Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Уважаемый пользователь!

Материалы данного раздела доступны только на азербайджанском языке.
 

Hörmətli vergi ödəyicisi!
Sahibkarlıq subyektlərinin ölçüsünə görə aid olduğunuz kateqoriyanı zəhmət olmasa seçin.
Qeydlər
1. İllik gəlirə hesabat ili ərzində təqdim edilmiş malların, görülmüş işlərin və göstərilmiş xidmətlərin dəyəri, həmçinin satışdankənar gəlirlər aid edilir.
2. Sahibkarların mikro, kiçik, orta və ya iri sahibkar kimi müəyyənləşdirilməsi üçün "işçilərin orta siyahı sayı" və "illik gəlir" meyar göstəricilərindən daha yüksək olanı əsas götürülür.
3. Yeni yaradılan sahibkarlıq subyektlərinin mikro, kiçik, orta və ya iri sahibkarlar kimi müəyyənləşdirilməsində onların dövlət qeydiyyatına və ya vergi uçotuna alındığı tarixdən 1 (bir) il müddətində müəyyən edilmiş işçilərin say göstəricisi əsas götürülür.

Mikro sahibkar (işçilərinizin orta sayı 1-10 və ya illik gəliriniz 200 000 manatək olduqda (daxil olmaqla));


Kiçik sahibkar (işçilərinizin orta sayı 11-50 və ya illik gəliriniz 200 000 manatdan 3 000 000 manatadək olduqda);


Orta sahibkar (işçilərinizin orta sayı 51-250 və ya illik gəliriniz 3 000 000 manatdan 30 000 000 manatadək olduqda);


İri sahibkar (işçilərinizin orta sayı 251 və ondan yuxarı və ya illik gəliriniz 30 000 000 manatdan çox olduqda).



Məlum olduğu kimi, müvafiq vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və məcburi tibbi sığorta haqlarının ödənilməsi vergi ödəyiciləri tərəfindən banklara, poçt idarələrinə müraciət etməklə, ödəniş portalları və ya ödəniş terminalları vasitəsi ilə həyata keçirilir.
Ölkədə şəffaflığın yüksəldilməsi və nağdsız əməliyyatların stimullaşdırılması, müvafiq vergilərin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və məcburi tibbi sığorta haqlarının ödənilməsinə tərəfinizdən əlavə vaxtınızın sərf olunmaması və maliyyə sanksiyalarına məruz qalmamağınız (vergi ödəyicisi ilə öncədən əldə olunmuş rəsmi razılığa əsasən qeyd olunan ödənişlərin qanunvericlikdə nəzərdə tutulmuş müddətdə dövlət büdcəsinə və müvafiq fondlara avtomatik köçürülməsi mexanizminin yaradılması məqsədi ilə) üçün vergi ödəyiciləri uçota alındıqdan sonra bank hesabının açılması ilə bağlı vəzifələrin Vergi Məcəlləsində əks olunmasına razısınızmı?

Bəli, razıyam;


Xeyr, razı deyiləm.