Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Rəşad Əliyev Rüstəm oğlu rr***@gmail.com ID: 3796
Salam. Mənin Vöen im 1200228242. Peniyanın təsnifat kodunu öyrənmək istərdim.
05/01/2021 Read: 42 Average count: 0

Bildiririk ki, qeyd etdiyiniz halda, onlayn və ya nağdsız qaydada 123420 - Sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanmasından daxilolmalar kodu ilə ödənişi həyata keçirə bilərsiniz.

Ətraflı məlumatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sadıxov Səməd Zakir oğlu sa***@mail.ru ID: 3795
Mən dekabr ayının sonu iri məbləğdə alış atmişdim və EDV-nin geri qayıtması üçün müraciət etdim. Həmin ceklərin məndə olduğu halda bəzi ceklərdə EDV-nin geri qaytarılması üçün müraciətin olduğu bildirilmişdir. Həmin cekləri təqdim etməklə ƏDV-nin qaytarılması barədə sorğunun ləgv edilərək mən tərəfdən müraciətimə baxılması mümkündürmü?
05/01/2021 Read: 53 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ələsgər Məmmədli Əhməd el***@yahoo.com ID: 3793
ASAN İmza sertifikatının daha 3 il müddətinin uzadılması zəruridir. Mən 0502256564 nömrəli telefonla son 3 ildə asan imzadan istifadə etmişəm. Dekabrın sonu müddət bitib. 1 yanvar 2021-də əlavə 18 manat ödəniş etsəm də sertifikat aktivləşməyib. Onu aktivləşdirməliyəm. Nə edim? (Asan xidmətə müraciət etsəm də orda son 10 gün üçün növbə yoxdur) Sizə hara müraciət edə bilərəm? Nə zaman?
05/01/2021 Read: 73 Average count: 3

“Asan İmza” xidmətinin müddəti bitdikdən sonra aid olduğunuz mobil operatora fiziki olaraq müraciət edilir. “Asan İmza” nömrəsinin dublikatı əldə edilir və xidmət
növbəti 3 il müddətinə aktivləşdirilir. Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə ASAN xidmət və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat müraciət zamanı çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

“ASAN xidmət” mərkəzlərində vətəndaşların qəbulu "ASAN xidmət" mobil tətbiqi, www.asan.gov.az saytı və 108 Çağrı Mərkəzi vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Vergi ödəyicilərinə xidmət mərkəzlərində isə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

3/5 (2 Average count)
Qiymət ver:
Süleyman Zeynalov ze***@mail.ru ID: 3792
Mən bilmək istəyirəm ki, bir VÖEN-lə birdən artıq iaşə obyekti işlətmək olarmı? Yəni tutaq ki, bir mağazam var, ikincisini açmaq istəyirəm. Həmin VÖEN-lə mümkündürmü bu?
05/01/2021 Read: 82 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından  kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır. 

Vergi ödəyicisinin təsərrüfat subyektlərinin sayından asılı olmayaraq, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dəyişmir və eyni VÖEN-lə bir neçə iki və daha çox təsərrüfat subyektinin (obyekti) olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Vergi ödəyicisi təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınması üçün “Vergi ödəyicisinin filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə vergi uçotuna alınması haqqında ərizə” forması doldurulur. Ərizəyə təsərrüfat subyektinin bu fəaliyyətin yerinə yetiriləcəyi ünvanı təsdiq edən sənədin (mülkiyyət hüququnu təsdiq edən sənədin, icarə müqaviləsinin və ya qanunvericiliklə nəzərdə tutulmuş digər sənədin) surəti əlavə edilir.Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “Elektron Xidmətlər” altbölməsindəki “Vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektinin) onlayn qeydiyyatı”  elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Xalid Zalov Cavad oğlu xa***@gmail.com ID: 3790
Zavodun əsas fəaliyyəti emal sənayesidir. Bu fəaliyyətin göstərilməsi üçün zavodun əsas və köməkçi sahələri mövcuddur. Bu sahələrlə yanaşı zavodun “Tibb xidməti” sahəsi də mövcuddur. “Tibb xidməti” sahənin əsasnaməsinə əsasən tərkibi rəis, həkim və tibb bacısından (qardaşı) ibarətdir. Funksiyası isə müəssisə daxilində müalicə-diaqnostika prosesinin keyfiyyətini və xəstələrin müayinə, müalicə və qulluğu üzrə tibb xidmətinin qurulmasını təmin etmək, müalicə-diaqnostika prosesinin vəziyyətinin planlı və plandankənar yoxlamalarını aparmaq, onların nəticələrinə görə çatışmazlıqların aradan qaldırılması üzrə zəruri tədbirlər görmək və s. ibarətdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq Tibb xidməti sahəsinə çəkilən (əmək haqqı, işıq, su, əsas vəsaitlərin amortizasiyası, tibbi ləvazimatların alınmasına çəkilən məsrəflər və digər) xərclərin gəlirdən çıxılan (və ya çıxılmayan) xərc kimi nəzərə alınması barədə şərh verməyinizi Sizdən xahiş edirəm.
05/01/2021 Read: 93 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 108-ci maddəsinə əsasən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirin əldə edilməsi ilə bağlı olan bütün xərclər, həmçinin qanunla nəzərdə tutulmuş icbari ödənişlər gəlirdən çıxılır.

Eyni zamanda, Vergi Məcəlləsinin 109-cu maddəsinə əsasən qeyri-kommersiya fəaliyyəti ilə bağlı olan xərclərin gəlirdən çıxılmasına yol verilmir. 

Qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan "Tibb xidməti" sahəsinin gəlirdən çıxılan xərclərə aid edilib-edilməməsinin müəyyən edilməsi üçün, müəssisəsin və nəzdində olan tibb xidməti sahəsinin fəaliyyət xarakteri haqda ətraflı məlumatları qeyd etməklə, rəsmi qaydada Dövlət Vergi Xidmətinə və ya qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

5/5 (1 Average count)
Qiymət ver:
Nigar Abbasova ni***@inbox.ru ID: 3789
Vahid bəyannaməni tərtib etmişəm. Yoxla düyməsini basdıqdan sonra onun vəziyyəti «emal gözləyir». Əməliyyat xanası isə boşdur. Ona görə bəyannaməni imzalıyıb göndərə bilmirəm, bəyannamə qaralamalar bölməsində qalır. Nə etməliyəm?
05/01/2021 Read: 91 Average count: 3

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Elçin Seyidov Səbuhi se***@list.ru ID: 3540
Mən 3-cü qrup əliləm. Mən sahibkarlıq fəaliyyəti ilə məşğul olduqda, hansı vergi güzəştləri nəzərdə tutulur?
05/01/2021 Read: 223 Average count: 5

Bildiririk ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı qərarına əsasən mikro sahibkarlıq subyektləri dedikdə işçilərinin orta siyahı sayı 1-10 nəfər, illik gəliri 200 min manat və az olan sahibkarlıq subyektləri nəzərdə tutulur.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olan əlilliyi olan şəxslər üçün vergi qanunvericiliyində hər hansı xüsusi güzəşt və ya azadolma nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 33-cü, 101-ci, 220-ci maddələri, Nazirlər Kabinetinin 21 dekabr 2018-ci il tarixli 556 saylı “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”nın təsdiq edilməsi haqqında Qərarı.

 

5/5 (4 Average count)
Qiymət ver:
Nihad Bağırzadə Aydın oğlu ni***@gmail.com ID: 3503
Salam, mənim VÖEN-im dondurulub. Bilmək istərdim, VÖEN aktivdir ya dondurulub. Bir də VÖEN şəhadətnaməni itirmişəm, onu necə əldə edə bilərəm?
05/01/2021 Read: 159 Average count: 5

Bildiririk ki, 5 yanvar 2021-ci il tarixə Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən vergi ödəyicisi Bağırzadə Nihad Aydın oğlunun (VÖEN 6401249552) fəaliyyəti aktivdir. 

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

5/5 (4 Average count)
Qiymət ver:
Orxan Həmidov Ədalət Or***@mail.com ID: 3787
Salam. Birinci karantində 250 manat yardımı almışdım. Bu dəfə ödəniş olmayıb, mənim hesab kartıma bütün iş yoldaşlarım alıb, məndən başqa xahiş edirəm mənə kömək göstərin.
05/01/2021 Read: 47 Average count: 0

Bildiririk ki, pandemiyanın iqtisadiyyata mənfi təsirlərini azaltmaq istiqamətində sahibkarlara göstərilən 4-cü maliyyə dəstəyi iki istiqamət üzrə aparılır: 
Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur.
İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.
məkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. 
Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 
İqtisadiyyat Nazirliyi tərəfindən pandemiyadan zərər çəkmiş sahələrdə əmək müqaviləsi əsasında çalışan muzdlu işçilərin, eləcə də maliyyə dəstəyi alacaq fərdi sahibkarların siyahısı Maliyyə Nazirliyinə təqdim edilmişdir. Maliyyə Nazirliyi və agent banklar tərəfindən maliyyə dəstəyinin bank hesablarına köçürülməsi təmin edilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Əlizadə Muxtar Əlibaba al***@gmail.com ID: 3534
Sərt karantin rejimi ilə əlaqədar onlayn satış, malların çatdırılmasını həyata keçirmək istəyirəm. Mağazanı açmadan internet və ya telefonla sifariş qəbul ediləcək. Bunun üçün vergi uçotunda nə isə dəyişiklik edilməlidirmi?
05/01/2021 Read: 173 Average count: 4

Bildiririk ki, uçota alınarkən vergi orqanına təqdim etdiyiniz ərizədəki fəaliyyət növünün dəyişdirilməsi üçün yeni fəaliyyət növünü müvafiq xanada qeyd etməklə qeydiyyatda olduğunuz vergi orqanının əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə müvafiq ərizə forması ( “Fiziki şəxsin vergi uçotu haqqında ərizə”) təqdim olunmalıdır.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda isə Vergilər Nazirliyinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz. Bu barədə ətraflı məlumatı səhifəmizin “Elektron Xidmətlər” bölməsindəki ““Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi”elektron xidmətləri üzrə inzibati reqlamentlər vasitəsilə əldə edə bilərsiniz.

İqtisadi fəaliyyət növlərinin təsnifatı ilə səhifəmizin "Bir pəncərə" bölməsində tanış ola bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Vergilər Nazirliyinin Kollegiyasının 07.10.2013-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Fiziki şəxsin uçot məlumatlarının onlayn dəyişdirilməsi” elektron xidməti üzrə inzibati reqlament

4/5 (4 Average count)
Qiymət ver:
Rima Hacıyeva es***@gmail.com ID: 3523
Salam. 08.12.2020 tarixində Yasamal rayonu ərazisində yerləşən Green Price adlı getim dükanından 56.97 AZN dəyərində alış-veriş etdim. Kassirdən ƏDV çeki tələb etdim. Mənə "onsuz da yüklənməyəcək" dedi. Mən yenə də çeki götürdüm. Göstərilən müddət dolduqdan sonra təxminən 3 saat sonra qəbzi ƏDV herial portalında yüklədim (BirBank sistemi vasitəsi ilə). Lakin vergi yüklənmədi .qeyd olundu ki, ədv ödəyicisi deyil. Qəbzin üzərində ƏDV 2 faiz göstərilib-1.14 AZN. Bu vəziyyətin izah olunmasını xahiş edirəm. Əgər vergidən yayınma halı varsa pozulmuş hüquqlarımın bərpa olunmasını xahiş edirəm. Fiscal İD: 9QAPyTL157g5
05/01/2021 Read: 199 Average count: 4

Bildiririk ki, ƏDV ödəyici olmayan satıcılar tərəfidən satılan mal və xidmətlərə ƏDV hesablanmadığından, ƏDV-nin qaytarılması mümkün deyil. Belə ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Əsas: Vergi Məcəlləsinin 50.8-ci, 165.5-ci maddələri və Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası". 

 

4/5 (8 Average count)
Qiymət ver:
Soltan Soltanov so***@mail.ru ID: 3511
Salam. Mən ƏDV ilə bağlı sual vermək istəyirəm. Məndə çek var 1941 azn. Kompüter almışam "Kontakt Home"-dan. Amma artıq 7-8 gündür ki, onu yükləyə bilmirəm. Çox xahiş eləyirəm, mənə kömək edəsiniz.
05/01/2021 Read: 193 Average count: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver:
Rizvan Əkbərov Ağa ri***@mail.ru ID: 3537
Salam. Mən özümə şirkət acmaq istəyirəm. Necə köməklik edə bilərsiniz? Hara müraciət edə bilərəm?
05/01/2021 Read: 181 Average count: 5

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

5/5 (5 Average count)
Qiymət ver:
Cəbrayılov Ağabala Asif ab***@mail.ru ID: 3786
Mən 1 noyabr 2018-ci ildən sentyabr 2020-ci ilədək Sapphire hotel MMC-də bellboy vəzifəsində işləmişəm. Pandemiyaya görə otel bağlandı, amma hələ də rəsmi işçi idim. Sahibkarlara Dövlət dəstəyi olunanda mənə heç bir ödəniş verilmədi. Nə qədər tələb etsəm də deyildi ki, sənin adına dövlət tərəfdən yardım köçürülməyib. Mən bu halın araşdırılmasını istəyirəm.
04/01/2021 Read: 50 Average count: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlı dövlət dəstəyi proqramı çərçivəsində sahibkarlara ödənilən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır.

Müraciətinizin araşdırılması üçün internet səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə müraciət etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 3781
Salam. Məlum olduğu kimi sahibkarlar elektron hökumət portallarından istifadə etmək üçün ASAN imza nömrələrindən istifadə edir və bu istifadəyə görə haqq ödəyir. Sualım ondan ibarətdir ki, nəyə görə bu xidmətə görə sahibkarlara e -qaimə faktura təqdim edilmir? Təşəkkür edirəm.
04/01/2021 Read: 62 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 16.1.11-6.1-cı, 16.1.11-6.2-ci, 16.1.11-6.3-cü maddələrində sadalanan şəxslər istisna olmaqla, digər şəxslər tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə malların (işlərin, xidmətlərin) təqdim edilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş qaydada elektron qaimə-faktura vermək bütün vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir.

Bu səbəbdən qeyd etdiyiniz halda, mobil operatorlar tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərə təqdim olunan Asan imza xidmətinin göstərilməsi ilə bağlı elektron qaimə-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 16.1.11-6-cı və 71-1-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Ramil Axundov ra***@gmail.com ID: 3779
Sumqayıt ş. Tagıyev qəsəbəsi Qayalı market nağdsız alışları nağd kimi qeydiyyatdan keçirir və bundan əlavə də ƏDV çekləri kassa tərəfindən verilmir. Xahiş edirik, tədbir görəsiniz.
03/01/2021 Read: 91 Average count: 0

Bildiririk ki, pərakəndə ticarət və (və ya) ictimai iaşə fəaliyyəti üzrə nağd pul hesablaşmalarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən meyarlara cavab verən və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə real vaxt rejimində qoşulmuş nəzarət-kassa aparatı vasitəsi ilə həyata keçirmək vergi ödəyicisinin vəzifələrinə aid edilmişdir. 

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Bu isə o deməkdir ki, bu cür ödənişlər yeni nəsil, yəni Dövlət Vergi Xidmətinin elektron informasiya sisteminə real vaxt rejimində qoşulan nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməlidir. Yeni nəsil kassa aparatlarının quraşdırılması Nazirlər Kabinetinin 14 fevral 2019-cu il tarixli 52 saylı Qərarı ilə müəyyən edilmiş qrafikə əsasən, 2019-cu ilin 2-ci rübündən başlayaraq 2022-ci ilin 31 dekabr tarixinədək mərhələli şəkildə həyata keçirilir. Hazırda bu proses nəzərdə tutulan qrafik üzrə davam edir. 

Eyni zamanda bildiririk ki, qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 16.1.9-cu, 50.8-ci, 165.5-ci maddələri, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 21 mart tarixli Fərmanı ilə təsdiq edilmiş "Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması Qaydası" 

0/5 (0 Average count)
Qiymət ver:
Atakişiyev Cavid Ehmal ca***@gamil.com ID: 3775
Müraciətim ədv ilə bağlıdır 1 ay keçməsinə baxmayaraq ödənilməyib. İD:BU3Yv3CqJoXa
03/01/2021 Read: 45 Average count: 0

Bildiririk ki, qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir.

0/5 (0 Average count)
Qiymət ver:
Həmidov Orxan Ədalət Or***@mail.com ID: 3774
Salam. Müraciətim pandemiya ilə bağlıdıt. Xahiş edirəm bir köməklik edin. İş yoldaşlarım hamısı alıb məndən başqa. Birinci karantində 2 dəfə almışam 250 manat. Bu dəfə kartıma köçmədi. Köməklik göstərin.
03/01/2021 Read: 40 Average count: 0

Bildiririk ki, hazırki mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmur, müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülür.

0/5 (0 Average count)
Qiymət ver:
Natiq Cəfərov na***@inbox.ru ID: 3773
Salam. Vergi ödəyicisi olan sahibkar həm də işçi çalışarsa, o zaman hər iki mənbədən icbari sığorta hesablanmalıdır? Həm işçi, həm də fərdi sahibkar üçün icbari tibbi sığortanın hesablanması həyata keçirilməlidir? Bu necə olur? DSMF-da əlir oaln aylar üzrə ödəniş edirsən. Bəs nə üçün 1 ay iş fəaliyyətim olursa niyə 3 ay üçün tibbi sığorta ödəməliyəm? Hazırda ölkədə minimum aylıq əməkhaqqının məbləği 250-dır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər həmin məbləğin 4%-i, yəni aylıq 10AZN (250*4%=10) icbari tibbi sığorta haqqı ödəməlidirlər.
03/01/2021 Read: 62 Average count: 0

Bildiririk ki, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.2.2-ci maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əsasən sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatlarının müvəqqəti dayandırıldığı hallar istisna olmaqla, vergi ödəyicisi kimi vergi uçotuna alınmış fiziki şəxslər (fərdi sahibkarlar, xüsusi notariuslar, vəkillər kollegiyasının üzvləri) sığortalı qismində özləri çıxış edirlər.

Qanunun 15-10.1.3-cü maddəsinin müddəalarına əsasən bu Qanunun 15-2.2.2-ci maddəsində nəzərdə tutulmuş sığortaolunanlar üzrə – minimum aylıq əməkhaqqının 4 faizi məbləğində icbari tibbi sığorta üzrə sığorta haqları müəyyən edilir.

Eyni zamanda bildiririk ki, icbari tibbi sığorta üzrə sığorta haqları şəxsin fəaliyyəti üzrə gəlir əldə etmədiyi dövrlər üzrə hesablanmır.

Əsas: “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2-ci və 15-10-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Yadigar Babayev Səbuhi ya***@mail.ru ID: 3770
Salam mən Babayev Yadigar Səbuhi oğlu. Mən telefonumda Taxmanat programını yükləmişəm. Edvgerial ceklerle 178 manat toplamısam. Ama çənim bu programdan qeydiyyatdan kecmemisem. İndi balandaki pulu nece elde ede bilerem cox xahis edirem mənə köməklik edin. Anamda 1 grup elildi derman almaliyam hesabdan nece elde ede bilerem pulu
02/01/2021 Read: 42 Average count: 0

Bildiririk ki, vətəndaşlar ticarət və ictimai iaşə obyektlərində ödəmələr zamanı hesablanmış ƏDV məbləğinin qaytarılması üçün ə edvgerial.kapitalbank.az/ (Bir Bank tətbiqi) və edvgerial.ibar.az/az (IBA Mobile tətbiqi) keçidlərindən və mobil tətbiqlərdən istifadə edə bilərlər. 

Vətəndaşlar digər yaradılmış müxtəlif tətbiqlərdən istifadədə diqqətli olmalı, həmin tətbiqləri telefonlara yükləyərkən onların yaradılma məqsəd və şərtləri ilə tanış olmalıdırlar.

0/5 (0 Average count)
Qiymət ver: