Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
İbrahimova Salatin Allahverən qızı ib***@gmail.com ID: 5495
Bildiririk ki, Azərbaycan Respublikasının rezidenti olan müəssisəmiz A şirkətinin mallarını Çin Xalq respublikasından Azərbaycan Respublikasının ərazisinə daşıyır. Daşınmanı həyata keçirən zaman müxtəlif xarici nəqliyyat şirkətləri ilə müqavilə bağlayır və həmin şirkətlər vasitəsilə daşınmanı həyata keçırır. Yəni daşınma şırkətə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilmir. Belə olan halda müəssisəmizin hansı vergi öhdəlikləri yaranır? Xahiş edirik ətraflı məlumat verin.
12/11/2021 Прочитано: 197 Средняя стоимость: 3

Bildiririk ki, mülki qanunvericiliyə əsasən üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxs ekspeditordur. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən sorğuda göstərilən halda mülkiyyətində və istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını müqavilə əsasında digər şəxslər vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə ona ödənilən xidmət haqları (komisyon haqları) cəmiyyətin vergi tutulan gəlirlərinə aid edilməklə mənfəət vergisinə və 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. Beynəlxalq daşıma xidmətinin dəyəri isə ƏDV-yə sıfır (0) faiz dərəcəsi ilə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 158-ci, 159-cu, 165-ci və Mülki Məcəllənin 852-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Eldəniz Səfərəliyev İbrahim oğlu sa***@gmail.com ID: 5493
Əsas vəsait olan, kənd təsərrüfatı texnikaları müəyyən dövr istifadə olunduqdan sonra satılarkən amortizasiya ayırmaları hesablanması məsələsinə aydınlıq gətirməyinizi xahiş edirəm.
12/11/2021 Прочитано: 100 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 142.1-ci maddəsinin müddəalarına əsasən aktivlərin təqdim edilməsindən əldə edilən gəlir, aktivlərin təqdim edilməsindən daxilolmalar və aktivlərin bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı müsbət fərq deməkdir.

Həmçinin, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi Məcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri hesablanan zaman əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır..

 

0/5 (0 Средняя стоимость)
Оцените:
İsmayılov Elvin Namiq is***@gmail.com ID: 5492
Vergi borcu olan şəxs ölkədən çıxa bilərmi?
12/11/2021 Прочитано: 96 Средняя стоимость: 0

Bildiririk ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüququdur.

Eyni zamanda, Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal həmin məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsidir.

Məlumat üçün bildiririk ki, şəxsiyyət vəsiqənizin FİN kodunu və ya seriya və nömrəsini daxil etməklə, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqda məlumatı əldə edə bilərsiniz. Xidmətdən istifadə üçün bu linkdən istifadə edə bilərsiniz. https://www.e-taxes.gov.az/ebyn/new/#/olkedengetmeMehdudiyyet

Əsas: Vergi Məcəlləsinin 23-cü və 24-cü maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hətəmov Xəyal Ələmşah oğlu He***@mail.ru ID: 5489
Kartın istifadə müddəti bitdikdə, kartda olan ƏDV məbləğləri yeni karta köçürülürmü və ya kartın istifadə müddətinin bitməsinə az qalmış dövr ərzində ƏDV geri al müddəti kartın istifadə müddətindən (30 gün) azdırsa, belə olan halda ƏDV məbləği yeni sifariş verilən karta köçürüləcəkmi?
11/11/2021 Прочитано: 68 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Eyvazova Fəxriyyə Əlövsət fa***@mail.ru ID: 5488
Mən VÖEN-lə bağlı debet kartını necə ala bilərəm?
11/11/2021 Прочитано: 77 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yunis Səmədov Əlif me***@gmail.com ID: 5487
Salam, VÖEN aça bilərəm? Fərdi sahibkar kimi VÖEN açmaq istərdim. Buna görə pul ödəyəcəm? Şəhadətnamə almaq istəyirəm.
11/11/2021 Прочитано: 71 Средняя стоимость: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Fiziki şəxsin uçotu haqqında şəhadətnamə xidmət mərkəzlərində (o cümlədən ASAN xidmət mərkəzlərində) emal müddəti nəzərə alınmaqla müraciət zamanı elektron kabinetə göndərilir (ərizədə qeyd olunduğu halda, əlavə olaraq kağız daşıyıcıda verilir).

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması" Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Fərəcova Günay Yüzbaşı gu***@socar.az ID: 5481
Salam. Mənfəət vergisinin ödəyicisi olan müəssisə öz balansında olan avtomobilini 30 000 manat məbləğində sığorta etdirmişdir. Yol qəzası nəticəsində avtomobil yararsız vəziyyətə düşmüşdür. Avtomobilin balans üzrə qalıq dəyəri 18 000 manat təşkil edir. Mənfəət vergisindən azad olan məbləğ hansıdır? Zəhmət olmasa, cavablandırardınız.
11/11/2021 Прочитано: 218 Средняя стоимость: 3

Vergi Məcəlləsinin 104.1-ci maddəsinə əsasən rezident müəssisə üçün vergitutma obyekti onun mənfəətidir. Vergi ödəyicisinin bütün gəlirləri (vergidən azad edilən gəlirdən başqa) ilə bu Məcəllənin X fəslində göstərilən, gəlirdən çıxılan xərc arasındakı fərq mənfəətdir.

Eyni zamanda 106.1.6-ci maddəsinə əsasən alınmış sığorta ödənişləri (həmin sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa) mənfəət vergisindən azaddır.

Sığorta hadisəsi ilə əlaqədar zərərə aid edilən məbləğlərdən başqa sığortalının sığortaçıdan aldığı sığorta ödənişləri mənfəət vergisindən azaddır.

Əsas: Vergi Məcəlləsinin 104-cü və 106.1.6-cı maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
İlqar Vəliyev Əhmədağa va***@gmail.com ID: 5477
Salam, mən "Wolt"-da kuriyer kimi işə başlamaq istəyirəm, bunun üçün VÖEN lazımdır. Bugün ASAN xidmətə getdim, amma ala bilmədim. Çünki qeydiyyatım rayondur, mən rayondan VÖEN alsam Bakıda işləyə bilərəm?
10/11/2021 Прочитано: 100 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət sahibkarlıq fəaliyyəti hesab olunur və həmin fəaliyyətə başlamaazdan əvvəl vegi ödəyicisi kimi uçota alınmalısınız. 

Vergi Məcəlləsinin müddəalarına əsasən fərdi sahibkarlar və bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınırlar, vergi orqanı tərəfindən vergi ödəyicisi olan fiziki şəxslər uçota alındıqda yaşadıqları ünvan barəsində məlumatlar onların şəxsi məlumatlarına daxil edilir.

Qeyd olunanları nəzərə alaraq vergi ödəyicilərinin qeydiyyatda olduqları ünvan ilə yaşadıqları ünvanın fərqli olduğu hallarda vergi uçotu yerinin düzgün müəyyən edilməsi baxımından faktiki yaşayış yeri barədə müvafiq sənəd təqdim edilməklə fiziki şəxs faktiki yaşayış yeri üzrə vergi uçotuna alına bilər. Həmçinin, qeydiyyatda olduğunuz ərazidə vergi uçotuna alındığınız halda, Bakı şəhərində də fəaliyyət göstərə bilərsiniz

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Bayramov Pərvin Məhəmməd pe***@gmail.com ID: 5476
Salam. Sualım təsisçinin müəssisə ilə bağlanmış borc müqaviləsi ilə bağlıdır. Təsisçi fiziki şəxs MMC ilə Faizsiz borc müqaviləsi bağlamışdır. Bu halda təsisçiyə borc qaytarılan zaman Vergi Məcəlləsinin hansı maddəsinə əsasən 10 % ÖMV tutulmalıdır? 195 çağrı mərkəzinə zəng edəndədə Vergi Məcəlləsinin 14, 110 və 123-cü maddəsini qeyd edirlər. 14-cü maddə bazar qiymətinin bu mövzuya aydiyyatı var? Fikrimizcə Pul vəsaiti mal və xidmət sayilmadığına görə 14-cu maddə ilə razı deyilik. Xahiş edirəm ki, geniş açıqlama verərdiz.
10/11/2021 Прочитано: 202 Средняя стоимость: 5

Bildiririk ki, qanunvericiliyə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır (Mülki Məcəllə, maddə 739.2).
Eyni zamanda vergi qanunvericiliyinə əsasən təsərrüfat əqdləri qarşılıqlı surətdə asılı olan şəxslər arasında həyata keçirildikdə vergilərin hesablanması bazar qiyməti nəzərə alınmaqla həyata keçirilir (Vergi Məcəlləsi, maddə 14.3).

Hüquqi şəxslə onun təsisçisi isə mülki hüququn ayrı-ayrı subyektləri olmaqla vergitutma məqsədləri üçün qarşılıqlı surətdə asılı olan şəxslər sayılır (Vergi Məcəlləsi, maddə 18).
Qanunvericiliyin müddəaları əsas götürülməklə təsisçi tərəfindən müəssisəyə faizsiz verilmiş borc məbləğinə vergitutuma məqsədləri üçün həmin borcun aid olduğu dövrdə eyni valyuta ilə oxşar müddətə verilmiş kreditlər üzrə faizlərin səviyyəsi nəzərə alınmaqla faizlər hesablanmalı və Vergi Məcəlləsinin 123.1-ci maddəsinə uyğun olaraq ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əlavə olaraq nəzərə alınmalıdır ki, borc müqavilələri faizlə şərtləndirildiyi halda Vergi Məcəlləsinin 110-cu maddəsinin müddəalarına əsasən qarşılıqlı surətdə asılı olan şəxslərin bir-birinə ödədikləri faizlərin faktiki məbləği (hesablamalar metodundan istifadə edildikdə - ödənilməli faizlərin məbləği) faizlərin aid olduğu dövrdə eyni valyuta ilə, oxşar müddətə verilmiş banklararası kredit hərracında olan və ya hərraclar keçirilmədiyi təqdirdə Azərbaycan Respublikası Mərkəzi Bankının dərc etdiyi banklararası kreditlər üzrə faizlərin orta səviyyəsinin 125 faizdən artıq olmamaqla gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 14-cü, 18-ci, 110-cu, 123-cü və Mülki Məcəlləsinin 739-cu maddələri.

5/5 (1 Средняя стоимость)
Оцените:
Vahid Hüseynov va***@gmail.com ID: 5475
Məlumat üçün qeyd edirik ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Sözügedən güzəşt hüququnun müəyyən edilməsi ilə bağlı AR Nazirlər Kabinetinin 04.01.2001-ci il tarixli 4 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı”nın 1.5-ci bəndinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına (ərlərinə) sözügedən vergi güzəştinin tətbiqi aşağıdakı sənədlər əsasında müəyyən edilir: 1. Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi; 2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun yerli qurumunun və ya “DOST” mərkəzinin arayışı; 3. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları. Vətəndaş Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçünün övladı kimi vergi güzəştinin tətbiq edilməsi ilə bağlı müraciət etmişdir. Müraciətinə doğum haqqında Şəhadətnamə və AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli şöbəsi tərəfindən verilmiş, atasının Böyük Vətən Müharibəsinin iştirakçısı olmasını təsdiq edən arayışı əlavə etmişdir. Əlavə olaraq bildiririk ki, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti sözügedən siyahının 1.5-ci bəndində göstərilən “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi”nin yalnız hazırda xidmətdə olan hərbi qulluqçulara məxsus olduğunu bildirmişdir. Eyni zamanda siyahının 1.5-ci bəndinin 4-cü abzasına uyğun olaraq AR Müdafiə Nazirliyi tərəfindən verilən arayışla bağlı, qeyd olunan nazirlik tərəfindən 1992-ci ildə yaradıldığı bu səbəbdən sözügedən arayışın (Böyük Vətən Müharibəsinin iştirakçısı olmaqla bağlı) yalnız Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən təqdim edilməsinin mümkün olduğu bildirilmişdir. Hazırda vətəndaşın atasının Böyük Vətən Müharibəsi iştirakçısı olmasını təsdiq edən AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu tərəfindən verilmiş arayışın AR Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən vergi güzəştinin tətbiq edilməsi üçün “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı”nın 1.5-ci bəndinin 2-ci abzasında göstərilən “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi”nə bərabər qəbul edilib şəxsə vergi güzəştinin tətbiq edilməsi məsələsi sual doğurur. Qeyd olunanları nəzərə alaraq, vətəndaşın təqdim etdiyi arayışı (AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli qurumu tərəfindən verilmiş) “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin siyahısı”nın 1.5-ci bəndinin 2-ci abzasında göstərilən “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi”nə bərabər qəbul edilib ona AR Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən vergi güzəştinin tətbiq edilməsi məsələsinə münasibət bildirilməsini Sizdən xahiş edirik.
10/11/2021 Прочитано: 91 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsinə əsasən həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əlavə olaraq bildiririk ki, qeyd olunan güzəştdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Belə ki, Siyahının 1.5-ci bəndinə əsasən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı və müvafiq olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.5-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.           

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

5/5 (1 Средняя стоимость)
Оцените:
Nail Rəsulov Nurəli na***@mail.ru ID: 5473
Salam. Mən 55 günlük vətən müharibəsi iştirakçısıyam. Kəlbəcər rayonunun azad olunması medalı ilə təltif olundum. Mən bilmək istəyirəm ki, mən maaş alarkən vergi, tibbi sığorta tutulmalarından azad olunmalıyam? Ancaq hələ də mənim maaşım 275 olduğu halda mən 246 manat maaş alıram. Etməliyəm ki, tam maaş alım.
09/11/2021 Прочитано: 98 Средняя стоимость: 0

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-10.1.2-ci maddəsinə əsasən muzdla işləyən fiziki şəxslər, hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), Azərbaycan Respublikasının Milli Məclisi və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən vəzifəyə təyin olunan şəxslər, seçkili ödənişli vəzifə tutan şəxslər üzrə sığortalı tərəfindən işçinin əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz, sığortaolunan tərəfindən əməkhaqqının 8000 manatadək olan hissəsindən 2 faiz, 8000 manatdan yuxarı olan hissəsindən 0,5 faiz məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları hesablanır. Müharibə iştirakçılarının tibbi sığorta haqqından azad edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Məlumat üçün bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Siz əmək haqqından tutulmaların hesablanması kalkulyatoru vasitəsilə əmək haqqından tutulan vergi və digər tutulmalar haqda məlumatı əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102.2.7-ci maddəsi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məcidov Orxan Ələddin or***@inbox.ru ID: 5468
Salam. Mən VÖEN açdırmışam, amma məmə kod verə bilmədilər VÖEN-ə bağlı hesab açdırmaq üçün. Bildirdilər ki Dölət Vergi Xidmətinə müraciət edin. Onlar sizə kodu verəcək.
08/11/2021 Прочитано: 72 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Mübarək Hacıyev Mübariz ha***@list.ru ID: 5465
Salam mən Lənkəran dövlət universitetinin Tarix və ictimaiyyət ixtisasını bitirmişəm. Bu il GDU -nun magistraturasını fərqlənmə ilə bitirmişəm. Tarix ixtisasında oxuyarkən İqtisadiyyat fənni keçmişəm. Hal-hazırda müəllim işləyirəm. Vergi orqanlarında işləmək üçün imtahanda iştirak etmək istəyirəm. Bilmək istəyirəm ki mən vergi orqanlarına işə qəbul imtahanında iştirak edə bilərəm? Cavabınızı gözləyirəm. Əvvəlcədən təşəkkür.
07/11/2021 Прочитано: 74 Средняя стоимость: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rafael Quliyev Namiq oğlu ra***@mail.ru ID: 5461
Salam, aşağıdakı məzmunda sualım var: 4 nəfər təsisçidən ibarət MMC-də təsisçilərdən biri MMC-dən ayrılmaq və payını yerdə qalan 3 nəfər təsisçiyə bağışlamaq və ya satmaq istəyir. Bu prosesin rəsmiləşdirilməsi (sənədləşdirilməsi) hansı ardıcıl mərhələlərdən keçir? Detallı məlumat, zəhmət olmasa.
05/11/2021 Прочитано: 188 Средняя стоимость: 0

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Eyni zamanda bildiririk ki, hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir). Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 104.6-cı, 125.1.5-ci, 142.1-ci, 143-cü, 149.1-ci, 164.1.17-ci maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunun 9.1-ci və 9.2-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Sahil Sabirzadə İlham oğlu sa***@gmail.com ID: 5458
Salam. İşləyən işçiyə və ya işdən çıxan işçiyə qalıq məzuniyyətə görə ödənilən kompensasiya ödənişindən icbari tibbi sığortaya və işsizlik sığortasına tutulma olmalıdırmı ?
05/11/2021 Прочитано: 129 Средняя стоимость: 0

Bildiririk ki, əvvəlki illərdə istifadə olunmamış məzuniyyətə görə kompensasiya ödənilərkən tam iş illərinin kompensasiya haqları ayrı-ayrılıqda, o cümlədən cari iş ilinə görə istifadə olunmamış məzuniyyətə görə ödənilən kompensasiya haqqı ödəniş aparılan ayın əmək haqqına əlavə edilmədən ayrılıqda fiziki şəxslərin gəlir vergisinə və  məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci və Əmək Məcəlləsinin 154-cü, 157-ci maddələri, “Tibbi sığorta haqqında", "Sosial sığorta haqqında",  "İşsizlikdən sığorta haqqında"  Azərbaycan Respublikasının Qanunları. 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Kamal Həmid ka***@inbox.ru ID: 5457
Salam. Mən ƏDV geri qaytarııması ilə bağlı "ədvgerial"da hesab aktivləşdirmişdim. Ölkə xaricinə getməyimlə bağlı hesabımı tamamilə bağlamaq istəyirəm. Necə edə bilərəm?
05/11/2021 Прочитано: 54 Средняя стоимость: 0

Sorğunuzda qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə müvəkkil banka (Kapital Bank və ya Azərbaycan Beynəlxalq Bankı) müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Средняя стоимость)
Оцените:
İbrahimov İbrahim Mövlud af***@mail.ru ID: 5454
Salam. 2019 cu ildə sadələşmiş vergi ödəyicisi hüquqi şəxsə xidmət göstəribsə, gəlir vergi ödəyicisi sayılır. Vergi məcəlləsinin 218.6.1 maddəsi hansı tarixdən qüvvədədir, onu zəhmət olmasa qeyd edərdiz. Öncədən təşəkkür edirəm
04/11/2021 Прочитано: 104 Средняя стоимость: 0

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (Vergi Məcəlləsinin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. 

Eyni zamanda, 1 yanvar 2020-ci il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə  əsasən, Məcəllənin 218.5.10-cu maddəsinin müddəalarından asılı olmayaraq vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər tərəfindən əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirilmiş vergi metodunu tətbiq etmək hüququ saxlanılır.

0/5 (0 Средняя стоимость)
Оцените:
Rəhimli Rəhim el***@mail.ru ID: 5453
Salam. Müsəssisənin 5000 manat borcu yaranmışdır və yaranmış borca 1825 manat faiz borcu hesablanmışdır. VM - 85.4 əsasən hesablanmış borcun əsas hissəsi yəni 5000 manat silinmiş lakin ona hesablanmış faiz borcu 1825 manat silinməmişdir. Bilmək istərdim silinmiş olan 5000 manat ilə birlikdə ona hesablanmış 1825 manatda silinməlidirmi? Öncədən təşəkkürlər.
04/11/2021 Прочитано: 171 Средняя стоимость: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Eyni zamanda “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarı qəbul edilmişdir. Həmin Qərara əsasən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir.

Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilənləri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2018-ci il 30 noyabr tarixli 1356-VQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə edilmiş dəyişiklikləri nəzərə alaraq, vergi orqanları tərəfindən vergi ödəyicilərinin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarının tutulması üçün Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən edilmiş tələbetmə müddəti bitdikdə vergi ödəyicilərinin vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcları vergi orqanları tərəfindən Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən ümidsiz borc kimi silinməlidir. Bunun üçün ilk növbədə hər bir tədiyyə üzrə vergi orqanlarının tələbetmə hüququnun axımının başlanıldığı tarix müəyyənləşdirilməlidir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan vergilər, o cümlədən faizlər üzrə yaranmış borcların ümidsiz borc kimi silinməsinə münasibət bildirilməsi üçün uçotda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 65-ci, 85-ci, 93-cü maddələri və “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12.01.2011-ci il tarixli Qərarı.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məcnun Əfəndiyev mu***@gmail.com ID: 5450
Hörmətli dostlar. İlk öncə suallarımı operativ cavablandırdığınız üçün sizə təşəkkür edirəm. Sual: 168.1.5-ci maddədə əks olunmuş xidmətlərin ixracı “0” dərəcəyə cəlb olunan əməliyyat sayılır. Həmin xidmətlərin tərkibində poçt rabitəsi xidməti var. Yəni, poçt rabitəsi xidmətinin ixracı (məsələn, Bakıdan İstanbula poçtun çatdırılması) “0” dərəcəyə cəlb olunan əməliyyat sayılır. Lakin 165.1.4 maddədə qeyd olunub ki, beynəlxalq poçt xidmətləri “0” dərəcəyə cəlb olunmur (istisna hal kimi qeyd olunub). Bununla bağlı poçt rabitəsi xidmətinin ixracı hansl dərəcə ilə ƏDV-yə cəlb olunmalıdır? Təşəkkür.
04/11/2021 Прочитано: 204 Средняя стоимость: 3

Bildiririk ki, vergi qanunvericiliyinə əsasən poçt rabitəsi xidmətlərinin ixracından ƏDV sıfır (0) dərəcə ilə tutulur. Buna misal olaraq, rezident şəxs tərəfindən göstərilən poçt rabitəsi xidmətləri qeyri-rezidentlərlə bağlanmış müqavilələr əsasında birbaşa onlara göstərildiyi halda həmin xidmətlərin göstərilməsi ƏDV-yə sıfır dərəcə ilə cəlb edilən əməliyyatlara aid edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 13.2.33-cü maddəsinə görə beynəlxalq daşıma – yüklərin, sərnişinlərin, baqajın və poçtun daşıma sənədləri əsasında müxtəlif nəqliyyat növləri ilə Azərbaycan Respublikasında yerləşən göndərilmə (təyinat) məntəqəsi ilə digər dövlətdəki təyinat (göndərilmə) məntəqəsi arasında daşınmasıdır.

Bununla yanaşı Vergi Məcəlləsinin 165.1.4-cü maddəsinə əsasən beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsinə görə ƏDV sıfır (0) dərəcəsi ilə tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 165-ci və 168-ci maddələri.

3/5 (2 Средняя стоимость)
Оцените:
Abasova Nərgiz Məhəmmədovna na***@mail.ru ID: 5448
Yazıb Sizdən soruşmaq istəyirəm ki, Cəmiyyətdə məzuniyyət haqqı Əmək Məcəlləsinin 140-cı maddəsinə əsasən işçinin məzuniyyəti hər iki aya düşürsə işçiyə birinci ayda işlədiyi günlərə və tam məzuniyyət günlərinə görə ödəniş edilir. Sosial sığorta haqqı və Gəlir vergisi (dövlət təşkilatı) isə həmin aydakı iş günlərə və birinci aya düşən məzuniyyətə görə vergi hesablanır və ödənilir. Digər aya düşən məzuniyyət günlərinə əsasən vergi isə 2-ci ayda verilir. Yazıb öyrənmək istəyirəm ki, bu vəziyyətin düzgün olub olmadığını mənə bildirəsiniz.
04/11/2021 Прочитано: 104 Средняя стоимость: 5

Bildiririk ki, əmək məzuniyyətinin günləri müxtəlif aylara təsadüf etdiyi halda məzuniyyət haqqının hər aya düşən hissəsi həmin aylar üçün hesablanan əmək haqqı məbləği ilə cəmlənməklə ayrılıqda hər bir ayın muzdlu işdən alınan gəlirlərinə aid edilməklə gəlir vergisinə və məcburi dövlət sosial sığorta haqqına cəlb olunur.
Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanunu.
 

5/5 (2 Средняя стоимость)
Оцените: