Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 14-1.2.2-ci maddəsinə əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü və ya onun başqa dövlətlərdə yerləşən hər hansı nümayəndəliyi, filialı və digər bölməsi, həmin qeyri-rezidentlə qarşılıqlı asılı olan və başqa dövlətdə yerləşən hər hansı digər şəxs arasında həyata keçirilən əməliyyatlardan transfer qiyməti əsas götürülməklə vergilər hesablana bilər. Eyni zamanda Vergi Məcəlləsinin 16.1.4-cü maddəsinə əsasən yuxarıda göstərilən şəxslər üzrə transfer qiymətləri əsas götürülməklə apardığı əməliyyatların ümumi dəyəri 500.000 manatdan artıq olduqda mənfəət vergisi bəyannaməsi üçün nəzərdə tutulan müddətlərdə “Nəzarət olunan əməliyyatlar barədə Arayış”ı təqdim etmək vergi ödəyicisinin vəzifəsidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyi ilə həmin qeyri-rezidentin özü arasında aparılan əməliyyatların dəyəri 500.000 manatdan artıq olduqda sözügedən arayış vergi orqanına təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 57.4-cü maddəsinə əsasən bu Məcəllənin 16.1.4-cü maddəsində göstərilən arayışı müəyyən edilən müddətlərdə təqdim etməyən və ya arayışlarda düzgün olmayan məlumatlar göstərən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 2000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 14-1-ci, 16.1.4-cü və 57.4-cü maddələri.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi borcunuz barədə məlumatı 195-1 Çağrı Mərkəzinə zəng edərək VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "Elektron xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 98.2.1-ci maddəsinə əsasənfiziki şəxsə banklararası kredit hərracında olan faiz dərəcəsindən aşağı faiz dərəcəsi ilə ssuda verildiyi halda - bu tipli ssudalar üzrə banklararası kredit hərracında olan faiz dərəcəsinə uyğun faizlə ödənməli olan məbləğlə aşağı faiz dərəcəsinə uyğun ödənməli olan məbləğ arasındakı fərq onun muzdlu işlə əlaqədar alınan gəlirinə aid edilməklə Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisinə və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsinə əsasən isə məcburi dövlət sosial sığorta haqlarına cəlb olunur. 

Belə ki, Vergi Məcəlləsinin 98.1-ci maddəsinə əsasən fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya fayda, o cümlədən əvvəlki iş yerindən, yaxud gələcək muzdlu işdən alınan gəlirdir. 

Eyni zamanda “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsində nəzərdə tutulan muzdlu işdən aylıq gəlirlərə Vergi Məcəlləsinin 98.2-ci maddəsində göstərilən gəlirlər aid edilir.

Əsas: Vergi Məcəlləsinin 98-ci maddəsi və “Sosial sığorta haqqında” Qanunun 14-cü maddəsi.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8.3-cü maddəsinin müddəalarına əsasən səyyar, bazarlarda və digər kütləvi ticarət yerlərində piştaxtadan, avtomobildən və qoşqu vasitələrindən pərakəndə satış fəaliyyəti üzrə nəzarət-kassa aparatının quraşdırılması istisna edilmişdir. 

Eyni zamanda, lotereya biletlərinin, idman mərc oyunu biletlərinin və elektron idman mərc oyunu biletlərinin alışı istisna olmaqla nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Sorğunuzda qeyd olunan fəaliyyəti həyata keçirən şəxslər tərəfindən əhali ilə pul hesablaşmaları aparılan zaman müştəridən qəbul edilən pul vəsaitinin müqabilində onlara ciddi hesabat blankı olan qəbz təqdim edilir.

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu, 50-ci və 58-ci maddələri.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-nə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən, bu Məcəllənin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Əgər mallar əldə edilərkən əvəzləşdirilməsinə qismən yol verilməmişdirsə, vergi tutulan əməliyyatın məbləği əvəzləşdirmənin qismən yol verilməmiş payına mütənasib olaraq azaldılır.

Göründüyü kimi, Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı əməliyyatlara tətbiq edilir. Sorğunuzda qeyd olunan halda, vergi ödəyicisi əsas vəsaiti ƏDV ödəmədən əldə etdiyi üçün yuxarıda qeyd olunan maddə tətbiq olunmur və əsas vəsaitin təqdim olunması ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Əsas: ergi Məcəlləsinin 159-cu maddəsi.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün tələb olunan sənədlər Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müəyyən edilmişdir.

Belə ki, Siyahının 1.7-ci bəndinə əsasən müharibə veteranı vəsiqəsi, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin arayışı və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Milli Təhlükəsizlik Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları Vergi Məcəlləsinin 102.2.7-ci maddəsində nəzərdə tutulmuş güzəşt hüququnu təsdiq edən sənədlərdəndir.

Qeyd olunanlara əsasən, yuxarıda sadalanan təsdiq edici sənədlərdən birini iş yerinizə təqdim etməklə qeyd olunan vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən etibarən avtomobillər, alkoqollu içkilər və tütün məmulatlarının satışı zamanı ödənilən ƏDV-nin geri qaytarılması istisna edilmişdir. 

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

Əsas: Vergi Məcəlləsinin 164.1.41-1-ci və 165.5-ci maddələri.

Общая цена: 5/54
Оцените:

Bildiririk ki, əsas vəsaitlərin uçota alınması ilə bağlı yaranan məsələlər üzrə ətraflı məlumat almaq üçün aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 143-cü maddəsi kapital xarakterli xərclər hesabına formalaşan aktivlərin dəyərini müəyyən edir. Belə ki, həmin maddəyə əsasən aktivlərin dəyərinə onların alınması, gətirilməsi, istehsalı, tikilməsi, quraşdırılması və qurulması üçün çəkilən xərclər, həmçinin vergi ödəyicisinin gəlirdən çıxmaq hüququna malik olduğu xərclər və əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) istisna edilməklə, aktivlərin dəyərini artıran digər xərclər daxil edilir.

Vergi ödəyicisi tərəfindən satmaq, yaxud istehsalda, işlərin görülməsi və ya xidmətlərin göstərilməsində istifadə etmək məqsədilə alınan (idxal edilən) mallarının uçotunun aparılması qaydası isə Vergi Məcəlləsinin 139-cu maddəsi ilə tənzimlənir. Həmin maddənin müddəalarına əsasən vergi ödəyicisi özünün mülkiyyətində olan və sonradan satılmaq, yaxud məhsul istehsalı, işlər görülməsi və ya xidmətlər göstərilməsində istifadə olunmaq üçün nəzərdə tutulan hər hansı malı əmtəə-material ehtiyatlarına aid etməyə borcludur.

Əmtəə-material ehtiyatlarının uçotunu apararkən vergi ödəyicisi istehsal etdiyi, yaxud satın aldığı malların istehsal xərclərinə və ya satınalma qiymətlərinə əsasən müəyyənləşdirilən dəyərini uçotda əks etdirməyə borcludur. Vergi ödəyicisi bu malların saxlanmasına və nəql olunmasına çəkilən xərcləri də onların dəyərinə daxil etməlidir.

Əsas: Vergi Məcəlləsinin 139-cu və 143-cü maddələri.

Общая цена: 4/56
Оцените:

Bildiririk ki, keçmiş tarixlə könüllü ƏDV qeydiyyatına alınmış vergi ödəyicisinin ƏDV qeydiyyatının qüvvəyə mindiyi tarixdən aparılan əməliyyatları ƏDV daxil olmaqla aparılan əməliyyat hesab edilir və ƏDV tutulan əməliyyatın dəyəri malın satış qiymətindən ƏDV çıxılmaqla müəyyən edilir.

Bu zaman Vergi Məcəlləsinin 71-1.5.9-cu maddəsinə əsasən “bu Məcəllənin 177.5-ci maddəsinə əsasən verilən” növdə elektron qaimə-faktura təqdim edilir.

Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 2.17-ci bəndinə əsasən Vergi ödəyicisi tərəfindən Vergi Məcəlləsinin 177.5-ci maddəsində nəzərdə tutulan hallarda təqdim edilmiş mallar (işlər və xidmətlər) üçün “Vergi Məcəlləsinin 177.5-ci maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir. Bu zaman verilən elektron qaimə-fakturada vergi ödəyicisinin ƏDV qeydiyyatı qüvvəyə mindiyi tarixdən etibarən təqdim edilən elektron qaimə-fakturalar, habelə əməliyyatın aparılmasına əsas verən digər sənədlər elektron qaimə-fakturanın əlavə qeydlər sətrində qeyd edilməlidir.

Əlavə olaraq bildiririk ki, adıçəkilən Qaydaların 2.11-ci bəndinə əsasən malların (işlərin, xidmətlərin) qiymətlərində dəyişikliklər olduqda, əməliyyatın xarakteri dəyişdikdə (vergiyə cəlb edilən əməliyyatın sonradan vergidən azad olunan əməliyyata dəyişdirilməsi və yaxud əksinə vergidən azad olunan əməliyyatın vergiyə cəlb olunan əməliyyata dəyişdirilməsi), habelə sonradan vergi tutulan dövriyyənin dəqiqləşdirilməsi üçün əsas verən hallar (malların tam və ya qismən qaytarılması halları istisna olmaqla) üzə çıxdıqda vergi ödəyicisi tərəfindən “malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən” elektron qaimə-faktura tərtib edilir.

Həmçinin, Qaydaların 3.5-ci bəndinin müddəalarına əsasən yuxarıda qeyd olunan elektron qaimə-faktura növləri göndərildiyi ayın sonuncu gününədək qəbul edən tərəfindən təsdiq edilmədikdə, həmin elektron qaimə-faktura proqram təminatı vasitəsilə ləğv edilir.

Qeyd olunanlara əsasən alıcı tərəfindən elektron qaimə-fakturaların təsdiq edilməsi ilə bağlı vergi qanunvericiliyində məcburi tələb müəyyən edilməmişdir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 163-cü və 177-ci maddələri, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturanın forması, tətbiqi, uçotu və istifadəsi Qaydaları”.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, sorğuda qeyd olunan halda müştərək fəaliyyət olduğu üçün investisiya yatırımı hüquqi şəxsdə iştirak payının alınması və ya hüquqi şəxsə vəsaitlərin borc şəklində verilməsi formasında həyata keçirildiyi halda həyata keçirilən bu əməliyyatlar mənfəət vergisi və ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır.

Bununla yanaşı, Vergi Məcəlləsinin 164.1.27-ci maddəsinə əsasən buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı 2017-ci il yanvarın 1-dən 7 il müddətinə ƏDV-dən azaddır.

Əsas: Vergi Məcəlləsinin 146-cı və 164-cü maddələri.

Общая цена: 5/51
Оцените:

Bildiririk ki, saytımızın “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə Sizi maraqlandıran vergi ödəyicisinin VÖEN-ini əldə edə bilərsiniz.

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək vergi ödəyicisi kimi uçotda olub-olmadığınız haqda məlumatı əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, "vergi ödəyicisi kimi vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışı" vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edərək əldə edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Mülki Məcəllənin 748-3-cü maddəsinə əsasən maliyyə lizinqi əsasında lizinq alana verilmiş lizinq obyekti tərəflərin qarşılıqlı razılığı əsasında lizinq verənin və ya lizinq alanın balansında uçota alınmalıdır. Vergi ödəyicisinin balansında olan əsas vəsaitlərə amortizasiya ayırmalarının hesablanması Vergi Məcəlləsinin 114-cü maddəsinə uyğun olaraq həyata keçirilir. 

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi ) ibarət olacaqdır.

Həmçinin bildiririk ki, qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın təqdim edilməsindən gəlir vergidən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 102-ci və 220-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla, o cümlədən  təqdim olunan sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

Общая цена: 0/50
Оцените:

Məlumat üçün bildiririk ki, vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunur. Müraciətinizin icra vəziyyəti ilə bağlı qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, hüquqi şəxsin rəhbəri üçün  Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi üçün "AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilənin bağlanılması üçün Ərizə”, AR DVX-nin Asan Sertifikat Xidmətləri Mərkəzi (ASXM) tərəfindən Asan İmza SIM kart üzrə Sertifikat xidmətlərinin göstərilməsi haqqında Müqavilə (2 nüsxə), şəxsiyyəti təsdiq edən sənədin surəti və notariat qaydasında təsdiq edilmiş etibarnamə (ərizə digər şəxs tərəfindən verildikdə) ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya “ASAN Xidmət” mərkəzlərinə müraciət edilməlidir. 

Hüquqi şəxsin ləğv edilməsi proseduru haqqında ətraflı məlumatla, o cümlədən təqdim olunan sənədlərin siyahısı ilə buradan tanış ola bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə fərdi sahibkar kimi və ya hüquqi şəxs yaradaraq məşğul ola bilər. 

Fərdi sahibkarlıq - hüquqi şəxs yaratmadan fiziki şəxslərin gəlir əldə etmək məqsədilə fərdi qaydada, xüsusi mülkiyyətinə əsaslanaraq, risk və məsuliyyəti öz üzərinə götürməklə həyata keçirdiyi sahibkarlıq fəaliyyətidir. 

Hüquqi şəxs - qanunla müəyyənləşdirilmiş qaydada dövlət qeydiyyatından keçmiş, xüsusi yaradılmış, müstəqil balansı olan elə bir qurumdur ki, mülkiyyətində ayrıca əmlakı olsun, öz öhdəlikləri üçün bu əmlakla cavabdehlik daşısın, öz adından əmlak və şəxsi qeyri-əmlak hüquqları əldə etmək və həyata keçirmək, vəzifələr daşımaq, məhkəmədə iddiaçı və ya cavabdeh qismində iştirak etmək hüququna malik olsun.  

Yuxarıda qeyd olunanlara əsasən siz sahibkarlıq fəaliyyətinizi fiziki şəxs kimi, yaxud hüquqi şəxs yaradaraq həyata keçirə bilərsiniz. 

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Юридические лица, государственная регистрация которых осуществляется налоговыми органами, а также представительства и филиалы иностранного коммерческого юридического лица подают заявление в налоговый орган об открытии счета в банках, иных кредитных организациях и национальном операторе почтовой связи вместе с заявлением о государственной регистрации или в любое время после регистрации, а другие налогоплательщики - после получения свидетельства о постановке на учет.

Банки, иные кредитные организации и национальный оператор почтовой связи открывают счета юридическим лицам, их филиалам и представительствам, индивидуальным предпринимателям только после представления ими свидетельства-дубликата, выданного налоговым органом (за исключением случаев открытия счетов, не связанных с предпринимательской деятельностью для нерезидента).

В связи с этим сообщаем, что перечень документов, необходимых для регистрации постоянного представительства иностранного юридического лица в Азербайджанской Республике (включая заявления и образцы документов) можно найти в разделе «Одно окно» на нашей странице в подразделе «Для представителей иностранных коммерческих юридических лиц и их филиалов».

 

Общая цена: 0/50
Оцените: