Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Mustafayev İmran Teymur oğlu im***@gmail.com ID: 6829
Hörmətli vergi ödəyicisi (VOEN 7703215702). Vergi orqanına təqdim edilməmiş 2 sayda bəyannaməniz vardır. Bəyannanmələrin təqdim edilməsi tələb olunur. Telefonumuza belə bir mesaj gəlib. Bilmək istəyirdik nədir?
23/08/2022 Read: 75 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan VÖEN 7703215702 Piriyeva Aidə Həbibulla qızına aiddir.

Mobil telefon nömrənizə SMS səhvən gəldiyi halda, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Seyfulla İntiqam Mirzəhüseyn oğlu si***@gmail.com ID: 6828
Salam. Ləğv olunmuş banklarda qalan, lakin hələ də Əmanətlərin Sığortalanması Fondu tərəfindən ödənilməyən pul vəsaitləri keçmiş illərin bölüşdürülməmiş mənfəətindən silinə bilərmi? Bu silinmə hər hansı qanunverici sənədlə tənzimlənirmi? Silinə bilərsə, həmin vəsaitlərin ödəniş ardıcıllığı yetişdikdən sonra sahibinə (hüquqi və ya fiziki şəxsə) qaytarılması zamanı hansı addımlar atılmalıdır? Silinmə və sonradan qaytarılan vəsait hesabatlarda hansı şəkildə əksini tapmalıdır?
23/08/2022 Read: 107 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 111.1-ci maddəsinə əsasən əgər malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə əlaqədar gəlir əvvəllər sahibkarlıq fəaliyyətindən əldə edilən ümumi gəlirə daxil edilmişdirsə, vergi ödəyicisi onlarla bağlı olan ümidsiz borc məbləğini gəlirdən çıxmaq hüququna malikdir. Buna əsasən, vergi ödəyicisinin müflis elan edilmiş bankda hesablaşma hesabında olan pul vəsaitləri ümidsiz borc hesab edilmir və gəlirdən çıxılan xərclərə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 108-ci. 109-cu və 111-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Sevinc Qocayeva Ağaverdi sv***@gmail.com ID: 6827
Salam, hüquqi şəxsin dövlət reyestrindən çıxarışı necə və haradan əldə edə bilərəm?
23/08/2022 Read: 94 Average count: 0

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Əsas: “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli Qanunu, Dövlət Vergi Xidmətinin 11 aprel 2022-ci il tarixli 2217040100461400 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
David Hamidov sa***@mail.ru ID: 6585
Salam. ƏDV ödəyicisi olan İcarəyə verən şirkət müqavilə şərtinə uyğun olaraq icarədardan təminat olaraq depozit alır və müqavilənin müddəti bitəndən sonra həmin depozit məbləği geri qaytarırıq. Bu halda depozit olaraq alınan məbləğdən ƏDV hesablamalıyıqmı?
22/08/2022 Read: 240 Average count: 5

Bildiririk ki, sorğuda qeyd olunan halda icarə müqaviləsi üzrə təminat xarakterli alınan, qarşılığında hər hansı bir xidmət göstərilməyən və müqavilə bitdikdən sonra geri qaytarılan depozit məbləğləri ƏDV-nin vergitutma obyektini yaratmadığından həmin məbləğlər üzrə ƏDV hesablanmır.

Belə ki, Vergi Məcəlləsinin 159.1-ci maddəsinin müddəalarına əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektidir.

Əsas: Vergi Məcəlləsinin 159-cu maddəsi.

5/5 (6 Average count)
Qiymət ver:
Kamal Alıyev Nazim oğlu al***@gmail.com ID: 6506
Müraciətimin məzmunu bununla bağlıdır ki, A şirkəti 4000 kv metirlik obyekt ərazisində həm məhsul istehsal edir, həm anbar kimi istifadə edir və eyni zamanda obyekt ərazisinin bir qismində topdan və pərkandə satış qaydasında istehsal etdiyi malların satışını həyata keçirir. İstehsal ərazisinin genişliyi səbəbindən bu fəaliyyətlərin hamısını vergi orqanında bir obyekt kodunda qeydiyyata alınan obyektdən icra edirik. Obyekt qeydiyyata alınan zaman icarə obyektinin fəaliyyət sahəsi İstehsal(əsas fəaliyyət), anbar , pərakəndə satış və topdansatış kodları ilə qeydiyyata alınmışdır. Bu məsələ ilə bağlı VM-nin 58.13 maddəsinin tələblərinin pozulub-pozulmaması haqda, və ya hər hansı digər uyğunsuzluq və qanuna zid bir fəaliyyətin olub-olmaması ilə bağlı və vergi ödəyicisinin hansı addımlar atmalı olduğu haqda bizə ətraflı məlumat verməyinizi sizdən xahiş edirəm.
22/08/2022 Read: 293 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 58.13-cü maddəsinin müddəalarına əsasən topdansatış ticarət və istehsal obyektlərindən, habelə anbarlardan malların pərakəndə satış qaydasında rəsmiləşdirməklə təqdim edilməsinə görə – malları təqdim edən şəxsə təqvim ili ərzində belə hala birinci dəfə yol verdikdə təqdim edilmiş malların satış qiymətinin 10 faizi, ikinci dəfə yol verdikdə 20 faizi, üç və daha çox dəfə yol verdikdə 40 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.

Buna əsasən vergi ödəyicisi tərəfindən pərakəndə satış sahəsi bir obyekt kodu üzrə qeydiyyata alınmış ümumi obyektdən ayrılmaqla vergi orqanında ayrıca uçota alınmalı və istehsal olunmuş məhsulların həmin pərakəndə ticarət obyektindən pərakəndə qaydada satışı nəzarət-kassa aparatı tətbiq edilməklə həyata keçirilməlidir.

Əsas: Vergi Məcəlləsinin 58-ci maddəsi.

5/5 (7 Average count)
Qiymət ver:
Hüseyn Quluzadə hu***@gmail.com ID: 6508
Salam, mən xarici elektron pul kisəsindəki məvacibimi Azərbaycandakı plastik kartıma köçürdükdə hər hansı bir vergi ödəməliyəm? Yoxsa nəcə? Çox xahiş edirəm, cavablandırasınız.
22/08/2022 Read: 272 Average count: 5

Bildiririk ki, rezident tərəfindən xarici elektron pul kisəsindəki vəsaitin rezident bank hesablarına köçürülməsinə görə vergi tutulmur.

Belə ki, Azərbaycan Respublikasının rezidentləri tərəfindən qeyri-rezident şəxslərə məxsus elektron pul kisəsində yaradılan hesaba pul köçürüldüyü halda əməliyyatı həyata keçirən yerli bank tərəfindən həmin rezidentdən köçürülən məbləğin 10 faizi miqdarında ödəmə mənbəyində verginin tutulması nəzərdə tutulmuşdur.

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən elektron ticarət qaydasında işlərin və xidmətlərin alıcısı, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda elektron qaydada təşkil olunan lotereyaların (o cümlədən virtual lotereyaların), idman mərc oyunlarının, digər yarışların və müsabiqələrin iştirakçısı vergi orqanlarında uçotda olmayan şəxs olduqda ödənişi aparan yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən hesablanan ƏDV alıcının vəsaiti hesabına büdcəyə ödənilir.

Əsas: Vergi Məcəlləsinin 125-ci və 169-cu maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Əliyev Rövşən Zeybulla oğlu ro***@gmail.com ID: 6503
“A” MMC “B” MMC-yə xidmət müqaviləsi əsasında Nəqliyyat xidməti (İşçilərin daşınması, yüklərin daşınması və xüsusi texnika xidməti) göstərir. “A” MMC hüquqi şəxsdir və ƏDV ödəyicisidir. “A” MMC “B” MMC-yə xidməti elektron qaimə faktura və akt əsasında təhvil verir. “A” MMC-nin göstərdiyi nəqliyyat xidmətinə görə ödənilmiş məbləğin Əlavə dəyər vergisinin əvəzləşdirilməsinə və xidmətin dəyərinin gəlirdən çıxılan xərclərə aid olmasına münasibət bildirməyinizi Sizdən xahiş edirik.
22/08/2022 Read: 192 Average count: 0

Bildiririk ki, sorğuda qeyd olunan məsələ ilə bağlı göstərilən xidmətlərin bir müqavilə üzrə vahid tərkibdə olub-olmaması, daşıma xidmətlərinin ayrıca xidmət kimi göstərilib-göstərilməməsinə dair məlumatlar və təsdiqedici sənədlər (müqavilələr, aktlar və s.) ilə birlikdə işin faktiki hallarına dair ətraflı məlumatlar qeyd edilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Əlavə olaraq bildiririk ki, daşıma xidmətləri sadələşdirilmiş verginin vergitutma obyekti olduğu halda həmin xidmətlərin göstərilməsi üzrə əməliyyatlar ƏDV-yə cəlb edilmir və həmin xidmətlərə görə ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir.

Əsas: Vergi Məcəlləsinin 218-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Asif Əhmədov Çingiz oğlu ak***@gmail.com ID: 6431
Salam hörmətli vergi işçiləri. Sualım ondan ibarətdir ki, əgər bir müəssisənin şərti olaraq A MMC – nin (ictimai iaşə xidməti göstərən şirkət) əsas vəsaitlərinin və avadanlıqlarının, ümumilikdə tikilinin sənədləri yoxdursa, bununla bağlı A MMC – nin (müəssisənin) uçotunda yəni balansında əsas vəsait və avadanlıqlar yoxdursa amma A MMC (müəssisə) başqa hüquqi şəxs ilə icarə müqaviləsi bağlayıbsa bu halda A MMC (müəssisə) əmlak vergisi ödəyicisi sayılır ya yox ? A MMC (müəssisə) 31.03.2022-ci ildə 2021 ci il üçün əmlak vergisini boş olaraq təqdim edib. Bununla bağlı kameral uyğunsuzluq məktubu gəlmişdir. Məktubun məzmunu belədir: uçot baza məlumatlarına əsasən mülkiyyətinizdə təsərrüfat subyektiniz olmasına baxmayaraq tərəfinizdən cari il üçün Əmlak vergisinin bəyannaməsi göstəricilər olmadan boş təqdim edilmişdir. Baza məlumatlarına əsasən tərəfinizdən əmlak icarəyə verilməsinə baxmayaraq əmlak vergisi boş olaraq təqdim edilmişdir. Əlavə olaraq qeyd etmək istəyirəm ki, müəssisə 2021 – ci ilin may ayından etibarən fəaliyyət göstərir. 2022 – ci ilin yanvar ayında qiymətləndirmə şirkəti ilə müqavilə bağlanılıb. Ayrı – ayrılıqda avadanlıq və əsas vəsaitlər qiymətləndirilib şirkətin balansına alınıb. Müəssisənin istismara buraxılış aktı da yoxdur, yəni hələ orqanlardan alınma prosesindədir. Cavabınız üçün öncədən minnətdarlığımı bildirirəm.
22/08/2022 Read: 223 Average count: 0

Bildiririk ki, sorğuda qeyd olunan məsələ ilə bağlı əsas vəsaitlərin əldə edilmə mənbəyi, sənədsiz olmasının və Cəmiyyət tərəfindən uçota alınmamasının səbəbləri, o cümlədən əsas vəsaitlərin qiymətləndirilməsi və uçota alınmasına dair sənədlər (aktlar, icarə müqavilələri və s.) ilə birlikdə işin faktiki hallarına dair ətraflı məlumatlar qeyd edilməklə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Kamran Şıxlı Xəlil Mo***@gmail.com ID: 6464
1. Salam. Hüquqi şəxs bankdan kredit götürüb və kreditin təyinatı əsas vəsaitlərin tikilməsidir. Bu halda biz kreditə görə hesablanmış/ödənilmiş faizləri bir başa xərcə sala bilərik? 2. Əsas vəsaitimiz il ərzində cəmi 3 ay işəyibsə həmin il üçün qalıq dəyərinin hansı hissəsini xərcdən çıxa bilərik, tam yoxsa 3 aya görə hesablamış amortizasiya?
22/08/2022 Read: 187 Average count: 0

Birinci sual ilə bağlı bildiririk ki, Vergi məcəlləsinin 143-cü maddəsinin müddəalarına əsasən aktivlər kreditlər hesabına alındığı halda, kredit faizləri aktivlərin dəyərini artırmır və Vergi Məcəllənin 108-ci maddəsinə uyğun olaraq gəlirdən çıxılır.

İkinci sualla bağlı bildiririk ki, əsas vəsaitə hesablanmış illik amortizasiyanın onun istismarda olduğu və gəlirin əldə edilməsində iştirak etdiyi dövrə müvafiq olan hissəsinin gəlirdən çıxılması vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Buna əsasən əsas vəsaitlər hesabat ili ərzində gəlirin əldə edilməsi məqsədləri üçün istifadə edildiyi halda hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 108-ci və 114-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Tamella Bayramova Ayaz qızı t_***@mail.ru ID: 6514
Təhsil Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsində fiziki şəxs qalib gəlmiş və təqdim edilən qrant müqaviləsinə əlavə edilmiş göstərilən xidmətlərin smetasında məcburi dövlət sosial sığorta ödənişi nəzərdə tutulmamışdır. Xahiş edirik bildirəsiniz qrant kimi alınan pul vəsaitindən məcburi dövlət sosial sığorta haqqı ödənilməlidir yoxsa azaddır?
22/08/2022 Read: 241 Average count: 5

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinin müddəalarına əsasən, qrant - humanitar, sosial və ekoloji layihələri, müharibə və təbii fəlakət nəticəsində ziyan çəkmiş ərazilərdə dağılmış istehsal, sosial təyinatlı obyektlərin və infrastrukturun bərpası üzrə işləri, təhsil, səhiyyə, mədəniyyət, hüquqi məsləhət, informasiya, nəşriyyat və idman sahələrində proqramları, elm, tədqiqat və layihələşdirmə proqramlarını, dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən digər proqramları hazırlamaq və həyata keçirmək üçün bu Qanunla nəzərdə tutulmuş qaydada göstərilən yardımdır. Qrant yalnız konkret məqsəd (məqsədlər) üçün verilir.

Qrant maliyyə vəsaiti şəklində və (və ya) başqa maddi formada verilir.

“Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 5.3-cü maddəsinə əsasən, bu Qanuna müvafiq olaraq qrant kimi alınan pul vəsaitinin məcburi dövlət sosial sığortasına cəlb olunması "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir.

"Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddəsində məcburi dövlət sosial sığorta haqlarından azad olunan gəlir növləri sadalanmış və həmin maddənin 12-ci abzasında maddi yardımın sosial sığorta haqqından azad olunduğu göstərilmişdir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda, qrant üzrə resipiyent olan fiziki şəxsin qrant layihəsi çərçivəsində ona ayrılan vəsaitə görə sosial sığorta haqqı ödəmək öhdəliyi yaranmır.

Əsas: “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci, 5-ci, 15-ci və "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununun 15-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Aytac Rzayeva 13***@gmail.com ID: 6822
Salam, VÖEN açmaq istəyirəmsə, hansı sənədlər olmalıdır üstümdə ? Və əgər ki, işləyirəmsə, əmək haqqımdan pensiyaya oturacaq olan vergi olur səhv etmirəmsə, o məndə hər ay 50 azn olaraq ödənilir. Bunu VÖEN açaraq birləşdirmək olur deyə bilirəm. 2 dəfə eyni vergini ödəməmək haqqım var. Belə ki, satışa çıxaracağım əl işlərim olacaqsa, hər satışdan faiz ödəməkdən əlavə digər, hər kvartal verilməli olacaq vergim nə qədər olacaq? Fiziki şəxs olaraq açılırsa hesab.
21/08/2022 Read: 96 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Həmçinin bildiririk ki, həm vergi ödəyicisi, həm də əmək müqaviləsi əsasında fəaliyyət göstərən şəxslərə münasibətdə hər bir fəaliyyət üzrə ayrılıqda icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları hesablanır. 

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı,97-ci, 101-ci, 102-ci və 220-ci maddələri, “Sosial sığorta haqqında” və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları..

0/5 (0 Average count)
Qiymət ver:
Tural Həsənov Taleh tu***@gmail.com ID: 6820
Salam. Mən Böyük Britaniyada LTD qurub (MMC) onlayn biznes ilə məşğul olmaq istəyirəm. Məsələn: il ərzində 40.000 $ lıq satış olub, 10.000 $ gəlir qalıb. Gəlir 12.570 £ keçmədiyi üçün gəlir vergisi 0% dir. 10.000 $ Azərbaycandakı bank hesabıma köçürdükdə neçə faiz vergi ödəməliyəm və həmən hesaba VÖEN bağlı olmalıdır mı?
20/08/2022 Read: 158 Average count: 5

Bildiririk ki, qanunvericiliyə uyğun olaraq hüquqi şəxslər və onların təsisçiləri mülki hüququn ayrı-ayrı subyektləridir. 

Sorğuda göstərilən halda fiziki şəxsin əldə etdiyi gəlir xarici hüquqi şəxsdən dividend şəklində əldə etdiyi gəlir hesab edildiyindən Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə Azərbaycan Respublikasında vergiyə cəlb edilir.

Bu zaman rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Əlavə olaraq bildiririk ki, şəhadətnamə-dublikatla yalnız onda göstərilmiş banklarda, digər kredit təşkilatlarında və poçt rabitəsinin milli operatorunda (onların filiallarında) hesab açmaq olar. Bu səbəbdən yeni bank hesabı açmaq üçün qeydiyyatda olduğunuz vergi orqanına müvafiq qaydada müraciət etməyiniz tələb olunur.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 35-ci, 101.2-ci və 127-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Məmmədli Orxan Əfqan or***@gmail.com ID: 6816
Salam. Mən aptekdə ödəniş terminal vasitəsilə nağdsız ödəniş edirəm və mənə vərilən çekdə ödəniş nağd olaraq gostərilir və mənə 10% ədv geri ödənilir. Belə bir hal baş verəndə, ilk olaraq nə etməliyəm, onu bilmək istəyirəm? Satıcı nağdsız ödənişi niyə nağd olaraq qəbul edir, hər hansısa vergidən yayınmaq üçün yoxsa necə?
18/08/2022 Read: 191 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 50.8-ci maddəsinə əsasən ödənişin forması və üsulu (nağd və ya nağdsız, avans (beh), nisyə, bonus, hədiyyə kartı və digər bu kimi ödəmələr) haqda məlumat nəzarət-kassa aparatının çeklərində qeyd olunmalıdır.

Sorğunuzda qeyd olunan halda, müvafiq xətanın aradan qaldırılması üçün məhsulu aldığınız satış nöqtəsinə müraciət edə bilərsiniz. 

Eyni zamanda, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı və 50-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Eldar Nəbiyev el***@mail.ru ID: 6814
Salam. Mən BƏƏ-də yerləşən şirkət ilə müqavilə bağlamışam və evdən onlara onlayn konsultasiya verirəm. Mənə maraqlıdır, əgər mənə düşən maaşı Azərbaycanın hər hansı bir bankına yönləndirsəm hansı mərhələlərdən keçməliyəm? VÖEN? Vergi faizi faizi nə qədər olacaq? Xidmət etdiyim şirkət ABU Dabidə yerləşir və Azərbaycanda heç bir filialı yoxdur. Təşəkkürlər.
15/08/2022 Read: 107 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 97.1-ci maddəsinə əsasən rezident vergi ödəyicisinin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.

Vergi Məcəlləsinin 33.4-cü maddəsinin müddəalarına əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Bu zaman rezident fiziki şəxsin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Vergi Məcəlləsinin 127.1-ci maddəsinə uyğun olaraq nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Vergi Məcəlləsinin 149.1.4-cü maddəsinə əsasən ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 97-ci, 99-cu, 101-ci, 102-ci, 127-ci və 149-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Zumrud Huseynli Hadı zu***@gmail.com ID: 6810
Bina tikintisi fəaliyyəti ilə məşğul olan MMC əvvəl Sadələşdirilmiş Vergi ödəyicisi idi və SV ödəyicisi olan zaman binanı tikmiş və müvafiq olaraq vergi öhdəliklərini büdcəyə ödəmişdir. Hal-Hazırda, MMC Əlavə Dəyər Vergisi ödəyicisidir. Mənzilləri indi satır və cari vəziyyətdə mənzillərin satışı ƏDV məqsədləri üçün vergitutma obyektidirmi? Yəni, qeyd olunan əməliyyat AR Vergi Məcəlləsinin hansi maddələri ilə tənzimlənir?
14/08/2022 Read: 122 Average count: 0

Məlum olduğu kimi, Vergi Məcəlləsinin 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minən redaksiyasına əsasən bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən tikilən binalar üzrə sadələşdirilmiş vergitutma metodunun tətbiqi ləğv edilmiş və bu şəxslərin vergi öhdəliklərini ƏDV və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi yerinə yetirməsi nəzərdə tutulmuşdur. 

Eyni zamanda, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” 29 noyabr 2019-cu il tarixli 1704-VQD nömrəli Azərbaycan Respublikasinin Qanununun 2.2-ci maddəsinə əsasən bu Qanun qüvvəyə minənədək tikinti obyektinin tikinti-quraşdırma işlərinə başlamış və sadələşdirilmiş vergitutma metodunu tətbiq edən vergi ödəyicisi həmin tikinti-quraşdırma işləri üzrə vergiləri bu Qanun qüvvəyə minənədək mövcud olan qaydada ödəyir. Həmin vergi ödəyiciləri tərəfindən 2020-ci il yanvarın 1-dən sonra təqdim edilən yaşayış və qeyri-yaşayış sahələrinə görə ƏDV və gəlir (mənfəət) vergisi hesablanmır. 

0/5 (0 Average count)
Qiymət ver:
Niyazi Əliyev ni***@yahoo.com ID: 6809
Salam. MMC açılanda 2 pay yazılıb. Hər 2 pay 1 nəfərə məxsus olub. İndi 2 payı dəyişib 3 pay etmək istəyirik və həm də başqa-başqa şəxslərin adına. Notarius deyir ki, vergidən razılaşma olmalıdır. Vergidən, əmlakdan, borc və əmlak olmaması haqqinda tələb olunan bütün sənədlər alınmışdır. Zəhmət olmasa, izah edərdiniz prosedur qaydalar necədir? Yəni ki, 2 payı 3 paya və başqa başqa şəxslərin adına necə dəyişə bilərik. Sağ olun. Hörmətlə Niyazi
14/08/2022 Read: 165 Average count: 0

Bildiririk ki, iştirak payının təqdim edilməsi üzrə əldə edilən gəlirlərin vergiyə cəlb edilməsi fiziki şəxslərə münasibətdə Vergi Məcəlləsinin 96.5-ci maddəsi ilə tənzimlənir.

Qeyd olunan maddənin müddəalarına əsasən iştirak payı əvəzsiz təqdim edildikdə bağışlama müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq fiziki şəxs olan təsisçilərin qeyri-sahibkarlıq fəaliyyətindən gəliri olmaqla Vergi Məcəlləsinin 101.2-ci maddəsinə uyğun olaraq 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur.

Eyni zamanda Vergi Məcəlləsinin 102.1.27-ci maddəsinə əsasən vergi ödəyicisinin azı 3 (üç) il ərzində mülkiyyətində olan iştirak payının və ya səhmin təqdim edilməsindən əldə olunan gəlirlərinin 50 faizi gəlir vergisindən azaddır.

Hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmş faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalı, həmin dəyişikliyin qeydiyyata alınması üçün bu dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq qeydiyyat orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Təsisçi dəyişikliyinin dövlət qeydiyyatına alınması üçün yeni təsisçinin (təsisçilərin) qərarı, yeni təsisçinin şəxsiyyətini təsdiq edən sənədin surəti, dəyişikliyi təsdiq edən sənəd (alğı-satqı, bağışlama, dəyişmə müqavilələri) müvafiq ərizə forması ilə birlikdə hüquqi şəxsin qeydiyyatda olduğu vergi orqanına təqdim olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.16.6-cı, 96.5-ci, 99.3.8-ci, 101.2-ci, 102-ci, 149-cu maddələri və Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

0/5 (0 Average count)
Qiymət ver:
Köçərizadə Rəşad Rəşid go***@gmail.com ID: 6802
Salam, ölkəmizdə fəaliyyət göstərən Rusiya Federasiyasına məxsus "Faberlic" şirkətində məntəqəm varsa, hər hansı vergi ödənişi nəzərdə tutulur?
10/08/2022 Read: 153 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 33.4-cü maddəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi uçotuna alınma ilə bağlı ərizəni vergi orqanına təqdim etməklə vergi uçotuna alınmalı (VÖEN əldə etməli) və əldə etdiyi gəlirdən vergini dövlət büdcəsinə ödəməlidir.

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. 

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

O da nəzərə alınmalıdır ki, Vergi Məcəlləsi ilə müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan mikro sahibkarlıq subyekti olan fərdi sahibkarların sahibkarlıq fəaliyyətindən gəlirinin 75 faizi gəlir vergisindən azaddır. Mikro sahibkarlıq subyekti olduğunuz halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) gəlirlərin və xərclərin uçotunu aparmaqla, 75 faiz vergi güzəşti əldə edə bilərsiniz.

Vergi orqanlarında uçot prosedurları, fəaliyyətinizin xüsusiyyətlərindən asılı olaraq etməli olduğunuz hərəkətlər barədə daha ətraflı məlumat almaq üçün "Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı,101-ci, 102-ci və 220-ci maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Pervin Musayev İmran pe***@gmail.com ID: 6801
Salam. Azərbaycan rezidentı olan A - şirkəti Beynəlxalq yük daşıma fəaliyyətni həyata keçirmək üçün Qeyri -rezident olan B- şirkətinə ödəniş edir. (Qeyd edim ki, yüklərin təyinat məntəqəsi Türkiyə- Azərbaycan olacaq ) qeyd edilən ödənişdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qayda da 6 faiz ÖMV tutulur dövlət büdcəsinə ödənilir. Bilmək istəyirəm ki, Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında ikiqat vergi tutmanın aradan qaldırılmasına dair sazişə əsasən 6 faiz ÖMV -ni hansı halda ödəməkdən azad olunur və bunun üçün hansl sənədlər tələb olunur. Qeyd edim ki, qeyri-rezident Türkiyə Respublikasının rezidentidir və Azərbaycan Respublikasında daimi nümayəndəliyi var.
10/08/2022 Read: 304 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 125-ci maddəsinin müddəalarına əsasən qeyri-rezidentin, bu Məcəllənin 13.2.16-cı maddəsi ilə Azərbaycan mənbəyindən əldə olunan gəliri kimi müəyyən edilən və qeyri-rezidentin Azərbaycan Respublikasının ərazisindəki daimi nümayəndəliyinə aid olmayan gəlirlərindən, Azərbaycan Respublikası ilə digər dövlətlər arasında beynəlxalq rabitə və ya beynəlxalq daşımalar həyata keçirilərkən rabitə və ya nəqliyyat xidmətləri üçün rezident müəssisənin və ya sahibkarın ödəmələrindən 6 faiz dərəcə ilə vergi tutularaq dövlət büdcəsinə ödənilir.

Sorğunuzda qeyd olunan gəlirlər qeyri-rezidentin daimi nümayəndəliyinə aid olduqda isə, ödəmə mənbəyində vergi tutulmur və daimi nümayəndəlik tərəfindən vergi orqanına hesabat təqdim edilməklə, mənfəət vergisi ödənilir.

Eyni zamanda, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Eyni zamanda, Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi cari rüb bitənədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər, gəlir ödəyən şəxsdən görülmüş və ya görüləcək işlər (xidmətlər) barədə arayış və s.) bu Qaydaların 8.9 – 8.13-cü bəndlərinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.

Bununla yanaşı, Qaydaların 7.1-ci bəndinə əsasən beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmasına baxmayaraq, bu Qaydaların 5-ci hissəsində nəzərdə tutulmuş DTA-03 forması vaxtında təqdim edilmədikdə və qeyri-rezident beynəlxalq müqavilədə nəzərdə tutulandan artıq vergi ödədikdə, həmin qeyri-rezident, vergi hesabatı dövrü bitdikdən sonrakı 5 il müddətindən gec olmayaraq müvafiq vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirindən artıq tutulmuş vergilərin geri qaytarılması haqqında” Ərizə formasını(bundan sonra - DTA-05 forması) (Əlavə № 9) təqdim etməklə, artıq ödənilmiş (tutulmuş) vergi məbləğlərinin geri qaytarılması ilə bağlı müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 125-ci, 149-cu maddələri və Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş  “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydaları.

5/5 (1 Average count)
Qiymət ver:
Səbinə Poladzadə sa***@mail.ru ID: 6800
Salam. Bir ay əvvəl Soliton mağazasından 359 AZN məbləğində nağd olaraq telefon aldım. ƏDV faizləri nağd alış-veriş üzrə 10% hesablandığı halda 359 AZN-in ƏDV-si mənə 5 AZN 48 qəpik məbləğində geri qaytarılıb. İzah edərdiniz zəhmət olmasa. Təşəkkür edirəm əvvəlcədən.
10/08/2022 Read: 158 Average count: 5

Bildiririk ki, çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15%-i, nağd ödənişlər üzrə 10%-i alıcının elektron kabinet açılarkən yaradılan virtual “pul qabı”na yerləşdirilir. ƏDV məhsulun dəyərinə 18 faiz əlavə olunmaqla tətbiq olunur (misal üçün məhsulun dəyəri 100 manat olduqda, ƏDV ilə birlikdə 118 manat olur. Bu zaman geri qaytarılan məbləğ 18 manatın 10 və ya 15 faizi həcmində hesablanır).

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan halda hər hansı xəta mövcud deyil. Qaytarılmalı ƏDV məbləğini edvgerial.az portalında kalkulyator vasitəsilə hesablaya bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

5/5 (1 Average count)
Qiymət ver:
Fidan Qarayeva Həsənağa fi***@gmail.com ID: 6797
Salam. Dövlət Vergi Xidmətində könüllü fəaliyyət göstərmək üçün hara müraciət edim?
09/08/2022 Read: 92 Average count: 5

Bildiririk ki, vergi ödəyicilərinə xidmət mərkəzlərində könüllü kimi fəaliyyət göstərmək üçün müraciət qəbulu bitmişdir. Könüllü fəaliyyət bərpa olunduğu zaman bu barədə saytımızda məlumat veriləcək.

 

5/5 (1 Average count)
Qiymət ver: