Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Həmid Mustafayev ha***@bk.ru ID: 3595
Salam. Koronavirus (COVİD-19) pandemiyasından zərər çəkdiyinə görə muzdlu işçilərə əmək haqqının müəyyən hissəsinin ödənilməsi üçün dövlət tərəfindən müəssisələrə edilən maliyyə dəstəyi mənfəət vergisinə cəlb edilməlidirmi?
16/12/2020 Read: 53 Average count: 0

Bildiririk ki, koronavirus (COVİD-19) pandemiyasından zərər çəkmiş hüquqi şəxslərə muzdlu işçilərin əməkhaqqının ödənilməsi məqsədilə dövlət tərəfindən verilmiş məbləğlər mənfəət vergisinin məqsədləri üçün gəlirlərə, işçilərə ödənilmiş həmin məbləğlər isə vergi ödəyicisinin gəlirdən çıxılan xərclərinə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 104-cü, 108-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Elnur Mərdan EL***@MAIL.RU ID: 3594
Salam. Asan nömrə əldə etmişəm. Asan sertifikat almaq üçün hara müraciət etməliyəm?
16/12/2020 Read: 41 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Samir sa***@gmail.com ID: 3593
Salam! Mənim VÖENim var. Mən sahibkar hesabı açdırmaq istəyirəm. Banklardan birinə müraciət etdikdə mənə ilk öncə Vergilər Nazirliyinə müraciət etməli olduğumu bildirdi. Xahiş edirəm mənə geri zəng edin ki, bunu ətraflı sizdən öyrənə bilim. Öncədən təşəkkür edirəm, sağolun!
16/12/2020 Read: 47 Average count: 0

Bildiririk ki, fiziki şəxs yalnız uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan hesab aça bilər. Bunun üçün o, vergi orqanına “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün Ərizə” ilə müraciət etməli, vergi orqanı bu ərizə əsasında 2 gündən gec olmayaraq şəhadətnamə-dublikatı vergi ödəyicisinə verir və ya elektron qaydada bilavasitə müvafiq banka göndərir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmzası) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda şəhadətnamə-dublikat alınması üçün İnternet Vergi İdarəsi portalı üzərindən onlayn qaydada müraciət edilməsi mümkündür və bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin  “E-Xidmətlər” alt bölməsindəki “Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi” elektron xidməti üzrə inzibati reqlament vasitəsi ilə, eyni zamanda İnternet Vergi İdarəsinin “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Əlavə olaraq bildiririk ki, bank hesabının açılması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcu olmadıqda, 2 gündən gec olmayaraq verilir.

Banklarda hesabların açılması üçün şəhadətnamə-dublikatın verilməsi videotəlimatı ilə buradan tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü və 35-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Dadaşov Namiq Tofiq ar***@gmail.com ID: 3592
1. Mənim fəaliyyətim bağlı olduğu halda, mənim heç bir ərizəm və müraciətim olmadan necə aktivləşdirilə bilər? 2. Fəaliyyətim və mükəlləfiyyətim bağlı olduğu halda necə məcburi qaydada ƏDV uçotuna alına bilərəm? Xahiş edirəm, bu sualları cavablandırardınız.
16/12/2020 Read: 168 Average count: 0

Bildiririk ki, vergi ilində vergi ödəyicisi sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdıqda, həmin fəaliyyətin və ya əməliyyatların dayandırılması günündən gec olmayaraq vergi orqanına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada arayış təqdim edilməlidir.

Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrdə faktiki olaraq fəaliyyət göstərməsi müəyyən edildikdə vergi ödəyicisinə bildiriş göndərilməklə sahibkarlıq fəaliyyətini və ya digər vergi tutulan əməliyyatlarını müvəqqəti dayandırdığı dövrlər üzrə vergi orqanına hesabatlar təqdim etməsi tələb olunur.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin 155.1-ci maddəsinə əsasən sahibkarlıq fəaliyyəti göstərən və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər, o cümlədən bu Məcəllənin 218.1-ci maddəsi ilə müəyyən edilmiş hüquqdan istifadə etməyən ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər (bu Məcəllənin 218.4.1-ci, 218.4.2-ci və 218.4.3-cü maddələrində göstərilənlər istisna olmaqla) bu Məcəllənin 157.3.1-ci maddəsində göstərilən tarixdən 10 gün ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur.

Vergi Məcəlləsinin 157.5-ci maddəsinə əsasən ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçməyə borclu olan, lakin qeydiyyat üçün ərizə verməyən vergi ödəyicisini vergi orqanı öz təşəbbüsü ilə qeydiyyata alır və ona müvafiq qeydiyyat bildirişi göndərir.

Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi Vergi Məcəlləsinin 158.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla vergiyə cəlb olunan əməliyyatlarının həcmi əvvəlki tam 12 təqvim ayı ərzində (fəaliyyətin müvəqqəti olaraq dayandırıldığı aylar da daxil olmaqla) 100.000 manatdan çox olmadığı və ƏDV-nin məqsədləri üçün son qeydiyyatın qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonra istənilən vaxt ƏDV qeydiyyatının ləğv olunmasına dair ərizə verə bilər.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü, 155-ci, 157-ci və 158-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Diniyeva Leman le***@gmail.com ID: 3591
Salam. Men 27.9.2020 tarixinde Səbail rayonu Bytelecom mağazasından 3077 azn dəyərində telefon almışam. Telefonun fiskal İD *********** kodunu 3.11.2020 ci ildə "edvgerial" sistemindən qeydiyyatdan keçirdim. Hələ də ƏDV geri gəlməyib.
16/12/2020 Read: 40 Average count: 0

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Cabir Sultanov Mircabar oğlu ca***@gmail.com ID: 3342
Fərdi sahibkaram. VÖEN-im var. Mülkiyyət hüququ ilə mənə məxsus olan qeyri-yaşayış sahəsini hüquqi şəxsə icarəyə verməyi planlaşdırıram. Xahiş edirəm aşağıdakı suallarıma aydınlıq gətirəsiniz. 1. fəaliyyət kodum “68200 -ŞƏXSİ DAŞINMAZ ƏMLAKIN İSTİSMARA VƏ KİRAYƏYƏ VERİLMƏSİ“ olmalıdırmı. 2. İcarə haqqı ödəniləndə İcarəçi tərəfindən Ödəmə mənbəyində vergi icarə haqqından tutulub qalan məbləğ mənə ödənilməli və ya icarə haqqı mənə tam ödənilməklə əldə etdiyim gəlirdən gəlir vergisi ödəməliyəmmi. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
16/12/2020 Read: 167 Average count: 5

Cavab 1. Bildiririk ki, “İqtisadi fəaliyyət növləri təsnifatı”nda qeyri-yaşayış binalarının kirayə verilməsi fəaliyyəti “68200” “Şəxsi daşinmaz əmlakin istismara və kirayəyə verilməsi” kimi qeyd olunmuşdur. Vergi ödəyicisinin bir neçə fəaliyyət növü olduqda, qeydiyyatyda olduğu vergi orqanına əsas və əlavə fəaliyyət növləri haqda məlumat təqdim etməlidir. 

Cavab 2. Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs tərəfindən tutularaq, qalan məbləğ sizə ödənilməlidir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 124-cü maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
İntiqam Abid Əliheydər in***@yahoo.com ID: 3589
Vergi Məcəlləsinin 13.2.8-ci maddəsinə əsasən Əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeyri-maddi aktivlər, pul vəsaiti və torpaq mal sayılmır. Məcəlləsinin 168.1.5-ci maddəsindən isə aydın olur ki, patentlərin, lisenziyaların, ticarət markalarının, müəlliflik və digər analoji hüquqların mülkiyyətə verilməsi və ya güzəşt edilməsi Əlavə dəyər vergisinə (ƏDV)-yə cəlb olunan əməliyyatdır. Göründüyü kimi əsas şərt kimi mülkiyyətə verilməsi nəzərdə tutulur. Sualım isə bundan ibarətdir ki, patentlərdən, lisenziyalardan, ticarət markalarından “istifadə hüququ”nun verilməsi Əlavə dəyər vergisinə (ƏDV)-yə cəlb olunan əməliyyat hesab olunurmu?
16/12/2020 Read: 134 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi tərəfindən malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-nin vergitutma obyektini təşkil edir.

Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir.

Eyni zamanda, Vergi Məcəlləsinin 168.1.5-ci maddəsinin müddəalarına əsasən bu maddədə göstərilən xidmətlər üzrə işlərin və ya xidmətlərin alıcısının yerləşdiyi və ya qeydiyyatda olduğu, təsis edildiyi, işlər və ya xidmətlər alıcının daimi nümayəndəliyi ilə bilavasitə bağlı olduğu halda həmin daimi nümayəndəliyin olduğu yer ƏDV məqsədləri üçün işlərin görüldüyü və ya xidmətlərin göstərildiyi yer sayılır.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 168-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Qəhrəmanov Mustafa Malik qe***@gmail.com ID: 3588
Asan nömrəni təsdiqlətmək istəyirəm, siz onu onlayn edə bilirsiniz?
16/12/2020 Read: 41 Average count: 0

Bildiririk ki, “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. Onlayn növbəyə yazılmaq üçün bu linkdən istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Rufət İsmaləddin fe***@mail.ru ID: 3340
Salam. Zəhmət olmasa cavablandırın. Bankla xidməti müqavilə bağlayaraq girovları dəyərləndirirəm. Bu xidmətə görə ayliq e-qaimə tərtib olunaraq hesabıma aylıq 550 AZN köçürülür. Mən hansı vergi ödəyicisi sayılıram və nə qədər vergi ödəməliyəm?
16/12/2020 Read: 161 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, tərəfinizdən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxs (bank) olduğu üçün sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.3-cü, 102.1.30-cu, 218.5.10-cu və 218.6.2-ci maddələri.

5/5 (3 Average count)
Qiymət ver:
Vüqar Zərbizadə Elmar vu***@gmail.com ID: 3587
Bildiyiniz kimi, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimini tənzimləyən maddə 222-də bir sıra fəaliyyətlərlə bağlı vergi güzəştləri nəzərdə tutulub. Bizim xaricdən malların gətirilməsi ilə bağlı logistika şirkətimiz bu vergi güzəştlərindən yararlana bilərmi ?
16/12/2020 Read: 82 Average count: 1

Bildiririk ki, “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu ilə Vergi Məcəlləsinə 222-225-ci maddələrdən ibarət “Koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar tətbiq edilən müvəqqəti vergi rejimi” adlı yeni XVIII fəsil əlavə edilmişdir.

Adıçəkilən fəslin müddəalarının şamil edildiyi fəaliyyət növləri Vergi Məcəlləsinin 222.5-ci maddəsində göstərilmişdir. Həmçinin bu maddədə müəyyən edilmiş fəaliyyət sahələri sırasına koronavirus pandemiyasının yayılması ilə bağlı əhalinin sağlamlığının və təhlükəsizliyinin təmin edilməsi məqsədilə fəaliyyəti Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı ilə tam və ya qismən məhdudlaşdırılan fəaliyyət sahələri də (dövlətə məxsus olan hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və büdcədənkənar dövlət fondlarından maliyyələşən digər dövlət orqanları (qurumları) istisna olmaqla) aid edilmişdir.

Bununla yanaşı Azərbaycan Respublikasi Nazirlər Kabinetinin “Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 30 mart 2020-ci il tarixli 120 nömrəli və “Bakı, Sumqayıt şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə” 19 iyun 2020-ci il tarixli 208 nömrəli Qərarlarına əsasən "Logistika xidmətləri" fəaliyyəti xüsusi karantin rejimi müddətində fəaliyyətinə icazə verilən sahələrə aid edilmişdir.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda fəaliyyət sahəsi Nazirlər Kabinetinin müvafiq qərarları ilə fəaliyyəti məhdudlaşdırılan fəaliyyət sahələrinə aid edilmədiyindən azadolma və güzəştlər sizə tətbiq edilmir.

Əsas: Vergi Məcəlləsinin 222-ci, 224-cü maddələri və “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 8 may 2020-ci il tarixli 90-VIQD nömrəli Qanunu.

1/5 (1 Average count)
Qiymət ver:
İntiqam Abid Əliheydər oğlu in***@yahoo.com ID: 3334
Aşağıdakı sualları cavablandırmağınızı Sizdən xahiş edirəm: 1. Müəssisənin təqdim edilməsi ilə hüquqi şəxsin iştirak paylarının təqdim edilməsi arasındakı fərq nədir? 2. Vergi Məcəlləsinin 160.1-ci maddəsində qeyd edilir ki, müəssisənin bir əməliyyat çərçivəsində bir vergi ödəyicisi tərəfindən digər vergi ödəyicisinə təqdim edilməsi vergi tutulan əməliyyat sayılmır. Sualım isə bundan ibarətdir ki, müəssisənin bir yox, bir neçə əməliiyat çərçivəsində, yəni 100% iştirak payını hərəsi 25% olmaqla 4 (dörd) əməliyyat çərçivəsində təqdim olunması vergi tutulan əməliyyat sayılırmı? Digər tərəfdən də Vergi Məcəlləsinin 164.1.17-ci maddəsində qeyd olunur ki, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsi ƏDV-dən azaddır. Öncədən təşəkkürümü bildirirəm.
16/12/2020 Read: 258 Average count: 5

Bildiririk ki, vergi tutulmayan əməliyyat və vergidən azad edilən əməliyyatlar bir-birindən fərqlidir. Qeyd etdiyiniz kimi, Vergi Məcəlləsinin 160.1-ci maddəsinə əsasən müəssisənin bir əməliyyat çərçivəsində təqdim edilməsi ƏDV məqsədləri üçün vergi tutulan əməliyyat sayılmır. 

Eyni zamanda, Vergi Məcəlləsinin 164.1.17-ci maddəsinə əsasən, hüquqi şəxsin iştirak paylarının və ya səhmlərinin təqdim edilməsin ƏDV-dən azad əməliyyat sayılır.

Hüquqi şəxsin nizamnamə kapitalındakı iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən yuxarı qiymətə təqdim edildikdə faktiki təqdimetmə qiyməti ilə nizamnamə kapitalındakı iştirak payı və ya səhmin nominal dəyəri arasındakı fərq, iştirak payı və ya səhmlər xalis aktivlərin iştirak payı və ya səhmlərə mütənasib dəyərindən aşağı qiymətə (güzəştli qiymətlə) təqdim edildikdə isə alqı-satqı müqaviləsinin bağlanıldığı tarixə xalis aktivlərin mütənasib dəyəri ilə nizamnamə kapitalındakı iştirak payının nominal dəyəri arasındakı fərq vergiyə cəlb edilən gəlirdir (mənfəətdir).

Qeyd olunan gəlirdən (mənfəətdən) rezident təsisçi fiziki şəxslər tərəfindən Vergi Məcəlləsinin 101.2-ci maddəsi ilə müəyyən olunmuş dərəcələrlə gəlir vergisi, rezident təsisçi hüquqi şəxslər tərəfindən isə Vergi Məcəlləsinin 105.1-ci maddəsi ilə müəyyən olunmuş dərəcə ilə mənfəət vergisi hesablanaraq bəyan edilməklə dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 96.5-ci, 101.2-ci, 104.6-cı, 105.1-ci, 160-cı və 164-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Hamlet Məmmədov Qurban Ha***@mail.ru ID: 3333
Salam. Mən VÖEN bağlatdırmaq üçün ASAN xidmətə yaxınlaşmalıyam, yoxsa vergilər idarəsinə?
16/12/2020 Read: 119 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə qabaqcadan onlayn növbə tutmaqla uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Kərimov Raiq Əli ra***@mail.ru ID: 3390
Mənim "Bank of Baku"-dakı hesabıma blok qoyulub, kimə müraciət edə bilərəm?
16/12/2020 Read: 113 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququ hesab olunur. Bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.

Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Müraciətinizlə bağlı əratflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 23.1.7-ci, 60-cı və 65-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənova Gülnarə Zeydulla qızı nq***@gmail.com ID: 3366
Salam. İşçi vəfat etdikdə əmək haqqının üç misli miqdarında verilən müavinətdən gəlir vergisi tutulur? Vəfat edən işçiyə hesablanan əmək haqqı və müavinəti almaq üçün varislər hansı sənədi təqdim etməlidir?
16/12/2020 Read: 156 Average count: 5

Bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Müavinətin alınması ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Qeyd olunan müavinətin gəlir vergisindən azad edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmadığı üçün, ümumi qaydada gəlir vergisi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi, Vergi Məcəlləsinin 101-ci maddəsi.

5/5 (3 Average count)
Qiymət ver:
Toğrul Qənbərli Aqil tq***@gmail.com ID: 3344
Salam. Mən bilmək istəyirəm ki, onlayn satış məqsədilə açılmış facebook, instagram və s. səhifələrdə Türkiyə, Amerika, Çin və s kimi yerlərdən elektron və ya kompüter aksesuarlarının satışını etmək üçün hansi tələblərə əməl etmək lazımdır? İlk növbədə VÖEN açmaq lazımdırmı? Hansı növ vergi ödəyicisi oluruq? Ümumi olaraq məlumatim yoxdur. Zəhmət olmasa, suallara ətraflı cavab verərdiniz . Teəşəkkürlər.
16/12/2020 Read: 167 Average count: 5

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı (VÖEN əldə etməli) və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Eyni zamanda sorğuda qeyd olunan fəaliyyəti həyata keçirmək üçün təsərrüfat subyekti vergi orqanında uçota alınmalı və nəzarət-kassa aparatı quraşdırılmalıdır. (mağaza) fiziki şəxsdən icarəyə götürüldüyü halda ödənilən icarə haqqından ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi tutulub dövlət büdcəsinə ödənilməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs tərəfindən 2020-ci ilin aprel ayının 1-dən 2021-ci ilin 1 yanvar tarixinədək ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizinin Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 124-cü, 220-ci maddələri və “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 14-cü maddəsi.

 

5/5 (1 Average count)
Qiymət ver:
Hamlet Asadullayev ha***@gmail.com ID: 3337
Salam. Mən Azərbaycanda Qeyri-Hökümət Təşkilatlarının kommersiya yolu ilə əldə etdikləri gəlirin hansi faizlə hesablandığını öyrənmək istəyirəm. Təşəkkürlər.
16/12/2020 Read: 120 Average count: 4

Bildiririk ki, Azərbaycan Respublikasında rezident və qeyri-rezident müəssisələr, habelə sahibkarlıq fəaliyyətindən gəlir əldə edən qeyri-kommersiya təşkilatları mənfəət vergisinin ödəyiciləridir.

Müəssisələrin mənfəətindən 20 faiz dərəcəsi ilə vergi tutulur.  Qeyri-rezidentin daimi nümayəndəliyinin fəaliyyəti ilə bağlı olmayan, lakin Azərbaycan mənbəyindən əldə edilən ümumi gəlirindən (ƏDV və aksizlər çıxılmaqla) Vergi Məcəlləsinin 125-ci maddəsində göstərilən dərəcələrlə vergi tutulur.

Əsas: Vergi Məcəlləsinin IX  fəsli.

4/5 (3 Average count)
Qiymət ver:
Hicran Muradova Baba qızı hb***@gmail.com ID: 3336
Salam. Topdansatış müəssisəsi gəlir əldə etmək məqsədləri ilə mal alıb müəyyən hissə zay olub və ya istehsalatda zay olan məhsula istifadə olunan xammal material zay olub, ƏDV əvəzləşdirilibsə, zay olan malların alınması zamanı ödənilmiş, əvəzləşdirilmiş ƏDV Dövlət bürcəsinə qaytarılır. Bu zaman zay olan mal gəlir və eyni zamanda xərc kimi tanınırmı?
16/12/2020 Read: 195 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd edilən halda vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır. Həmçinin, yararsız mallarının uçotdan silinməsi gəlir kimi nəzərə alınmır.

Əsas: Vergi Məcəlləsinin 108-ci, 109-cu və 159.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Elzamin Nəsibov Yusif oğlu az***@bk.ru ID: 3586
Salam. Milli gəlirlər baş idarəsində ASAN imza sertifikatı ala bilərəm? Ora onlayn növbə yazılmışam 17.12.2020 saat 12:04 üçün.
16/12/2020 Read: 36 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin inzibati binasında yerləşən xidmət mərkəzində Asan İmza Sim-kartı üzrə Sertifikatların verilməsi yalnız  Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsində uçotda olan vergi ödəyiciləri üçün nəzərdə tutulmuşdur.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Məmmədov Rövşən oğlu Ba***@Mail.ru ID: 3367
Salam. Mənim tax manat mobil tətbiqində skan etdiyim qəbzlər son 3 ay ərzində hələ də bir manat da olsa geri qaytarılmayıb. Bunun səbəbini bilmək istəyirəm. Zəhmət olmasa, bu işə baxasınız. Mənə məlumat verəsiniz. Təşəkkür edirəm.
16/12/2020 Read: 80 Average count: 5

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti bildirir ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün www.edvgerial.az saytı və “BirBank” tətbiqindən istifadə edə bilərlər. Rəsmi elan edilmiş bu sayt və “Birbank” tətbiqi ilə bağlı hər hansı çətinliklər mövcud deyildir və ödənilmiş ƏDV-nin geri alınması üçün qeyd edilən sayt və tətbiqdən istifadə edilməsi tövsiyə edilir.

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

5/5 (2 Average count)
Qiymət ver:
Toğrul Səbzəliyev Həmzalı to***@gmail.com ID: 3585
Salam. Mən hazırda xaricdə yaşayıram. Keçən il VÖEN hesabımı bağlamışam. 1) VÖEN -nin yenidən açılma prosesi onlayn keçirilmə mümkündürmü? Və ya mənim adıma atam aça bilərmi, bir halda ki mənim adımdan bütün hüquqi işləri yerinə yetirməsi üçün Etibarnamə sənədi var? 2) Eyni zamanda bilmək istərdim ki, Freelance fəaliyyəti üçün ödənişləri xaricdən alacağım halda vergi faizləri dəyişirmi? 3) Rüblük gəlir müəyyən məbləğdən çox olarsa vergi faizində dəyişmə olurmu? Xatırladığım qədər 4 faiz idi. Tutaq ki xidmət marketinq konsultasiyasıdır. Öncədən minnətdarlığımı bildirirəm. Hörmətlə Toğrul
15/12/2020 Read: 159 Average count: 4

Bildiririk ki, fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda, fəaliyyətinizi aktivləşdirmək üçün ilkin olaraq müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.
Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatları elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament vasitəsilə əldə edə bilərsiniz.
Fiziki şəxsin yenidən uçota alınması (ləğv edilmiş VÖEN-in bərpası) üçün isə “Fiziki şəxsin vergi uçotu haqqında ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə qeydiyyatda olduğunuz vergi orqanına və ya həmin vergi orqanının əhatə dairəsində olan vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət edilməldiir.

Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs Vergi Məcəlləsinin 13.2.5-ci maddəsində göstərilən şərtlərə əsasən Azərbaycan Respublikası rezidenti olduğu halda onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda təqvim ili ərzində əldə etdiyi bütün gəliri (vergidən azad edilən gəlir istisna olmaqla) Azərbaycan Respublikasında vergiyə cəlb olunur.

Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarları üzrə müvafiq ardıcıllıqla Azərbaycan Respublikasının rezidenti sayılır. Həmçinin, fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Eyni zamanda, Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən şəxslər sadələşdirilmş vergini tətbiq etmək hüuquna malik deyil, yalnız gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərə bilərlər. Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

Əsas: Vergi Məcəlləsinin 13.2.5-ci, 33-cü, 34-cü, 96-cı, 101.3-cü və 127-ci maddələri.

4/5 (2 Average count)
Qiymət ver: