Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Şakir Sarvanov s.***@mail.ru ID: 4332
Salam. Respublika ərazisində neft məhsullarının pərakəndə satışı ilə məşğul olan Yanacaq Doldurma Məntəqələrində quraşdırılmış e-kassa aparatları durduğu yerdə kassaya avtomatik olaraq pul vəsaiti mədaxil edir. Bu isə gələcəkdə sahibkarın artıq Vergi ödəməsinə səbəb ola bilər. Xahiş edirəm məsələ araşdırılsın. Onlayn kassa ilə onlayn oyun oynayanlar cəzalandırılsın.
08/03/2021 Read: 105 Average count: 0

Bildiririk ki, istismar zamanı NKA-da nasazlıqlar yarandıqda İstifadəçi vergi orqanlarına və Operatora dərhal bu barədə məlumat verir. NKA nasaz vəziyyətdə olduqda, Operator bu barədə ona çağırış verildiyi andan 36 saatdan çox olmayan vaxt ərzində NKA-nın təmirini təmin etməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan məsələnin araşdırılması üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1)  və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 1 avqust tarixli 338 nömrəli Qərarı ilə təsdiq edilmiş “Nəzarət-kassa aparatlarının istismarı Qaydaları”, Vergilər Nazirliyinin Kollegiyasının 2017-ci il 27 yanvar tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki və hüquqi şəxslərlə sual-cavab” elektron xidməti üzrə inzibati reqlament”.

0/5 (0 Average count)
Qiymət ver:
İbrahim Əlizade Oruc ib***@gmail.com ID: 6082
Salam, mən bilmək istəyirəm bu müqaviləyə əsasən mənim vergi borcum var ya yox ? 2127091527SP73901
07/03/2021 Read: 65 Average count: 0

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

0/5 (0 Average count)
Qiymət ver:
Saleh Huseynov Seyidmemmed sa***@yandex.ru ID: 4148
Salam. Avans ödəniş zamanı qarşı tərəfə ödənilən avans məbləğ üzrə ƏDV məbləğinin ödənilməsi zərurəti varmı? Əgər varsa hüquqi əsasını göstərərdiniz, zəhmət olmasa.
07/03/2021 Read: 84 Average count: 0

Bildiririk ki, sorğuda göstərildiyi kimi malların (iş və ya xidmətlərin) dəyəri malların təqdim edildiyi vaxtadək ödənildiyi halda malların (iş və xidmətlərin) təqdim edilməsinədək ƏDV məbləğinin əsas məbləğdən gec ödənilməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmamışdır.

Belə ki, Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən bu Məcəllənin 175.1.3-cü maddəsinə müvafiq olaraq bu Məcəllənin 175.8-ci maddəsində göstərilən vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir. 

Buna əsasən, alınmış avansa görə vergi ödəyicisi tərəfindən mallar (iş və xidmətlər) təqdim edildikdən sonra həmin malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən gec ƏDV məbləğinin ödənilməsinə görə vergi ödəyicisinə Vergi Məcəlləsinin 58.6-cı maddəsinə əsasən vaxtında ödənilməmiş ƏDV məbləğinin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 58-ci və 175-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimov Azad Tahir oğlu az***@mail.ru ID: 4330
Salam, sualım onunla bağlıdır ki, yeni qanuna əasasən polietilen torbaların istehsalı və satışı 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik məhsulların istehsalı və satışı isə 2021-ci ilin 1 iyul tarixindən qadağan edilir. İstehsal müəssisəsində plastik kütlədən hazırlanmış müxtəlif növ qablar anbarda qalıq qalıb. Biz bu malları öz müəssisəmizdə təkrar xammala çevirmək üçün məhv etməliyik. Bu məhvetmə zamanı bizim üçün hər hansı bir vergi öhdəliyimiz yaranacaqmı? Müəssisə ƏDV ödəyicisidir.
06/03/2021 Read: 99 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 159.5-ci maddəsinə əsasən vergi ödəyicisi malları (işləri, xidmətləri) ƏDV-ni ödəməklə əldə edirsə və müvafiq əvəzləşdirmə alırsa və ya almaq hüququna malikdirsə, belə mallardan (işlərdən, xidmətlərdən) qeyri-kommersiya məqsədləri üçün istifadə edilməsi, fövqəladə hallardan başqa malların itməsi, əskik gəlməsi, xarab olması, tam amortizasiya olunmadan uçotdan silinməsi və ya oğurlanması vergi tutulan əməliyyat sayılır.

Eyni zamanda, məhv edilmiş malların dəyəri mənfəət vergisinin məqsədləri üçün gəlir kimi nəzərə alınmır və gəlirin əldə edilməsi ilə bağlı olmadığı üçün xərc kimi qəbul edilmir. 

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu, 159-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 4329
Salam. Vergi Məcəlləsinin 13.2.17 maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsait sayılır. Bilmək istərdim ki sahibkarliq fəaliyyəti ilə (ictimai iaşə xidməti) əlaqədar istifadə olunacaq 350 manat dəyəri olan avadanlıqlar (soba, böyük qazanlar və s.) almışıqsa bu avadanlığı əsas vəsait kimi tanımalıyıq yoxsa birbaşa xərcə silməliyik?
06/03/2021 Read: 131 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.17-ci maddəsinə əsasən istifadə müddəti bir ildən çox olan və dəyəri 500 manatdan çox olan, bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq amortizasiya edilməli olan maddi aktivlər əsas vəsaitlər hesab edilir.

Tərəfinizdən hesabat ili ərzində alınan sorğunuzda qeyd olunan avadanlıqlar əsas vəsait kimi uçota alınmalı və dəyəri 500 manatdan aşağı olduğu halda hesabat ilində tam məbləğdə gəlirdən çıxılan xərclərə aid edilməlidir.
 

0/5 (0 Average count)
Qiymət ver:
Şamxal Kərimov Vəli oğlu ke***@gmail.com ID: 4243
Hörmətli vergi xidməti əməkdaşları, aşağıdakı sualları cavablandırmağınızı xahiş edirəm. Vergi məcəlləsinin 13.2.33- cü maddəsində beynəlxalq daşımanın tərifində qeyd edilmiş “Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi” dedikdə Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan sərhədlərimi yoxsa ölkə ərazisində yerləşən rezident şəxslərin ünvanımı (təsərrüfat subyekti və anbar) nəzərdə tutulur? Digər sualımı da diqqətinizə çatdırmaq istəyirəm. Bildiyimiz kimi beynəlxalq yükdaşımaları zaman Vergi məcəlləsinin 125.1.4 maddəsinə əsasən qeyri-rezidentə nəqliyyat xidmətinə görə ödənilən məbləğdən 6% ÖMV məbləği tutularaq dövlət büdcəsinə ödənilir. Deyək ki, tərəflər arasında imzalanmış müqaviləyə və kəsilən hesab fakturaya əsasən, malları satan tərəf malların çatdırılması üçün hər hansı bir ödəniş nəzərdə tutmayıbsa və ya daşıma xidmətini ödənişsiz şəkildə həyata keçirirsə və ya müqavilədə daşıma xidmətinə dair hər hansı bir maddə nəzərdə tutulmayıbsa, bu zaman Vergi Məcəlləsinə əsasən rezident şəxsin vergi öhdəlikləri nə olacaq? Bazar qiyməti tətbiq oluna bilər mi?
06/03/2021 Read: 154 Average count: 5

Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə əsasən beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır. Göründüyü kimi, maddədə daşımanın beynəlxalq sərhədlərdən deyil, dövlət daxilində yerləşən təyinat məntəqələr arasında həyata keçirilməsi qeyd olunmuşdur.

Bununla yanaşı Vergi Məcəlləsinin 125.1.4-cü maddəsinin müddəalarına əsasən  Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq daşımalar həyata keçirilərkən nəqliyyat xidmətləri üçün rezident müəssisəsinin və ya sahibkarın ödəmələri ödəmə mənbəyində xərclər çıxılmadan 6 faiz dərəcə ilə vergiyə cəlb olunur. Qeyri-rezidentdən sifariş edilmiş malların Azərbaycan Respublikasına ixracı ilə bağlı ayrıca olaraq alınmış hər bir xidmət üzrə, o cümlədən beynəlxalq daşıma üzrə qeyri-rezidentlərə ödəmələr aparılarsa, Cəmiyyət tərəfindən həmin ödəmələrdən Vergi Məcəlləsinin 125-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində vergi tutulmalıdır. 

 

5/5 (1 Average count)
Qiymət ver:
Elmira Məmmədzadə Aydın me***@mail.ru ID: 4327
Salam. Mən Vergi orqanlarına imtahan vermək istəyirəm. Magistraturanı MBA idarəetmədə İnformasiya Sistemləri ixtisası üzrə bitirmişəm. Diplomum vergi orqanlarına qəbul üçün uyğundur?
05/03/2021 Read: 58 Average count: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İsmayıl Quliyev Mahir is***@gmail.com ID: 4326
Salam, mən vergi ödəyicisi olmuşam və fəaliyyətimi müvəqqəti dondurmuşam və indi yenidən bərpa etmək istəyirəm. Nə edə bilərəm, yük maşını sürürəm. Mənə kömək edin, çox sağolun.
05/03/2021 Read: 67 Average count: 5

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.https://www.youtube.com/watch?v=kvniIYW5518

5/5 (1 Average count)
Qiymət ver:
Tural Əskərov İnqilab As***@gmail.com ID: 4325
04.02.2021 tarixdə ƏDV gerial vaxtı bitib, amma pul qaytarılmır.
05/03/2021 Read: 51 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.
 

0/5 (0 Average count)
Qiymət ver:
Rauf Ağarəhimov ob***@mail.ru ID: 4364
Salam aleykum. Verdiyimiz sifariş limiti keçməməklə say limiti var? (300$)
05/03/2021 Read: 62 Average count: 0

Bildiririk ki, qanunla müəyyən edilmiş hallarda və qaydada idxal-ixrac əməliyyatlarına nəzarəti gömrük orqanları həyata keçirir. Odur ki, bu barədə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.

0/5 (0 Average count)
Qiymət ver:
Səbinə Alkərimova Eldar ba***@inbox.ru ID: 4343
Salam mən 2902009772 nömrəli VÖEN-imi 5 il müddətinə dondurdum, sonra müddət tamam olmağa 1 ay qalmış tamamilə ləğv etdim. Sumqayıt 2 saylı vergi idarəsinin istədiyi müvafiq sənədlərin hamısını təqdim etdim, VÖEN problemsiz ləğv olunacaq dedilər. 3 ildən sonra indi bilirəm ki, VÖEN hələ də aktivdir. Səbəbini bilmək istəyirəm və burada məsuliyyət kimin üzərindədir. 195 Çağrı Mərkəzi vergi borcumu 0 azn deyir, amma saytda 30.61 azn göstərir.
05/03/2021 Read: 66 Average count: 0

Bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz. Sorğunuzda qeyd olunan VÖEN ləğv edilməmişdir. Ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Etibar Məmmədov el***@mail.ru ID: 4324
Vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisidir. Əgər vergi ödəyicisi hesabat ilinin ortasında 200.000 artıq dövriyyəsi olduqda ədv ödəyicisi keçməlidir, yoxsa seçdiyi metodu yəni sadələşdirilmiş vergi növündə qalmalıdır hesabat ilinin sonuna qədər?
05/03/2021 Read: 120 Average count: 0

Bildiririk ki, ƏDV-yə cəlb olunan əməliyyatların həcmi 200.000 manatdan artıq olduqda vergi ödəyicisi ƏDV məqsədləri üçün qeydiyyata alınmalıdır. Belə ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. ƏDV üzrə hesabat dövrü təqvim ayı sayılır.

 

0/5 (0 Average count)
Qiymət ver:
İbrahim Məmmədov ib***@mail.ru ID: 4323
Salam. Mən VÖEN açdırmaq və bu VÖEN-i bank hesabımla əlaqələndirmək istəyirəm. Asan xidmətdən E-imza artıq almışam və e-taxes.gov.az saytında qeydiyyatdan keçmişəm artıq. Sahibkar kimi VÖEN açmaq hissəsinə gəlirəm, ancaq orada fəaliyyət sahəsini özümə uyğun olanını tapa bilmirəm. Gördüyüm işi qısa şəkildə izah edəcəm. Xahiş edirəm bu məsələdə hansı fəaliyyət sahəsini seçməliyəmsə mənə köməklik edəsiniz. Deməli mən FOREX-lə (xarici valyuta alış satışı ilə) məşğulam. Bunun üçün xarici şirkətlə müqavilə imzalamışam və bu şəkildə onlayn valyuta alıb satıram. Bu zaman fəaliyyət sahəsi olaraq mən nə seçməliyəm? VÖEN-i açaq səbəbim isə banklar xaricdən mənə ödəniləcək məbləği qəbul etməyə bilər. Bir də bu məşğul olduğum sahədə hər hansısa bir vergi tutulurmu məndən? Və ya VÖEN açmağa məcburammı? Bundan əlavə fəaliyyət sahəsi seçsəm belə ən sonda imzala və təsdiqlə hissəsinə gəldikdə belə bir xəta çıxır ki, siz 5 rəqəmli fəaliyet sahəsi seçə bilməzsiniz. Amma halbuki e-taxes.gov.az saytında bütün fəaliyyət sahələri 5 rəqəmlidir.
05/03/2021 Read: 191 Average count: 5

Bildiririk ki, foreks əməliyyatlarından gəlir əldə edən şəxs vergi orqanlarında uçota alınmaqla VÖEN əldə etməli və əldə edilən gəlirdən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisi hesablayaraq növbəti ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanına təqdim etməklə dövlət büdcəsinə ödəməlidir.

Belə ki, Vergi Məcəlləsinin 99.3.8-ci maddəsinə əsasən vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu təqdirdə) - əmək haqqından başqa onun qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəliri hesab olunur.       

Qeyd etdiyiniz fəaliyyəti 6612101 (MALİYYƏ BAZARLARINDA ƏMƏLİYYATLARIN HƏYATA KEÇİRİLMƏSİ (MƏSƏLƏN, FOND BİRJASINDA BROKER ƏMƏLİYYATLARI) VƏ BUNUNLA ƏLAQƏDAR FƏALİYYƏT) fəaliyyət növünü seçərək  həyata keçirə bilərsiniz.

 Əsas: Vergi Məcəlləsinin 99-cu, 101-ci və 169-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Murtuzova Elnara Eldar qızı el***@mail.ru ID: 4322
Hər vaxtınız öeyir olsun. Mənim alimentlə əlaqədar sualım var. Qaynar xəttinə zəng çatmır. Hal hazırda şikəyət etmək istəyirəm alimentlə ələqədər.
05/03/2021 Read: 115 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən məsələ Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığından məlumat almaq üçün aidiyyəti üzrə Ədliyyə Nazirliyinə müraciət etməyinizi tövsiyə edirik.

Vergi qanunvericiliyi və inzibatçılığı barədə üzləşdiyiniz suallarla bağlı saytımızda (www.taxes.gov.az) yerləşdirilən məlumatlarla tanış ola, eyni zamanda Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İntizam Məmmədov Hacı Me***@gmail.com ID: 4331
Salam, sizə bir məsələ üçün müraciət etmək istəyirdim. Deməli bir kiçik sahibkar var. O sahibkar 1 ilə yaxındır ki, vergi ödəmir. Bunu hara şikayət edə bilərəm?
04/03/2021 Read: 65 Average count: 0

Bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Toğrul Məcidov Nəsrəddin oğlu to***@list.ru ID: 4321
Salam. Bakıda 120 kv m ümumi sahəsi olan yaşayış evinin 1/3 hissənin sahibi bələdiyyə tərəfindən tutulan nə qədər əmlak vergisi verməlidir?
04/03/2021 Read: 61 Average count: 3

Bildiririk ki, əmlak vergisi fiziki şəxslərin xüsusi mülkiyyətində olan binaların sahəsinin (yaşayış sahələrinə münasibətdə — onların 30 kvadratmetrdən artıq olan hissəsinin) hər kvadratmetrinə görə müvafiq dərəcələr və bina Bakı şəhərində yerləşdikdə isə habelə Nazirlər Kabinetinin müəyyən etdiyi  əmsallar tətbiq olunmaqla hesablanır.

Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın sahəsindəki payına uyğun olaraq hesablanır.

Müvafiq olaraq yaşayış sahəsinin vergiyə cəlb olunan hissəsinə görə hesablanan vergi məbləği paylı mülkiyyətin mülkiyyətçiləri arasında onların həmin əmlakda olan paylarına uyğun hesablanır.

Əsas: Vergi Məcəlləsinin 198.1.1-ci, 200.1-ci və 200.2-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 6 aprel tarixli 101 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 198.1.1-ci maddəsində nəzərdə tutulmuş fiziki şəxslərin əmlak vergisi məqsədləri üçün Bakı şəhərində yerləşən binalara tətbiq edilən əmsallar”.

3/5 (2 Average count)
Qiymət ver:
Həsənli Aqşin Niyazi oğlu nd***@gmail.com ID: 4328
Salam, mən VÖEN kodunu itirmişəm, yadımda da qalmayıb. Xahiş edirəm mənə köməklik edəsiniz.
04/03/2021 Read: 56 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Yusifov Cavanşir Mirhaşim do***@gmail.com ID: 4319
Vitomed klinikasında dəfələrlə valideynlərim yüksək miqdarda ödəniş edib ƏDV çeki alıblar. Amma ƏDV yoxlayanda həmin müəssisənin ƏDV qaytarmaması göstərilir, bu düzdürmü?
04/03/2021 Read: 87 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Murad Qeybullayev ad***@mail.ru ID: 4317
Salam aleykum, mənim sualım var. Mən fərdi sahibkaram. Asan imzamın vaxtı bitib. Mən bilmək istərdim ki, onlayn şəkildə yeniləyə bilərəmmi?
03/03/2021 Read: 55 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatının xidmət mərkəzinə yaxınlaşmadan onlayn yenilənməsi (elektron müraciət) yalnız aktiv sertifikat vasitəsilə onun etibarlılıq tarixindən öncəki 30 gün ərzində mümkündür. 

Yeni “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə qabaqcadan onlayn növbə tutmaqla müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Teymur Vəliyev te***@cws.az ID: 4316
Salam. Şirkətimiz müvəqqəti idxal rejimində gətirilən avadanlıqlar üçün təqdim olunan YGB üzrə müvəqqəti idxal rejimini uzatmaq üçün hər ay idxl dəyərinin 3% qədər gömrük rüsumu və idxala ƏDV ödəyir. Həmin avadanlıqlar 2011-2014-cü illər üzrə ölkəyə daxil olmuşdur. Əvvəllər onların müvəqqəti idxal rejiminin uzadılması üçün "0% dərəcələ ƏDV idxal sertifiktı" təqdim edirdik və heç bir rüsum ya da ƏDV ödənilmirdi. Lakin 2020-ci ilin iyul ayından etibarən vergi orqanından "0% dərəcələ ƏDV idxal sertifiktı" ala bilmirik və xüsusi gömrük rejimini tətbiq edə bilmirik. Həmin YGB-lər üzrə ödənilən ƏDV-lər vergi orqanı tərəfindən əvəzləşdirilmir. Vergi Məcəlləsində müvəqqəti idaxl rejimində olan mallara və avadanlıqlara görə ödənilən ƏDV-lərin əvəzləşdirilməsinə imtina barədə müddəa yoxdur. Xahiş edirəm ki, bu məsələ ilə bağlı rəsmi cavab verəsiniz. Öncədən minnətdaram.
03/03/2021 Read: 176 Average count: 5

Gömrük Məcəlləsinin 192.1-ci maddəsinə əsasən təkrar ixrac üçün nəzərdə tutulmuş xarici mallar müvəqqəti idxal proseduru altında yerləşdirilir. Bu mallardan bu Məcəllənin 194-cü maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq gömrük rüsumlarından və vergilərdən tamamilə, yaxud qismən azad olunmaqla, habelə ticarət siyasəti tədbirləri tətbiq edilmədən gömrük ərazisində istifadə olunur.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 7.5-ci bəndinə əsasən gömrük rüsumlarından və vergilərdən qismən azad edilməklə müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan gömrük rüsumları və vergilər üzrə aylıq ödənişlərin məbləği onların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirildiyi tarixdə sərbəst dövriyyəyə buraxılışı üçün ödənilməli olan gömrük rüsumlarının və vergilərin məbləğinin 3 (üç) faizi miqdarında müəyyən edilir.

Eyni zamanda Vergi Məcəlləsinin 159.3-cü maddəsinə əsasən malların idxalı bu fəsilə uyğun olaraq vergidən azad edilən idxal istisna edilməklə, vergi tutulan idxal sayılır. Tranzit yük daşınması qaydasında, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar və ya gömrük qanunvericiliyinə uyğun olaraq daxili istehlak üçün idxal edilmiş və ya qəbul olunmuş sayılmayan mallar ƏDV-nin məqsədləri üçün idxal malları hesab edilmir.

Göründüyü kimi, müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin məqsədləri üçün idxal malları sayılmır.

Buna əsasən müvəqqəti idxal şəklində Azərbaycan Respublikası ərazisinə buraxılan mallar ƏDV-nin vergitutma obyektini təşkil etmədiyindən, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallara tətbiq olunan vergilər üzrə aylıq ödəniş məbləğləri əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 175-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 sentyabr 2013-cü il tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları  ilə tənzimlənir. 

5/5 (2 Average count)
Qiymət ver: