Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən, hüquqi şəxslər tərəfindən mülkiyyətindəki yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsinin notarius tərəfindən sadələşdirilmiş vergiyə cəlb olunması ləğv edilib.
Buna əsasən, 1 yanvar 2020-ci il tarixdən sonra ƏDV ödəyicisi olan müəssisə tərəfindən mülkiyyətində olan qeyri-yaşayış sahəsinin digər şəxsə təqdim edilməsindən ümumi qaydada mənfəət vergisi və ƏDV hesablanır.
1 yanvar 2020-ci il tarixdən əvvəlki dövrdə təqdim olunmuş və notarius tərəfindən sadələşdirilmiş vergi tutulmuş mənzillərin dəyəri isə ƏDV və mənfəət vergisinin məqsədləri üçün nəzərə alınmır.
Əsas: Vergi Məcəlləsi, 104.1-ci, 159.1-ci və 218.4.3-cü maddələr.
Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.
Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.
Bildiririk ki, mallar (işlər, xidmətlər) təqdim edilmədən ödənilmiş avans məbləğləri ödəyən tərəfin xərci və alan tərəfin gəliri kimi qəbul olunmur.
Əsas: Vergi Məcəlləsinin 108-ci və 131-136-cı maddələri.
Bildiririk ki, koronavirus (COVİD-19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısını almaq məqsədilə və virusun qapalı məkanlarda yayılma ehtimalının daha çox olduğu nəzərə alaraq, vergi orqanlarında könüllü fəaliyyətin müvəqqəti olaraq dayandırılması barədə qərar qəbul edilmişdir.
Vergi orqanlarında könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə müraciət edənlərə məlumat veriləcək.
Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.
Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.
Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.
Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.
Əlavə olaraq bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslərin yeni fəaliyyətə başlaması nəzərə alınmaqla onlar tərəfindən ödənilməli olan vergi və sosial sığorta haqlarına güzəşt və azadolmaların tətbiq edilməsi qanunvericiliyində nəzərdə tutulmamışdır.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 220-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.
Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir.
İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.
Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 124-cü maddələri.
Bildiriri ki, İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Bildiririk ki, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 2020-ci il yanvarın 1-dən bir il müddətinə Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaklar üzrə ödəmə mənbəyində tutulan verginin məbləği 50 faiz azaldılır.
Yuxarıda qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan halda, icarə haqqından ödəmə mənbəyində 7 faiz dərəcə ilə gəlir vergisi tutulmaqla qalan vəsait icarəyə verənə ödənilməlidir.
Əsas: Vergi Məcəlləsinin 222.5-ci, 224.6-cı maddələri.
Bildiririk ki, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyri-rezident tərəfindən rezident şəxslərə göstərilən məsləhət xidmətlərinin tam dəyərinə rezident şəxslər tərəfindən 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməklə yanaşı, həmin xidmətlərə görə qeyri-rezidentə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutularaq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.
Eyni zamanda bildiriri ki, idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.
Əsas: Vergi Məcəlləsi 20.5-ci, 125-ci, 168.1.5-ci və 169-cu maddələri.
Bildiririk ki, sorğunuzda qeyd olunan pul vəsaiti müqabilində hər hansı mal (iş, xidmət) təqdim olunması baş vermirsə həmin əməliyyat pul vəsaitini alan hüquqi şəxs üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur. Əks halda qarşılığında hər hansı mal (iş, xidmət) təqdim olunursa Vergi Məcəlləsi ilə müəyyənləşdirilmiş qaydada ƏDV-yə cəlb edilməlidir.
Əlavə olaraq bildiririk ki, cərimə və zərərin ödənilməsi şəklində alınmış məbləğ vergi ödəyicisi satışdankənar gəlirlərinə daxil etməklə mənfəət vergisini hesablayıb dövlət büdcəsinə ödəməli və bəyannaməni vergi orqanına təqdim etməlidir.
Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci, 104.1-ci, 159.1-ci maddələri.
Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.
Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə hüquqi şəxsin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.
Əsas: Mülki Məcəllənin 53.3-cü maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.
İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.
Vergi ödəyicisinin eyniləşdirilmə nömrəsini (VÖEN-i) “Bİr pəncərə” bölməsinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” altbölməsinə şəxsin adını böyük hərflərlə yazmaqla və “Ada görə” xanasını işarələməklə öyrənmək olar.
Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.
Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.
Hüquqi şəxslərin rəhbərləri üçün sertifikat əldə etmək üçün ASXM-ə aşağıdakıları təqdim etməlisiniz:
- müqavilənin bağlanması üçün ərizə;
- “Asan İmza” SİM kartı;
- ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);
- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti. Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir. Ərizə hüquqi şəxsin möhürü ilə təsdiq edilməlidir.
- Hüquqi şəxslərin işçiləri üçün (işçi dedikdə, hüquqi şəxsin əmək müqaviləsi üzrə işçiləri, həmçinin xidmət müqaviləsi əsasında hüquqi şəxsə müəyyən xidmətlər göstərən (məsələn, mühasibatlıqla bağlı) şəxslər başa düşülür).
- müqavilənin bağlanması üçün ərizə;
- “Asan İmza” SİM kartı;
- ərizəçinin şəxsiyyətini təsdiq edən sənədin surəti (Azərbaycan Respublikasının vətəndaşının şəxsiyyət vəsiqəsi, Dövlət Miqrasiya Xidməti tərəfindən əcnəbi və vətəndaşlığı olmayan şəxslərə təqdim edilən daimi və ya müvəqqəti yaşamaq üçün icazə vəsiqəsi, hərbi qulluqçular üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilmiş şəxsi vəsiqə, hakimlər üçün şəxsiyyət vəsiqəsi və hakimlərin vəsiqəsi);
- hüquqi şəxs tərəfindən işçisinə verilən etibarnamə (Nümunəvi forma 1). Hüquqi şəxs tərəfindən verilən etibarnamə hüquqi şəxsin blankında tərtib edilərək hüquqi şəxsin möhürü ilə və ya notarial qaydada təsdiq edilməlidir;
- ərizəçinin adından onun etibarnamə üzrə nümayəndəsi müraciət etdikdə, həmin şəxsə verilən etibarnamə (Nümunəvi forma 2) və həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədin surəti Ərizəçinin adından verilən etibarnamə notarial qaydada təsdiq edilməlidir.
Ərizə və etibarnamələrin formaları ilə səhifəmizin "Asan imza" bölməsində tanış ola bilərsiniz.
Bildiririk ki, dəqiqləşdirilmiş e-qaimə-faktura hazırlamaq üçün müvafiq pəncərədə “Qaimənin tipi“ bölməsində Dəqiqləşdirilmiş sözünü qeyd etmək və dəqiqləşdirilən e-qaimə-fakturanın seriya və nömrəsini daxil edib Axtar düyməsini basmaq lazımdır. Bu zaman qaimə üzrə məlumatlar ekrana çıxacaqdır.
Müvafiq düzəlişlər edilərək təsdiqləndikdən sonra e-qaimə-fakturaya yeni seriya və nömrə verilir. Satıcı tərəfindən göndərilmiş dəqiqləşdirilmiş e-qaimə-faktura Alıcı tərəfindən təsdiq edilməlidir. İş axını zamanı təsdiqləmə və göndərmə əməliyyatları gücləndirilmiş elektron imza vasitəsilə həyata keçirilir. Əgər həmin e-qaimə-faktura Alıcı tərəfindən ayın sonuna kimi təsdiq edilməzsə, həmin e-qaimə-faktura proqram təminatı tərəfindən silinir və dəqiqləşdirilməmiş sayılır.
Dəqiqləşdirilmiş e-qaimə-fakturada müvafiq düzəliş edilərkən yaranmış fərq deyil, məhsulun faktiki qiyməti qeyd olunmalıdır.
"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.
Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.
Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.
Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
1. NMQ qeydiyyat nömrəsi
2. Çek tarixi və saat
3. Yekun məbləğ
4. Fiskal İD
5. VÖ-nin VÖEN-i
6. Obyekt kodu
Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.