Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Qəhrəmanlı Nərgiz Asif qızı ne***@gmail.com ID: 3624
Salam, mən adımda olan VÖEN-i ləğv etmək istəyirəm. Bunun üçün əməkdaşlarınızın bildirdiyi kimi ərizə nümunələrindən "Fiziki şəxsin uçotdan çıxarılması" ərizəsini yükləməyə çalışıram, heç bir halda mümkün olmur. Çox xahiş edirəm mənə tez bir zamanda köməklik edəsiniz.
18/12/2020 Read: 38 Average count: 0

Vergi uçotunu ləğv etmək üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə poçt vasitəsilə vergi orqanına təqdim edilməlidir. Ərizə və onun doldurulması qaydası ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/erize-ve-arayis-formalari

Vergi orqanlarının ünvanları ilə aşağıdakı keçid vasitəsilə tanış olmaq mümkündür: https://www.taxes.gov.az/az/page/elaqe

Eyni zamanda, gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda, vergi uçotu Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) üzərindən onlayn rejimdə ləğv edilə bilər. Bu haqda daha ətraflı məlumatla rəsmi internet saytımızın “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin vergi uçotundan çıxarılması” elektron xidməti üzrə inzibati reqlament və ya Vergilər Nazirliyinin rəsmi youtube səhifəsində yerləşdirilmiş videotəlimat vasitəsilə tanış olmaq mümkündür: https://www.youtube.com/watch?v=XzZv0w-M_9I

0/5 (0 Average count)
Qiymət ver:
Abiyev Elşən Mailxan el***@mail.ru ID: 3622
Asan imza Sertifikatının qurtarma vaxtına bir ay vaxt qalıb, onun vaxtını necə uzada bilərəm?
18/12/2020 Read: 74 Average count: 0

Bildiririk ki, ilk dəfə Asan İmza sertifikatı əldə etmək istəyənlər və ya mövcud sertifikatının qüvvədə olma müddəti artıq bitən şəxslər istisna olmaqla, “Asan İmza” sertifikatlarını onlayn yeniləmək mümkündür. 

Vergi ödəyiciləri xidmət mərkəzlərinə gəlmədən özləri birbaşa internet üzərindən sertifikatın qüvvədə olma müddəti ərzində mövcud sertifikatının müddətinin uzadılması və ya “Şəxsi” tipli “Asan İmza” sertifikatı əsasında “İş” (Biznes) və “Dövlət və bələdiyyə” tipli “Asan İmza” (öz sahibkarlıq fəaliyyəti və ya təmsil etdiyi digər vergi ödəyicisi üçün VÖEN-ə bağlı olan) sertifikatlarının onlayn əldə olunması üçün ASXM-ə elektron qaydada müraciət edə bilərlər.

Onlayn müraciət ərizəsi sertifikat yalnız aktiv olduğu zaman göndərilə bilər. Eyni zamanda sertifikatın etibarlılıq müddəti bitəndən sonra 30 gün ərzində istifadəçi mobil operatora müraciət edib xidməti aktivləşdirməlidir, əks halda ərizə ləğv olunur. Vergi ödəyiciləri qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi prosedurları ilə Dövlət Vergi Xidmətinin rəsmi saytında tanış ola bilərlər. “Qüvvədə olan “Asan İmza” sertifikatlarının onlayn yenilənməsi üzrə İstifadəçi Təlimatı” və “Şəxsi tipli “Asan İmza” sertifikatı əsasında İş (Biznes) və Dövlət və bələdiyyə tipli “Asan İmza” sertifikatlarının onlayn əldə olunması üzrə İstifadəçi təlimatı” ilə Buradan tanış ola bilərsiz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov Habil Şahverdi oğlu he***@mail.com ID: 3621
Salam, mənim VÖEN-im varıydı, bağlatdırmışam. Bilmək istəyirəm ki, dondurulub ya ləğv olunub?
18/12/2020 Read: 39 Average count: 0

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının (www.taxes.gov.az) “Xidmətlər” bölməsinin “E-xidmətlər” alt bölməsindəki “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicilərinin VÖEN-ini əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Kazımov Əzim Mirzakir oğlu az***@ibar.az ID: 3620
Məlum olduğu kimi, Vergi məcəlləsinin 102.1.8 bəndinə əsasən, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər gəlir vergisindən azaddır. Bu şirkət dövlət sektoruna aid olan şirkətdir. Yani dövlət şirkətidir. Bir əməkdaşın VM- nin 102.4 maddəsinə əsasən 100 manat güzəştə sahibdir. Ayrıca bu işçiyə V.M –nin 102.1.6 maddəsinə görə əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə 200 manatda əlavə güzəştə sahibdir. Sualımız misal üzərindədir. Işçinin həyat yığım sığortasına göndəriləcək məbləğ müəyyən ediləndə, bütün güzəştlər çıxılıb ondan sonraki məbləğin 50% həyat yığım sığortaya yönəldilir, yoxsa güzəştlər əmək haqqından çıxılmadan 50% əmək haqqı məbləğini həyat yığım sığortaya köçürəbilərik. Misal -İşçi 2000 manat əmək haqqı alır. VM-nin 102.4 madəsinə əsasən əməkdaş 100 manat və VM-nin 102.1.6 madəsinə əsasən 200 manat (əmək haqqısı 2500 manatdan aşağı olduğuna görə ) güzəşt məbləğinə sahibdir. Sual 1 . 2000 manatdan çıxılır 300 manat (200 manat +100manat) və qalan 1700 manat məbləğin 850 manat hisssəsi (yani 50%) həyat yığım sığortasına köçürülür? Sual 2. 2000 manatın 50 faizi olan 1000 manat həyat yığım sığortasına köçürülür. Və qalan 1000 manat məbləğdən VM-nin 102.4 və VM-nin 102.1.6 maddələrinə əsasən 300 (200 manat+100 manat) çıxılır. Və qalan 700 manat məbləğ gəlir vergisinə tabe tutulur? Xahiş edirəm sualımı ətraflı cavablandırasınız.
18/12/2020 Read: 125 Average count: 5

Vergi Məcəlləsinin 102.1.8-ci və “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələrinin müddəalarına əsasən 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası üzrə işəgötürənin sığortaolunanın vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər müvafiq olaraq gəlir vergisindən və məcburi dövlət sosial sığorta haqqından (işçidən tutulan və işəgötürənin hesabladığı sosial sığorta haqlarından) azaddır.

Müraciətinizdə qeyd olunanlara əsasən, qeyd olunan işçinin vergiyə cəlb olunan gəliri 1700 manat hesab olunur. 

Eyni zamanda nəzərə alınmalıdır ki, sığortaedənin (işəgötürənin) vəsaiti hesabına sığortaedənin təşəbbüsü ilə onun tərəfindən işçinin xeyrinə həyatın yığım sığortası üzrə bağlanmış müqavilələr əsasında sığortaçılara ödənilən sosial sığorta haqlarından azad edilmiş sosial sığorta haqqı məbləğləri işçinin gəlirlərinə aid edilir. Bu halda işçinin aylıq gəliri işəgötürən tərəfindən onun xeyrinə sığortaçı şirkətə ödənilən məbləğ daxil olmaqla müəyyən edilir.  

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.8-ci və  “Sosial sığorta haqqında” Qanunun 15-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Kərimov Asim Rövşən As***@gmail.com ID: 3618
Karantin bölgəsinə əmək müqaviləsi ilə çalışan işçilərə iş yeri bağlandığı üçün nə qədər yardım olunur, onu bilmək istəyirdim. Xahiş edirəm, bu barədə məlumat verərdiniz.
17/12/2020 Read: 40 Average count: 0

Bildiririk ki, əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək.

0/5 (0 Average count)
Qiymət ver:
Gunel Ahmadova Tahir ga***@gmail.com ID: 3617
Salam. Mən Gəncə şəhərində avtomobil hissələri mağazasında kassir işləyirəm. Gün ərzində alınan malların bir hissəsinin çeki alıcılar tərəfindən götürülmədiyinə görə onları öz edvgerial hesabıma əlavə edirəm. Bilmək istəyirim bunun hər hansı cinayət məsuliyyəti varmı? (Bütün alıcılara çek təqdim olunur)
17/12/2020 Read: 79 Average count: 3

Bildiririk ki, Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Azərbaycan Respublikası Prezidentinin 21 mart 2020-ci il tarixli 969 nömrəli Fərmanı ilə təsdiq edilmiş Qaydalarla tənzimlənir.

Belə ki, Qaydaların 2-ci bəndinin müddəalarına əsasən satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi, istehlakçı isə satıcıdan malı alan fiziki şəxsdir.

Eyni zamanda Qaydaların 4-cü bəndinin müddəalarına əsasən ƏDV-nin qaytarılması prosesində iştirak etmək istəyən istehlakçı xüsusi portal üzərindən qeydiyyatdan keçir və bu zaman istehlakçı üçün elektron kabinet yaradılır.

Qaydaların 5-ci bəndinin müddəalarına əsasən satıcı mal alışına dair məlumatları Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə qoşulmuş nəzarət-kassa aparatına daxil edərək, istehlakçıya nəzarət-kassa aparatı çeki təqdim etməlidir. İstehlakçı isə nəzarət-kassa aparatı çekini aldığı tarixdən 90 (doxsan) gündən gec olmayaraq ƏDV məbləğinin qaytarılması üçün portala müraciətini və nəzarət-kassa aparatı çeki barədə məlumatları daxil edir.

Qeyd olunanlara əsasən alınmış mallara görə ödənilmiş ƏDV məbləğlərinin Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən qaytarılması prosesində bilavasitə həmin malları ƏDV daxil dəyərini ödəməklə əldə etmiş istehlakçılar iştirak edə bilərlər.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

3/5 (2 Average count)
Qiymət ver:
Aygün Səfərova Ay***@icloud.com ID: 3615
Salam, bilmək istəyirdim fiksal nömrəni yığıram bazada tapılmır. Artıq 10 gündür. Bu halda nə etməliyəm?
17/12/2020 Read: 53 Average count: 5

Bildiririk ki,  Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. 

Məlumat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələyə dair daha ətraflı məlumatın alınması məqsədi ilə müraciətlərinizi (təklif, ərizə, şikayət) səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Emin Şərifov Çingiz em***@gmail.com ID: 3614
Salam. Yazıb sizə bildirmək istəyirəm ki, rəsmi qeydiyyatdan keçən şirkətin Vergilər Nazirliyinin rəsmi səhifəsində fəaliyyət sahəsi kodu ilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli qərarının 1 nömrəli əlavəsindəki Azərbaycan Respublikasının ərazisində müəyyən edilmiş xüsusi karantin rejimi dövründə işlərin davam etdirilməsi zəruri olan fəaliyyət sahələrinin siyahısında 4.4. qida məhsullarının və onlar üçün xammalın istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanması və topdan satışı bölməsi tamamilə uyğundur. Buna baxmayaraq icazə portalında şirkətin əməkdaşına icazə yazmaq mümkün olmur. Fəaliyyət istiqamətinin 488 nömrəli qərarda nəzərdə tutulan fəaliyyət istiqamətinə aid olmadığı qeyd edilir və icazə üçün xanalar açılmır. Xahiş edirəm müraciətimi qeydə alasınız və qısa zamanda cavablandırasınız. Təşəkkür edirəm. Hörmətlə, Emin Şərifov
17/12/2020 Read: 65 Average count: 0

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 dekabr tarixli 488 nömrəli Qərarının 2.2-ci bəndinə əsasən, bu Qərarın əlavəsində nəzərdə tutulmuş sahələrdə fəaliyyət göstərən özəl hüquqi şəxslərin əməkdaşlarının və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin və onların işçilərinin, fəaliyyətinin davam etdirilməsinə icazə verilməmiş özəl hüquqi şəxslərin mühafizəsi və texniki təhlükəsizliyinin təmin edilməsi üçün tələb olunan əməkdaşların işə çıxmasına onlar barəsində məlumatlar işəgötürən tərəfindən gücləndirilmiş elektron imza vasitəsilə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.

İcazə almaq üçün fəaliyyət növünüzün (5 rəqəmli kodunun) Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən fəaliyyətinə icazə verilən sahələrə uyğunluğunu yoxlamalasınız. İcazənin alınması ilə bağlı texniki problemlərlə üzləşdikdə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur. 

0/5 (0 Average count)
Qiymət ver:
Azər al***@mail.ru ID: 3613
Salam. Vergi orqanlarında 3-cü qrup əlil üсün hansısa güzəstlər var (kiçik sahibkar, xəstəliyi ilə bağlı əlilliyi var)? Zəhmət olmasa, votsapla əlaqə saxlayın.
17/12/2020 Read: 67 Average count: 0

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslər üçün vergi qanunvericiliyində hər hansı xüsusi güzəşt və ya azadolma nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 220-ci maddələri, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Ülviyyə Abbasova ul***@mail.ru ID: 3612
Salam. Mən tax manat yükləmişəm neçə aydır. ƏDV çekleri ora skan edirəm. Şəxsi kabinetim var orda. Amma ƏDV-ni geri ala bilmirəm, səbəb?
17/12/2020 Read: 39 Average count: 0

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

0/5 (0 Average count)
Qiymət ver:
Mehdiyeva Tünzalə İlqar qızı na***@gmail.com ID: 3611
Mən bilmək istəyirəm ki, elektron poçtuma nə məktubu gəlib? Və mən hesabatı onlayın necə verə bilərəm?
17/12/2020 Read: 45 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bəyannamələrin elektron qaydada hazırlanması və göndərilməsi, o cümlədən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq barədə ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynov Elçin Ziyadxan oğlu eh***@gmail.com ID: 3610
VÖEN-ə aid olan kod, şifrə, istifadəçi kodunu unutmuşam, onu necə əldə ede bilərəm?
17/12/2020 Read: 44 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya yararsız hala düşdükdə, unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə istənilən vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədova Rüxsarə Rüstəm qızı ta***@gmail.com ID: 3609
Salam. Mənim edvgerial portalına daxil etdiyim çekin ədv-si artıq 10 gündür ki, mənə qaytarılmayıb. Xahiş edirəm, bu işlə məşğul olasınız.
17/12/2020 Read: 38 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əliş Qaraşov Müşviq el***@mail.ru ID: 3608
Salam, mən VÖEN açdırmaq istəyirəm. İribuynuzlu təsərrüfatım var. Asan Xidmətdə heç cürə növbə tuta bilmirəm. Yaxınlaşmışam da, qaynar xəttə də müraciət etmişəm, alınmır. 195 qaynar xətdən mənə ərizə forması taxes.gov.az saytından götürüb poçta yaxınlaşın dedilər. Ancaq burada ərizə formasını tapa bilmirəm. Vergilər Nazirliyinə yaxınlaşsam VÖEN əldə edə bilərəm? Ya onlayn növbə götürsəm olar?
17/12/2020 Read: 40 Average count: 0

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir.
Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Vergi uçotuna alınmaq üçün "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni müvafiq qaydada tərtib edib, şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surəti ilə birlikdə poçt vasitəsilə yaşadığınız ərazi üzrə vergi orqanına təqdim etməlisiniz. Vergi orqanlarının ünvanlarını buradan əldə edə bilərsiniz. “Fiziki şəxsin uçotu haqqında ərizə” və onun doldurulma qaydası ilə buradan tanış ola bilərsiniz:

 

0/5 (0 Average count)
Qiymət ver:
Əsgər Nəcəfov es***@gmail.com ID: 3607
VÖEN-i itirmişəm, mənə necə kömək edə bilərsiniz? Necə bərpa edə bilərəm?
17/12/2020 Read: 43 Average count: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Gülşən Mənsimli Nəbi qızı gu***@gmail.com ID: 3604
Salam. Vətəndaşın VÖEN almaq üçün icarə muqaviləsi olmalıdır?
17/12/2020 Read: 41 Average count: 0

Bildiririk ki, fərdi sahibkarlar və Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq bəyannamə verməli olan rezident fiziki şəxslər yaşadıqları yer üzrə vergi orqanlarında uçota alınır. Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs ərizəni, sahibkarlıq fəaliyyətinə başladığı günədək vergi orqanına verməlidir. 

Eyni zamanda, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər. 

"Fiziki şəxsin uçotu haqqında Ərizə"ni və şəxsiyyəti təsdiq edən sənədin surətini vergi orqanına təqdim etməklə fiziki şəxs vergi uçotuna alına bilər. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Şakir Sərvanov s.***@mail.ru ID: 3602
Salam. İşçi ilə müddətsiz əmək müqaviləsi bağlanılır və əmək müqaviləsində işçinin aylıq əmək haqqı 250 (iki yüz əlli manat) AZN göstərilir. Lakin işçi dörd gün işlədikdən sonra müəyyən səbəbə görə işdən çıxır və əmək müqaviləsinə xitam verilir. Maraqlıdır, işçiyə işlədiyi dörd günlük iş gününə görə nə qədər əmək haqqı verilməlidir və həmən dörd günə görə işçinin əmək haqqısından nə qədər DSMF tutulmalıdır? Təşəkkür edirəm.
16/12/2020 Read: 64 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan birinci məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. 

5/5 (1 Average count)
Qiymət ver:
Vüsal Calalov Müşviq oğlu ca***@mail.ru ID: 3599
Salam müraciətim ədv çeki ilə bağlıdır. Ayın 09.11.2020 yaranan çek ədvgerial saytında gözləyən çek kimi qeyd olunur səbəb kimk qeyd olunur ki bu çek risk qrupuna aiddir.Çekin ficsal İD- si : ***********
16/12/2020 Read: 43 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əlizamin Quliyev Teyyub qu***@mail.ru ID: 3597
Fəaliyyət sahəsi pandemiyadan zərər çəkən sahə olduğu üçün fərdi sahibkarlara (mikro) dəstək və əmək ödənişləri ilə bağlı dəstək proqramlarından yararlanmaq istəyirdik. Lakin müraciətin dayandırıldığı mesajı gəlir. Xahiş edirəm necə müraciət etməyimə köməklik edəsiniz.
16/12/2020 Read: 34 Average count: 0

Sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində veriləcək. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər.

Həmçinin, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür. 

 

0/5 (0 Average count)
Qiymət ver:
İNTİQAM SEYFULLA MİRZƏHÜSEYN si***@gmail.com ID: 3596
Salam. Bildiyimiz kimi, sahibkarlıq subyektlərinin müəyyənləşdirilməsi meyarlarına əsasən işçilərinin siyahı sayı 10 nəfər və ondan az və ya illik gəliri 200 min manat və ondan aşağı olan sahibkarlıq subyektləri mikro sahibkar hesab olunur. Bəzən belə hal yarana bilir ki, təqvim ilinin hər hansı ayında (aylarında) (xüsusilə, xidmət sahəsində çalışan müəssisələrdə, misal üçün, içtimai iaşə, təmir, tikinti və s.) 10 nəfərin 5-i işdən azad olunur və əvəzində başqa 5 nəfər işçi götürülür. Bu zaman 10 nəfər limit dəyişməz olaraq qalır, baxmayaraq ki, müvafiq ayda və ya ildə ümumi işçi sayı 15 nəfər olmuşdur, lakin digər tərəfdən eyni anda işçi sayı 10-u keçməmişdir. Belə olan halda, müvafiq meyarın şərtləri mikro sahibkara münasibətdə pozulmuş hesab olunurmu? Yoxsa, belə hal yer aldıqda həmin sahibkar yenə də mikro sahibkar hesab oluna bilər?
16/12/2020 Read: 73 Average count: 0

Bildiririk ki, “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın məqsədləri üçün işçilərin orta siyahı sayı hesabat ilinin ayları üzrə işçilərin sayı toplanaraq 12-yə bölmək yolu ilə hesablanır.

Vergi ödəyicisi il ərzində fəaliyyətini dayandırdıqda isə, vergi ödəyicisinin faktiki fəaliyyət göstərdiyi aylar üzrə işçilərin sayı toplanaraq həmin ayların sayına bölünmə yolu ilə müəyyənləşdirilir.

0/5 (0 Average count)
Qiymət ver: