Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Seyidov Fərid Asif oğlu fa***@gmail.com ID: 2954
Salam. Mən Şəxsi yük avtomobilləri vasitəsilə yük daşıma xidməti ilə məşğul olmaq istəyirəm. 1) Hüquqi şəxs yaratmaqla ƏDV ödəyicisi kimi qeydiyyatdan keçib fəaliyyət göstərə bilərəm? 2) Xidmət etdikdə hansı vergi öhdəliyim yaranacaq? 3) Qarşı tərəfə xidmət etdikdə hansı sənədləşmələr tələb olunur
30/08/2020 Read: 175 Average count: 0

Cavab 1. Müraciətinizdə qeyd olunan mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxsin iki seçimi mövcuddur: Vergi Məcəlləsinin 156.1-1-ci maddəsinin tələblərinə əməl etməklə ƏDV qeydiyyatına durmaq və ya əvvəlki qaydada Fərqlənmə nişanı əldə etməklə fəaliyyət göstərmək.

Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını həyata keçirən şəxslər ƏDV qeydiyyatına alındıqdan sonra öz fəaliyyətlərini ƏDV-nin və mənfəət (gəlir) vergisinin ödəyicisi kimi davam etdiridklərindən onların “Fərqlənmə nişanı” almaqla sabit şəkildə vergi ödəmək öhdəlikləri yaranmır.

Qeyd olunan şəxs beynəlxalq sərnişin və yük daşımalarını həyata keçirdiyi halda həmin fəaliyyət üzrə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ olmur və gəlir (mənfəət) vergisinin, ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olduqda isə eyni zamanda ƏDV ödəyicisi hesab olunur.

Əsas: Vergi Məcəlləsinin 155.1-ci, 156.1-1-ci, 218.4.1-ci, 221.6-cı maddələri.

Cavab 2-3. Bildiririk ki, Vergi Məcəlləsinin 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Maddədən göründüyü kimi, Vergi Məcəlləsinin 218.4.1-ci maddəsində nəzərdə tutulan şəxslər, yəni mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ məhdudlaşdırılmamışdır. Qeyd olunan şəxslər xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar. Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər hesablanmış vergini tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə verilməsi tələb olunmur.

Əsas: Vergi Məcəlləsinin 218.4.1-ci və 218.5.10-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Cahangirzadə Elçin Canpolad el***@gmail.com ID: 2952
Salam. Fiziki şəxs kimi qeydiyyatdan keçmiş və asan imzası olan şəxs eyni asan imza ilə hüquqi şəxs kimi online qaydada qeydiyyatdan keçə bilərmi? Şirkət açmaq üçün?
29/08/2020 Read: 41 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin elektron qeydiyyatı gücləndirilmiş elektron imza (o cümlədən Asan imza) vasitəsilə həyata keçirilə bilər. Eyni şəxsin asan imza vasitəsilə fiziki və hüquqi şəxsin elektron qeydiyyatını həyata keçirilməsinə məhdudiyyət nəzərdə tutulmamışdır. Asan İmza vasitəsilə hüquqi şəxsin elektron qeydiyyatı haqda daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rüfət Ağayev Həsrət ra***@gmail.com ID: 2951
Salam. Mən mikro sahibkaram və mənə sərt karantin rejimi vaxtında 250 manat aprel ayında destək edilmişdir. İndi isə maliyyə dəstəyinin 2-ci mərhələsi zamanı maliyyə dəstəyi mənə göstərilməyib, ama bir çox iş yoldaşlarıma maliyə dəstəyi edilib. Bilmək istəyirdim bu hadisə nə ilə əlaqədərdir və ümümiyyətlə maliyyə dəstəyi mənə ediləcəkmi? Əvvəlcədən təşəkkür edirəm sualı cavabladırdığınıza görə.
29/08/2020 Read: 44 Average count: 5

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Əlavə məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Cəlal Sadıqov ca***@mail.ru ID: 2950
Baş mühasib tender komissiyasının işinə müdaxilə edə bilərmi (Baş mühasib tender komissiyasının üzvü deyil)?
29/08/2020 Read: 47 Average count: 3

Sorğunuzda qeyd olunanlar Dövlət Vergi Xidmətinin səlahiyyətlərinə aid olmadığına görə, bu barədə ətraflı məlumat almaq üçün Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə (http://www.consumer.gov.az) müraciət etməyiniz tövsiyə olunur. 

3/5 (4 Average count)
Qiymət ver:
Yusifov Rauf Cebrayil yu***@gmail.com ID: 2942
Salam, market çekləri var, edvgerial sistemine vururam yazır ki, satıcı ƏDV ödəyicisi deyil. Amma çeki ƏDV-nin çek aparatından verilir.
28/08/2020 Read: 39 Average count: 0

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunanlara əsasən, vergi öədyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu üçün, malların dəyərinə ƏDV hesablanmadığı üçün ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Verdiyev Fazil ly***@mail.ru ID: 2935
ƏDV ilə bağlıdır sualım. Çekim tapılmır, fiskalı ***********
27/08/2020 Read: 40 Average count: 0

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Elmir Bayramov Yusif o]lu el***@mail.ru ID: 2934
Salam. Vergi məcəlləsinin 16.1.8 maddəsinə əsasən pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti göstərən vergi ödəyiciləri nağd pul hesablaşmalarını nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirməlidirlər. Sualım ondan ibarətdir ki, NKA vasitəsi ilə alıcılara satış həyata keçirilən zaman hər hansı məbləğ həddi varmı, ondan yuxarı məbləğ olduqda satış NKA vasitəsi ilə aparıla bilməz və mütləq e-qaimə faktura yazılaraq satılmalıdır? Onu da bildirim ki, NKA-da məbləğ limiti qoyulmayıb və istənilən məbləğdə satışın vurulması mümkündür.Əvvəlcədən təşəkkür edirəm.
27/08/2020 Read: 88 Average count: 0

Bildiririk ki, tərəfinizdən sorğunuzda qeyd olunan şəxslərə istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir. 

Malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti isə  topdansatış fəaliyyəti hesab olunur.

Yuxarıda qeyd olunanlardan göründüyü kimi, pərakəndə ticarət və topdansatış fəaliyyətlərinin anlayışlarında təqdim olunmuş malların dəyəri deyil, malların sahibkarlıq və ya istehlak məqsədilə alınması şərtləndirilir. 

Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 16.1.8-ci və 71-1-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Tural Əhməd Əli tu***@yahoo.com ID: 2933
Mikro sahibkarlara verilən yardımla bağlı maraqlanırdım. 1-ci mərhələdə verilmişdi. İkinci mərhələdə nə zaman veriləcək və məbləği nə gədər olacaq?
27/08/2020 Read: 46 Average count: 1

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Maliyyə dəstəyi üçün heç vaxt müraciət etməyən vergi ödəyiciləri üçün isə, 10 avqust 2020-ci il tarixinədək müraciət etmək imkanı yaradılmışdır və bununla bağlı səhifəmizdə elan yerləşdirilmişdir. Qeyd olunan tarixdən etibarən maliyyə dəstəyi üçün müraciətlərin qəbulu dayandırılmışdır.

1/5 (1 Average count)
Qiymət ver:
Elşən Məmmədov Ələsgər oğlu em***@mail.ru ID: 2932
Yaşadığım ünvana tanımadığım firmaların adına Vergilərdən məktublar gəlir. Evin sənədi onlarda olmadan necə vergidən qeydiyyatdan keçərkən mənim ünvanımı öz hüquqi ünvanları kimi göstərə biliblər? Zəhmət olmasa, əlaqə saxlayın, şikayətimi araşdırın.
27/08/2020 Read: 35 Average count: 0

Elektron müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Orxan Cavadov Sərvər Or***@inbox.ru ID: 2928
VÖEN, şəhadətnamənin login və parolunu itirmişəm. Yenidən əldə etmək istəyirəm.
27/08/2020 Read: 47 Average count: 0

Bildiririk ki,  istifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 15 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Vergi ödəyicilərinin uçot sənədlərinin dublikatının verilməsi üçün sərbəst formada ərizəni elektron qaydada vergi orqanına təqdim edə bilərsiniz. VÖEN-in yeni nüsxəsini əldə etmək və ya yazılı formada ərizəni təqdim etmək üçün özünüz və ya səlahiyyətli nümayəndəniz vasitəsi ilə qeydiyyata olduğunuz vergi orqanına müraciət edilməlidir.

Məlumat üçün bildiririk ki, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

 

0/5 (0 Average count)
Qiymət ver:
Cəfərov Bayram Sadiq au***@mail.ru ID: 2623
Salam, müəssisə beynəlxalq və tranzit yük və sərnişin daşınması ilə məşğuldur. Vergi məcəlləsinin 165.1.4. maddəsində deyilir beynəlxalq poçt xidmətləri istisna olmaqla, beynəlxalq və tranzit yük və sərnişin daşınması, habelə tranzit yük daşınması ilə bilavasitə bağlı yük aşırılma xidməti. Beynəlxalq və tranzit uçuşlarla bilavasitə bağlı olan işlərin görülməsi, xidmətlərin göstərilməsi verginin sıfır (0) dərəcəsi ilə tutulması kimi göstərilir və bu şəxslər məcburi ƏDV ödəyicisi olmalıdır. Misal üçün - N.müəssisəsi beynəlxalq yük daşınması ilə məşguldur və 2018-ci ilin yanvarın birindən könüllü ƏDV qeydiyyatına durmuşdur. 2019-cu ildə yanvarın 1 dən dekabrın 31 -nə qədər dövriyyəsi 295 000 manat olmuşdur, (işci sayı 2 nəfər) kiçik sahibkar olmuşdur və N. müəssisəsi xərclər cıxıldıqdan sonra 20 faiz mənfəət ödəmişdir. 2020 ci ildə isə müəssisənin praqnoza uyğun olaraq dövriyyəsi 180000-190000 olmalıdır, yəni ki, 200 000 keçməyəcək. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş İllik gəliri (ig) ig ≤ 200 mini və İşçilərinin orta siyahı sayı 1 - 10 nəfər olan zaman Sahibkarlıq subyektlərinin ölçüsünə Mikro sahibkar kimi nəzərə alır. Vergi Məcəlləsinin 106.1.20. maddəsində deyilir mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi güzəştdən isdifadə edə bilər. Sualım belədir ki, həmin N. müəssisəsi 2020- ci ilin mənfəət vergisinin təqdim edərkən mikro sahibkar kimi mənfəət vergisindən isdifadə edim 75 faiz güzəşt əldə edə bilərmi?
26/08/2020 Read: 208 Average count: 5

Bildiririk ki, mikro sahibkarlıq subyekti olan hüquqi şəxslərin sahibkarlıq fəaliyyətindən əldə etdikləri mənfəətin 75 faizi mənfəət vergisindən azaddır. 

Eyni zamanda, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur. 

Müraciətinizdə qeyd olunan müəssisə əvvəlki hesabat ilinin nəticəsinə görə mikro sahibkarlıq subyekti hesab olunmadığı üçün, 2020-ci il ərzində mikro sahibkarlar üçün nəzərdə tutulan vergi güzəştlərindən istifadə edə bilməz. 

Əsas: Vergi Məcəlləsinin 106.1.20-ci maddəsi, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Elxan Nəsirov Fərhad oğlu el***@gmail.com ID: 2923
Salam. Zəhmət olmasa, mənə aid olan çek fiskalını yoxlayasınız və məlumat verəsiniz ki, məndən öncə kim bu fiskalı daxil edib. Dəfələrlə bu problemlə üzləşirəm, marketlərə müracət edirəm, Vergilər Nazirliyi ilə əlaqə saxlayın deyilir. Çox xahiş edirəm ki, bu barədə mənə məlumat verəsiniz.
26/08/2020 Read: 28 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Kazımov Nəcəf ka***@gmail.com ID: 2780
Salam. Sualım bunlardır: 1. Vergi orqanında uçotda olmayan şəxsdən “Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.5-ci maddəsində göstərilməyən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməklə həyata keçirilir. Sualım budur ki, bu halda əgər ödəmə mənbəyindən də vergi tətbiq edilmirsə, bu halda vergi orqanında uçotda olmayan şəxsin hər hansısa vergi öhdəlikləri yaranırmı? Nəzərə alaq ki, vergi orqanında uçotda olmayan şəxs mal satıb və gəlir əldə edib. 2. Vergi orqanında uçotda olmayan təsisçi təsisçisi olduğu MMC-yə əvəzi ödənilməyən mal və ya avadanlıq verərsə bu halda “Malların alış aktı” elektron qaydada tərtib edilməlidirmi və həmin malların və yaxud avadanlığın bazar qiymətinin müəyyən edilməsi üçün kənardan mütəxəssismi cəlb edilməlidir? Məsələn Auditor. MMC özü bazar araşdırmaları metodu ilə həmin mal və ya avadanlığın qiymətini müəyyən edə bilərmi?
26/08/2020 Read: 179 Average count: 0

Cavab 1. Bildiririk ki, vergi ödəyiciləri tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir. Vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışının rəsmiləşdirilməsi zamanı mətbəədən sifariş olunmuş alış aktlarından istifadə olunmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Əlavə olaraq bildiririk ki, malların təqdim edilməsini həyata keçirməklə vergiyə cəlb olunmalı gəlir əldə edən və bu fəaliyyətlə sahibkarlıq fəaliyyəti qaydasında məşğul olan vergi orqanlarında uçotda olmayan fiziki şəxslər Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergi uçotuna durmalı, təqdim edilən mallara görə digər vergi ödəyicilərinə elektron qaimə-faktura təqdim etməli və əldə olunan gəlirlərindən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Cavab 2. Bildiririk ki, mülki qanunvericilikdə təsisçi ilə onun təsis etdiyi müəssisəyə ayrı-ayrı şəxslər kimi baxılır, hüquqi şəxsin təsisçisi hüquqi şəxsin öhdəlikləri üçün, hüquqi şəxs isə təsisçinin öhdəlikləri üçün cavabdehlik daşımır. Mallar vergi uçotunda olan təsisçi tərəfindən müəssisəyə təqdim olunduğu halda bazar qiymətləri nəzərə alınmaqla elektron qaimə-faktura əsasında, vergi uçotunda olmayan təsisçi tərəfindən təqdim olunduğu halda isə malların alış aktı vasitəsilə sənədləşdirilə bilər. Auditor rəyi sorğunuzda qeyd olunan hal üçün yalnız malların dəyərini ifadə edir və malların mədaxilini təsdiq edən sənəd hesab olunmur.

Əsas: Vergi Məcəlləsinin  14-cü, 18-ci, 33-cü, 58.8-ci, 71-1-ci, 71-2ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Pərvin Hüseynov Ənvər hp***@mail.ru ID: 2921
Salam, mənə çek verilib və çekin üstündə FISCAL ID kod verilib və o kodu edvgerial.az- a yükləyirəm və mənə: "Satıcı ƏDV ödəyicisi deyil" yazılır. Bu nə qədər doğrudur, çek verilə amma ödəyici deyil.
26/08/2020 Read: 32 Average count: 0

Bildiririk ki, ƏDV-nin geri qaytarılması yalnız ƏDV ödəyicisi olan  pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərindən alınmış mal və xidmətlərə aid edilir. Müraciətinizdə qeyd olunan halda, satıcı ƏDV ödəyicisi olmadığı üçün, satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil.

Əsas: Vergi Məcəlləsinin 165.5.-ci, 218-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Teymur İlyasov İlyas Oğlu te***@gmail.com ID: 2919
Salam, mən 2013-cü ildə 3 saylı Ərazi Vergilər İdarəsindən VÖEN almışam. Qeydiyatım Quba rayonu Orduc kəndində olub. 2019-cu ildə Bakı şəhəri Xətai rayonuna köçüb və Xətai rayonu qeydiyatına düşmüşəm. VÖEN-im itib, pin kodu da bilmirəm. Xahiş edirəm VÖEN-in alınmasında köməklik edəsiniz. Bakı şəhərində hansi verqi orqanına yaxınlaşmalıyam, mənə məlumat verəsiniz.
25/08/2020 Read: 35 Average count: 0

Bildiririk ki, vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi orqanına müraciət edilməlidir. Vergi ödəyicisi bu barədə müraciəti müvafiq ərizəni (“Fiziki şəxsin uçotu haqqında Ərizə”) bilavasitə uçotda olduğu vergi orqanına təqdim etməklə və ya poçt vasitəsi ilə göndərməklə həyata keçirir. 

Yuxarıda qeyd olunan ərizəni, həmçinin Fiziki şəxsin uçotu haqqında şəhadətnaməni itirdiyiniz haqda sərbəst formada ərizəni qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməklə yenidən uçota alına bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Bağırova Sevinc Əbdüləziz qizi se***@gmail.com ID: 5065
Salam, bildiyimə görə Prezidentin sərəncamına əsasən pandemiya ilə əlaqədar Sahibkarlara və muzdlu işçilərə pul ayrılıb, nəyə görə mən Treumh otelin işçisi kimi sonuncu dəfə 2020 ci ilin Aprel və iyun aylarında cəmi iki dəfə 130 manat almışam? Və ondan sonra bu ilin avqust ayında müqavilənin bitməsi ilə əlaqədar işimə xitam verilib və nəticədə mən bir il maaşsız evdə oturmuşam, xahiş edirəm məsələni aydınlaşdırın və mənə düşən vəsaiti bərpa edin.
25/08/2020 Read: 70 Average count: 5

Bildiririk ki, muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat Nazirliyinin və Dövlət Vergi Xidmətinin rəsmi internet saytlarında yerləşdirilmişdir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada şikayət edə bilərlər.

Bu  səbəbdən müraciətinizin araşdırılması üçün rəsmi qaydada səhifəmizin "Onlayn müraciətlər" bölməsinin "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

Eyni zamanda, işçi kimi hüquqlarınıızın qorunması ilə bağlı aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Rəşidzadə Elvin Sahit oğlu el***@gmail.com ID: 2918
Salam. Mən hal-hazırda özəl sektorda çalışıram. İş vaxtlarından sonra əlavə fəaliyyətlə məşğul olmaq üçün hüquqi şəxs(fəaliyyət göstərmək istədiyim sahədə hüquqi şəxs olması vacibdir) yaratmışam (mart ayının 6-sı online şəkildə müraciət etdim, Vergi orqanından cavab 18 martda gəldi). Pandemiya ilə əlaqədar heç bir fəaliyyət göstərə bilmədim, Hal-hazırda şirkətin fəaliyyətini dayandırmışam. Müvafiq dövlət qurumuna müraciətlərin qəbulu başlayanda lazımi attestasiya almaq üçün müraciət edəcəm. Sualım ondan ibarətdir ki, 1) Mən hal-hazırda fərqli bir şirkətdə işləyirəm, orada işləyə işləyə təsisçisi olduğum şirkətə özümü müdir təyin edə bilərəm mi? 2) Əgər edə bilərəmsə iş saatları və əmək haqqı necə və nə qədər təyin edilməlidir? 3) Təsisçi və müdir eyni şəxsdirsə və şirkətdə başqa işçi yoxdursa, yenə də bankdan kart alınıb əmək haqqı kart vasitəsi ilə ödənməlidirmi? Təşəkkürlər
25/08/2020 Read: 79 Average count: 0

1-ci və 2-ci suallarınızda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

3-cü sualınızla bağlı bildiririk ki, “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan pərakəndə ticarət, iaşə və xidmət sahəsində fəaliyyət göstərən şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən ödənilən əmək haqları (o cümlədən, işəgötürən tərəfindən ödənilən, qanunvericiliklə müəyyən edilmiş digər ödənişlər), pensiya, təqaüd, maddi yardım, müavinətlər (o cümlədən, birdəfəlik müavinətlər), kompensasiyalar və təzminatlar yalnız nağdsız qaydada həyata keçirilir. Göründüyü kimi, digər sahələrdə fəaliyyət göstərən və əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) iki yüz min manatadək olan şəxslər tərəfindən ödənilən əməkhaqqı nağd qaydada həyata keçirilə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Qəzənfər Qəzənfərli qe***@mail.ru ID: 2916
Kiçik sahibkarlara dəstəyə görə birinci dəfə 243 manat pul aldım, ancaq, ikinci dəfə mənim adıma pul gəlmədi. Səbəbini öyrənmək istəyirəm ki, niyə ikinci dəfə verilmədi?
25/08/2020 Read: 47 Average count: 0

Bildiririk ki, Azərbaycan Respublikası İqtisadiyyat nazirinin müvafiq Əmri ilə təsdiq edilmiş “Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi və fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi qaydalarına dair” Metodiki Göstərişə əsasən Fərdi (mikro) sahibkarlar 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərdilər. Həmin şəxslərə birinci mərhələdə 250 manatdan 5000 manata qədər maliyyə dəstəyi göstərilmişdir. 

Eyni zamanda, birinci mərhələdə 250 manat maliyyə dəstəyi almış fərdi (mirko) sahibkarlara təkrar maliyyə dəstəyinin göstərilməsi avqust ayında həyata keçirilmişdir. Bunun üçün həmin sahibkarların yenidən müraciət etməsi tələb olunmamışdır.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Qafarov Arif Əlipaşa ao***@baku.az ID: 2915
Salam. Maliyyə dəstəyinin ikinci mərhələsi çərçivəsində fərdi (mikro) sahibkarlara təkrarən mənə vəsait ödənilməsi baradə məlumatı haradan əldə edə bilərəm?
25/08/2020 Read: 32 Average count: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və cavablar, maliyyə yardımı almış vergi ödəyicilərinin siyahısı, eləcə də digər faydalı məlumatlarla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Tural Babayev İbadət oğlu tu***@gmail.com ID: 2911
edvgerial proqramı olan TaxManat proqramından istifadə edirəm. Birbank mobil tətbiqinə inteqrasiya etmək istəyirəm. Lakin qeydiyyatim olduğu üçün giriş edə bilmirəm. Necə edim?
25/08/2020 Read: 45 Average count: 0

Bildiririk ki, BirBank mobil tətbiqi "Kapital Bank"-a məxsus istənilən bankın müştərisi üçün nəzərdə tutulmuş mobil bankçılıq xidmətidir. Proqramla bağlı məlumat almaq üçün "Kapital Bank"-a (012 196) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver: