Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Uçotda olmayan fiziki şəxslər tərəfindən hüquqi şəxslərə əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə rəsmiləşdirilməli və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilməlidir. Vergi ödəyicisi olmayan fiziki şəxslər tərəfindən göstərilən xidmətlərə görə həmin şəxslərin elektron qaimə-faktura təqdim etmək hüququ yoxdur.

Əsas: Vergi Məcəlləsinin 16.1.3-cü, 16.1.7-ci, 71-ci və 108-ci maddələri.

Общая цена: 4/53
Оцените:

Bildiririk ki, nizamnamə kapitalının bölüşdürülməmiş mənfəət hesabına artırılmasına qanunvericilikdə məhdudiyyət nəzərdə tutulmamışdır və vergi öhdəliyi yaratmır. Maliyyə ilinin yekunlarına görə xalis mənfəət bölüşdürüldüyü halda (dividend şəklində) ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.

Müəssisənin balansında olan torpaq sahəsinin müəssisənin nizamnamə kapitalına əlavə olunması haqda məlumatı aidiyyatı üzrə Maliyyə Nazirliyinə müraciət edərək əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 122-ci maddəsi.

Общая цена: 5/53
Оцените:

Bildiririk ki, mövcud qanunvericiliyə uyğun olaraq xüsusi mülkiyyətində Azərbaycan Respublikasının ərazisində yerləşən tikililər və ya onların hissələri olan fiziki şəxslər əmlak vergisinin ödəyiciləri hesab olunurlar. Mənzil mülkiyyətçilərinin ödəməli olduğu əmlak vergisinin məbləği yaşayış sahəsinin 30 kvadratmetrdən artıq olan hissəsinin hər kvadratmetrinə görə Gəncə şəhəri üzrə 0,3 manat olmaqla müvafiq bələdiyyələr tərəfindən hesablanmalı, hesablanmış məbləğ barədə bildiriş 1 avqustadək mənzilin mülkiyyətçisinə verilməli, mənzilin mülkiyyətçisi isə hesablanmış əmlak vergisini bərabər hissələrlə avqustun 15-dək və noyabrın 15-dək banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə bələdiyyə büdcəsinə ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin  8-ci, 197.1.1-ci, 198.1.1-ci 199.1-ci və 200-cü maddələri.

Общая цена: 5/51
Оцените:

Vergi Məcəlləsinin 102.5-ci maddəsində qeyd olunan güzəşt hüququnun qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində 3 nəfər olan şəxsə şamil edildiyini nəzərə alaraq bildiririk ki, 2 övladınızın və işləməyən yoldaşınızın himayənizdə olmasını təsdiq edən Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədi əsas iş yerinizə (əmək kitabçasının olduğu yerə) təqdim etməklə Siz də güzəşt hüququndan istifadə edə bilərsiniz.

Общая цена: 4/57
Оцените:

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: https://www.taxes.gov.az/az/page/vergiler-nazirliyine-muraciet

Общая цена: 1/51
Оцените:

Bildiririk ki, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Fiziki şəxs fəaliyyətinə xitam vermək istədikdə gücləndirilmiş elektron imzası (o cümlədən Asan İmza) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunun ləğv edilməsi üçün ərizə təqdim edə bilər. Bunun üçün İnternet Vergi İdarəsi portalının (www.e-taxes.gov.az) “Onlayn kargüzarlıq” bölməsinə gücləndirilmiş elektron imza vasitəsilə daxil olmaqla vergi orqanına müvafiq ərizə təqdim edilməlidir.

Hər hansı səbəbdən ərizəni elektron qaydada təqdim etmək mümkün olmadıqda vergi uçotunun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə təqdim edilə bilər.

Vergi uçotundan çıxarılanadək vergi uçotuna alınma barədə vergi şəhadətnaməsi, vergi uçotuna alındıqdan sonra ləğv edilmə tarixinədək sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olduğu halda bu dövr üzrə müvafiq vergi bəyannaməsi, məcburi dövlət sosial sığorta hesabatını, sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyat olmadığı halda isə “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” vergi orqanına təqdim edilməli, borc olduğu halda borc ödənilməlidir.

Qeyd edilən prosedurlara əməl edildikdən sonra vergi orqanı vergi ödəyicisini vergi uçotundan çıxararaq VÖEN-i vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirir və vergi ödəyicisinə “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərir.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 34.5-ci, 34.7.3-cü və 38.3.8-ci maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, müvafiq arayış vergi orqanına həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq təqdim edilməlidir.

Vergi ödəyicisinin fəaliyyətinin dayandırılması barədə əvvəlki ərizəsində qeyd olunan fəaliyyətinin bərpa ediləcəyi tarix ilə növbəti ərizəsində qeyd olunan fəaliyyətinin dayandırılması tarixi arasında müddət fərqi olduqda, fəaliyyətinin aktivləşdiyi dövr üzrə müəyyən edilmiş müddətdən gec olmayaraq vergi orqanına bəyannamə təqdim etməlidir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Həmin arayışı və ya vergi hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicilərinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü (vergi ödəyicisinin vəzifələri), 30.2-ci, 30.3-cü və 30.8-ci (kommersiya (vergi) sirri), 57.1-ci (hesabatın və digər məlumatın təqdim edilməsi ilə bağlı huquqpozmalara görə maliyyə sanksiyaları), 68-ci (müddətlərin müəyyən edilməsi qaydası) maddələri.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, muzdlu iş - əmək qanunvericiliyinə uyğun olaraq müqavilə (kontrakt) əsasında haqqı ödənilməklə yerinə yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən şəxs Vegi Məcəlləsinin məqsədləri üçün "işçi", bu cür fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin haqqını ödəyən şəxs "işəgötürən", bu cür haqq isə "əmək haqqı" adlandırılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, sizin mülki-hüquqi müqavilə əsasında fəaliyyət göstərdiyiniz və vergi ödəyicisi olduğunuz qənaətinə gələrək bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir. Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Vergi borcunuzun olması fəaliyyətinizi dayandırmaq üçün hər hansı məhdudiyyət yaratmır. Vergi ödəyicisi fəaliyyətini dayandırdığı hesabat dövrü üçün vergi orqanına hesabatı təqdim etməlidir. 

Eyni zamanda, vergi və ya cari vergi ödəməsi bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Lakin, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri və tətilləri mexanizmi məqsədilə Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, Məcəllənin 222.5-ci maddəsində göstərilən fəaliyyəti həyata keçirən şəxslərə vergilərin bu Məcəllə ilə müəyyən edilmiş müddətdə ödənilməməsinə görə bu Məcəllənin 59.1-ci maddəsi ilə müəyyən edilmiş faizlərin hesablanması 2020-ci il aprelin 1-dən 2021-ci il yanvarın 1-dək dayandırılmışdır.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 59-cu, 149-cu, 220-ci, 222-ci və 224-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu.

 

Общая цена: 0/50
Оцените:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulmuşdur. Hazırda bu qaydaların hazırlanması istiqamətində işlər yekunlaşma mərhələsindədir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin  müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Vergilər Nazirliyinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması isə Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir.

Müvafiq qaydalar təsdiq edildikdə bu haqda səhifəmizdə, o cümlədən sosial media hesablarımızda ictimaiyyətə məlumat veriləcək.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri, Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı.

Общая цена: 0/50
Оцените:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya “DOST” mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir. 

Müraciətinizdə qeyd olunan şəxsin güzəşt hüququnun müəyyən edilməsi üçün yuxarıda qeyd olunan qurumlara müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Общая цена: 0/50
Оцените:

1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin  övladlarının muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Güzəşt hüququ olan şəxs doğum haqqında şəhadətnamə və aşağıda qeyd olunan sənədlərdən birini təqdim etməklə müvafiq güzəştdən istifadə edə bilər:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Əsas: Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi.

Общая цена: 5/51
Оцените:

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, kassa metodundan istifadə olunarkən gəlirin əldə edilməsi vaxtı vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt sayılır.

Müraciətinizdə qeyd olunan fiziki şəxs kassa metodu ilə uçot apardığı üçün dəyəri ödənilməyən xidmətlər gəlir vergisi bəyannaməsində nəzərə alınmır. 
Əsas: Vergi Məcəlləsinin 131-ci, 132-ci maddələri 

Общая цена: 3/52
Оцените:

Vergi Məcəlləsinin 159.6-cı maddəsinə əsasən, vergi ödəyicisinin qeydiyyatı ləğv edilirsə, ləğvetmə vaxtı onun sahibliyində qalan mallar həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinə əsasən isə bu maddənin digər müddəalarından asılı olmayaraq, malları ƏDV-yə cəlb edilən əməliyyatlar nəticəsində əldə edən, lakin bu malları əldə edərkən Vergi Məcəlləsinin 175-ci maddəsinə əsasən ƏDV-ni əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır.

Göründüyü kimi, malları alarkən ƏDV ödəyən, lakin ödənilmiş bu ƏDV məbləğini əvəzləşdirməyə hüququ olmayan şəxsin həmin malları göndərməsinə vergi tutulan əməliyyat kimi baxılmır. Bu halda malların ƏDV-yə cəlb olunan əməliyyatlar nəticəsində əldə olunması o deməkdir ki, belə mallar yalnız müəyyən olunmuş qaydada elektron vergi hesab-fakturaları ilə rəsmiləşdirilməklə və ƏDV ödəməklə əldə edilmiş olsun. Digər hallarda Vergi Məcəlləsinin bu maddəsinin müddəaları tətbiq olunmur.

ƏDV ödənilmədən əldə edilmiş əsas vəsaitlərə gəldikdə, ƏDV qeydiyyatı ləğv edilərkən vergi ödəyicisinin sahibliyində qalan, əvvəllər ƏDV-siz əldə olunan və əldə edilərkən ƏDV-si əvəzləşdirilməmiş əsas vəsaitlər həmin vaxt və vergi tutulan əməliyyat çərçivəsində təqdim edilən mallar kimi qiymətləndirilir. Bu halda amortizasiya hesablanan əsas vəsaitlərə ƏDV həmin əsas vəsaitlərin qalıq dəyərinə əsasən hesablanır.

Əlavə olaraq onu da bildiririk ki, Vergi Məcəlləsinin 161.3-cü maddəsinə əsasən, Vergi Məcəlləsinin 159.4-cü, 159.5-ci və 159.6-cı maddələrində göstərilən hallarda vergi tutulan əməliyyatın dəyəri təqdim edilmiş malların, görülmüş işlərin və ya göstərilmiş xidmətlərin ƏDV nəzərə alınmadan formalaşan dəyərindən (hər hansı rüsumlar, vergilər və ya başqa yığımlar da daxil olmaqla) ibarət olur. Vergi tutulan əməliyyatın dəyəri Vergi Məcəlləsinin 159-cu maddəsində göstərilən qaydada müəyyən edilir. Bu qayda Vergi Məcəlləsinin 159.6-cı maddəsinə uyğun olaraq qeydiyyat ləğv edildikdə əldə qalan mallara da tətbiq edilir.

Məcəllənin 166.3-cü maddəsinin müddəalarına uyğun olaraq Vergi Məcəlləsinin 159.6-cı maddəsi tətbiq edildikdə, ləğvetmənin qüvvəyə minməsindən bilavasitə əvvəlki vaxt (gün) malların göndərilməsi vaxtı sayılır.

Общая цена: 0/50
Оцените:

Bildiririk ki, “Sığorta fəaliyyəti haqqında” Qanunun 82-ci maddəsinin müddəalarına əsasən sığortaçı ilə sığorta agenti arasında vasitəçilik xidmətinin göstərilməsi üzrə tapşırıq müqaviləsi bağlanılır və bu müqavilə üzrə sığorta agentinə ödənilməli olan komisyon muzdun məbləği müəyyən edilir. 
Adıçəkilən Qanunun 83.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında sığorta agenti və ya sığorta brokeri fəaliyyəti ilə məşğul olmaq üçün maliyyə bazarlarına nəzarət orqanından müvafiq lisenziya alınmalıdır. Şəxslər bu tələbə əməl etməməyə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.
Eyni zamanda qeyri-rezident sığortaçı ilə bağlanmış agent müqaviləsinə uyğun olaraq gəlir əldə edən Azərbaycan Respublikasının rezidenti olan fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi vergi orqanında qeydiyyata alınmalı və əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən Vergi Məcəlləsinin 101.3-cü maddəsinə əsasən 20 faiz dərəcə ilə vergi tutub dövlət büdcəsinə ödəməlidir.
Fərdi sahibkar mikro sahibkarlıq subyekti olduğu halda (işçi sayı 1-10 nəfər və illik dövriyyəsi 200.000 manatadək olan şəxslər) əldə etdiyi gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan gəlirin 75 faizi vergidən azad edilir. Bu isə əldə edilən mənfəətdən 5 faiz dərəcə ilə verginin ödənilməsi deməkdir.
Bunlarla yanaşı Vergi Məcəlləsinin 125.1.3-cü maddəsinə əsasən rezident müəssisəsinin və ya sahibkarın riskin sığortasına və ya təkrar sığortasına dair müqaviləyə uyğun olaraq sığorta ödəmələri ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergiyə cəlb edilir. Buna əsasən tapşırıq müqaviləsinə əsasən agent tərəfindən sığorta ilə bağlı qeyri-rezident sığortaçıya ödəmələr aparılan zaman həmin ödənişlərdən ödəmə mənbəyində 4 faiz dərəcə ilə vergiyə tutulur.
Eyni zamanda rezident vergi ödəyicisinin gəlirinin onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarət olduğunu nəzərə alaraq Azərbaycanın vergi rezidentinin təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur. Sığorta agenti xarici sığorta şirkəti ilə əmək və ya xidmət müqaviləsi bağladığı halda fiziki şəxs əldə etdiyi gəlirlərdən Vergi Məcəlləsinin 101-ci maddəsinə uyğun olaraq gəlir vergisi hesablanır və hesablanmış gəlir vergisindən xarici dövlətdə ödənilmiş gəlir vergisinin məbləği çıxılmaqla qalan məbləğ dövlət büdcəsinə ödənilir. Gəlir vergisinin illik bəyannaməsi hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim olunur.
Əlavə olaraq qanunvericiliyə əsasən Vergi Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlərdən ödəmə mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur.
Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 83-cü, 97-ci, 101-ci, 125-ci, 127-ci və 128-ci maddələri
 

Общая цена: 4/57
Оцените:

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Qeyd olunanlara əsasən patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqlar üzrə istifadə hüququnun verildiyi şəxslərin yerləşdiyi və ya qeydiyyatda olduğu və təsis edildiyi yerdə ƏDV-nin məqsədləri üçün xidmət yeri hesab edilir.

Belə ki, Mülki Məcəllənin 193-cü maddəsinin müddəalarına əsasən güzəşt edilməsi və ya girov qoyulması mümkün olan tələbi və ya hüququ onun sahibi başqa şəxsin mülkiyyətinə verə bilər. Tələblər və hüquqlar yeni şəxsə köhnə sahibində olduğu vəziyyətdə keçir. Əvvəlki sahib tələblərə və hüquqlara aid öz sərəncamında olan bütün sənədləri və həmin tələblərdən və hüquqlardan istifadə üçün zəruri olan bütün məlumatı yeni sahibə verməlidir. Əvvəlki sahib tələb əsasında bu hüququn və tələbin güzəşti barədə lazımınca təsdiqlənmiş sənədi də əldə edənə verməlidir.

Əsas: Vergi Məcəlləsinin 168-ci maddəsi

Общая цена: 5/55
Оцените:

Bildiririk ki, cəmiyyət tərəfindən müştəriyə təqdim edilən hədiyyə kartına görə əldə olunan vəsaitə görə nəzarət-kassa aparatının çeki təqdim edilir. Eyni zamanda müştəri tərəfindən alınmış hədiyyə kartı əsasında mallar alınarkən satılan malın dəyərinə də nəzarət kassa-aparatının çeki verilir.

Bu zaman hədiyyə kartının satışına görə və həmin hədiyyə kartı əsasında təqdim edilən mala görə nəzarət-kassa aparatına vurulmuş məbləğlərin ikiqat vergiyə cəlb edilməməsi üçün bu məbləğlər barədə məlumat vergi orqanına təqdim olunur.

Təqdim edilən hədiyyə kartının dəyəri ƏDV-yə və mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 16-cı, 50-ci, 104-cü və 159-cu maddələri

Общая цена: 4/58
Оцените:

Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Qeyd olunanlara əsasən qeyri-rezidentdən elektron ticarət qaydasında iş və xidmətdən imtina olunduğu və qeyri-rezidentə ödənilmiş məbləğ tamamilə geri qaytarıldığı halda həmin əməliyyata görə bank tərəfindən ödəmə mənbəyində tutulmuş ƏDV məbləği geri qaytarılır. ƏDV məbləğinin geri qaytarılması ilə bağlı müvafiq təsdiqedici sənədlərlə birlikdə aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi

Общая цена: 5/55
Оцените:

Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən Məcəllənin X fəslinə uyğun olaraq gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”nın 7.3-cü bəndinə görə istehsal fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi tərəfindən təqdim edilmiş hazır məhsulların satışı üzrə məsrəflər, o cümlədən yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflər, köməkçi istehsalatların xərcləri, əsas istehsala xidmət və onun idarə edilməsi ilə bağlı dolayı xərclər, zayolmadan əmələgələn itkilər və s. bu fəaliyyəti həyata keçirən şəxsin xərclərinə aid edilir. Yerinə yetirilən iş və göstərilən xidmətlərlə əlaqədar birbaşa məsrəflərə əsas istehsalda olan əsas vəsaitlərin amortizasiyası, əsas istehsalatla bağlı qeyri-maddi aktivlərin amortizasiyası, əsas istehsalatda istifadə edilmiş istehsal ehtiyatları, öz istehsalının yarımfabrikatları, icarə haqqı, kommunal xidmətlər və s. aid edilir.

Əlavə olaraq bildiririk ki, istehsal prosesi zamanı təbii itki normalarının müəyyən edilməsi xüsusi bilik və bacarıq tələb edən sahə olduğundan sorğuda qeyd olunan məsələlərə vergi nəzarəti tədbirləri zamanı ekspert cəlb edilməklə baxılacaqdır.

Əsas: Vergi Məcəlləsinin 44-cü, 108-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 16 iyun 2017-ci il tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İstehsal fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”

Общая цена: 5/52
Оцените:

Bildiririk ki, 1 yanvar 2020-ci ildən Vergi Məcəlləsinin 219.9-cu maddəsi ləğv edilmişdir və həmin maddə 218-1.2-ci maddədə öz əksini tapmışdır.

Həmin maddəyə əsasən, pərakəndə satış qaydasında malların satışının həyata keçirilməsi üzrə ticarət fəaliyyəti və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan sadələşdirilmiş vergi ödəyiciləri tərəfindən büdcəyə ödənilməli olan verginin məbləği 2019-cu il yanvarın 1-dən 3 il müddətinə “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş POS-terminal vasitəsilə nağdsız qaydada aparılan ödənişlərin ümumi hasilatdakı xüsusi çəkisinə uyğun müəyyən edilən verginin 25 faizi həcmində azaldılır. Bu güzəştin alınması hüququ müəyyən edilərkən vergi orqanında uçotda olan şəxslər tərəfindən POS-terminal vasitəsilə aparılan ödənişlərin məbləği nəzərə alınmır.

Misal: Ümumi dövriyyə = 1000 manat (o cümlədən 400 manat nağd, 600 manat nağdsız)   

Güzəşt tətbiq edilmədiyi halda vergi ödəyicisinin ödəməli olduğu sadələşdirilmiş verginin məbləği 20 manat (1000x2%) təşkil edir.

Güzəşt tətbiq edildikdən sonra vergi ödəyicisinin ödəməli olduğu gəlir vergisinin məbləği -17 manat.

Güzəştin hesablanması qaydası - (600 (nağdsız dövriyyə) / 1000 (ümumi gəlir) =0,6 (xüsusi çəki) 0.6x25%=0.15 x 20=3 manat) təşkil edir.

Əsas: Vergi Məcəlləsinin 218-1.2-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Qanunu

Общая цена: 5/54
Оцените: