Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Əliyev Rəhim Aydın 99***@gmail.com ID: 3896
Salam, mən keçən ay ƏDV çeki vurmuşam. Çek təsdiqlənib, lakin balansa oturmayıb.
14/01/2021 Read: 68 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Saleh Yusifli Gülağa wa***@mail.ru ID: 3895
Salam. Mən ətir dükani açmaq istəyirəm icarəyə götürüb. Mən və 1 satıcı olacaq. Vergi və aylıq sosiala filan nə qədər pul ödəyəcəm? Yeni sahibkarlar vergidən 1-2 il azaddır, bu doğrudur? Və ya yeni sahibkarlar üçün hansı güzəştlər olur? Satıcı işə götürsəm əgər onun üçün aylıq nə qədər dövlətə ödəməliyəm? Özüm üçün nə qədər ödəməliyəm? Bütün xərcləri yaza bilərsiniz? Zəhmət olmasa bütün sualları cavablandıra bilərsiniz? Təşəkkürlər.
14/01/2021 Read: 103 Average count: 0

Bildiririk ki, ticarət fəaliyyəti ilə məşğul olan şəxslər fəaliyyətə başladığı günədək vergi orqanına ərizə verməklə vergi ödəyicisi kimi uçota alınmalı və həmin fəaliyyətdən əldə etdiyi gəlirlər üzrə tətbiq edilən vergitutma sistemindən (sadələşdirilmiş vergi və ya gəlir vergisi) asılı olaraq müvafiq vergiləri hesablayıb dövlət büdcəsinə ödəməlidir.

Belə ki, həmin fiziki şəxs tərəfindən sadələşdirilmiş vergitutma sistemi seçildiyi halda ticarət fəaliyyətindən əldə edilən gəlirlərdən (ümumi hasilatdan) xərclər çıxılmadan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanıb dövlət büdcəsinə ödənilir. Sadələşdirilmiş vergisi üzrə hesabat dövrü rübdür. Sahibkarlıq fəaliyyəti çərçivəsində malların (işlərin, xidmətlərin), habelə əmlakın təqdim olunması ilə məşğul olan və vergi orqanında sadələşdirilmiş vergi ödəyicisi kimi uçota alınan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər (Vergi Məcəlləsinin 218.4-cü maddəsində göstərilən şəxslər istisna olmaqla) hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.

Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Bunlarla yanaşı, ticarət sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs (sorğunuzda Sizin) tərəfindən ölkə üzrə müəyyən olunmuş minimum aylıq əmək haqqının (250 manat) 25 faizi miqdarının Bakı şəhərində 100 faizi, Sumqayıt və Gəncə şəhərlərində 90 faizi, digər şəhərlərdə 80 faizi, rayon inzibati ərazi vahidlərinin inzibati mərkəzi olan inzibati ərazi vahidlərində və qəsəbələrdə 60 faizi, kənd yerlərində 50 faizi miqdarında hər ay məcburi sosial sığorta haqqı hesablanıb ödənilməlidir.

Müraciətinizin muzdlu işlə əlaqədar əldə edilən gəlirdən ödənilən gəlir vergisinə aid edildiyi halda bildiririk ki, 1 yanvar 2019-cu il tarixdən qanunvericiliyə edilmiş dəyişikliyə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektorunda işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda vergi 0 faiz, 8000 manatdan çox olduqda 8000 manatdan çox olan məbləğin 14 faizi məbləğində müəyyən edilir.

Həmin şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manat və az olarsa məbləğin 3 faizi, 200 manatdan çox olduqda isə 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur.  İşəgötürən tərəfindən isə işçinin sığorta haqqına cəlb edilən aylıq gəlirinin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır 

Həmçinin, sığortaedən (işəgötürən) tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi həcmində, sığortaolunan (işçi) tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizi həcmində işsizlikdən sığorta haqqı hesablanaraq ödənilməldir.

İşçinin əməkhaqqının 8000 manata qədər olan hissəsindən 1%, 8000 manatdan yuxarı olan hissəsindən 0.5 faizi həcmində. 1 yanvar 2022-ci ildən etibarən bu sektor üzrə işəgötürən və işçilərdən əməkhaqqının 8000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqı tutulması müəyyən olunub.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101-ci, 102-ci, 124-cü, 220-ci və “Sosial sığorta haqqında”, “İşsizlikdən sığorta haqqında” və  “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları.

0/5 (0 Average count)
Qiymət ver:
Nərminə Nəbiyeva Gahangir ne***@gmail.com ID: 3894
Salam. VÖEN-i olan şəxs vəfat etdikdə nə etməli? Və vəfat etmiş şəxs notariat qaydada mənə bütün sənəd işlərilə məşğul olmağı mənə həvalə etmişdi, o vəfat edəndən sonra mən nə etməliyəm? Ölüm kağızıyla birgə vergi idarəsinə yaxınlaşmalıyam?
14/01/2021 Read: 106 Average count: 0

Vergi Məcəlləsinin 34.7.3-cü maddəsinə əsasən fiziki şəxsin uçotdan çıxarılması aşağıdakı hallarda mümkündür:

Fiziki şəxsin fəaliyyətinə xitam verildikdə;

Fiziki şəxs məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş, itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda;

Fiziki şəxs vəfat etdikdə.

Fiziki şəxs vəfat etdikdə - ölüm haqqında şəhadətnamə və vergi ödəyicisinin uçota alınması barədə fiziki şəxsin vergi uçotu haqqında şəhadətnamənin (vergi orqanından təhvil götürüldüyü halda) əsli vergi orqanına təqdim edilməlidir. Fiziki şəxsin varisi (himayəçisi və ya qəyyumu) olmadıqda və fiziki şəxsin uçotu haqqında şəhadətnamə tapılmadıqda onun vergi uçotundan çıxarılması üçün fiziki şəxsin uçotu haqqında şəhadətnamənin vergi orqanına təqdim edilməsi tələb edilmir.

Əsas: Vergi Məcəlləsinin 34.7.3-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş "Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları".

0/5 (0 Average count)
Qiymət ver:
Samir Həsənov Kərim Ni***@gmail.com ID: 3892
Mənə kiçik sahibkarlara verilən dəstək düşür?
13/01/2021 Read: 46 Average count: 0

Bildiririk ki, sonuncu mərhələdə fərdi (mikro) sahibkarlara təkrar maliyyə dəstəyi birinci mərhələdə 1000 manatadək maliyyə dəstəyi almış fərdi sahibkarlara şamil edilir. Həmin şəxslərin yenidən müraciət etməsi tələb olunmamış və müvafiq vəsaitlər avtomatik qaydada bank hesabına köçürülmüşdür.

0/5 (0 Average count)
Qiymət ver:
Cəlilova Kifayyət Ki***@mail.ru ID: 3891
Salam. Mən edvgeri.al saytında 11.12.2020 ci il tarixdə 100 000 Azn məbləğində çek yükləmișəm, artıq bir ayı tamam olub. Lakin ƏDV geri qaytarılmayıb. Xahiș edirəm bunun səbəbini mənə bildirəsiniz.
13/01/2021 Read: 87 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Vergi Məcəlləsinin 13.2.62-ci maddəsinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura və ya elektron vergi hesab-fakturası) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Şiriniv Pərviz pe***@gmail.com ID: 3890
Salam. 10.12.2020 ci il tarixində Saloğlu Mebel salonundan dəyəri 9049manat olan mebel almışam. 10.12.2020 ci il tarixdə əldə olunan çekin ƏDV portalında qeydiyyata salmışam(Kapital bank vasitəsilə). Bu günə qədər ƏDV geri qaytarılmayıb.
13/01/2021 Read: 57 Average count: 5

Bildiririk ki, qeyd olunan çek üzrə ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması təmin edilmişdir.

5/5 (2 Average count)
Qiymət ver:
Həsənov Yaşar Şahbaz oğlu ba***@yahoo.com ID: 3886
Azərbayacan Respublikası Vergi Xidmətinə. Salam, xahiş edirəm müraciıtimə tezliklə baxıb çavablandlrasız. Mövcüd karantin rejimi və pandemiya ilə əlaqədar heç bir fəaliyətim yoxdur. Lakin VOEN-im aktiv olmuşdur. 23.12.2020 tarixindən VÖEN-i yenidən bağlatdırmışam. Lakin Sosial Təminat idarəsində sistemdə VÖEN aktiv göstərdiyi üçün, biz həyat yoldaşımın adına aylıq 190 azn üçün müraciıt edəndə vəsait verilmir. VÖEN ın bağlanması ilə əlaqədar sənədi əlavə edirəm. Xahiş edirəm tez bir zamanda köməklik edib, sistemda VÖEN-imi deaktiv edəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Həsənov Yaşar Şahbaz oğlu. VÖEN 8301198312
13/01/2021 Read: 60 Average count: 0

Bildiririk ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Arayış kağız formada təqdim edildikdə isə iki iş günü ərzində fəaliyyət dayandırılır. Elektron qaydada müraciət olunduqda isə müraciət sistem tərəfindən emal müddəti nəzərə alınmaqla dərhal icra olunur.

Əsas: Vergi Məcəlləsinin 16.3-cü maddəsi, Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Fəttayev Mirzamin Mircamal oğlu za***@gmail.com ID: 3885
ƏDV üzrə yüklədiyim qəbz artıq 30 gün keçməsinə baxmayaraq hələdə gözləmə statusundadır. Xahiş edirəm, yaranmış problemlə əlaqədar köməklik göstərəsiniz. FİSKAL İD: DZMkxku9wVVP
13/01/2021 Read: 55 Average count: 3

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

3/5 (2 Average count)
Qiymət ver:
Qəhrəmanov Səmədağa Salman ay***@gmail.com ID: 3883
COVID-19 Pandemiya dövründə mikro sahibkarlara Maddi yardım olunmalı idi olacaq?
13/01/2021 Read: 48 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Average count)
Qiymət ver:
Eşqin es***@gmail.com ID: 3882
Salam. Digər investisia təşkilatları bizə maddi dəstək olaraq pul köçürür ki, başqa bir güc strukturu olan dövlət təşkilatına əvəzssiz olaraq mal verək. Xahiş edirəm, ətraflı izah edin, bu zaman vergi öhdəliyi nəyə yaranır? Maddi dəstək bizim gəlirimiz hesab olunur, əvəzssiz verilmiş mallara görə elektron qaimə yazılır, əvəzsiz olaraq verdiyimiz malların dəyəri gəlirə daxil edilir və əvəzssiz olaraq təqdim etdiyimiz mallara görə ƏDV borcu yaranırmı?
13/01/2021 Read: 116 Average count: 0

Bildiririk ki, pul vəsaiti əvəzsiz olaraq hüquqi şəxsə verildikdə, bu zaman həmin pul vəsaitləri hüquqi şəxsin gəliri hesab olunmaqla satışdankənar gəlir kimi bəyan edilərək müvafiq qaydada vergiyə cəlb olunmalıdır.

Eyni zamanda, mallar üzərində mülkiyyət hüququnun başqasına verilməsi, o cümlədən, lakin bunlarla məhdudlaşdırılmayan, malların satışı, mübadiləsi, hədiyyə verilməsi malların təqdim edilməsi anlamını verir və bazar qiyməti nəzərə alınmaqla vergiyə cəlb olunur. Fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər isə onlara elektron qaimə-faktura verməlidir.

Onu da bildiririk ki, vergi ödəyicisi əvəzsiz qaydada öz işçilərinə və ya digər şəxlərə mal verdiyi (iş gördüyü və ya xidmət göstərdiyi) halda bu əməliyyat ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır.

Əsas: Vergi Məcəlləsinin 13.2.10-cu, 14-cü, 102.1.3.1-ci, 142-ci, 143-cü və 159.4-cü maddələri.

 

0/5 (0 Average count)
Qiymət ver:
Firdovsi Səfərov Firudin oğlu fi***@gmail.com ID: 3881
Salam. Mənim 5 il öncə tamamladığım və bağladığım vöenin yenidən aktivləşməsi səbəbindən dövlətin yardım üçün ayırdığı 190 manat yardımı ala bilmirəm. Hələ üstəlik vöen aktivdirsə, mən işlətmədiyim hər hansı bir müəssisə üçün hesabat da verməli olacam. Özüm hal-hazırda heç bir müəssisədə çalışmıram. Pandemiyadır deyə işə qəbul da çətindir. Etdiyim iş müraciətləri üzrə hələ ki cavab da yoxdur. Lütfən bu barədə bir köməklik göstərin. Öncədən təşəkkürlər.
13/01/2021 Read: 74 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə, fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci, 16.3-cü,30-cu və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Şakir Sarvanov s.***@mail.ru ID: 3880
Salam. Mənim belə bir sualım var. Xahiş edirəm cavab yazasınız. Misal üçün: Mən hüquqi şəxsin təmsilçisiyəm və bizim müəssisənin balansında olan əmlakın ümumi dəyəri 2010-cu ildə (və ya 2020 -ci ilin əvvəlində) 20000 manat təşkil etmişdir. Məlum olduğu kimi artıq 2021-ci ildir və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 201-ci maddəsinə əsasən 2020-ci ilin əmlak vergisi bəyannaməsini 2021-ci ilin. mart ayının 31 -i tarixinədək təqdim etməliyik. Sualım ondan ibarətdir ki, on il öncə (və ya 2020-ci ilin əvvəlində) sahib olduğumuz əmlakın ümumi dəyəri 20000 manat məbləğində qiymətləndirilirdisə əlbəttə hal hazırda həmən əmlakın ümumi dəyəri 50000 manat məbləğində qiymətləndirilir. Loru dildə desək "əgər sahib olduğumuz əmlakın bütün hissəsini satışa çıxarası olsaq əlbəttə həmən əmlakı 20000 manata satası deyilik.) Əgər sahib olduğumuz əmlakın dəyəri 20000 manatdan 50000 manata qədər qalxıbsa ortada olan həmən 30000 manat fərqi əmlak vergisi bəyannaməsində "dövr ərzində daxil olmuşdur" hissəsində qeyd edə bilərəm? Təşəkkür edirəm.
13/01/2021 Read: 120 Average count: 5

Müəssisənin əmlakının vergi tutulan dəyərinin müəyyən edilməsi qaydası Vergi Məcəlləsinin 202-ci maddəsi ilə tənzimlənir. Əmlak vergisinin məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri hesablanarkən, əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) nəzərə alınmır.

5/5 (2 Average count)
Qiymət ver:
Murad Qeybullayev ad***@mail.ru ID: 3879
Salam pandemiyadan zərər çəkmiş mikrosahibkarlara yardım çərçivəsində Şəki şəhəri mikrosahibkara yardım haçan köçürüləcək?
12/01/2021 Read: 44 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimov Nail Nadir ib***@mail.ru ID: 3878
Hüquqi şəxsin hüquqi ünvanın dəyişdirilməsi ilə bağlı ərizə nümunəsini necə əldə edə bilərəm?
12/01/2021 Read: 74 Average count: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında Ərizə” ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Hüquqi şəxslərin qeydiyyatına dair ərizə və sənəd nümunələrini səhifəmizin “Bir Pəncərə” bölməsinin “Lazımı sənədlər” alt bölməsindən əldə edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Agabalayeva Gunel Agabala Gu***@mail.com ID: 3876
Salam edv ger al da 140 manatda cekde gosterir 21.60 qepin geri qayitma ama qayidan 2 manatdi bu neyle elaqedardi
12/01/2021 Read: 46 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Ömərova Gövhər Alixan sa***@gmail.com ID: 3875
Pandemiya dövründə mənə pul düşürmü, Koroleva mağazası, Gəncə şəhəri VÖEN nömrəsi 2302804602.
12/01/2021 Read: 43 Average count: 2

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

2/5 (3 Average count)
Qiymət ver:
Qafarov Sənan Eyvaz oğlu se***@mail.ru ID: 3874
Salam, mənim sualım muzdlu işçiləri olan sahibkarlara maliyyə dəstəyinin göstərilməsiylə bağlıdır. Bakı üzrə maliyyə dəstəyi nə vaxt göstəriləcək?
12/01/2021 Read: 30 Average count: 0

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Average count)
Qiymət ver:
Əsgərov Eldar Əsgər oğlu el***@gmail.com ID: 3873
Salam. Müraciətim "ƏDV geri al"-la əlaqədardır. Nəyə görə böyük məbləğdə alışların çekləri portalda qeydiyyata düşür, amma 30 gün keçməyinə baxmayaraq hələ də gözləmə rejimində qalır? Sonrakı tarixlərdəki məbləğlərin ƏDV-lərindən müəyyən məbləğ qaytarılır, amma böyük məbləğlərdən yox. Təşəkkürlər.
12/01/2021 Read: 65 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması zamanı məlumatlar Dövlət Vergi Xidmətinin müvafiq idarəsi tərəfindən təhlil edilir.

Eyni zamanda, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Talıbova Sevinc se***@mail.ru ID: 3872
Salam. Mən Bakı Avrasiya Universitetinin doktorantıyam. Müstəqillik illərində Azərbaycan dilində ktematonimlər ( İaşə obyektləri, otel, restoran, kafe, ticarət mərkəzləri, TV, radio və s bu tip obyektlərin adları) adlı elmi-tədqiqat işi yazıram. Bunun üçün mənə Ədliyyə Nazirliyinin qeydiyyatından keçmiş, yuxarıda göstərdiyim obyektlərin adlarının siyahısı (2000-ci ildən sonra) lazımdır. Zəhmət olmasa, lazım olan siyahını əldə etməkdə mənə kömək edəsiniz.
12/01/2021 Read: 70 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Sorğunuzda qeyd olunan statistik məlumatların əldə edilməsi üçün rəsmi formada Dövlət Vergi Xidməti və ya Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Afiq Mehdizadə Nazim af***@code.edu.az ID: 3871
Salam. Əvvəl VÖEN-im olub. İş dayandığı üçün VÖEN-i ləğv etdirməli oldum. Sualım ondan ibarətdir ki, mənim adıma olan VÖEN-lə bağlı hər hansı borc, hesabat və yaxud hər hansısa uyğunsuzluq varmı? Yenidən VÖEN açdırmalıyam? Təşəkkür edirəm
12/01/2021 Read: 53 Average count: 5

Bildiririk ki, Mehdizadə Afiq Nazim oğlu (VÖEN 4100676652) vergi ödəyicisi kimi uçotdadır və Dövlət Vergi Xidmətinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti dayandırılmışdır.

Fəaliyyətinizi aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

5/5 (1 Average count)
Qiymət ver: