Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Kamran Hazmanov Güləhməd ka***@gmail.com ID: 4402
Salam, əgər fiziki şəxs kənd təsərüfat sahəsində hüquqi şəxslə xidməti müqavilə bağlasa hansı məcburi ödənişlər nəzərə alınır və neçə faiz dövlətə keçirməlidir.
24/03/2021 Read: 131 Average count: 0

Kənd təsərrüfatı məhsullarının istehsalçıları tərəfindən mövsümi xarakterli işlərin görülməsinə cəlb edilmiş vergi orqanlarında uçotda olmayan fiziki şəxslərin göstərdiyi xidmətlərə görə onlara aparılan ödənişlərdən gəliri ödəyən şəxs tərəfindən ödəmə mənbəyində Vergi Məcəlləsinin 101.1-ci maddəsinə uyğun olaraq gəlir vergisi, habelə ödənişlərin tam məbləğindən 25 faiz dərəcə ilə məcburi sosial sığorta haqları tutulur.  

Eyni zamanda, mülki-hüquqi xarakterli müqavilələr əsasında işləri (xidmətləri) yerinə yetirən fiziki şəxslər aylıq gəlirlərinin 8000 manatadək (8000 manat da daxil olmaqla) olan hissəsinin 2 faizi, 8000 manatdan yuxarı olan hissəsinin 1 faizi miqdarında icbari tibbi sığorta haqqı ödəyəcəklər. Bu halda icbari tibbi sığorta haqqı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edən şəxslər tərəfindən tutularaq ödənilməli və hesabat təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 150-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 15-2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Raiq Xaspoladov Novruz kh***@mail.ru ID: 4401
Salam. Mən MMC açmaq istəyirəm. MMC-nin həm təsisçisi, həm də hələlik direktoru özüm olacam. Bilmək istərdim ki, belə olan halda mən vergi və ya digər orqanlara hansı məcburi ödənişlər etməliyəm və mütəmadi olaraq hansı hesabatlar verməliyəm?
23/03/2021 Read: 128 Average count: 0

Bildiririk ki, hüquqi şəxs öz seçiminə uyğun olaraq Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada mənfəət  və ya sadələşdirilmiş verginin ödəyicisi kimi fəaliyyət göstərə bilər.

Sadələşdirilmiş vergitutma metodu tətbiq edildiyi halda bu fəaliyyət üzrə əldə olunan gəlirlərdən 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanaraq rübdən sonrakı ayın 20-dən gec olmayaraq sadələşdirilmiş vergi bəyannaməsi vergi orqanına təqdim edilməklə dövlət büdcəsinə ödənilir.

Mənfəət vergisi metodu tətbiq edildiyi halda isə əldə olunan gəlirdən fəaliyyətə uyğun olaraq müvafiq qaydada bu gəlirin əldə olunması ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan fərqdən 20 faiz dərəcə ilə mənfəət vergisi hesablanır və növbəti ilin mart ayının 31-dən gec olmayaraq mənfəət vergisi bəyannaməsi vergi orqanına təqdim edilir. Eyni zamanda cəmiyyət mikro sahibkarlıq subyekti olduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) əldə etdiyi gəlirlərindən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqə 75 faiz vergi güzəşti tətbiq ediləcəkdir.

Eyni zamanda bildiririk ki, cəmiyyətin fəaliyyəti üzrə əldə etdiyi gəlirlərin həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200.000 manatdan artıq olduğu halda ƏDV-nin məqsədləri üçün məcburi qaydada qeydiyyata dair ərizə verilməli və göstərdiyi xidmətlərin dəyərinə Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada 18 faiz dərəcə ilə ƏDV tətbiq edilməlidir.

Həmçinin, hüquqi şəxslər sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarını hər ay üzrə növbəti ayın 15-dən gec olmayaraq ödəməli və uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”-ni rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər. 

Əsas: Vergi Məcəlləsinin 104-cü, 125-ci, 157-ci, 159-cu və 218-ci maddələri.
 

0/5 (0 Average count)
Qiymət ver:
Mövlüd Osmanov af***@gmail.com ID: 4400
Salam. "YouTube" kanalından gələn gəlirə görə VÖEN açmaq lazımdır? Bu barədə ətraflı məlumat heç kəsdə yoxdur. Açmalıyamsa, hansı təsnifat koduna aid olacaq?
23/03/2021 Read: 177 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan fəaliyyət növü sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığınız günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalısınız.

Vergi Məcəlləsinin 218.6.2-ci maddəsi nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz.

Sorğunuza əsasən, gəlirlərinizin “YouTube” videohostinqi tərəfindən ödənildiyi və  fərdi sahibkar olaraq digər hüquqi şəxsə xidmət etdiyinizi nəzərə alaraq sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz yoxdur və siz gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsinə əsasən, mikrosahibkarlıq subyektlərinin gəlirlərinin 75 faizi gəlir vergisindən azaddır.

Qeyd etdiyiniz fəaliyyəti (6312002 KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİ SAYTLARI KİMİ PORTAL FUNKSİYALI SAİR WEB SAYTLARINDAN İSTİFADƏ) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Arzu AR***@RAMBLER.RU ID: 4399
Salam, bilmək istərdim niyə müəssisənin fəaliyyəti müvəqqəti dayandırıldıqda vergi bəyannaməsini 10 gün ərzində, amma DSMF üzrə bəyannamə rübün sonu təqdim olunmalıdır? Hər iki bəyannaməni 10 gün ərzində təqdim etmək olmazmı? Bəzən rübün axırı təqdim olunan bəyannamələr səhf olaraq fəaliyyətin bərpası kimi qeydiyyata düşür.
22/03/2021 Read: 95 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir. Qeyd olunan hesabatın rüb başa çatmamış təqdim olunması nəzərdə tutulmamışdır.

Həmçinin bildiririk ki, vergi ödəyicilərinin vergi qanunvericiliyi və inzibatçılığının təkmilləşdirilməsi ilə bağlı təklifləri vergi orqanları tərəfindən araşdırılır və məqsədəmüvafiq hesab olunduqda icrası təmin edilir. Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Aytəkin Qaraşova Teyfur qızı ay***@yahoo.com ID: 4397
Salam. Mən 6 mart 2021-ci il tarixində Baku Electronics-dən 2008 manat dəyərində məişət əşyası almışam. Bunun da 1980 manatı nağdsız, 28 manatı nağd ödənilib. Ümumi ƏDV 306.61 manat hesablanıb. ƏDV geri ödənişi 45.73 hesablanıb. Vergi sahəsin dərindən bilmədiyim üçün primitiv hesablamalarıma görə 1980 manatın ƏDV-si 356.4 manat, 28 manatın ƏDV-si isə 5.04 manat olması qənaətindəyəm. Bunun üçündə 356.4×15%=53.46 manat nağdsıza görə, 28×10%=0.50 manat nağd ödənişə görə, cəmi 53.96 manat qayıtmalı olduğu halda sistem 45.73 manat göstərir. Burada 8.23 manat fərq yaranır. Xahiş edirəm araşdırma üçün mənə köməklik göstərəsiniz.
20/03/2021 Read: 105 Average count: 0

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

0/5 (0 Average count)
Qiymət ver:
Könül Rəsulzadə Arif ko***@gmail.com ID: 4396
Salam hörmətli Vergilər Nazirliyi! Zəhmət olmasa mənə 18%-i necə hesabladığınızı izah edin. Qaytardığınız ƏDV məbləği düzgün hesablanmır. Məbləğin 18 faizi düzgün hesablanmadığına görə geri qaytarılan məbləğ də doğru deyil.
20/03/2021 Read: 102 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. Yenə də qaytarılmalı ƏDV məbləğinin yanlış hesablandığını düşünürsüzsə, müvəkkil banklara və ya Dövlət Vergi Xidmətinin 195 Çağrı Mərkəzinə müraciət etməyiniz xahiş olunur.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci və 173-cü maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

5/5 (1 Average count)
Qiymət ver:
Süleymanova Gülnarə Natiq su***@gmail.com ID: 4395
Mağazadan çek almsam 13 aznlik. Çekin ƏDV-si geri qaytmr. Bunun üçün nə edə bilərəm.
20/03/2021 Read: 60 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Vaxotin Roman Yuryevic va***@gmail.com ID: 4394
Здравствуйте. Как я могу узнать свой INN в налоговой службе? Спасибо за ответ
20/03/2021 Read: 45 Average count: 0

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emin in***@gmail.com ID: 4393
Salam. Mən ƏDV-dən azad ərzaq mallarının siyahısını haradan əldə edə bilərəm?
20/03/2021 Read: 58 Average count: 0

Bildiririk ki, ƏDV-dən azad olunan əməliyyatların siyahısı Vergi Məcəlləsinin 164-cü maddəsində müəyyən edilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Günel Verdiyeva Eldəniz ve***@gmail.com ID: 4391
19.03.2021 tarixində Gəncə marketdən 150 manatlıq alış-veriş etdik. İd kodu :DbfczAJAviEo -budur .Yalnız edv sı isə 0,02qəpik oldu. Səbəbi nədir?
19/03/2021 Read: 81 Average count: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin edilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan çekdə məbləğ 150 manat deyil, 1 (bir) manat qeyd olunmuşdur. Bu səbəbdən, malları alarkən təqdim olunan çekdə göstərilən məlumatların doğruluğunu yoxlamağınız tövsiyə olunur. Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Səfərov Ayxan Surxay ay***@gmail.com ID: 4387
13.01.2021-ci il tarixdə 2950 AZN məbləğində fiksal kodu DjukQ8HKjEW5 olan çeki ƏDV geri al saytından qeydiyyatdan keçirtdiyim halda 67.50 AZN ödənilməsi yerinə ödəniş ləğv edilmişdir. Məlumat üçün bildirirəmki eyni firmadan aldığım digər malların çeklərinə ədv ödənilmişdir. Xahiş edirəm, yuxarıda qeyd elədiyim çek üzrə ƏDV faizinin geri qaytarılmasına köməklik edəsiniz.
19/03/2021 Read: 111 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”nın 1.1-ci bəndinə əsasən bu Qayda Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Sorğunuzda qeyd olunan NKA çekinin Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab vermədiyi üçün ləğv oluna bilər. 

Eyni zamanda bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Tural, Məmmədov, İlyas ti***@gmail.com ID: 4386
Salam. 11 sentyabr 2009-cu il tarixdə 5 saylı Notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsasən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şixəliyev küçəsi 17 saylı evin 34 nömrəli mənzilini satın almışam. 2010-cu il tarixdən hazırki vaxtadək həmin ünvanda rəsmi qeydiyyatdayam və həmin ünvanda 2017-ci ilədək faktiki yaşamışam. Nərimanov rayon İcra Hakimiyyəti başçısının 23 iyun 2017-ci il tarixli sərəncamına əsasən yeni yaşayış binalarının tikintisilə bağlı pilot layihələrin təşkil və təmin edilməsilə üçün mənim də yuxarıda göstərilən mənzilimin yerləşdiyi qəzalı vəziyyətdə olan Nərimanov rayonu, Təbriz, Əliəşrəf Əlizadə və Tələt Şixəliyev küçələrinin kəsişməsində yeni hündürmərtəbəli yaşayış binasının tikintisinin aparılması qərara alınmışdır. Göstərilən tikintinin aparılması və vətəndaşların sökülmüş evlərin əvəzinə yeni evlə təmin edilməsi sözügedən Sərəncamla və Nərimanov İH ilə bağlanmış 30 iyun 2017-ci il tarixli müqavilə əsasında "Çarbağ" MMC-nə həvalə edilmişdir. Göztərilən sərəncamın və pilot layihənin icrasından irəli gələrək 01 noyabr 2017-ci il tarixdə mənimlə "Çarbağ" MMC arasında müqavilə imzalanmış və həmin müqaviləyə əsasən mənim mülkiyyətimdə olan yuxarıda göstərilən Bakı şəhəri, Nərimanov rayonu, Tələt Şixəliyev küçəsi 17 saylı evin 34 nömrəli mənzili sökülərək yerində tikiləcək binada - Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 61 A saylı evin 32 saylı yeni mənzillə təmin edilməyim razılaşdırılmışdır. Hazırda müqavilə üzrə öhdəlik icra olunub və Çarbağ MMC tərəfindən mənim sökülmüş mənzilimin yerində tikilmiş çöxmərtəbəli binada mənzillə təmin edilmişəm. Hazırda mənim mülkiyyətimə verilmiş yeni mənzilin satılması zərurəti yaranmışdır. Hesab edirəm ki, 2009-cu ildən mənim mülkiyyətimdə olmuş və hazırki günədək həmin ünvanda qeydiyyatda olduğum mənzilimin sökülməklə əvəzinə mənə verilmiş mənziliin satışı zamanı mən vergitutmadan azad edilməliyəm. Belə ki, mənzilin sökülməsi yeni mənzillə, yeni ünvanla əvəzləşdirilməsi mənim öz seçimim və iradəmlə olmayıb sadəcə olaraq dövlət layihəsi, pilot layihə olduğu üçün məcbur mən də bu prossesin iştirakçısı olmaq məcburiyətində olmuşam. Göstərilənlərə əsasən xahiş edirəm qeyd olunan məsələyə AR Vergi Məcəlləsinin 218-220-ci maddələri baxımından münasibət bildirəsiniz və mənə verilmiş Nərimanov rayonu Əliəşrəf Əlizadə küçəsi 61 A saylı evin 32 saylı yeni mənziliin satışı zamanı mənim vergitutmadan azad edilməliyəmlə bağlı mövqenizi bildirəsiniz və satış zamanı mexanizmin hansı formada olmasını bildirəsiniz. Öncədə təşəkkür edirəm.
19/03/2021 Read: 130 Average count: 0

Bildiririk ki, fiziki şəxsin azı 3 (üç) il ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahəsinin təqdim edilməsi ödəmə mənbəyində sadələşdirilmiş vergiyə cəlb edilmir. Sorğuda qeyd olunan halda yeni mənzildə 3 (üç) ildən az müddətə qeydiyyatda olan fiziki şəxsin həmin mənzili təqdim etməsi ümumi qaydada sadələşdirilmiş vergiyə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 218.4.3-cü, 218-1.1.5-ci və 220.8-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ələmova İradə Əmirağa qızı ir***@bk.ru ID: 4385
EDV geri al-da çeki qeydiyyata saldım.Əbvəl gözləmədə olub. Sonra yazılıb ki çek ləğv olunub. Zəhmət olmasa, məlumat verin nə səbəbə görə. Çekin Fiskal İD: *********.
19/03/2021 Read: 78 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Əli Həsənov al***@gmail.com ID: 4384
Salam. 1. Vergi Məcəlləsinin 104.6 cı maddəsinin şərh etmənizi xahiş edirəm. Söhbət hüquqi şəxsin digər hüquqi şəxsdəki iştirak payı və ya səhmlərinin təqdim edilməsindən gedir, yoxsa hüquqi şəxsin təsisçisinin hüquqi şəxsdəki payının təqdim edilməsindən gedir. 2. Şirkətin təsisçisi nizamnamə kapitalına qoyuluş üçün xaricdən avtomobil idxal edib. Məlumdur ki, nizamnamə kapitalına qoyulmaq üçün idxal olunan əmlak gömrük vergi və rüsumlarından azaddır. Müəyyən müddətdən sonra (məsələn 10 ildən) avtomobil kənar şəxsə satılır. Bu zaman şirkətin hansı vergi və ya digər öhdəlikləri yaranır. Əvvəlcədən təşəkkür edirəm.
19/03/2021 Read: 203 Average count: 5

Cavab 1. Bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı maddələri.

Cavab 2. Bildiririk ki, aktivlərin hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verilməsi (hər hansı öhdəlik götürməklə və ya götürməməklə) həmin aktivlərin vergiyə cəlb olunan təqdim edilməsi sayılmır.

Bununla yanaşı, idxal olunan əmlak istisna olmaqla müəssisənin nizamnamə fonduna (kapitalına) pay şəklində hər hansı əmlakın qoyulması (əmlakın pay şəklində qoyuluşu, onun müqabilində bilavasitə digər əmlakın əldə edilməsi ilə əlaqədar olmadıqda) ƏDV-dən azad olunan əməliyyatlara aid edilir.

Göründüyü kimi, azadolma idxal olunan əmlaka münasibətdə tətbiq olunmur. Eyni zamanda bildiririk ki, idxal olunmuş əmlak sonradan müəssisənin nizamnamə kapitalına pay şəklində qoyulduğu halda həmin əmlaka görə idxalda ödənilmiş və əvəzləşdirilmiş ƏDV məbləğləri təqdim etmənin baş verdiyi ay yenidən hesablanmaqla dövlət büdcəsinə bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 164-cü və 175-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Eldəniz Bəkirov Pənah oğlu ba***@gmail.com ID: 4382
Salam. Qeyri vergi ödəyicisi MMC-yə 6 gün xidmət göstərdiyi halda onun xidmət haqqını necə rəsmiləşdirmək olar? E-qaimə vasitəsi ilə bu xidmətin göstərilməsi ilə bağlı akt tərtib etmək və kassa məxaric orderi ilə ödəniş etmək mümkündürmü?
19/03/2021 Read: 130 Average count: 0

Vergi ödəyicisi kimi uçotda olmayan şəxs tərəfindən göstərilən xidmətin dəyərinin ödənilməsi tərəflər arasında bağlanmış müqavilə, xidmətlərin dəyəri nağdsız ödənildiyi halda bank ödəniş sənədləri və nağd ödənildiyi halda isə kassa məxaric orderi ilə rəsmiləşdirilə bilər. 

Əlavə olaraq bildiririk ki, xidmətlər vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan şəxslər tərəfindən göstərildikdə, hüquqi şəxs tərəfindən onlara ödənilən məbləğlərdən Vergi Məcəlləsinin 150.1.7-ci maddəsində nəzərdə tutulmuş qaydada ödəmə mənbəyində gəlir vergisi və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqları tutulub aidiyyəti üzrə köçürülməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 150,17-ci və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İlkin Məmmədov il***@gmail.com ID: 4379
X MMC 01.03.2021-ci il tarixindən vergi ödəyicisi olmayan fiziki şəxsdən tərəflər arasında bağlanılmış icarə müqaviləsinə əsasən təsərrüfat subyekti (obyekti) icarəyə götürür və müqavilə üzrə aylıq icarə haqqı məbləği 1000.00 manat təşkil edir. Eyni zamanda müqavilənin şərtlərində qeyd olunub ki, icarəyəgötürən ödəmə mənbəyində tutulan 14% vergi çıxılmaqla 1000.00 manat aylıq icarə haqqını icarəyə verənə ödəyir. Bu halda Vergi məcəlləsinin 124.1-ci maddəsinə əsasən Daşınan və daşınmaz əmlak üçün icarə haqqından 14 % vergi dərəcəsi aşağıda qeyd etdiyim üsulların hansı ilə hesablanacaq? A. 1000,00*14%=140.00 manat B. 1162.79*14%=162.79 manat (1000,00/86%=1162.79) Xahiş edirəm bu icarə münasibəti üzrə qeyd etdiyim üsulların hansının doğru yanaşma olduğuna dair münasibət bildirəsiniz.
18/03/2021 Read: 145 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikasında vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını Vergi Məcəlləsi müəyyən edir.

Vergi Məcəlləsinin 99.3.3-cü maddəsinə əsasən əmlakın icarəyə verilməsindən gəlir fiziki şəxslərin qeyri-sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirlərinə aiddir.

Vergi Məcəlləsinin 124-cü maddəsinin müddəalarına əsasən daşınan və daşınmaz əmlak üçün icarə haqqından əmlakı icarəyə götürən şəxs tərəfindən ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulur.

Əlavə olaraq bildiririk ki, “İcarə haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinin müddəalarına əsasən icarə müqaviləsində icarəyə verilən əmlakın tərkibi və dəyəri, icarə haqqının məbləği, icarənin müddətləri, əmlakın ikinci əldən icarəyə verilməsi (icarəyə götürülmüş əmlakın icarəyə verilməsi) imkanına münasibət, icarəyə götürülmüş əmlakı tam bərpa və təmir etmək sahəsində tərəflərin vəzifə bölgüsü, icarəyəverənin icarəçiyə əmlakı müqavilə şərtlərinə uyğun vəziyyətdə vermək vəzifəsi, icarəçinin əmlakdan müqavilə şərtlərinə uyğun surətdə istifadə etmək, icarə haqqını ödəmək və müqaviləyə xitam verildikdən sonra əmlakı müqavilədə şərtləşdirilmiş vəziyyətdə icarəyəverənə qaytarmaq vəzifəsi nəzərdə tutulur.

Qeyd olunanlara əsasən, icarə müqaviləsinin qanunvericiliyin müddəalarına əsasən tərtib olunması tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 1.1-ci, 99.3.3-cü, 124-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Dərişov Zaxar Zakir oğlu ta***@mail.ru ID: 4378
1. Azərbaycan Respublikasının rezidentinə Gürcüstan Respublikasının rezidenti Gürcüstan respublikasında (Poti-Tbilisi) daşıma xidməti göstərmişdir. Qeyri rezidentə daşıma xidməti haqqını ödədikdə, hansı vergi öhdəliyi yaranır?
18/03/2021 Read: 183 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinə əsasən Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələrindən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulur.

Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Göründüyü kimi beynəlxalq daşımalara görə ödəmə mənbəyində 6 faiz dərəcə ilə tutulan vergi Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında həyata keçirilən daşımalara görə hesablanır və dövlət büdcəsinə ödənilir.

Qeyd olunanlara əsasən beynəlxalq daşımalar üzrə vasitəçilik xidmətləri göstərən müəssisə tərəfindən qeyri-rezidentə aparılan ödənişlər Azərbaycan Respublikasının hüdudlarından kənarda qeyri-rezident daşıyıcılar vasitəsilə yüklərin xarici ölkənin ərazisində daşınması ilə bağlı olduğu halda (yüklərin göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olmayan) həmin gəlirlər qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə edilən gəlirlərinə aid edilmir və aparılan ödənişlərdən ödəmə mənbəyində vergi tutulmur.  Digər halda göndərilmə (təyinat) məntəqəsi Azərbaycan Respublikası olan yüklərin xarici ölkədən Azərbaycan Respublikasında  daşınması  ilə bağlı göstərilən nəqliyyat xidmətləri üçün müəssisə tərəfindən aparılan ödənişlərdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutulmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 104-cü, 108-ci, 125-ci  maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Şirinov Fərman Yaşar oğlu Si***@mail.ru ID: 4377
Salam. Mən Xırdalanda yerləşən aptekden dünən 17.03.2021 ci il tarixdə 2 ədəd uşaq yeməyi almışam 1 ədədinin qiyməti 18 manat 25 qəpiyə. Satıdıdan çek tələb etdim. O isə əvəzində mənə ƏDV-si 0 faiz olan çek verdi. Mən birinci dəfə deyildi ki, uşag yeməyi alıram. Bu aptek isə vergidən yayınmaqla mənə o faizli çek verdi. Xahiş edirəm əməkdaşlardan kimsə mənlə əlaqə saxlasın.
18/03/2021 Read: 92 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz

0/5 (0 Average count)
Qiymət ver:
Nigar Sərdarova Ərşad ni***@mail.ru ID: 4375
Yazıb sizə bildirərəm ki, “Polikom Konsaltinq” MMC girovda olub,olmamaqıynan bağlı,sizdən rəsmi arayışın verilməsini xahiş edirəm.
18/03/2021 Read: 85 Average count: 0

Sorğunuzdan təsis paylarının yüklü olub-olmaması barədə arayış almaq istədiyiniz qənaətinə gələrək bildiririk ki, bunun üçün gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda, onlardan istifadə etməklə İnternet vergi idarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Yeni müraciət” bölməsindən elektron qaydada, poçt vasitəsi ilə və ya kommersiya hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanının vergi ödəyicilərinə xidmət mərkəzlərinə kağız daşıyıcısında sərbəst formada ərizə ilə müraciət edə bilərsiniz. Arayışın elektron kabineti olan digər vergi ödəyicisinə təqdim edilməsi nəzərdə tutulduğu halda həmin vergi ödəyicisinin elektron kabinetinə göndərilir. Təsis paylarının yüklü olub-olmaması barədə arayış 5 iş günü müddətində verilir.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

 

0/5 (0 Average count)
Qiymət ver:
Zülfiyyə Hüseynova mu***@gmail.com ID: 4374
16.03.2021 tarixində etdiyim alış-verişdən sonra qəbz sistemə oturmayıb, səbəb nədir?
17/03/2021 Read: 70 Average count: 0

Bildiririk ki, nəzarət-kassa aparatı çeki üzərində yerləşdirilmiş Fiscal İD çek yarandığı andan 90 dəqiqə sonra sistemə daxil edilərək yoxlanılmalı və çek yarandığı andan 7 gün ərzində çek tapılmadığı təqdirdə araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.

Qeyd olunanları nəzərə alaraq çekin təkrar yoxlanılması üçün cəhd etməyinizi sizə tövsiyə edirik. Cəhdiniz zamanə xəta baş verərsə çekin sürəti və ya çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz Sizə tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver: