Официальные веб-сайты Азербайджанской Республики оканчиваются на .gov.az.

Государственные органы взаимодействуют через домен .gov.az (например, my.gov.az).

Список доверенных веб-сайтов

Безопасные веб-сайты используют HTTPS.

В качестве дополнительной меры безопасности проверьте наличие значка замка 🔒 или префикса https:// в адресной строке. Делитесь своими конфиденциальными данными только на официальных и защищённых веб-сайтах.

Выберите язык
Поиск
Mehdiyeva Tünzalə İlqar qızı na***@gmail.com ID: 3611
Mən bilmək istəyirəm ki, elektron poçtuma nə məktubu gəlib? Və mən hesabatı onlayın necə verə bilərəm?
17/12/2020 Прочитано: 44 Средняя стоимость: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bəyannamələrin elektron qaydada hazırlanması və göndərilməsi, o cümlədən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq barədə ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Hüseynov Elçin Ziyadxan oğlu eh***@gmail.com ID: 3610
VÖEN-ə aid olan kod, şifrə, istifadəçi kodunu unutmuşam, onu necə əldə ede bilərəm?
17/12/2020 Прочитано: 44 Средняя стоимость: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədova Rüxsarə Rüstəm qızı ta***@gmail.com ID: 3609
Salam. Mənim edvgerial portalına daxil etdiyim çekin ədv-si artıq 10 gündür ki, mənə qaytarılmayıb. Xahiş edirəm, bu işlə məşğul olasınız.
17/12/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliş Qaraşov Müşviq el***@mail.ru ID: 3608
Salam, mən VÖEN açdırmaq istəyirəm. İribuynuzlu təsərrüfatım var. Asan Xidmətdə heç cürə növbə tuta bilmirəm. Yaxınlaşmışam da, qaynar xəttə də müraciət etmişəm, alınmır. 195 qaynar xətdən mənə ərizə forması taxes.gov.az saytından götürüb poçta yaxınlaşın dedilər. Ancaq burada ərizə formasını tapa bilmirəm. Vergilər Nazirliyinə yaxınlaşsam VÖEN əldə edə bilərəm? Ya onlayn növbə götürsəm olar?
17/12/2020 Прочитано: 39 Средняя стоимость: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi uçotuna alınmaq üçün "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin uçotu haqqında ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

 

0/5 (0 Средняя стоимость)
Оцените:
Əsgər Nəcəfov es***@gmail.com ID: 3607
VÖEN-i itirmişəm, mənə necə kömək edə bilərsiniz? Necə bərpa edə bilərəm?
17/12/2020 Прочитано: 41 Средняя стоимость: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Средняя стоимость)
Оцените:
Gülşən Mənsimli Nəbi qızı gu***@gmail.com ID: 3604
Salam. Vətəndaşın VÖEN almaq üçün icarə muqaviləsi olmalıdır?
17/12/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 

Eyni zamanda, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Средняя стоимость)
Оцените:
Şakir Sərvanov s.***@mail.ru ID: 3602
Salam. İşçi ilə müddətsiz əmək müqaviləsi bağlanılır və əmək müqaviləsində işçinin aylıq əmək haqqı 250 (iki yüz əlli manat) AZN göstərilir. Lakin işçi dörd gün işlədikdən sonra müəyyən səbəbə görə işdən çıxır və əmək müqaviləsinə xitam verilir. Maraqlıdır, işçiyə işlədiyi dörd günlük iş gününə görə nə qədər əmək haqqı verilməlidir və həmən dörd günə görə işçinin əmək haqqısından nə qədər DSMF tutulmalıdır? Təşəkkür edirəm.
16/12/2020 Прочитано: 64 Средняя стоимость: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan birinci məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

5/5 (1 Средняя стоимость)
Оцените:
Vüsal Calalov Müşviq oğlu ca***@mail.ru ID: 3599
Salam müraciətim ədv çeki ilə bağlıdır. Ayın 09.11.2020 yaranan çek ədvgerial saytında gözləyən çek kimi qeyd olunur səbəb kimk qeyd olunur ki bu çek risk qrupuna aiddir.Çekin ficsal İD- si : ***********
16/12/2020 Прочитано: 43 Средняя стоимость: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əlizamin Quliyev Teyyub qu***@mail.ru ID: 3597
Fəaliyyət sahəsi pandemiyadan zərər çəkən sahə olduğu üçün fərdi sahibkarlara (mikro) dəstək və əmək ödənişləri ilə bağlı dəstək proqramlarından yararlanmaq istəyirdik. Lakin müraciətin dayandırıldığı mesajı gəlir. Xahiş edirəm necə müraciət etməyimə köməklik edəsiniz.
16/12/2020 Прочитано: 34 Средняя стоимость: 0

Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər.

Həmçinin, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür. 

 

0/5 (0 Средняя стоимость)
Оцените:
İNTİQAM SEYFULLA MİRZƏHÜSEYN si***@gmail.com ID: 3596
Salam. Bildiyimiz kimi, sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarına əsasən işçilərinin siyahı sayı 10 nəfər və ondan az və ya illik gəliri 200 min manat və ondan aşağı olan sahibkarlıq subyektləri mikro sahibkar hesab olunur. Bəzən belə hal yarana bilir ki, təqvim ilinin hər hansı ayında (aylarında) (xüsusilə, xidmət sahəsində çalışan müəssisələrdə, misal üçün, içtimai iaşə, təmir, tikinti və s.) 10 nəfərin 5-i işdən azad olunur və əvəzində başqa 5 nəfər işçi götürülür. Bu zaman 10 nəfər limit dəyişməz olaraq qalır, baxmayaraq ki, müvafiq ayda və ya ildə ümumi işçi sayı 15 nəfər olmuşdur, lakin digər tərəfdən eyni anda işçi sayı 10-u keçməmişdir. Belə olan halda, müvafiq meyarın şərtləri mikro sahibkara münasibətdə pozulmuş hesab olunurmu? Yoxsa, belə hal yer aldıqda həmin sahibkar yenə də mikro sahibkar hesab oluna bilər?
16/12/2020 Прочитано: 72 Средняя стоимость: 0

Bildiririk ki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın məqsədləri üçün işçilərin orta siyahı sayı hesabat ilinin ayları üzrə işçilərin sayı toplanaraq 12-yə bölmək yolu ilə hesablanır.

Vergi ödəyicisi il ərzində fəaliyyətini dayandırdıqda isə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Həmid Mustafayev ha***@bk.ru ID: 3595
Salam. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən müəssisələrə edilən maliyyə dəstəyi mənfəət vergisinə cəlb edilməlidirmi?
16/12/2020 Прочитано: 53 Средняя стоимость: 0

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Məmmədov Elnur Mərdan EL***@MAIL.RU ID: 3594
Salam. Asan nömrə əldə etmişəm. Asan sertifikat almaq üçün hara müraciət etməliyəm?
16/12/2020 Прочитано: 41 Средняя стоимость: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Samir sa***@gmail.com ID: 3593
Salam! Mənim VÖENim var. Mən sahibkar hesabı açdırmaq istəyirəm. Banklardan birinə müraciət etdikdə mənə ilk öncə Vergilər Nazirliyinə müraciət etməli olduğumu bildirdi. Xahiş edirəm mənə geri zəng edin ki, bunu ətraflı sizdən öyrənə bilim. Öncədən təşəkkür edirəm, sağolun!
16/12/2020 Прочитано: 47 Средняя стоимость: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Dadaşov Namiq Tofiq ar***@gmail.com ID: 3592
1. Mənim fəaliyyətim bağlı olduğu halda, mənim heç bir ərizəm və müraciətim olmadan necə aktivləşdirilə bilər? 2. Fəaliyyətim və mükəlləfiyyətim bağlı olduğu halda necə məcburi qaydada ƏDV uçotuna alına bilərəm? Xahiş edirəm, bu sualları cavablandırardınız.
16/12/2020 Прочитано: 164 Средняя стоимость: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir.

Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 158.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətin müvəqqəti olaraq dayandırıldığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonra istənilən vaxt ƏDV qeydiyyatının ləğv olunmasına dair ərizə verə bilər.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 155-ci, 157-ci və 158-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Diniyeva Leman le***@gmail.com ID: 3591
Salam. Men 27.9.2020 tarixinde Səbail rayonu Bytelecom mağazasından 3077 azn dəyərində telefon almışam. Telefonun fiskal İD *********** kodunu 3.11.2020 ci ildə "edvgerial" sistemindən qeydiyyatdan keçirdim. Hələ də ƏDV geri gəlməyib.
16/12/2020 Прочитано: 40 Средняя стоимость: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Средняя стоимость)
Оцените:
Cabir Sultanov Mircabar oğlu ca***@gmail.com ID: 3342
Fərdi sahibkaram. VÖEN-im var. Mülkiyyət hüququ ilə mənə məxsus olan qeyri-yaşayış sahəsini hüquqi şəxsə icarəyə verməyi planlaşdırıram. Xahiş edirəm aşağıdakı suallarıma aydınlıq gətirəsiniz. 1. fəaliyyət kodum “68200 -ŞƏXSİ DAŞINMAZ ƏMLAKIN İSTİSMARA VƏ KİRAYƏYƏ VERİLMƏSİ“ olmalıdırmı. 2. İcarə haqqı ödəniləndə İcarəçi tərəfindən Ödəmə mənbəyində vergi icarə haqqından tutulub qalan məbləğ mənə ödənilməli və ya icarə haqqı mənə tam ödənilməklə əldə etdiyim gəlirdən gəlir vergisi ödəməliyəmmi. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
16/12/2020 Прочитано: 167 Средняя стоимость: 5

Cavab 1. Bildiririk ki, “İqtisadi fəaliyyət növləri təsnifatı”nda qeyri-yaşayış binalarının kirayə verilməsi fəaliyyəti “68200” “Şəxsi daşinmaz əmlakin istismara və kirayəyə verilməsi” kimi qeyd olunmuşdur. Vergi ödəyicisinin bir neçə fəaliyyət növü olduqda, qeydiyyatyda olduğu vergi orqanına əsas və əlavə fəaliyyət növləri haqda məlumat təqdim etməlidir. 

Cavab 2. Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs tərəfindən tutularaq, qalan məbləğ sizə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 124-cü maddələri.

5/5 (4 Средняя стоимость)
Оцените:
İntiqam Abid Əliheydər in***@yahoo.com ID: 3589
Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Məcəlləsinin 168.1.5-ci maddəsindən isə aydın olur ki, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi Əlavə dəyər vergisinə (ƏDV)-yə cəlb olunan əməliyyatdır. Göründüyü kimi əsas şərt kimi mülkiyyətə verilməsi nəzərdə tutulur. Sualım isə bundan ibarətdir ki, patentlərdən, lisenziyalardan, ticarət markalarından “istifadə hüququ”nun verilməsi Əlavə dəyər vergisinə (ƏDV)-yə cəlb olunan əməliyyat hesab olunurmu?
16/12/2020 Прочитано: 132 Средняя стоимость: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 168-ci maddələri.

0/5 (0 Средняя стоимость)
Оцените:
Qəhrəmanov Mustafa Malik qe***@gmail.com ID: 3588
Asan nömrəni təsdiqlətmək istəyirəm, siz onu onlayn edə bilirsiniz?
16/12/2020 Прочитано: 38 Средняя стоимость: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Средняя стоимость)
Оцените:
Əliyev Rufət İsmaləddin fe***@mail.ru ID: 3340
Salam. Zəhmət olmasa cavablandırın. Bankla xidməti müqavilə bağlayaraq girovları dəyərləndirirəm. Bu xidmətə görə ayliq e-qaimə tərtib olunaraq hesabıma aylıq 550 AZN köçürülür. Mən hansı vergi ödəyicisi sayılıram və nə qədər vergi ödəməliyəm?
16/12/2020 Прочитано: 161 Средняя стоимость: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, tərəfinizdən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxs (bank) olduğu üçün sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu və 218.6.2-ci maddələri.

5/5 (3 Средняя стоимость)
Оцените:
Vüqar Zərbizadə Elmar vu***@gmail.com ID: 3587
Bildiyiniz kimi, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləyən maddə 222-də bir sıra fəaliyyətlərlə bağlı vergi güzəştləri nəzərdə tutulub. Bizim xaricdən malların gətirilməsi ilə bağlı logistika şirkətimiz bu vergi güzəştlərindən yararlana bilərmi ?
16/12/2020 Прочитано: 82 Средняя стоимость: 1

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir.

Adıçəkilən fəslin müddəalarının şamil edildiyi fəaliyyət növləri Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilmişdir. Həmçinin bu maddədə müəyyən edilmiş fəaliyyət sahələri sırasına koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) aid edilmişdir.

Bununla yanaşı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli 120 nömrəli və “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarlarına əsasən "Logistika xidmətləri" fəaliyyəti xüsusi karantin rejimi müddətində fəaliyyətinə icazə verilən sahələrə aid edilmişdir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda fəaliyyət sahəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti məhdudlaşdırılan fəaliyyət sahələrinə aid edilmədiyindən azadolma və güzəştlər sizə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 222-ci, 224-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu.

1/5 (1 Средняя стоимость)
Оцените: