Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Samir Huseynov sa***@inbox.ru ID: 2860
Coa3groVUdvv fiskal kodu 16.07.2020 tarixində sistemə yükləndiyi halda 30 gün keçməsinə baxmayaraq, məbləği istifadə etmək olmur. Zəhmət olmasa araşdırardınız. Əvvəlcədən təşəkkürlər.
17/08/2020 Read: 37 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ayxan Hüseynov Aqil Oğlu ay***@mail.ru ID: 2859
Kargüzarlıqdan SMS gəlib amma başa düşə bilmirəm zəhmət deyilsə mənə başa salardınız.
17/08/2020 Read: 35 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rena Muradova re***@gmail.com ID: 2857
Salam. Birkartla etdiyim 324 AZN məbləğində alış-verişdən sonra edvgerial.az-dan qəbzi, fiksal ID-ni qeydiyyatdan keçirmək istəyirəm. Lakin, bu qeydiyyat artıq sistemdə mövcuddur deyə qeyd olunur. Lakin mən qeydiyyatdan öncə keçməmişəm bu qəbz üzrə. Xahiş edirəm yoxlayıb mənə məlumat bildirərdiniz. Öncədən təşəkkürlər. E9WbV81WaPSA. satış çeki:1656. Tarix:15.08.2020 Hörmətlə, Rəna
16/08/2020 Read: 47 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Emil Nuriyev em***@outlook.com ID: 2856
Mən ƏDV portalında şəxsi kabinetimdəki ƏDV məbləğini karta köçürmək istədikdə nədənsə, xəta baş verir. Artıq bir neçə gündür ki, bunu edə bilmirəm. Niyə bu problem yaranib?
16/08/2020 Read: 35 Average count: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlaya (012 196) və ya müraciət bölməsindən sualarınızı ünvanlaya bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rinat Ivanov ka***@inbox.ru ID: 2855
Salam ! Vətəndaş yerli rezident “A” MMC-nin yeqanə təsisçisi (iştirakçısıdır), ona məxsus həmin MMC-nin 100%-lik 10 payın nomial dəyəri 10 manatdır. Həmin vətəndaş digər birisi ilə yeni “B” MMC-nin təsis edilməsi ilə bağlı danışıqlar aparır. Vətəndaş həmin bu təsis edilən yeni “B” MMC-nin nizamnamə kapitalındakı öz payını ona məxsus “A” MMC-nin 100%-lik payları ilə ödəmək qərarına gəlmişdir. Həmin “A” MMC-nin paylarının maya dəyəri “B” MMC-nin təsisçilərin ümumi yığıncağı tərəfindən 1000 manat dəyərində qiymətlndirilib, dəvət olunmuş auditorun rəyi ilə həmin dəyər təsdiqlənib.Beləliklə, vətəndaş 10 manat dəyərində “A” MMC-nin paylarının əvəzinə 1000 manat dəyərində olan “B” MMC-nin paylarını əldə etmiş olur. Sual: 1.”B” MMC-nin nizamnamə kapitalınına maya kimi verilən “A” MMC-nin paylarının 1000 manatlıq maya dəyəri ilə , həmin payların nominal dəyəri arasındakı 980 manatlıq fərqddən hansı vergilər (ƏDV, mənfəət vergisi, vətəndaşın gəlir vergisi, ödəmə mənbəyində gəlir vergisi) və kim tərəfindən ödənilməlidir: “A” MMC tərəfindən, “B” MMC tərəfindən, “A” MMC-nin təsisçisi tərəfindən yaxud “B” MMC-nin təsisçisi (təsisçiləri) tərəfindən ? 2.Beləliklə 2 təsisçisi olan ”B” MMC “A” MMC-nin nizamnamə kapitalının 100 %-lik paylarının mülkiyyətçisi olur. Həmin bu paylar “B” MMC-də və “A” MMC-də hansı uçot qiyməti ilə vergi və muhsibat uçotunda qeydə alınmalıdır: 10 manat, yaxud 1000 manat ? 3.”B” MMC-ti dövlət qeydiyyatına alındığı tarixdən 40 iş günü ərzində “A” MMC-nin reyestr məlumatlarının dəyişikliyi ilə əlaqədar qeydiyyat orqanına müraciət etməlidir mi ?
16/08/2020 Read: 118 Average count: 0

Birinci və ikinci suallarla bağlı bildiririk ki, Vergi Məcəlləsinin 96.5-ci maddəsinə görə hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payının və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlandığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir. İştirak payları və ya səhmlər nominal qiymətdən yuxarı qiymətə alınmışdırsa, həmin iştirak paylarının və ya səhmlərin təqdim edilməsi zamanı gəlirdən çıxılan xərclər bu aktivlərin faktiki satınalma qiyməti ilə nəzərə alınır.

Vergi Məcəlləsinin 146.1-ci maddəsinə əsasən şəxs və ya şəxslər qrupu aktivləri hər hansı hüquqi şəxsə bu hüquqi şəxsdə iştirak payı əvəzinə verirsə aktivlərin təqdim edilməsi vergiyə cəlb olunan gəlir hesab edilmir.

Vergi Məcəlləsinin 146.2-ci maddəsinə əsasən bu Məcəllənin 146.1-ci maddəsinin müddəaları şamil edilən aktivi alan iştirakçı üçün onun dəyəri aktivi verən iştirakçı üçün onun verilmə vaxtındakı dəyərinə bərabərdir və aktivin balans dəyəri onu alan şəxsə keçir.

Vergi Məcəlləsinin 146.4-cü maddəsinə əsasən götürülmüş öhdəliklər verilən aktivlərin dəyərindən artıqdırsa, bu maddə həmin artıq məbləğə tətbiq edilmir.

Bildiririk ki, əməliyyatın xarakteri tam açıqlanmaqla və müvafiq təsdiqedici sənədlər, habelə əməliyyatın mahiyyətini təsvir edən izahatlar, əsaslandırmalarla birlikdə qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

Üçüncü sualla bağlı bildiririk ki, hüquqi şəxslərin reyestr məlumatlarının dəyişikliyi ilə əlaqədar aidiyyəti üzrə Dövlət qeydiyyatı baş idarəsinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 34-cü, 96-cı, 102-ci, 146-cı və Mülki Məcəllənin 90-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nərmin Huseynova hu***@gmail.com ID: 2854
Salam. Mən Bakı Biznes və Kooperasiya Kolleci - Menecment ixtisası üzrə bitirmişəm. Sizin orqanda imtahan verib işləmək imkanım varmı ? (Region üzrə)
15/08/2020 Read: 41 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarındakı vəzifə funksiyalarının yerinə yetirilməsi üçün tələb olunan müvafiq ali təhsilə malik olmayan şəxslər dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqəyə buraxılmırlar.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rəsulov Ruslan re***@gmail.com ID: 2853
Salam, yazaraq sizə müraciət edirəm. Mənim telefon nömrəmə "Vergiler 195"-dən SMS gəlib ki, sizin elektron ünvanınınzda 2 mesaj var. Mənə aydınlaşdırardınız, mənim VÖEN-lə əlaqəm nədir?
15/08/2020 Read: 48 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Orucov Ziyadxan or***@list.ru ID: 2851
Salam. Belə bir xəbərə görə sizi narahat edirəm, “Maliyyə dəstəyi paketi vergi ödəyicilərinə şamil olunur. Bu şəxslərə onların əməkhaqqı fondunun bir aylıq məbləğində dəstək göstəriləcək”. Mən işlədiyim mağaza ikinci qapanma dövründə(iyul-avqust aylarında) online olaraq fəaliyyət göstərirdi və bu dövrdə mənə aylıq əmək haqqı ödənilib. Bilmək istəyirəm ki, sahibkarlara 2-ci dəfə yardım edilən zaman online işləyən sahibkarlara da yardım ediləcək yoxsa bu sahibkarlar yardımdan kənar qalacaqlar? Əgər yardım ediləcəksə, sahibkar edilən yardımı bizə verməlidir yoxsa həmin dövrdə əmək haqqı verdiyi üçün bu yardım sahibkarda qalır?
14/08/2020 Read: 33 Average count: 0

Nazirlər Kabineti tərəfindən qəbul edilmiş qərara əsasən, pandemiyadan zərər çəkmiş sahələrdə çalışan, maliyyə dəstəyi almış və dövlət başçısının çağırışına cavab olaraq işçi saylarında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə 1 iyul 2020-ci il tarixinə olan işçi sayına münasibətdə bir aylıq əmək haqqı fondu həcmində maliyyə dəstəyi göstəriləcək. Maliyyə dəstəyi avqust və sentyabr aylarını əhatə etməklə 2 mərhələdə bərabər hissələrlə ödəniləcək. 

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.
 

0/5 (0 Average count)
Qiymət ver:
Kamal Hüseynzadə Rafiq ka***@retail.az ID: 2850
Salam. Onlayn kargüzarlıq bölməsindən yalnız gün ərzində gələn maksimum 99 sənədə baxmaq olur. Gün ərzində 99-dan çox sənəd gələrsə hardan baxa bilərik? Zəhmət olmasa məlumat verərdiniz.
14/08/2020 Read: 36 Average count: 0

Bildiririk ki, elektron kabinet dedikdə vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən Dövlət Vergi Xidmətinin informasiya sistemində yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifə nəzərdə tutulur.

Həmçinin bildiririk ki, elektron  kabinetdə daxil olan sənədlərlə tanış olmaq üçün hər hansı say məhdudiyyəti nəzərdə tutumamışdır. “Gələnlər” qovluğunda daxil olan sənədlərin sayı 99-dan çox olduğu halda, növbəti səhifəyə keçid etmək mümkündür.

Bununla belə, texniki problemin olduğu halda, araşdırılması üçün ətraflı məlumatı qeyd edərək elektron kabinetiniz və ya səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Konul sayilova arzu qizi Ko***@gmail.com ID: 2849
Sahibkarlara və mikro şəxslərə müavinət verilməsi barədə müraciət edirəm.
14/08/2020 Read: 35 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədli Müjdə Zahid qızı gu***@gmail.com ID: 2847
Salam, hörmətli Vergi Xidmətinin komandası. Mən bakalavr təhsilimi "Dövlət və İctimai münasibətlər" ixtisası üzrə, magistratura təhsilimi isə "İctimai Siyasət" ixtisası üzrə almışam. Zəhmət olmasa, deyərdiniz bu ixtisas üzrə Dövlət Vergi Xidmətinə imtahan üçün müraciət edə bilərəm? Hörmətlə, Müjdə Məmmədli.
14/08/2020 Read: 35 Average count: 0

Bildiririk ki, səhifəmizin “İşə qəbul” bölməsində müsabiqədə iştirak etmək üçün şərtlər, o cümlədən ixtisas tələbləri barədə məlumat öz əksini tapmışdır. Dövlət vergi orqanlarında vəzifələrin tutulması üçün ixtisas tələbləri kimi bir qayda olaraq hüquqşünaslıq, iqtisadiyyat və idarəetmə istiqamətlərinə uyğun ixtisaslar üzrə ali təhsil nəzərdə tutulmuşdur.

Namizədin ərizəsi qəbul edildikdən 5 gün ərzində baxılır, ərizə qəbul edilərsə, namizədin iş nömrəsi və müsabiqənin test imtahanı mərhələsinin vaxtı, ərizə qəbul edilmədiyi halda isə səbəbi barədə elektron poçt ünvanına məlumat verilir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Vəsilə Kərimova Əli qızı va***@eqm.az ID: 2621
Bakıda xarici dövlət müəssisəsinin filialı dövlət qeydiyyatından keçib fəaliyyət göstərdiyi halda filiala daxil olan vəsait (vəsait xaricdəki ana müəssisə tərəfindən maliyyə işlərinin yerinə yetirilməsi üçün köçürülür) müqaviləyə görə daxil olan vəsaitin 5% -i filialın əmək haqqı və onunla bağlı xərclərinə və digər zəruri cari xərclərin ödənilməsi üçün ayrılır. Bu halda filial hansı vergiyə cəlb olunmalıdır və vergiyə cəlb olunan dövriyyə hansıdır. Təşəkkür edirəm
14/08/2020 Read: 139 Average count: 5

Müraciətinizdən göründüyü kimi, nümayəndəlik Azərbaycanda fəaliyyət göstərməklə qeyri-rezidentin maraqlarını təmsil edir, müəyyən xidmətlər göstərir və bununla əlaqədar olaraq ona baş ofis tərəfindən vəsait köçürülür ki, bu da Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyəti sayılır. Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə fəaliyyət göstərən qeyri-rezident müəssisə bu fəaliyyətdən əldə etdiyi mənfəətindən, yəni daimi nümayəndəliyi ilə bağlı Azərbaycan mənbəyindən əldə etdiyi ümumi gəlirdən Vergi Məcəlləsinə uyğun olaraq həmin gəlirin əldə edilməsinə çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğindən 20 faiz dərəcəsi ilə mənfəət vergisini ödəyir. 

Bununla belə, sorğunuzda qeyd olunan halda müqavilənin şərtləri, tərəflərin vəzifə və öhdəliklərinin aydın olmadığını nəzərə alaraq və vergitutma aspektlərinin ətraflı cavablandırılmasının təmin olunması məqsədi ilə aydın olmayan məqamlar barədə ətraflı izahat verməklə, eyni zamanda bağlanmış müqavilələri təsdiqləyən zəruri sənədləri əlavə etməklə vergi ödəyicilərinə xidmət mərkəzlərinə və ya rəsmi qaydada Dövlət Vergi Xidmətinə müraciət etməyinizi tövsiyə edirik.

5/5 (2 Average count)
Qiymət ver:
Bağırov Zahid Gülhəsən oğlu za***@gmail.com ID: 2547
Müəssisənin vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 ay ərzində 200000 manatdan artıq olduduğuna görə növbəti ayın yəni 01 iyul 2019 cu ildən ƏDV-nin məqsədləri üçün məcburi qeydiyyata düşüb. 01.07.2019-ci il tarixdən 01.07.2020 ci il tarixədək heç bir fəaliyyət olmayıb. Bu dövrlər üçün Vergi orqanlarına ƏDV hesabatları fəaliyyətsiz kimi təqdim olunub. Bilmək istəyirəm ki, müəssisə 1 ildən sonra yəni 01.07.2020 ci il tarixdən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan çıxa bilər ya yox?
14/08/2020 Read: 154 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin vergiyə cəlb olunan əməliyyatlarının ümumi məbləği əvvəlki tam 12 təqvim ayı ərzində 100.000 manatdan çox deyilsə, Vergi Məcəlləsinin 158.1-ci maddəsində nəzərdə tutulan hallar istisna edilməklə, vergi ödəyicisi ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən etibarən bir il keçdikdən sonrakı istənilən vaxt qeydiyyatın ləğv olunmasına dair ərizə verə bilər. ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması vergi orqanına qeydiyyatın ləğv edilməsinə dair ərizənin verildiyi gün qüvvəyə minir.

Müraciətinizdə qeyd olunan müəssisə ƏDV-nin məqsədləri üçün qeydiyyatın ləğv olunması ilə bağlı qeydiyyatda olduğu vergi orqanına müraciət edə bilər.

Əsas: Vergi Məcəlləsinin 158-ci maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Zaur Haji-zada Isa za***@bk.ru ID: 2533
Salam. Bir müddət öncə sweetchefskincare.com veb səhfədə onlayn alış-veriş etdim və məbləğə 18% ƏDV tətbiq olundu. Bank ilə əlaqə saxladıqda qeyd etdilər ki, bu veb səhifə kompüter üçün proqram təminatı həyata keçirdiyi üçün bu vergi tutuldu. Halbuki, bu səhifə üz qulluğu vasitələri satır. Beləliklə, səhv ucbatından əlavə ödəməli oldum. Xahiş edirəm, bu yalnışlığa açıqlama verin. Karantin dövründə insanlara onlayn alış-veriş etməsində bele problemlər yaradılır.
14/08/2020 Read: 115 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən, ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmayan qeyri-rezidentə elektron ticarət qaydasında işlərin və xidmətlərin təqdim edilməsinə görə vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən ödənişlər aparılarkən bu maddə ilə müəyyən edilmiş qaydada qeyri-rezidentə ödənilməli olan məbləğə ƏDV hesablanmalı və ödənilməlidir.

Eyni zamanda, elektron ticarət qaydasında alınan mallara görə qeyri-rezidentə ödənilən məbləğdən yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulmur.

Göründüyü kimi, vergi orqanlarında uçotda olmayan şəxslər tərəfindən həyata keçirilən elektron ticarət zamanı yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialları tərəfindən ƏDV tutulması yalnız xaricdən alınan işlərə və xidmətlərə münasibətdə tətbiq edilir.

Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

5/5 (2 Average count)
Qiymət ver:
Vəsilə Kərimova Əli qızı va***@eqm.az ID: 2620
1. Müəssisənin işçiləri çöl şəraitində işə cəlb olunur. Misal üçün Şəmkir rayonu ərazisində çöl şəraitində ayın 18 günü işləmişdir. Gündəlik xərci və mehmanxana xərcini təsdiq edən sənəd təqdim olunmadıqda ezamiyyə xərci necə hesablanmalıdır? 2. Əgər gündəlik normadan artıq xərc ödənilərsə həmin xərclər məcburi sosial sığortaya cəlb olunurmu? Əvvəlcədən minnətdaram
14/08/2020 Read: 198 Average count: 4

“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin müddəalarına əsasən qanunvericiliklə müəyyən edilmiş ezamiyyə xərclərinin (gündəlik yemək xərcləri, kommunal xərclər və nəqliyyat xərcləri) məbləğləri sosial sığorta haqqına cəlb olunmur.

Ezamiyyə xərclərinin faktiki məbləği qanunvericiliklə müəyyən edilmiş normadan artıq olduğu halda faktiki ezamiyyə xərclərinin əvəzi xərclərin çəkilməsini təsdiq edən sənədlər əsasında ödənilərsə, bu qaydada ödənilmiş ezamiyyə xərci fiziki şəxsin məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanan gəliri hesab edilmir və məcburi dövlət sosial və işsizlikdən sığorta haqları hesablanmır. 

Əlavə olaraq bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

 

4/5 (3 Average count)
Qiymət ver:
Cabbarov Nazim Nizam nc***@gmail.com ID: 2844
Salam. Hər vaxtınız xeyir müraciətim, ondan ibarətdir ki, 21.07.2020 ci ilde 6 saylı Vergilər İdarəsində adıma VÖEN Açılıb, amma mən bu barədə həmin orqana nə yazılı, nə şifahi, nə də elektron qaydada müraciət etməmişəm. Qeydiyyatım Lənkəran rayonuna olsa da, hal-hazırda Sumqayıt şəhərində yaşayıram 8 aydan çoxdur ki, Lənkəran rayonuna bele getməmişəm. Bu məsələ ilə bağlı mənə yardımçı olmağınızı istərdim. Öncədən təşəkkür.
14/08/2020 Read: 34 Average count: 5

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Nicat Qabulov Haqverdi oğlu pa***@mail.ru ID: 2843
Salam! Fərdi sahibkarlara dövlət dəstəyindən yararlanmaq üçün təkrar müraciətə ehtiyac varmı? Təşəkkürlər!
14/08/2020 Read: 36 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi həyata keçirilməkdədir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmur.

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimova Svetlana ma***@mail.ru ID: 2842
Salam. Bəzi satış yerlərində ƏDV-ni geri almaq üçün olan çeklərdə səhvlik var. Lökbatanda aptekdə nə qədər çək veriblər, amma onların ƏDV-si olsa da, fiskal İD tapmır, proqram skan edə bilmir. Lökbatandakı Vita aptek belə hallar olur. Bu barədə kimə müraciət olunmalıdır.
14/08/2020 Read: 40 Average count: 0

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
İslam Şalbuzov Şakir is***@mail.ru ID: 2571
“A” şirkəti rezident olaraq xaricidən mal idxal edir və bu zaman malların daşınması qeyri-rezident tərəfindən həyata keçirilir. Həmçinin malların satışını Azərbaycan Respublikasında müvəqqəti yaşayış icazə olan, vergi ödəyicisi olmayan qeyri-rezidentə məxsus icarəyə götürülmüş obyekt vasitəsi ilə həyata keçirilir. Bu zaman nəqliyyat şirkəti olan qeyri-rezidentə və obyekti icarəyə verən qeyri-rezidentə qarşı Vergi Məcəlləsinin 169-cu maddəsi tətbiq olunmalıdırmı və bu qeyri-rezidentlərdən hansı vergilər tutulmalıdır?
14/08/2020 Read: 159 Average count: 5

Bildiririk ki, qeyri-rezidentə beynəlxalq daşıma xidməti ilə ödənilən vəsaitdən ödəmə mənbəyində 6 faiz dərəcə ilə vergi tutularaq büdcəyə ödənilməli və bu barədə vergi orqanına bəyannamə təqdim edilməlidir. Qeyd olunan xidmətə görə ödənişlər ƏDV-yə 0 faiz dərəcə ilə cəlb olunur.

Fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə icarədən gəlirlər üzrə vergi öhdəliyi ödəmə mənbəyində (14 faiz dərəcə ilə) icarəyə götürən şəxslər tərəfindən yerinə yetirilir.

Eyni zamanda, fiziki şəxsin icarə haqqından gəliri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir hesab olunmaqla ƏDV-nin vergitutma obyektini təşkil etmir. Fiziki şəxs dedikdə, Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və vətəndaşlığı olmayan şəxslər nəzərdə tutu.

Əsas: Vergi Məcəlləsinin 13.2.3-cü, 13.2.16.17-ci, 99.3-cü, 13.2.33-cü, 125.1.4-cü, 159-cu və 165.1.4-cü maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Yusifov Həmid ha***@gmail.com ID: 2840
Salam. 04.08.2020 ci il tarixdə "Zeytun Pagrmaceuticals" MMC (VÖEN 1701688171) şirkətindən bizə verilən 3 ədəd kassa çekini (13:24:22 13:24:42 13:25:11 saatlarda) ƏDV geri al saytında qeydiyyata salmaq istədikdə çek tapımadı mesajı alırıq. Bu problemin həllində bizə kömək etmənizi xahiş edirəm.
13/08/2020 Read: 45 Average count: 4

Çekin fiskal ID-sinin düzgün daxil olunmasını və ya həqiqiliyini "e-kassa.gov.az" internet səhifəsi üzərindən "Çeki yoxla" bölməsi vasitəsilə yoxlaya bilərsiniz. Çekin tapılmaması səbələrindən biri də nəzarət qurğusunun internetə çıxışı olmadıqda yığılmış məlumatları 7 gün ərzində özündə saxlamasıdır. Bu halda çekin yaranma tarixindən 7 gün sonra ƏDV-ni geri qaytarmaq məqsədilə çekin fiskal ID-sini təkrar portala daxil etməyiniz xahiş olunur.

4/5 (2 Average count)
Qiymət ver: