məlumatlar Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin elektron sisteminə daxil edilməlidir.

Əlavə olaraq bildiririk ki, şirkət tərəfindən malların komissiya qaydasında satışı Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada rəsmiləşdirilməli və malların alıcısına qanunla müəyyən edilmiş sənədlər təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 71-1-ci, 101-ci, 104-cü, 157-ci, 159-cu və 172-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Novruzov Novruz İbrahim oğlu 13***@gmail.com ID: 3262
Mən "Mövqe qəzeti" MMC-də müxbir işləyirdim. Oktyabrın 1-dən baş redaktor təyin edilmişəm. Mənə deyilib ki, vergi orqanında qeydiyyata düşməliyəm. Xahiş edirəm ki, hansı təşkilata müraciət etməliyəm və hansı sənədlər tələb olunur?
23/11/2020 Read: 98 Average count: 5

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə hüquqi şəxsin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Amil Am***@inbox.ru ID: 3251
Salam. 1. Mənfəət vergisi ödəyicisi olaraq kassa metodu ilə işləyirik, yəni pul kassaya daxil olduqda gəlirimiz sayılır. Xidmət üzrə 12 aylıq dövriyyəmiz 100 000 manatdır. İndi 10-cu ayda bir X şirkətlə 150 000 manat müqavilə bağlayırıq. Ödəniş 6 ay ərzində olacaq. İlkin 5000 manat avans. Bilmək istərdim, 150 000 manat müqavilə üzrə ƏDV qeydiyatına dair ərizə vermək vacibdir ya yox? 2. Bir əqd üzrə və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olsa, o zaman vergi ödəyicisi bu əməliyyatın aparıldığı günədək ƏDV qeydiyyatına alınmaq üçün ərizə ilə müraciət etməli və bu əməliyyat ƏDV-yə cəlb edilməlidir. Kassa metodu tətbiq edən vergi ödəyicisi tərəfindən Məcəllənin 131-ci maddəsində göstərilib ki, kassa metodu ilə uçot aparan vergi ödəyicisi gəliri əldə edəndə və ya gəlir onun sərəncamına veriləndə, bu gəliri nəzərə almalı və gəlirdən öz xərclərini yalnız bu xərcləri çəkdiyi zaman çıxmalıdır. Mal və xidmətin təqdim edilməsindən sonra, əgər ödəniş hələ daxil olmayıbsa, o zaman buna görə həmin məbləğ vergiyə cəlb olunmur. Bəs belə olan halda, niyə bir əqd üzrə və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manat olarsa ƏDV qeydiyyatına ərizə vermək lazımdır. Ola bilər müqavilədə bu 200 000 manat 2 il ərzində qarşı tərəfə ödənsin, işlər görüldükcə ödənsin. Avans məbləğə ƏDV hesablanmır.
23/11/2020 Read: 248 Average count: 0

Cavab1. Bildiririk ki, ƏDV-nin və mənfəət vergisinin vergitutma obyekti, həmçinin uçotunun aparılması müxtəlifdir. Belə ki, mənfəət vergisi ödəyicisi seçimindən asılı olaraq, hesablama və ya kassa metodundan istifadə edərək, gəlirlərinin və xərclərinin uçotunu apara bilər. 

ƏDV məqsədləri üçün qeydiyyat, ƏDV-nin vergitutma obyekti, hesablanması və ödənilməsi qaydaları isə Vergi Məcəlləsinin XI fəsli ilə  tənzimlənir.

ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir.

Həmçinin, sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Cavab 2. Eyni zamanda, vergi ödəyicisinin mənfəət vergisinin məqsədləri üçün tətbiq etdiyi metoddan asılı olmayaraq, bir əqd və ya müqavilə üzrə əməliyyatın ümumi dəyəri 200.000 manatdan artıq olduqda, bu əməliyyat ƏDV tutulan əməliyyat sayılır və həmin əməliyyatı həyata keçirən şəxs bu əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Yuxarıda qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan birinci halda, vergi ödəyicisi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda, ikinci halda isə əməliyyatın aparıldığı günədək ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Əsas: Vergi Məcəlləsinin 130-136-cı, 155-ci, 157-ci və 159-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Yaqub Məhəmməd oğlu ya***@mail.ru ID: 3357
ƏDV ödəyicisi olan bir hüquqi şəxs digər hüquqi çəxsə əmlak icarəyə verirsə, hansı vergi öhdəliyi yaranır? Hər iki şəxs ƏDV ödəyicisisdir.
23/11/2020 Read: 177 Average count: 5

Bildiririk ki, icarə haqqından gəlir hüquqi şəxslər üçün sahibkarlıq fəaliyyətindən gəlir hesab olunur. Hüquqi şəxs icarə haqqından əldə etdiyi gəlirlərdən həmin gəlirin əldə olunması ilə bağlı çəkdiyi xərcləri çıxdıqdan sonra 20 faiz dərəcə ilə mənfəət vergisi ödəyir. 

Müraciətinizdə qeyd olunan şəxs ƏDV ödəyicisi olduğu üçün, icarə haqqının dəyərinə 18 faiz dərəcə ilə ƏDV də hesablanmalı və ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 105-ci, 159-cu və 173-cü maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Əzizov Firdovsi Qulamhuseyn oglu fi***@mail.ru ID: 3411
Salam, mən ƏDV geri aldan yararlanmaq üçün evimə aldıgım əşyaların çeklərini qeydiyyata salmışam. Lakin mənim çeklərimə imtina gəlib. Məlumat verməyinizi xahiş edirəm.
22/11/2020 Read: 34 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc se***@gmail.com ID: 3410
Salam. Yaxin zamanda emlakimi və avtomobilimi kirayə verməyə hazirlaşıram. 1) Aylıq vergi faizi neçə faiz təşkil edir? 2) VÖEN hansı rayon vergi idarəsində açılmalıdır? Əvvəlcədən təşəkkürlər.
22/11/2020 Read: 71 Average count: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Həmçinin bildiririk ki, fiziki şəxslər yaşadıqları ərazi üzrə vergi uçotuna alınır. "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 99.3.3-cü və 124-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları. 

0/5 (0 Average count)
Qiymət ver:
Dadasov zakir elovset zd***@gmail.com ID: 3409
AZE 13807342 (2XgRWZiu4soE) Fiskal niyə geri qaytarılmır mənə?
21/11/2020 Read: 35 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emil Əzizov Şamil ez***@mail.ru ID: 3408
Salam. Hər vaxtınız xeyir. Mən tələbəyəm vergi nömrəsi (VÖEN) almaq istəyirəm.Bunun üçün nə etməliyəm? Online olaraq qeydiyyatdan keçib VÖEN almaq mümkündür mü?Ətraflı məlumat versəniz minnətdar olaram.
21/11/2020 Read: 46 Average count: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Asif Əhmədov As***@gmail.com ID: 3406
Salam, hər vaxtınız xeyirli olsun. Mən bundan öncə də qeyd etdim, mənim problemimə baxmadılar. Mənim çeklərimi ləğv edirsiniz, səbəb nədir? Mən evim üçün avadanlıq alıram və ondan gələn ƏDV qeyd edirəm. 1 aydan sonra ləğv edirsiniz, mən bu işlə məşğul olan adam deyiləm. Sadəcə bir çox evlərim var deyə evim üçün aldığım çekləri qeyd edirəm. Bununla bağlı öncə də şikayət etmişəm baxmamısınız, xahiş edirəm mənə qaytarılacaq ƏDV-dən pullarımı balansıma vurasız. Mən bir çox mal alıram deyə topdan satıcı deyiləm ki. Sadəcə evim çoxdur, xahiş edirəm diqqətli yoxlayasınız!
21/11/2020 Read: 42 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Abdullayev Nadir oğlu ab***@yahoo.com ID: 3325
A rezident müəssisəsi ilə B rezident müəssisəsi arasında bağlanmış müqaviləyə əsasən, satıcı tərəfindən alıcıya məhsul təqdim olunur. Müqavilədə məhsulun qiyməti beynəlxalq bazarlarda tənzimlənən qiymətlərə əsasən xarici valyuta ilə göstərilmişdir. Xarici valyutanın Azərbaycan manatına olan məzənnəsi Azərbaycan Respublikası Mərkəzi Bankının təyin etdiyi rəsmi mübadilə məzənnəsinə əsasən təyin olunur. Qeyd edilən əməliyyatla bağlı, avans ödənişi üçün ilk öncə hesab-faktura tərtib olunur və mallar təqdim edilən gün isə, elektron-qaimə tərtib olunur. Hesab-fakturada qeyd edilən xarici valyutanın Azərbaycan manatı ekvivalenti ilə bir neçə gün sonra hazırlanan e-qaimədə məzənnə fərqi yaranır. Mallar təqdim edilən zaman hansı günün məzənnəsi əsas götürülməlidr?
21/11/2020 Read: 166 Average count: 0

Vergi Məcəlləsinin 69.2-ci maddəsinə əsasən xarici valyuta ilə aparılan və vergiyə cəlb etməyə aid olan əməliyyatlar üzrə yaranan məzənnə fərqi əməliyyatın həyata keçirildiyi günlə malların (işlərin, xidmətlərin) dəyərinin ödənildiyi günə olan məzənnə arasındakı fərqlə müəyyən edilir. Hesabat ilinin sonuna xarici valyutada alınmış və təqdim edilmiş mallar (işlər və xidmətlər) üzrə yaranan debitor və kreditor borcları üzrə məzənnə fərqi Azərbaycan Respublikasının Mərkəzi Bankının elan etdiyi məzənnə ilə qiymətləndirilməklə gəlirə və ya zərərə aid edilir. Vergi ödəyicisinin xarici valyutada olan pul vəsaitləri təqvim ilinin sonu vəziyyətinə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi rəsmi məzənnə ilə hesablanmaqla müəyyən edilir.

 

0/5 (0 Average count)
Qiymət ver:
Xəyalə Hüseynova Mahir Kh***@gmail.com ID: 3405
Salam. Mən laptop almışdım və ədv üzrə 94 manat hesabıma köçürülməli idi. 1 ayı artıq keçdi və hələdə gözləyən məbləğ hissəsindədir. Bunun səbəbini və çözümünü öyrənmək istəyərdim.
20/11/2020 Read: 44 Average count: 1

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

1/5 (1 Average count)
Qiymət ver:
Zalov xanehmed mehemmed oğlu za***@gmail.com ID: 3404
Salam, mən vergilərin 3 saylı Ərazi Vergilər İdarəsinə müraciət etmişəm ki, mənim VÖEN-im ləğv edilsin. Bu ləğv edilmə nə qədər çəkəcək və mən heç bir yerdə işləmədiyim halda mən vergi ödəyicisi kimi qeydiyyatda gedirəm. Xahiş edirəm mənim VÖEN-imin ləğv edilməsində mənə kömək edəsiniz. Uşağımın adına sosial ala bilmirəm. Heç bir yerdə işləmədiyim halda mən vergi ödəyicisi kimi qeydiyatdayam.
20/11/2020 Read: 37 Average count: 5

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (1 Average count)
Qiymət ver:
Xalidə Məmmədova Mahir kh***@gmail.com ID: 3403
Mən 03.11.2020 tarixində kartla ödəniş etmişəm. Qəbz nömrəsi 2279739206 dır. Məbləğ 101 AZN. Fiscal İD ni daxil edirəm edvgerial.az saytına , məlumat gəlirki bu çek artıq istifadə edilib. Halbuki istifadə etməmişəm.
20/11/2020 Read: 34 Average count: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Kənan ke***@gmail.com ID: 3402
Salam. Zəhmət olmasa köməklik göstərərdiniz. Asan imza kodum 0515121495, fin kod 5RU77MU. Zəhmət olmasa İD kodumu bildirərdiz.
20/11/2020 Read: 41 Average count: 0

Bildiririk ki, Asan Sertifikat Xidmətləri Mərkəzindən (ASXM) Asan İmza sertifikatını əldə etdiyiniz zaman Sizə “Sertifikatın aktivləşdirilməsi haqqında” bildiriş təqdim olunur ki, orada İstifadəçi ID-si göstərilir.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Abdunov Sənan Azər se***@gmail.com ID: 3401
Sual: Vergi Məcəlləsinin 125-ci maddəsinə əsasən qeyri-rezidentə xidmət,iş və s qarşılığında ödənilən məbləğin 10 faizi ÖMV olaraq dövlət büdcəsinə ödənilir. Misal üçün,Əgər şirkət Amerikaya səyahət və xalqların milli mübadiləsi programı çərçivəsində tur paket alır və bu zaman qeyri rezidentə paketin ödənişini edir. Bu halda vergi ödəyicisi ödədiyi məbləğdən ÖMV və ƏDV hesablayıb dövlət büdcəsinə ödəməlidirmi? İkinci misal: Qeyri-rezident vergi ödəyicisinə onlayn təhsil xidməti göstərir və və vergi ödəyicisi bu xidmətin müqabilində xidmət haqqı ödəyir. Bu halda vergi ödəyicisi ödədiyi məbləğdən ÖMV və ƏDV hesablayıb dövlət büdcəsinə ödəməlidirmi?
20/11/2020 Read: 184 Average count: 0

Cavab 1. Sorğunuzda qeyd olunan halda, qeyri-rezident turizm şirkətlərinə ödənilən xidmət haqlarından Azərbaycan mənbəyindən əldə olunan gəlir kimi ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulmalıdır.

Xidmətlər digər dövlətin ərazisində həyata keçirildiyini nəzərə alaraq həmin xidmətlər Azərbaycan Respublikasında ƏDV-nin vergitutma obyektini təşkil etmir.

Cavab 2. Bildiririk ki, xarici ölkədə təhsilin təşkili xidmətinin göstərilməsi qeyri-rezidentin Azərbaycan Respublikasındakı fəaliyyəti ilə bağlı olduğu halda qeyri-rezidentə köçürülən ödənişlərdən Vergi Məcəlləsinin 125.1.5-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Qeyri-rezident tərəfindən onlayn qaydada təhsil xidmətlərinin (distant təhsil, onlayn kurslar, məşğələlər və s.) göstərilməsi zamanı xidməti alan şəxslərin Azərbaycan Respublikasının hüdudlarını tərk etmədiyini, həmin xidmətlərin göstərilməsi yerinin xidmətlərin faktiki göstərildiyi yerlə müəyyən olunduğunu və xidmətlərin kompüter, internet və digər elektron şəbəkələr vasitəsi ilə göstərildiyini nəzərə alaraq ƏDV-nin məqsədləri üçün xidmətlərin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilir. Buna əsasən ölkə hüdudlarından kənarda onlayn qaydada göstərilən təhsil xidmətlərinə görə qeyri-rezidentə ödəniş aparılarkən rezident vergi ödəyicisi ƏDV-ni hesablayır və dövlət büdcəsinə ödəyir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16-cı, 125-ci və 169-cu maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver: