Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Təsviri Axundov Vilayət se***@mail.ru ID: 1065
Salam, mən işsiz olduğuma görə Nərimanov Məşğuluq İdarəsinə müraciət etdim. Dedilər ki, vergidən vöenə görə bizə arayış gətir.
03/04/2020 Прочитано: 24 Средняя стоимость: 0

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün sərbəst formada müraciət ərizəsi ilə poçt və ya elekrton formada Vergilər Nazirliyinə müraciət edə bilərsiniz. 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əkbərova Şəbnəm Şahsuvar qızı sh***@gmail.com ID: 1064
Fiziki şəxs kimi VÖEN açmısam. Kirayə müqaviləsi bağlamışam. Vergini necə ödəyim? Hansı kod və kateqoriyanı seçməliyəm?
03/04/2020 Прочитано: 42 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir. Fiziki şəxsin gəlirləri yalnız icarədən olduğu halda vergi uçotuna alınmaq və bununla bağlı bəyannamə təqdim etmək öhdəliyi yaranmır.

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyəverən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Fiziki şəxsin qeyri-sahibkarlıq fəaliyyəti üzrə illik gəlirindən gəlir vergisi 111125 büdcə təsnifat kodu ilə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 99.3.3-cü maddəsi.

0/5 (0 Средняя стоимость)
Оцените:
Elçin Əliyev Sakit E_***@mail.ru ID: 1061
Salam. 03.03.2020 işə qəbulla bağlı qeydiyyatdan keçmişdim, məlum məsələyə görə imtahan vaxtı qeyri-müəyyən müddətə uzadıldı. İmtahanın vaxtı təyin olunanda yenidən qeydiyyatdan keçməliyik? Zəhmət olmasa cavablandırardız.
02/04/2020 Прочитано: 27 Средняя стоимость: 0

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir Məmmədov Telman sa***@gmail.com ID: 1060
Salam. Əlavə Dəyər Vergisinin qaytarılmasına dair istehlakçıları qeydiyyata alındığı portalın elektron adresin və qeydiyyat presuduru barəsində məlumat xahixş edirəm.
01/04/2020 Прочитано: 25 Средняя стоимость: 0

İstehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə etmək “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq İqtisadiyyat Nazirliyinin seçdiyi rezident şəxs olan operator tərəfindən həyata keçiriləcəkdir. 

Qeyd olunanlara əsasən yaxın günlərdə operator ƏDV-nin qaytarılması prosesi həyata keçiriləcəkdir və bununla bağlı müvafiq izahedici materiallar saytımızda yerləşdiriləcək və KİV-də elan olunacaq.

0/5 (0 Средняя стоимость)
Оцените:
Ramin Səfərov Məhsim sa***@mail.ru ID: 1058
ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı şəxsiyyəti təsdiq edən sənədin FİN-i və ya mobil telefon nömrəsi vasitəsilə hansı portal üzərindən qeydiyyatdan keçməlidir və bu barədə ətraflı məlumat verməyiniz xahiş edirəm.
31/03/2020 Прочитано: 29 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.
 

0/5 (0 Средняя стоимость)
Оцените:
Həsən Quliyev Camal oğlu ha***@gmail.com ID: 1057
Hörmətli Azərbaycan Respublikası Vergilər Nazirliyi. Yazaraq sizlərdən bir məsələdə köməkliyinizi xahiş edirəm. Belə ki biz bir istehsalat müəssisəsi qurmaqdayıq ki bu müəssənin quruluş xərcləri 6 Milyon AZN həcmindədir. Müəssənin təsisçiləri iki fiziki şəxs olmaqdadır. Bu fiziki şəxslərin hər biri Azərbaycan vətandaşlarıdır. Müəssənin istehsal məhsullarının xaricə də satışı nəzərdə tutulduğundan biz hazırda bu istiqamətdə xaricdə əməkdaşlıq edəcəyimiz şirkətlərlə memarandum imzalamaq istəyirik. Şirkətin adınıın kısa və lokanik olması üçün biz şrkətin adını "INPRO MMC" qoymaq istəyirik. Hüquqi adlarla əlaqədar sayta axtarış etdiyimizdə bu adda hər hansı hüquqi şəxs qeydiyyatdan keçməmişdir. Amma qeydiyyatdan keçmiş hüquqi şəxslər arasında adında INPRO kəliməsi yer alan hüquqi adlar mövcuddur. Biz elektron olaraq hüquqi şəxs yaratmaq üçün müraciət edəcəyimizdən yazaraq sizlərdən təsdiq almaq istəyirik ki biz bu INPRO adını yeni yaradacağımız hüquqi şəxsin adı olaraq istifadə edəbilərikmi? INPRO MMC
31/03/2020 Прочитано: 59 Средняя стоимость: 0

Bildiririk ki, kommersiya təşkilatı olan hüquqi şəxsin firma adı olmalıdır. Firma adı qanunla müəyyənləşdirilmiş qaydada qeydə alınmış hüquqi şəxsin həmin addan istifadəyə müstəsna hüququ vardır. Firma adlarının qeydiyyatı və işlədilməsi qaydası qanunvericiliklə müəyyənləşdirilir.

Başqa hüquqi şəxsin firma adı ilə hüquqlar və vəzifələr əldə edilməsinə yol verilmir. Özgəsinin qeydə alınmış firma adından haqsız istifadə edən şəxs firma adına hüququ olanın tələbi ilə ondan istifadəyə son qoymalı və vurduğu zərərin əvəzini ödəməlidir.

Bu və ya digər adda vergi ödəyicisinin olub-olmamasını yoxlamaq üçün vergi ödəyicisi “Kommersiya hüquqi şəxsin unikallığının yoxlanılması” elektron xidmətindən istifadə edə bilər. Müraciətinizdə qeyd olunan adı seçə bilərsiniz.

Əsas: Mülki Məcəllənin 50.2-ci və 50.3-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 24.12.2012-ci il tarixli müvafiq Qərarı ilə təsdiq edilmiş “Kommersiya hüquqi şəxsin unikallığının yoxlanılması” elektron xidməti üzrə inzibati reqlament.

0/5 (0 Средняя стоимость)
Оцените:
Bayramov Mübariz Nizam oğlu ba***@inbox.ru ID: 1055
Salam. Mən Vöeni ləğv etmək istəyirəm. Bunu onlayn necə etməliyəm ?
31/03/2020 Прочитано: 29 Средняя стоимость: 5

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

5/5 (1 Средняя стоимость)
Оцените:
Əsgərli laçın Feyruz oğlu la***@gmail.com ID: 1053
Koronavirusla əlaqədar karantin elan olunması nəticəsində sahibkarlıq fəaliyyətimə qadağa qoyulub. Xahiş edirəm, 31 mart 2020-ci il tarixdən VÖEN imi dayandırasınız. VÖEN 6400342472.
30/03/2020 Прочитано: 37 Средняя стоимость: 0

Fəaliyyəti müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış” təqdim edilməlidir. Arayış və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, fiziki şəxsin fəaliyyəti Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə dayandırıla bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XtmRW-3SX_0

Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna müvəqqəti məhdudiyyətlər tətbiq edilmişdir. Bu səbəbdən, əlavə suallar yarandıqda, vergi ödəyicisi qeydiyyatda olduğu vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla aşağıdakı keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilər: https://bit.ly/2UqPoOc

0/5 (0 Средняя стоимость)
Оцените:
Novruz Məmmədov Müştəba No***@mail.ru ID: 1050
Salam. Mən bilmək istəyirdim ki, mənim vergi borcum var yoxsa yox? Varsa nə qədərdir? Zəhmət olmasa məlumat verərdiniz.
30/03/2020 Прочитано: 30 Средняя стоимость: 0

Vergi borcunuz barədə məlumatı Vergilər Nazirliyinin 195-1 Çağrı Mərkəzinə zəng edərək “3” düyməsini seçib öz VÖEN-nizi daxil edib “#” düyməsini sıxmaqla və ya saytımızın "Xidmətlər" bölməsinin "E-xidmətlər" alt bölməsindəki "Vergi borcu barədə məlumatın verilməsi" elektron xidmətinə aid pəncərəyə VÖEN-nizi daxil etməklə əldə edə bilərsiniz.d

Bununla yanaşı, vergi borcu ilə bağlı məlumat vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməklə, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda onlardan istifadə edilməklə İnternet Vergi İdarəsindən (“E-bəyannamə & ƏDV-DH & ŞHV” “Məlumat axtar” “Şəxsi hesab vərəqəsi”) və ya “İkitərəfli SMS xidməti”nə qoşulmaqla əldə edilə bilər.

0/5 (0 Средняя стоимость)
Оцените:
Neman Ələkbərov Tarix oğlu ne***@mail.ru ID: 1046
Salam. Marketlərdən alver etdikdən sonra çekdə olan ƏDV-nin tətbiqi ilə müraciət etmək və onun necə qaytarılması xahiş edirəm ətraflı izah edərdiz.
29/03/2020 Прочитано: 24 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

0/5 (0 Средняя стоимость)
Оцените:
Yusif İlqar oğlu Yusifli y.***@gmail.com ID: 1045
Salam. Riskli vergi ödəyicilərinin siyahısına hardan baxa bilərik.
29/03/2020 Прочитано: 83 Средняя стоимость: 5

Nazirlər Kabineti tərəfindən müvafiq meyarlar təsdiq edildikdən sonra riskli vergi ödəyicisinin meyarları, habelə vergi ödəyicisinin riskli vergi ödəyicisi olması, habelə riskli vergi ödəyiciləri siyahısından çıxarılması barədə qərar qəbul edilmə mexanizmləri barədə ətraflı məlumat veriləcəkdir.

5/5 (1 Средняя стоимость)
Оцените:
Hüseyn hu***@mail.ru ID: 1044
ƏDV- nin qaytarılması üçün hara müraciət etmək lazımdır?
29/03/2020 Прочитано: 22 Средняя стоимость: 0

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.
 

0/5 (0 Средняя стоимость)
Оцените:
Qurban Xəmmədov Məhərrəm xa***@mail.ru ID: 1043
Mənim 18 kvadratmetr ərzaq maqazam var. Ötən ilin sentyabr ayından fəaliyyətə başlamışam. kəndimizdə böyük marketlərin açılması ilə əlaqədar olaraq mağazamda alıcı quvvəsi zəif olduğuna görə və qoyulan vergi ilə sosial sığorta ödənişin yüksək olması ilə əlaqədar istərdim ki, ərzaq maqazasını ləğv edib həmin obyektdə kompyuter xidmətlərinin göstərilməsi ilə məşqul olum. Bunu necə edə bilərəm ki, bir vergi ödəyicisi kimi adımda olan obyekt ərzaq mağazası kimi yox - kompyuter xidmətlərinin göstərilməsi (iaşə) obyekti kimi göstərilsin ki, sosial sığortadan (70 yaşım var. pensionerəm) azad olum və yalnız vergini ödəyim, bunu necə edə bilərəm?
28/03/2020 Прочитано: 63 Средняя стоимость: 3

Bildiririk ki, uçot məlumatlarında dəyişiklik edilməsi üçün dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir. Vergi ödəyicisi bu barədə kağız daşıyıcıda müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin vergi uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir.

Vergi ödəyicisinin gücləndirilmiş elektron imzası (o cümlədən Asan imzası) və ya istifadəçi kodu, parol və şifrəsi olduqda qeyd edilən dəyişiklik üçün Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidmətindən istifadə etməklə də müraciət edə bilər.
Həmçinin bildiririk ki, məcburi dövlət sosial sığorta haqqı sahibkarlıq fəaliyyəti üzrə - minimum aylıq əməkhaqqının tikinti və ticarət sahələrində 50 faizi, digər sahələrdə 25 faizi miqdarında bütün sahibkarlıq subyektləri tərəfindən ödənilməlidir.

Vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı ətraflı məlumatı Vergilər Nazirliyinin 195 Çağrı Mərkəzinə və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34.3-cü (uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma qaydaları) maddəsi,"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

3/5 (2 Средняя стоимость)
Оцените:
Toğrul Hüseynov Elşən to***@yahoo.com ID: 1042
Salam. Bu yaxınlarda Vergilər Nazirliyi tərəfindən yalnız SABAH Mərkəzi məzunları üçün nəzərdə tutulmuş vakansiyalar üzrə hər bir SABAH məzununa e-mail gəldi. CV yollayan tələbə yoldaşlarımın müsahibəyə dəvət almasına baxmayaraq, mənə bu barədə bir məlumat verilmədi. Öyrənmək istərdim ki, müsabiqə yekunlaşıb, yoxsa hələ də davam edir? Əgər yekunlaşıbsa mənlə əlaqə saxlanılmamasının səbəbini öyrənmək istəyərdim. Öncədən təşəkkürlər.
27/03/2020 Прочитано: 31 Средняя стоимость: 0

Vergilər Nazirliyi rəsmi internet səhifəsinin (www.taxes.gov.az) “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Vergilər Nazirliyinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əşrəf Qurbanəliyev es***@gmail.com ID: 1041
Salam, bilmək olarmı imtahanın vaxtı nə vaxtdır?
27/03/2020 Прочитано: 24 Средняя стоимость: 5

Koronavirus (COVİD-19) pandemiyasının yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın müvafiq tələb və tövsiyələrini nəzərə alaraq Vergilər Nazirliyi dövlət vergi orqanlarına işə qəbulla bağlı müsabiqənin test imtahanının keçirilməsini qeyri-müəyyən müddətə təxirə salıb. Test imtahanının keçirilmə yeri və tarixi müəyyənləşdirildikdə, bu haqda əlavə məlumat veriləcək.

5/5 (1 Средняя стоимость)
Оцените:
Zülfiyyə Nəsibova Nəbi zu***@bk.ru ID: 1037
Salam. Mən 10.02.2020-ci il tarixdən adıma olan VÖEN -nin bağlanması üçün müraciət etmişdim. Bilmək istərdim VÖEN bağlanıbmı və bağlanmayıbsa nə vaxt bağlanacaq? Bütün öhdəliklərimi ödəmişəm. VÖEN-nin bağlanması mənim üçün vacibdir.
26/03/2020 Прочитано: 34 Средняя стоимость: 5

Bildiririk ki, müvafiq hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Müraciətinizdə qeyd olunan şəxsin (Zülfiyyə Nəsibova Nəbi qızı) adına VÖEN aşkar edilməmişdir. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Natavan ag***@gmail.com ID: 1036
Salam. Aprel ayında rüblük hesabatını vermək üçün hara müraciyət etmək olar? Qəbul olacaqmı, pandemiya ilə bağlı karantin rejimini nəzərə alsaq? Özüm hesabatı verməyə çətinlik çəkirəm, ona görə köməyə ehtiyacım olacaq. Öncədən minnətdaram.
26/03/2020 Прочитано: 28 Средняя стоимость: 0

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilib.
Müraciətlərin qəbulunun həyata keçirilməsi üçün xidmət mərkəzlərində çalışan əməkdaşlarla keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:

0/5 (0 Средняя стоимость)
Оцените:
Zaur Şahbazzadə Rəhim z_***@mail.ru ID: 1035
Salam. ƏDVlərin geri qaytarılması ilə baglı sualım var.xəbər saytlarından məlumat əldə etdim ki ədvlərin geri qaytarılması prosesi təsdiqlənib.bu prosesi həyata keçirçək üçün online mümkündürmü, yoxsa mütləq şəkildə hansısa bir terminal vasitəsilədi? Zəhmət olmasa bu barədə ətraflı məlumat bildirərdiniz ki, hansı mərhələlərdən ibarətdir?
25/03/2020 Прочитано: 35 Средняя стоимость: 5

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müəyyən edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ nağdsız qaydada ödənilmiş ƏDV-nin 15 faizini, nağd qaydada ödənilmiş ƏDV-nin 10 faizini təşkil edir. Ödənilmiş ƏDV-nin bu maddə ilə müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki bu Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir.
Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmişdir.
İqtisadiyyat Nazirliyinə 15 gün müddətində Fərmandan irəli gələn məsələlərin həll edilməsi, o cümlədən müvafiq operatorun seçilməsi tapşırılmışdır. Operator dedikdə, istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı məlumatların ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid məlumat bazasının fəaliyyətini təşkil və idarə edən rezident şəxs nəzərdə tutulur.
Qeyd olunanlara əsasən, yaxın günlərdə ƏDV-nin qaytarılması prosesinə başlanılacaq və bununla bağlı müvafiq izahedici materiallar saytımızda, həmçinin e-kassa.gov.az saytında yerləşdiriləcək.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi

5/5 (1 Средняя стоимость)
Оцените:
Ülvi Salmanzadə Nizami ul***@gmail.com ID: 1032
Vergi Məcəlləsinin 150.1.8-ci maddəsində "siğorta haqqı ödəyən siğortaçılar" anlayışından istifadə edilmişdir. Azərbaycan Respublikasının Sosial Siğorta haqqında qanununun müxtəlif maddələrində, o cümlədən 8-ci və 14-cü maddələrindən də gördüyümüz kimi sosial siğorta haqqı, siğortaolunan tərəfindən siğortaçıya ödənilən pul vəsaitidir. Lakin 150.1.8-ci maddədə "siğorta ödənişi ödəyən siğortaçılar" anlayışının əvəzinə "siğorta haqqı ödəyən siğortaçılar" anlayışı istifadə edilmişdir. Sizdən xahişim, bu məqama aydınlıq gətirməyinizdir.
24/03/2020 Прочитано: 98 Средняя стоимость: 5

Bildiririk ki, müraciətinizdə qeyd etdiyiniz maddədə sosial sığorta deyil, Vergi Məcəlləsinin 116.2-ci maddəsində nəzərdə tutulan sığorta (həyatın yığım sığortası və pensiya sığortası) nəzərdə tutulur.

Sığortalı dedikdə sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi, sığortaçı dedikdə sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda icbari sığorta qanunlarında və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs başa düşülür.

Əsas: Vergi Məcəlləsinin 116.2-ci, 150.1.8-ci maddələri, Mülki Məcəllənin 885-ci və 888-ci maddələri, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 25.12.2007-ci il tarixli 519-IIIQ nömrəli Qanunu.

5/5 (1 Средняя стоимость)
Оцените:
Gunay zulfuqarova tahir qizi Gu***@gmail.com ID: 1031
6 ildir kirayə qalıram, ev sahibi vergidən yayınır. Bunun cəriməsi nədir?
24/03/2020 Прочитано: 60 Средняя стоимость: 0

Bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi orqanı mənbəyi bəlli olan və təsdiqlənmiş məlumatlar əsasında vergidən yayınan şəxsə qarşı mövcud qanunvericilikdə nəzərdə tutulan məsuliyyət tədbirləri görə bilər.

Bu baxımdan, qeyd olunan hallar vergi orqanı tərəfindən araşdırılır və şəxsin vergidən yayınmaya yol verdiyi hallar sübuta yetirildikdə vergi orqanı tərəfindən müvafiq tədbirlər görülür.

Əsas: Azərbaycan Respublikası Prezidentinin 29 mart 2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında Əsasnamə”.

0/5 (0 Средняя стоимость)
Оцените: