Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Sahib Məmmədov Məmməd oğlu el***@gmail.com ID: 6870
Salam, mənə vaxt vaxt tanımadığım bir qadının vergi borcu haqqında sms gəlir, amma həmin qadını mən tanımıram, heç bir əlaqəm yoxdur, 195-1-ə zəng edirəm oradan deyilir ki sistemdə mənim nömrəm var o üzdən mənə SMS gəlir, mənim nömrəmin silinməsinə köməklik göstərilməsini xahiş edirəm.
01/09/2022 Read: 142 Average count: 4

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

4/5 (3 Average count)
Qiymət ver:
Fizuli Cəfərov İsaxan ce***@mail.ru ID: 6869
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Saatlı rayon bölməsinin bank hesabına sərəncam qoyulmuşdur. Araşdırma apardıq sərəncamı Vergi tərəfindən qoyulduğu bildirilir məqsəd əmək haqqı hesablanmasıdır. Bölmədə iki (2) işçi mərkəzləşdirilmiş formada Cəmiyyət tərəfindən əməkhaqqı alır, daxili əməliyyat aparılmır. İşçilrərin əməkhaqqı barəsində müqavilələri 5 saylı Ərazi vergilər idarəsinə və Bölmənin portalında kargüzarlığına da təqdim olunub. Xahişimiz bank hesabımıza qoyulan sərəncamı geri götürməyinizi istəyirik. Qoyulan sərəncam bölmənin fəaliyyəti üçün aparılan bank əməliyyatlarımıza çətinlik yaradır. Sərəncamı tez zamanda geri götürməyinizi xahiş edirik.
01/09/2022 Read: 122 Average count: 0

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə qanunvericilik sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir.

Müraciətinizdə qeyd olunan məsələ araşdırma tələb etdiyindən, saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsi vasitəsilə rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Abbas İbrahimov Vaqif oğlu 99***@gmail.com ID: 6867
Salam, mənim VÖEN: 1307654192 var idi, ikin qeyd etdiyim VÖEN-i 1 aydan çoxdur ki, dondurmuşam. Bugün yenə mənə xəbərdarlıq (Hörmətli vergi ödəyicisi (VOEN 1307654192) vergi orqanına təqdim edilməmiş 1 sayda bəyannaməniz vardır. Bəyannamələrin təqdim edilməsi tələb olunur! Tel 195-1. ) SMS gəlib, bu nə ilə bağlıdır?
01/09/2022 Read: 125 Average count: 0

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Müraciətiniz barədə daha ətraflı məlumat üçün Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Həmidli Cavid Əfqan jo***@gmail.com ID: 6865
Salam. Mən karqo xidməti ilə məşğul olmaq istəyirəm, bunu fiziki şəxs olaraq edə bilərəmmi? İkinci sualım fiziki şəxs olaraq çalışdığım xidmət sahəsində ailə üzvlərim məni əvəz edə bilərmi? Bu zaman əmək müqaviləsi mütləqdirmi?
31/08/2022 Read: 160 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd edilən fəaliyyət növünü fiziki və ya hüquqi şəxs kimi həyata keçirə bilərsiniz.

Vergi öhdəlikləri isə vergi uçotuna alınarkən təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergilərdən (sadələşdirilmiş vergi və ya gəlir vergisi, ƏDV) ibarət olacaqdır.

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

İkinci sualınızla bağlı bildiririk ki, tərəflər arasında münasibətlər işlərin (xidmətlərin) əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında yerinə yetirilməsi ilə bağlı yarandıqda tərəflər arasında yaranan münasibətlər əmək münasibətləri hesab edilir.

Eyni zamanda, əmək münasibətləri elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsi ilə daxil edilmiş əmək müqaviləsi bildirişinin qeydiyyata alınmasından və bu barədə işəgötürənə elektron qaydada məlumat göndərilməsindən sonra yaranır.

Qeyd olunanlara əsasən, vergi ödəyicisininnin ailə üzvlərinin əvəzçilik və ya müvəqqəti əvəzetmə qaydasında işlərə cəlb edilməsi ümumi qaydada əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir. 

Əmək qanunvericiliyinin tətbiqi barədə daha ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 104-cü, 149-cu, 218-ci və 220-ci maddələri və Əmək Məcəlləsinin 7-ci və 49-cu maddələri.

 

5/5 (1 Average count)
Qiymət ver:
Kazım Cəfərov Cəfər ka***@mail.ru ID: 6863
Mən I Qarabağ müharibəsi veteranıyam. 2021-ci ildə parəkəndə ticarətlə 216 000 manat civarında siqaret satışı olub. Təxmiən 4600 manat faizi ilə vergi ödənilib. Bu vergi ödənişində mənim güzəştim olmalı idi? Bu ticarətdən mənim pensiya kapitalıma nə qədər daxil olmalı idi?
31/08/2022 Read: 154 Average count: 0

Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin ödəməli olduqları əmlak vergisininin məbləği 30 manata qədər (evlərin icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla), torpaqlara görə torpaq vergisinin məbləği isə 10 manata qədər azaldılır.

Müharibə veteranı olan şəxsin sahibkarlıq fəaliyyətindən əldə olunan gəlirləri isə ümumi qaydada vergiyə cəlb olunur.

Məlumat üçün bildiririk ki, sığortaedən və sığortaolunan barədə təqdim olunan məlumatların fərdi şəxsi hesablara vaxtında və dürüst daxil edilməsini, onların etibarlı saxlanmasını və mühafizəsini təmin etmək, eləcə də sığortaolunanın fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumatlandırılmasını təmin etmək Dövlət Sosial Müdafiə Fondunun vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, pensiya kapitalı ilə bağlı aidiyyəti üzrə dövlət sosial sığorta sistemində fərdi uçotu həyata keçirən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna müraciət etməyiniz tövsiyə olunur. 

Əsas: Vergi Məcəlləsinin 102-ci, 199-cu və 207-ci maddələri və  Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi".

 

0/5 (0 Average count)
Qiymət ver:
Sadixova Könül Cabir bo***@gmail.com ID: 6860
Sumqayıtda Qayalı marketin bulvar filialından 68.66 AZN-lik bazarlıq etdim, ƏDV istədiyim halda mənə 54.10 azn çek təqdim olundu. Niyə belə dedim, dedilər ki, bəzi məhsulların əlavə dəyər vergisi olmur. Halbuki, başqa mağazalarda nə qədərlik bazarlıq etmişəmsə, eyni məbləğdə çek verilib. Belə bir şey mümkündür?
31/08/2022 Read: 206 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Sorğunuzda qeyd olunan halda, malların ƏDV-yə cəlb olunub-olunmamasından asılı olmayaraq, təqdim olunmuş malların bütöv dəyərində kassa çeki təqdim edilməlidir.

Bununla yanaşı bildiririk ki, ƏDV-dən azad olan məhsullar üzrə ƏDV-nin geri qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 164-cü və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası".

5/5 (1 Average count)
Qiymət ver:
Esmira Sadıxova es***@pcs.az ID: 6761
Sadələşdirilmiş vergi ödəyicisi 31 iyul 2022 ildən öz fəaliyyətini müvəqqəti, 1 il müddətinə dayandırır. 2022-ci ilin iyul ayı üçün sadələşmiş bəyannamə verildiyi vaxt haqqında məlumat almaq istərdim.
30/08/2022 Read: 212 Average count: 3

Sadələşdirilmiş verginin ödəyiciləri fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildikdə, Vergi Məcəlləsində müəyyən olunmuş müddətdən gec olmamaq şərtilə vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı, habelə vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildiyi və ya fərdi sahibkarın fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Eyni zamanda, vergi ödəyiciləri uçotda olduqları vergi orqanına "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”ni  rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq təqdim etməlidirlər.

Vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,149-cu və 221-ci maddələri.

3/5 (6 Average count)
Qiymət ver:
Farid s.***@mis-intl.co ID: 6854
Salam, şirkətimiz mal idxal edərkən ƏDV ödəyib, lakin Azərbaycanda alıcı ƏDV ödəməkdən azad olduğu üçün onu sıfır ƏDV dərəcəsi ilə satıb. Bu ƏDV məbləğini necə əvəz edə bilərik?
29/08/2022 Read: 159 Average count: 5

Bildiririk ki, gömrük orqanları tərəfindən verilmiş idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri ödənişin formasından asılı olmayaraq bu maddənin məqsədləri üçün verginin əvəzləşdirilməsinə əsas verir.

Eyni zamanda bildiririk ki, sıfır (0) dərəcəsi ilə ƏDV tutulan əməliyyatlar ƏDV cəlb olunan əməliyyatlar hesab edilir və belə əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ƏDV-nin depozit hesabı vasitəsilə ödənilmiş ƏDV-nin məbləği Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq əvəzləşdirilir.

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan hüquqi şəxs tərəfindən idxalda ƏDV-nin ödənildiyini göstərən idxal sənədləri əsasında ödənilən ƏDV məbləğinin əvəzləşdirilməsinə hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 175.7-ci və 175.10-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Azər Nəbiyev az***@gmail.com ID: 6853
Salam. Azərbaycanda qeydiyyatda olan "A" MMC ƏDV ödəyicisi Türkiyyədə olan X Türkiyə şirkətinə Finlandiyadan olan Y Finlandiya şirkətdən malın alınması üçün xidmət göstərir. Malın dəyəri 90 AZN-dir. X şirkətin malın alınması üçün A şirkətinə 100 AZN ödəniş edir Finlandiyadan malı özü daşınmasını edəcək Məhsul Azərbaycana daxil olmayacaq. A şirkəti malın dəyərini 90 AZN Y Finlandiya şirkətinə ödəyir. "A" MMC bu zaman hansı vergi öhdəlikləri yaranır? Bu halda "A" MMC qazandığı 10 AZN-dən (100 AZN - 90 AZN (mal dəyəri )) ƏDV ödəməlidirmi?
29/08/2022 Read: 146 Average count: 3

Bildiririk ki, sorğuda qeyd olunan halda rezident müəssisə malların bir dövlətdən alınaraq digər dövlətdəki alıcıya çatdırılması üzrə vasitəçilik xidməti göstərir. Bu zaman rezident müəssisə tərəfindən bir dövlətdən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü dövlətə göndərilməsi üzrə göstərilən vasitəçilik xidmətlərinə görə əldə edilmiş gəlirdən bu gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən mənfəət vergisi hesablanıb dövlət büdcəsinə ödənilir.

Bununla yanaşı, bir dövlətdən alınan malların Azərbaycan Respublikasının ərazisinə daxil olmadan üçüncü dövlətə göndərilməsi üzrə vasitəçilik xidmətləri göstərən müəssisənin fəaliyyətinin həyata keçirildiyi yer Azərbaycan Respublikasının ərazisi olduğundan həmin vasitəçilik xidmətləri Azərbaycan Respublikasında ƏDV tutulan əməliyyat sayılır. 

Əsas: Vergi Məcəlləsinin 104-ci, 108-ci, 159-cu və 168-ci maddələri. 
 

3/5 (2 Average count)
Qiymət ver:
Elmar Allahverdiyev Qabil el***@gmail.com ID: 6852
Salam. Bizə qeyd edilənlərə uyğun olaraq fəaliyyət kodu lazımdır: "B" şəxsi "A" şəxsindən malı e-qaimə ilə alır. Və digər istehlakçılara e-qaimə ilə satır. Bir növ vasitəçi rolunu oynayır. Ancaq "B" şəxsinin anbarı yoxdur. Elektron satış və ya xidmət həyata keçirir. Kompüter avadanlıqlarının satışını həyata keçirir. Bizə buna uyğun fəaliyyət kodu lazımdır.
29/08/2022 Read: 134 Average count: 4

Qeyd etdiyiniz fəaliyyəti 4791002 (POÇT VƏ YA İNTERNET İLƏ SİFARİŞ VASİTƏSİLƏ ALINAN BÜTÜN MALLARIN PƏRAKƏNDƏ SATIŞI (MALLAR ALICILARA GÖNDƏRİLİR VƏ ALICILAR ONLARI REKLAMLAR, ELANLAR, ƏSAS KATALOQLAR, NÜMUNƏLƏR VƏ YAXUD DİGƏR REKLAM NÖVLƏRİNƏ GÖRƏ SEÇİRLƏR)) fəaliyyət növünü seçərək həyata keçirə bilərsiniz.

Bununla belə, fəaliyyət kodunun dəqiq müəyyən olunması məqsədilə fəaliyyətinizin xüsusiyyətləri haqda ətraflı məlumat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

Fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:
https://www.taxes.gov.az/az/page/bir-pencere

4/5 (2 Average count)
Qiymət ver:
Xudaverdiyev İlqar ra***@gmail.com ID: 6851
Добрый день. Подскажите пожалуйста, если я не резидент, имею регистрацию на 1 год проживания в Азербайджане и оформил ИНН (VOEN), но пока в Азербайджане не работаю, то я должен платить какой-то налог? Мне знакомые сказали, что если я оформил VOEN, то я должен каждые 3-4 месяца отправлять в налоговую службу какие-то отчеты, это так?
28/08/2022 Read: 96 Average count: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. 

Eyni zamanda, vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda, o, vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq “Vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış” təqdim etməlidir.

Vergi öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü, 57.1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cavid İsgəndərli is***@gmail.com ID: 6849
Salam. Vergi Məcəlləsinə əsasən himayədə azı 3 nəfər olduqda 50 manat güzəşt hüququ var. İşləməyən arvad himayədə sayılırmı? Həmişə sayılır, yoxsa istisna hallarda?
27/08/2022 Read: 102 Average count: 0

Bildiririk ki, himayəsində 3 nəfər (o cümlədən 18 yaşa kimi iki uşaq, 23 yaşa kimi tələbə və şagird (həmin yaşa çatdıqları ilin sonunadək) və işləməyən həyat yoldaşı) olan şəxsin əsas iş yerində müvafiq təsdiqedici sənədlər (ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayış) təqdim etdiyi halda muzdlu işlə əlaqədar vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu iş yerində) muzdlu işlə əlaqədar əldə etdiyi gəliri himayəsində 3 nəfər olması ilə əlaqədar müvafiq təsdiqedici sənədlər, yəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.15-ci bəndinə əsasən ər və arvaddan birinin güzəştdən istifadə edib-etməməsi barədə onların əsas iş yerindən işəgötürənin arayışı və Azərbaycan Respublikası Vergilər Nazirliyinin təsdiq etdiyi formada yerli icra hakimiyyəti və ya bələdiyyələr tərəfindən verilmiş arayışlar təqdim edildiyi halda 50 manat məbləğində azaldılır.

Xatırladırıq ki, təqaüd, pensiya və işsizlikdən sığorta ödənişi alan şəxslər (uşaqlardan başqa), dövlət təminatında olan şəxslər (texniki-peşə məktəblərinin şagirdləri, uşaq və körpə evlərində tərbiyə alanlar), xüsusi məktəblərin şagirdləri və internat evlərində olan, saxlanmasına görə qəyyumlardan haqq alınmayan uşaqlar, habelə tam dövlət təminatındakı məktəblər yanında internatlarda olan uşaqlar himayədə olanlara aid edilmir.

Sorğunuzda qeyd olunanlara əsasən, yuxarıda göstərilən təsdiqedici sənədləri iş yerinizə təqdim etməklə, vergi güzəştindən yararlana bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102-ci maddələri və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı

0/5 (0 Average count)
Qiymət ver:
Zahid Mehdili me***@mail.ru ID: 6847
Salam. Nağdsız hesablaşmalar haqqında qanunun 3.5.1 maddəsində qeyd olunur ki, k/t məhsullarının istehsalçısı olan vergi ödəyicisi olmayan fiziki şəxslərdən k/t məhsullarının qəbulu nağd qaydada ödənilə bilər. Sualım odur ki k/t məhsulu istehsalçısı olmayan fiziki şəxslərdən alınan k/t malı nağd qaydada ödənilə bilərmi?
27/08/2022 Read: 121 Average count: 5

Bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanununun 3.5.1-ci maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən vergi ödəyicisi olmayan kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan fiziki şəxslərdən kənd təsərrüfatı məhsullarının qəbulu zamanı hesablaşmalar üzrə ödənişlər nağd qaydada həyata keçirilə bilər.

Eyni zamanda həmin Qanunun 3.3-cü maddəsinə əsasən bu Qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği otuz min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği on beş min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Qeyd olunanlara əsasən, kənd təsərrüfatı malları malların istehsalçı olmayan şəxs tərəfindən təqdim edildikdə ödəmələr Qanunun 3.3-cü maddəsinə əsasən müəyyən olunan hədd daxilində (on beş min və ya otuz min manat) nağd qaydada həyata keçirilə bilər. 

Əlavə olaraq bildiririk ki, Vergi Məcəlləsinin 101.6-cı maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan fiziki şəxslərin “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.5-ci maddəsində göstərilən malların təqdim edilməsindən əldə edilən gəlirlərindən (bu Məcəllə ilə vergidən azad olunan gəlirlər istisna olmaqla) xərclər çıxılmadan 5 faiz dərəcə ilə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 101-ci, 102-ci, 106-cı, 164-cü, 199-cu, 207-ci, 219-cu maddələri və “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu. 

5/5 (1 Average count)
Qiymət ver:
Rəcəbli fi***@gmail.com ID: 6843
Salam. Yeni açılmış firmaya (hüquqi şəxs) direktorun təyin edilməsi ücün vacib olan sənədlər hansılardır? Xahiş edirəm, ətraflı qeyd edərdiniz. Hansı ardıcıllıq lazımdır?
25/08/2022 Read: 56 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən formada hüquqi şəxsin yaradılması üçün tələb olunan sənədlərin siyahısı saytımızın “Bir pəncərə” bölməsinin "Yerli investisiyalı kommersiya hüquqi şəxslər üçün" pəncərəsindən əldə edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Kənan Fətəliyev fa***@gmail.com ID: 6840
Salam. Fərdi sahibkar bina daxilində vətəndaşlara aşağıdakı xidmətləri göstərir. Blokun təmizliyi/Liftin təmiri və nasazlıqlarının aradan qaldırılması/Mühafizə xidməti və s. belə olduğu təqdirdə sahibkar hansi fəaliyyət kodunu seçməlidir? Bu barədə zəhmət olmasa köməklik göstərərdiniz. Öncədən təşəkkürlər.
25/08/2022 Read: 108 Average count: 0

Bildiririk ki, fərdi sahibkar sorğunuzda qeyd olunan xidmətləri 2822004 (LİFTLƏRİN, ESKALATORLARIN VƏ HƏRƏKƏT EDƏN YOLLARIN İSTEHSALI, LİFTLƏRƏ VƏ ESKALATORLARA TEXNİKİ XİDMƏT), 8121001 (BİNALARIN TƏMİZLƏNMƏSİ VƏ YIĞIŞDIRILMASI) və digər uyğun fəaliyyət kodlarını seçməklə həyata keçirə bilər.

Fəaliyyət növlərinin siyahısı ilə aşağıdakı link vasitəsilə (İqtisadi fəaliyyət növlərinin təsnifatı) tanış olmaq olar:

 https://www.taxes.gov.az/az/page/bir-pencere

0/5 (0 Average count)
Qiymət ver:
Mirzaliyev Mirzali Taryel oglu m.***@yandex.ru ID: 6839
Salam. Mən veterinar klinika (kabinet) açmaq istəyirəm. Lakin, ixtisasim Dunya iqtisadiyyatıdır və özüm məşğul olmayacam. Mütəxəssislər cəlb olunacaq. Zəhmət olmasa, bununla əlaqədar qanunvericilikləri (linkləri, saytları) qeyd edərdiniz. Əsas sual mən veterinar klinika açmaq üçün VÖEN qeydiyyat keçə bilərəmmi? Və son olaraq hansı vergi ödənişlərindən azad olublar, veterinar klinikalar?
25/08/2022 Read: 107 Average count: 0

Bildiririk ki, özəl baytarlıq xidməti fəaliyyəti sahibkarlıq fəaliyyəti hesab olunur və bu fəaliyyəti həyata keçirən şəxslər vergi orqanında hüquqi və ya fiziki şəxs kimi qeydiyyata durmalıdırlar. 

Vergi uçotu ilə bağlı bəzi prosedurlar, habelə qeyd olunan vergitutma sistemləri barədə daha ətraflı və dolğun məlumatın alınması üçün saytımızın “Vergi bələdçisi” bölməsi ilə tanış olmağınızı tövsiyə edirik.

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.58-ci maddəsinə əsasən özəl baytarlıq xidmətlərinin göstərilməsi ƏDV-dən azaddır. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 96-cı, 104-cü, 164-cü maddələri.   

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov Anar Calal oğlu an***@gmail.com ID: 6838
Salam. Mən bilmək istəyirəm ki, kafet-metlak satan mağaza ədv çeki verməlidir? Kafel-Metlak kimi məhsullara ədv tətbiq edilir? Qeyd edim ki, kafel-metlaklar İrandan Azərbaycana gətirilib. Yəni xarici ölkədən Azərbaycana gətirilib satılır. Qeyd: Bu sualları sizə verməkdə əsl məqsədim budur ki, biz 24.08.2022 tarixində, Gəncə şəhərində Adəm İnşaat mağazasından (ünvünı dəqiq bilmirəm) İran məhsulları olan kafel-metlak aldıq 633 manat dəyərində. Məndə mağazadan ədv çeki tələb etdim. Lakin mənə ədv çeki verilmədi. Bilmək istəyirəm ki, mənə ədv çeki verilməli idi? Yoxsa verilməli deyildi? Xahiş edirəm bu müraciətimə baxılsın və mənə dəqiq cavab verilsin.
24/08/2022 Read: 192 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.5-ci maddəsinə uyğun olaraq, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması qaydasını tənzimləyir.

Vergi Məcəlləsinin 16.1.8-ci maddəsinə əsasən pərakəndə ticarət, ictimai iaşə fəaliyyəti, yerləşmə vasitələri hesab edilən mehmanxana (hotel) və mehmanxana tipli digər obyektlər, tibb müəssisələri, bərbərxanalar, gözəllik salonları və kosmetoloji mərkəzlər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir.

Pərakəndə ticarət fəaliyyəti göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) nəzarət-kassa aparatı və POS-terminal tətbiq edilməklə həyata keçirilir. Malların dəyəri nağdsız qaydada (POS-terminal vasitəsilə) ödənildikdə, alıcıya (istehlakçıya) nəzarət-kassa aparatının çeki ilə yanaşı, POS-terminaldan çıxarış verilir.

Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek, qəbz, bank çıxarışları və digər ciddi hesabat blanklarını təqdim etmək və həmin çek, bank çıxarışları və ya ciddi hesabat blanklarında qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir. 

Qeyd olunanlara əsasən, sorğunuzda qeyd olunan məhsulların satıcısı pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan ƏDV ödəyicisi olduğu və təqdim edilən kassa çeki Vergi Məcəlləsinin 50.8-ci maddəsinin tələblərinə cavab verdiyi halda, ƏDV-nin müəyyən edilmiş hissəsi geri qaytarılır.

Məlumat üçün bildiririk ki, vergi qanunvericiliyinin pozulması faktları ilə rastlaşdıqda bu barədə ətraflı məlumatla, qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Dövlət Vergi Xidmətinə müraciət” alt bölməsinə, Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 16-cı, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara mallara (neft və qaz məhsulları, avtomobillər, alkoqollu içkilər və tütün məmulatları istisna olmaqla), habelə tibb müəssisələri tərəfindən göstərilən tibbi xidmətlərə görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası”

0/5 (0 Average count)
Qiymət ver:
Rəhman Rzayev Aydın oğlu r.***@yahoo.com ID: 6837
Hörmətli Vergi Orqanı! Hüqüqi şəxsə xidmət müqaviləsi əsasında göstərilmiş xidmətə (işə) görə vergi ödəyicisi kimi qeydiyyatda olan fiziki şəxsin (mikro) sahibkarlıq fəaliyyəti üzrə bank hesabına haqq ödənilir. Fərdi sahibkar olan fiziki şəxs gəlir vergisi üzrə öhdəliyini hesablayır və ödəyir. Hesabında qalan vəsait VM-nin 102.1.22-1 maddəsinə uyğun olaraq sahibkarın xalis gəliridir. Fərdi sahibkar isə sahibkarlıq fəaliyyəti üzrə bank hesabından xalis gəlirini vergi ödəyicisi kimi qeydiyyatda olmayan fiziki şəxs kimi bankda açdığı digər hesabına köçürür. Bura qədər vergi ödəyiciləri ilə bağlı olan əməliyyat sona çatır. Fiziki şəxs (vergi ödəyicisi kimi qeydiyyatda olmayan) özünün bank hesabına mədaxil olan vəsaiti nağd olaraq maneəsiz alır. Bu halda VM-nin 220.12-ci maddəsi tətbiq edilə bilərmi? Həmin maddə fiziki şəxslərin bank hesabından nağd vəsaitin alınmasını nəzərdə tuturmu?
24/08/2022 Read: 142 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 220.12-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Bununla yanaşı hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən bank hesablarında olan pul vəsaitləri nağdsız qaydada istifadə olunduğu halda aparılan əməliyyat Vergi Məcəlləsinin 220.12-ci maddəsi ilə müəyyən edilmiş qaydada vergiyə cəlb edilmir. 

Eyni zamanda, fiziki şəxsin sahibkarlıq fəaliyyəti ilə bağlı olmayan bank hesabından vəsaitin çıxarılmasına görə sadələşdirilmiş vergi tutulmur.

Bununla belə, sorğunuzda qeyd olunan halda vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyinizi tövsiyə edirik.

Əsas: Vergi Məcəlləsinin 220.12-ci maddəsi. 

5/5 (1 Average count)
Qiymət ver:
Sevda Həmidova se***@gmail.com ID: 6835
Salam. Mən evi kirayə vermişəm. Evin vergisini hara ödəyim?
24/08/2022 Read: 115 Average count: 0

Bildiririk ki, əmlakın kirayə verilməsindən əldə olunan gəlirlərdən 14 faiz dərəcə ilə ödəmə mənbəyində vergi tutulur. Əmlakı kirayəyə götürüb icarə haqqı ödəyən şəxsin VÖEN-i olmadığı halda kirayə verən şəxs vergi orqanında uçota alınaraq VÖEN əldə etməli və əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bundan əlavə əmlakı kirayə götürən şəxsin VÖEN-i olduğu halda həmin şəxs kirayə verənə ödədiyi kirayə haqlarından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergini tutur və dövlət büdcəsinə köçürür. 

Ödənilməli olan vergi məbləğini onlayn üsulla və ya nağd qaydada ödəniş terminalları vasitəsilə ödəyə bilərsiniz. Bu barədə daha ətraflı məlumatı səhifəzimin “Vergiləri necə ödəyək?” bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 124-cü və 149-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Uruf Urufov Vidadi uu***@gmail.com ID: 6830
Salam. Mən 2-ci Vətən müharibəsi veteranıyam. Cənab Ali baş komandanın səfərbərlik üzrə çağırış əmri ilə bağlı Vətən müharibəsi döyüşlərində iştirak etmişəm. 1 yanvardan veteranlıq statusuna layiq görülmüşəm. Dövlət təltiflərinin sahibiyəm. İş yerimə iyun ayında veteranlıq sənədi təqdim etmişəm, iyun ayından etibarən vergidən güzəşt olunub. O da 38 manat məbləğində, lakin iyun ayına qədərki tutulmuş gəlir vergisi mənə ödənilməyib. Bu barədə nə edə bilərəm? Zəhmət olmasa, kömək göstərərdiniz.
23/08/2022 Read: 90 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin 102.2.7-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəlirləri 400 manat məbləğində azaldılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 1 yanvar 2022-ci il tarixədək qüvvədə olmuş 102.8-ci maddəsinə əsasən əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Vergi Məcəlləsinə edilmiş dəyişikliyə əsasən, 1 yanvar 2022-ci il tarixdən etibarən fiziki şəxsin bu maddədə sadalanan vergi güzəştlərini əldə etməyə əsas verən statusu olduğu, lakin güzəşt hüququnu təsdiq edən müvafiq sənədləri əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindikdən sonra təqdim etdiyi halda vergi güzəşti həmin fiziki şəxsin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə mindiyi tarixdən hesablanır. Sorğunuzda qeyd olunan halda, müvafiq vergi güzəşti 1 yanvar 2022-ci il tarixdən tətbiq olunmalıdır. 

Əsas: Vergi Məcəlləsinin 102.8-ci maddəsi və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2021-ci il 3 dekabr tarixli 406-VIQD nömrəli Qanunu.

4/5 (1 Average count)
Qiymət ver: