Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Firat Bağırlı Akif fi***@gmail.com ID: 3497
Salam newegg.com sayti üzərindən onlayn alış veriş edərkən (komüter hissələri) məndən 18% əlavə vergi tutuldu. Bu nə dərəcədə düzgündür? Və mən əlavə olaraq komüter hissələri üçün gömrük vergisi ödəməliyəmmi?
29/12/2020 Read: 184 Average count: 5

Bildiririk ki, virtual ticarət meydanlarından malların elektron ticarət qaydasında alışına yerli bank və ya xarici bankın Azərbaycan Respublikasındakı filialı tərəfindən ƏDV tətbiq olunmur. Hesabınızdan artıq tutulmuş vergi məbləğinin qaytarılması ilə bağlı aidiyyəti üzrə müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

İdxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

Əsas: Vergi Məcəlləsi 20.5-ci, 169.1-ci, 169.3-cü maddələri.

5/5 (4 Average count)
Qiymət ver:
Rüfət Sahibsoy er***@gmail.com ID: 3492
Dövlət qurumu vergi ödəyicisi olan fiziki şəxsdən ofis və ya anbar sahəsi icarəyə götürmüşdür. İcarə haqqının ödənişi də qarşı tərəfdən alınmış elektron qaimə və digər müvafiq sənədlərə uyğun aparılır. Bu halda dövlət qurumu müqavilə üzrə olan icarə haqqından ödəmə mənbəyində vergi tutmalıdırmı? Yoxsa vergi ödəyicisi öz gəlir vergisi bəyannaməsində bu məbləği göstərərək gəlir vergisi ödəməlidir?Məlumat üçün bildirirəm ki, icarə müqaviləsi müvafiq satınalma prosedurunun (açıq tender) nəticəsində bağlanıb və təklif edilən qiymətə bütün vergi və rüsumların daxil edildiyi göstərilib.
29/12/2020 Read: 168 Average count: 5

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir.

Müraciətinizdə qeyd olunan halda icarə haqqı hüquqi şəxs tərəfindən ödənildiyi üçün, ödəmə mənbəyində vergi hüquqi şəxs (dövlət qurumu) tərəfindən tutularaq, qalan məbləğ fiziki şəxsə ödənilməlidir. 

Həmçinin bildiririk ki, fiziki şəxsin aldığı və Vergi Məcəlləsinin 124-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında ödəmə mənbəyindən vergi tutulmuş icarə haqqı gəlirləri həmin şəxsin ümumi gəlirlərindən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 100-cü, 124-cü və 150.1.6-cı  maddələri.

 

5/5 (3 Average count)
Qiymət ver:
Əiyeva Tərlan Əli qızı te***@gmail.com ID: 3737
Sabit vergi ödəyicisiyəm. Pandemiya ilə əlaqədar fəaliyyətim dayandırılıb. Mənə Sosial Müdafiə Fondu yardım etməlidirmi?
29/12/2020 Read: 77 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

Sosial müavinətlər, işsizlik və ünvanlı sosial yardım məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Ceyhun Oktay oğlu af***@gmail.com ID: 3761
Salam, mənim etibarımdan sui-istifadə edərək, adıma Şirkətlər açıblar, həmin Şirkətlərin qanunsuz əməllərinə görə onlar barəsində məhkəmə qərraı ilə külli miqdarda cərimə təyin edilib, vergi orqanının qərarı ilə külli miqdarda vergi hesablanıb. İndi həmin cərimələr icra məmuru tərəfindən məndən tələb edilir. Şirkətlərin qanuni təmsilçisi kimi mənim həmin Şirkətlərin fəaliyyətini dayandırmaq və Şirkətlər barəsində qəbul edilmiş cərimə qərarlarından şikayət vermək hüququm vardır. Lakin təsis sənədləri məndə olmadığına görə bunları edə bilmirəm. Mən təsisçi olduğum həmin Şirkətlərin təsis sənədlərini, ASAN imza sertifikatını və möhürünü necə əldə edə bilərəm?
29/12/2020 Read: 102 Average count: 3

Bildiririk ki, kommersiya qurumunun sənədlərin surəti şəklində dövlət reyestrindən çıxarışın alınması üçün sərbəst formada müraciət ərizəsi və dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd (dövlət orqanları və hüquqi şəxsin təsisçiləri istisna olmaqla) ilə ərazi prinsipi nəzərə alınmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edilməlidir. Bu xidmətin icra müddəti 15 gün müəyyən edilmişdir.

Eyni zamanda, bildiririk ki, rəhbər dəyişikliyinin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 iş günündən gec olmayaraq vergi orqanına “Kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatı haqqında ərizə”, yeni rəhbərin təyin olunması barədə təsisçinin qərarı və yeni rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti ilə müraciət edilməlidir. Dəyişiklikdən sonra yeni təyin edilmiş rəhbər tərəfindən yeni ASAN imza sertifikatı əldə edilməlidir.

Əsas: Azərbaycan Respublikasının 12.12.2003-cü il tarixli, 560-IIQ nömrəli “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun 9.1-ci və 9.2-ci maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Əliyeva Ruhiyye Əzizağa qu***@mail.ru ID: 3501
1803852312 bu VÖENi mən ləğv etdirmişdim, bilmək istəyirəm aktivdir bu VÖEN yoxsa yox?
29/12/2020 Read: 139 Average count: 5

Bildiririk ki, 29 dekabr 2020-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Əliyeva Ruhiyyə Əzizağa qızının  (VÖEN 1803852312) fəaliyyəti aktivdir. 

Məlumat üçün bildiririk ki, vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

5/5 (2 Average count)
Qiymət ver:
Həsən Salayev Ədalət he***@gmile.com ID: 3732
Salam. Mən 15.07.2016 cı il tarixindən etibarən özümə məxsus olan vöenimi 5 il muddətinə bağlatdırmışam. 25.12.2020 ci il tarixində məlumatım olub ki, vöenim əsasında 17.02.2017 və 30.03.2017 ci il tarixində Azərtürk bankda adıma mənim xəbərim olmadan hesab açılıb. Bu necə ola bilər? Zəhmət olmasa, bu barədə məni məlumatlandırmanızı xahiş edirəm.
28/12/2020 Read: 62 Average count: 0

Bildiririk ki, şəhadətnamə-dublikatın alınması üçün “Bankda hesab açılması məqsədilə şəhadətnamə-dublikatın alınması üçün ərizə” forması kağız və ya elektron qaydada vergi orqanına göndərilir. 

Dövlət Vergi Xidməti ilə müvafiq kommersiya bankı arasında elektron sənəd mübadiləsinin aparılması nəzərdə tutulduğu hallarda, şəhadətnamə-dublikatın məlumatlarının banka ötürülməsi və onun bildiriş hissəsinin məlumatlarının bankdan qəbul edilməsi elektron informasiya ötürücülərindən istifadə etməklə aparılır. Bu zaman vergi ödəyicisinə şəhadətnamə-dublikat kağız daşıyıcısında təqdim olunmur.

Bankda hesabın açılması proseduru isə Dövlət Vergi Xidməti tərəfindən tənzimlənmədiyi üçün aidiyyəti üzrə qeyd etdiyiniz banka və ya Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Eldar Bədirli Elxan el***@ceprovider.az ID: 3731
ƏDV geri qaytarılması haqda müraciətdə bu qeyd olunub. Təqdim edilən çek risk qrupuna aid edildiyindən xüsusi nəzarətə götürülərək təqdim olunma günündən 30 gün müddətində yoxlanıla bilər. Amma 30 gün keçməsinə baxmayaraq geri bildiriş yoxdur.
28/12/2020 Read: 75 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Aliyev Vaqif o. na***@gmail.com ID: 3730
Salam. edvgerial.az saytında qeydiyyatdan keçib müəyyyən alacağım məbləğ toplamışdım. Lakin, bu yaxınlarda dedilər, portal artıq işlək deyil və yalnız mobil tətbiq üzərindən işləyir. Mən mobil tətbiqini yüklədim (IBA). Məlum oldu ki, əvvəlki toplanmış balans tətbiqdə əks olunmur və geri alınması mümkün deyil. Xahiş edirəm əvvəlki portalda toplanmış balansın geri alması yolunu izah edəsiniz. Çox sağ olun!
28/12/2020 Read: 60 Average count: 0

Bildiririk ki, edvgerial.az portalından https://edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və https://edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Elçin Quliyev el***@mail.ru ID: 3729
Salam, mənim sualım budur ki, mədən vergisi gəlirdən çıxılan xərclərə aid edilirmi? 119-cu maddədə məhdudlaşdırılmayan gəlirlərdən çıxılmalara aid edilir?
28/12/2020 Read: 90 Average count: 5

Bildiririk ki, hesablanmış mədən vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir və bəyannamənin müvafiq xərclər bölməsində qeyd olunur.

Əsas: Vergi Məcəlləsinin 119-cu, 217.4-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Ruslan ru***@list.ru ID: 3728
Salam, mən VÖEN almag istəyirəm. Düz 15 gündür onlayn müraciət edirəm və sistemdə rezerv sözü yazılıb. Mən kimə müraciət edim? Xahiş edirəm, mənə kömək edəsiniz.
28/12/2020 Read: 52 Average count: 0

Bildiririk ki, "Fiziki şəxsin uçotu haqqında Ərizə"ni vergi orqanına təqdim etməklə vergi uçotuna alına bilərsiniz. Uçota alınma ödənişsiz həyata keçirilir. Uçota alınma ASAN xidmət mərkəzlərində, ASAN xidmət mərkəzlərinin olmadığı şəhər və rayonlarda isə vergi ödəyicilərinə xidmət mərkəzlərində həyata keçirilir. 

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Elnur Atakişiyev At***@gmail.com ID: 3727
Mən öz yasayış yerimdə, ikinci mərtəbədə fiziki şəxs kimi qeydiyyatdan keçib, uşaq bağçası açmaq istəyirəm. Bu zaman hansı fəaliyyət kodu ile qeydiyyatdan keçməliyəm və hansı vergi ödəyicisi olmalıyam?
28/12/2020 Read: 99 Average count: 0

Bildiririk ki, məktəbəqədər təhsil müəssisəsi – məktəbəqədər təhsilin dövlət standartlarına uyğun olaraq məktəbəqədər yaşlı uşaqların təlim-tərbiyəsini, əqli, fiziki, mənəvi inkişafını və ümumi təhsilə hazırlığını həyata keçirən təhsil müəssisəsi hesab olunur.

Göründüyü kimi. qeyd olunan fəaliyyətin fiziki şəxslər tərəfindən həyata keçirilməsi qanunvericikdə nəzərdə tutulmamışdır.

Eyni zamanda, Azərbaycan Respublikasında dövlət məktəbəqədər təhsil müəssisələri istisna olmaqla, məktəbəqədər təhsil müəssisəsinin təhsil fəaliyyəti “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verilmiş lisenziya əsasında həyata keçirilir.

Bu barədə ətraflı məlumat almaq üçün Təhsil Nazirliyinə və lisenziyalaşdırma sahəsində xüsusi səlahiyyətli orqan olan İqtisadiyyat Nazirliyinə (195 nömrəsini yığdıqdan sonra 2 düyməsini sıxmaqla) müraciət etməyinizi tövsiyə edirik.

Əsas: "Məktəbəqədər təhsil haqqında" Azərbaycan Respublikasının 14 aprel 2017-ci il 585-VQ saylı və “Lisenziyalar və icazələr haqqında”Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli 176-VQ nömrəli Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Hüsniyyə Ağasıyeva hu***@gmail.com ID: 3726
Salam. Geyim məhsullarına ƏDV təyin olunubmu? Olunubsa, niyə Sumqayıtda heç bir geyim mağazasında ƏDV verilmir?
27/12/2020 Read: 72 Average count: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

0/5 (0 Average count)
Qiymət ver:
Quliyev Sərxan se***@gmail.com ID: 3724
Noyabrın 25-ində mağazaların birindən 2067 azn elektron avadanlıqlar aldım və mənə çek verildi. Müvəkkil bankın proqramı vasitəsi ilə qr kod vasitəsi ilə həmin çek sistemə vuruldu. Lakin, 1 aydan çox vaxt keçməsinə baxmayaraq qaytarılacaq 47.30 azn ƏDV hələ də gözləmə mövqeyindədir. Bu ƏDV nə vaxt qaytarılanlar siyahısına düşəcək? Fiskal ID: 5zuEYmBaiokJ
27/12/2020 Read: 91 Average count: 5

Müraciətinizdə qeyd olunan çek üzrə ƏDV-nin müəyyən olunmuş hissəsinin geri qaytarılması təmin edilmişdir.

5/5 (1 Average count)
Qiymət ver:
Emil Xuduzadə em***@gmail.com ID: 3723
Amerikadan 500 dollar dəyərində gətirilən elektron avadanlıq, misal üçün kompüter üçün nə qədər vergi tutulur?
27/12/2020 Read: 82 Average count: 0

Bildiriri ki, idxal zamanı vergitutma prosedurları, habelə gömrük rüsumları barədə daha ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Dövlət Gömrük Komitəsinin 195-6 Çağrı Mərkəzinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
Ziba Məmmədova Malik qızı ra***@mail.ru ID: 3722
Mən səhvən ƏDV vasitəsi ilə başqa adama kontur yükləmişəm. Onu necə geri qaytara bilərəm?
27/12/2020 Read: 88 Average count: 0

Qeyd olunan hal üzrə müvəkkil bank olan “KapitalBank” ilə əlaqə saxlamağınız (012 196) tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Əhmədov Abduləhəd ah***@mail.ru ID: 3720
"Kontinent inşaat" şirkətində çalışıram. Axırıncı Şabran layihəsindən sonra bizi işin azalması və pandemiya ilə əlaqədar buraxdılar. Təkcə oktyabr ayı üçün məvacib almışam. Pandemiya ilə əlaqədar cənab Prezidentin sahibkarlara maddi dəstək və özəl sektorda çalışan muzdlu işçilərə orta aylıq əmək haqqının müəyyən miqdarı qədər verilməsi nəzərdə tutulub. Sizdən bu barədə məsləhət almaq istəyirəm.
27/12/2020 Read: 56 Average count: 0

Bildiririk ki, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır: 
Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur.
İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. 

Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Nicat Həmidov Nazim bo***@gmail.com ID: 3719
Ədvgerial saytı işləmir.
27/12/2020 Read: 71 Average count: 0

Bildiririk ki, edvgerial.az portalından https://edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və https://edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidləri vasitəsilə istifadə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nurullayeva Nüşabə Müşfiq kızı nu***@gmail.com ID: 3718
Salam, mən 2 cür sığorta ödəməliyəm: DSMF və illik gəlir vergisi. Bildiyimə görə DSMF üzrə hər 3 ayda bir (1 rüb) vergi bəyannaməsi tərtib etməliyəm, bəs illik gəlir üzrə bəyannamə necə olmalıdır və illik yoxsa rüblük göndərilməlidir (111130)? Hansı programla? Cavabınızı görə əvvəlcədən çox sağ olun.
27/12/2020 Read: 132 Average count: 0

Bildiririk ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir. 

Eyni zamanda, cari vergi ödəmələri rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Həmçinin, “Sosial sığorta haqqında” Qanunun 14.5.1-1-ci maddəsində göstərilən fiziki şəxslər istisna olmaqla, sosial sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə Dövlət Vergi Xidmətinə hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir. Bu səbəbdən qeyd olunan şəxs hər rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nı vergi orqanına təqdim etməlidir.

Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Leyla Əlizadə Elsevər qızı le***@2017gmail.com ID: 3717
Salam. Sual 1.Bəyannamə təqdim etməyi öyrənmək üçün öyrədici vəsait və ya keçid qeyd edə bilərsinizmi? Sual 2. Vergi Məcəlləsinə görə loru dildə desək YDM-lər tərəfindən verilən kassa çeklərinin ƏDVsinin 10-15 faizi geri alına bilməz. Lakin tibbi xidmətlər zamanı da ƏDV-ni geri almaq olmur. Özəl xəstəxanalar ƏDV geri almaq üçün çeklər verməlidir ?
27/12/2020 Read: 77 Average count: 5

Cavab 1. Bəyannamələrin formaları və doldurulması qaydaları ilə səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən tanış ola bilərsiniz. Bəyannamələrin elektron göndərilməsi ilə bağlı təlimatlarla İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

Cavab 2. Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət (neft və qaz məhsulları istisna olmaqla) və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

5/5 (1 Average count)
Qiymət ver:
Nərminə Nəbiyeva Mahir na***@gmail.com ID: 3716
Bank kartı blok olunub. Səbəbini necə öyrənə bilərəm?
26/12/2020 Read: 89 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanının hüququ hesab olunur. Bu hüquqdan istifadə edilən zaman kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında sərəncam verilir.

Vergi orqanının vergilər üzrə borcların, faizlərin və maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması haqqında sərəncamı bir neçə bank və ya kredit təşkilatına verildikdə və bu zaman vergilər üzrə borclar, faizlər və maliyyə sanksiyaları vergi ödəyicisinin hər hansı milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alındıqda və ya dondurulduqda, vergi orqanı digər banklara və ya kredit təşkilatlarına verilən sərəncamların dərhal geri qaytarılmasını təmin edir.

Müraciətinizlə bağlı əratflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya qabaqcadan onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Digər hallarda, bank kartınızdan istifadə ilə bağlı müştərisi olduğunuz banka müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 23.1.7-ci, 60-cı və 65-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver: