Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Məmmədova Vəfa Maarif qızı Ve***@mail.ru ID: 3959
Fiscal İD ilə bağlıdır, niyə yüklənmir çek?
19/01/2021 Read: 45 Average count: 0

Bildiririk ki, nəzarət-kassa aparatı çeki üzərində yerləşdirilmiş Fiscal İD çek yarandığı andan 90 dəqiqə sonra sistemə daxil edilərək yoxlanılmalı və çek yarandığı andan 7 gün ərzində çek tapılmadığı təqdirdə araşdırılması üçün Dövlət Vergi Xidmətinə müraciət edilməlidir.

Qeyd olunanları nəzərə alaraq çekin təkrar yoxlanılması üçün cəhd etməyinizi sizə tövsiyyə edirik. Cəhdiniz zamanə xəta baş verərsə çekin sürəti və ya çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə müraciət etməyiniz Sizə tövsiyyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Cəmilə Quliyeva ja***@gmail.com ID: 3958
Salam. 16.11.20 fərdi sahibkarlıq üzrə VÖEN 2023-cü ilə kimi bağladım. Bu müddət ərzində hər hansı bir hesabat təqdim etməliyəm yoxsa yox? Və əgər bu müddət bitməmiş VÖEN tamamilə bağlamaq istəsəm bunu necə etməliyəm? Təşəkkürlər!
19/01/2021 Read: 71 Average count: 0

Bildiririk ki, vergi ödəyicisi fəaliyyətini dayandırdığı hesabat dövrü üçün mükəlləfiyyətinə uyğun olaraq vergi orqanına bəyannamələri təqdim etməlidir.  

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Vergi ödəyicilərinə xidmət mərkəzlərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin  34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver:
Valiyev Akif Asadulla oglu ve***@gmail.com ID: 3956
Kapital Bankın terminalı vasitəsilə səhvən Vergilər Nazirliyinə göndərilmiş vəsaiti necə geri almaq olar?
19/01/2021 Read: 71 Average count: 0

Səhvən ödənilmiş vəsaitin geri qaytarılması üçün vergi orqanına "Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə Ərizə"  ilə müraciət etməlisiniz.

Rekvizitlərin səhv göstərilməsi və (və ya) bank əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş məbləğlər vergi ödəyicisinin borcu olmadığı halda Vergi Məcəlləsinin 87.4-cü maddəsinə müvafiq olaraq 20 gün ərzində (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarına münasibətdə 45 gün ərzində) qaytarılır.

Əsas: Vergi Məcəlləsinin 87-ci maddəsi,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 16 iyul tarixli 313 nömrəli Qərarı ilə təsdiq edilmiş "Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları"

0/5 (0 Average count)
Qiymət ver:
Fərhad Dadaşov Arif oqlu fe***@gmail.com ID: 3955
Salam, mən və dostum bir neçə il bundan qabaq "MAGIC PRODUKTION" şirkət açdıq amma islədə bilmədik. İki dəfə 5 illik fəaliyyəti dayandırmışıq. Dostum təsisçi, mən isə direktoram. Mən müəyyən səbəblərdən respublikanı uzun müddətə tərk edirəm. Mənim direktor vəzifəsindən azad olunmağım üçün kimə və hara müraciət etməliyik?
19/01/2021 Read: 69 Average count: 0

Bildiririk ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 9-cu maddəsinə əsasən  hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir.

Dəyişikliyin dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə Cəmiyyətin əvvəlki qanuni təmsilçisinin (direktorunun) vəzifədən azad olunması və yeni qanuni təmsilçinin (direktorun) təyin olunması barədə qərar (qərarlar) və yeni rəhbərin şəxsiyyət vəsiqəsinin surəti əlavə edilərək qeydiyyat orqanına təqdim olunmalıdır.

Əsas: Mülki Məcəllənin 53.3-cü  maddəsi, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanununun 6-cı və 9-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Babək Bayramov İbrahim oğlu qe***@gmail.com ID: 3954
Salam, mən rayon Statistika idarəsində rüblük müqavilə əsasında əhalinin siyahıya alınması üzrə işlər aparıram və onlar rübün sonunda gördüyüm işin müqabilində mənə VÖEN-imlə bağlı bank hesabıma pul məbləği yükləyirlər. Mən necə edim ki, vergilərə gəlirimi düzgün göstərim? Mən bildiyim qədəriylə aylıq mənə gəlir 250 manat göstərir. Halbuki, rübün (3 aylıq) sonunda 450 manat alıram. Necə edim, nə etməliyəm o dəyişikliyi vergiyə göstərim? Hər rübün sonunda vergi idarəsi mənə 72 manatlıq borc yazır.
19/01/2021 Read: 47 Average count: 0

Müraciətinizdə qeyd olunanlara əsasən, tərəfinizdən göstərilən xidmətin alıcısı əhali deyil, vergi ödəyicisi kimi uçotda olan şəxs (hüquqi şəxs) olduğu üçün sizin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququnuz olmur. Qeyd olunan fəaliyyət gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Bu zaman həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir.

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101-ci, 102.1.30-cu, 155-ci, 159-cu, 218.5.10-cu və 218.6-cı maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Minayə Xəlilbəyli Sərdar qızı mi***@gmail.com ID: 3953
Salam! Mən fiziki şəxs/fərdi sahibkar kimi (VÖEN 2004924762/ gəlir vergisi ödəyicisi) qeydiyyatda idim. 2019-cu ilin noyabr ayının sonunda fəaliyyətimi dayandırdım və bu barədə arayışı elektron qaydada vergi orqanına təqdim etdim. Arayışı təqdim etdikdən sonra dekabr ayında illik bəyannaməni də təqdim etdim. Bilmək istərdim ki, cari 4-cü rüb üzrə gəlir vergisinin hesablanmasına dair arayış da təqdim etməliyəmmi? Təkrar qeyd edim ki, fəaliyyətimi dayandırmışam, illik - yekun bəyannəmi də təqdim etmişəm və 4-cü rübdə heç bir sahibkarlıq fəaliyyəti ilə məşğul olmamışam. Öncədən təşəkkürlər!
18/01/2021 Read: 83 Average count: 0

Bildiririk ki, gəlir vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Eyni zamanda, vergi ödəyicisi Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Qeyd olunanlara əsasən, cari il üzrə gəlir vergisinin bəyannaməsi təqdim edildikdə, 4-cü rüb üzrə cari vergi ödəməsi haqda arayışın təqdim olunması tələb olunmur. 

Əsas: Vergi Məcəlləsinin 149-cu və 151-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Aygün Yusifova ay***@gmail.com ID: 3952
VÖEN itirilərsə, bərpası üçün onlayn şəkildə necə müraciət etmək olar?
18/01/2021 Read: 52 Average count: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti elektron kabinetiniz vasitəsilə və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə yaxınlaşmaqla təqdim edə bilərsiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Anar Süleymanov Qiraet Su***@mail.ru ID: 3950
Salam. Mən "Kontakt Home" mağazasından telefon almışam birkartla. 20.11.2020 tarixində. Çekini bu gün tapdım. Bonuslardan ƏDV almaq üçün çeki skan edirəm yazılır ki, bu cek üzrə ƏDV-nin geri qaytarılması üçün müraciət artıq qəbul edilmişdir. Bu nə deməkdir? Nə üçün belə olur? Çek alınandan evdədir. Heç kim yükləməyib. Zəhmət olmasa, cavablandırın.
18/01/2021 Read: 92 Average count: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Nihad Bağırzadə Aydın oğlu ni***@gmail.com ID: 3949
Salam, mən VÖEN şəhadətnaməni itirmişəm və rayon qeydiyyatındayam, 6 saylı Ərazi Vergilər İdarəsindən almışdım. Bakıda qalıram və bilmək istəyirəm ki, onu Bakıdan əldə edə bilərəm?
18/01/2021 Read: 48 Average count: 0

Vergi uçotu haqqında şəhadətnamə itirildikdə və ya yararsız hala düşdükdə fiziki şəxsin sərbəst formada müraciəti əsasında sənədlər daxil olduğu gündən 2 gün müddətində şəhadətnamənin yeni nüsxəsi verilir. Müraciəti qeydiyyatda olduğunuz vergi orqanına təqdim etməlisiniz.

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Mübariz Əmirov Ramiz Mu***@35gmail.com ID: 3946
Fərdi sahibkarlara dövlət yardımı verilirmi?
18/01/2021 Read: 39 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

0/5 (0 Average count)
Qiymət ver:
İbrahimova Tamara Ib***@gmail.com ID: 3944
Kirayədə qalan sosyal yardım ala bilərmi?
18/01/2021 Read: 49 Average count: 0

Sosial müavinətlər, işsizlik və ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Nailə İsgəndərova Rakif qızı na***@azersun.com ID: 3941
Salam, Mən ƏDV geri al səhifəsindən *********** nömrəli ceki qeydiyyatdan kecirmişəm, Bir müddət sonra bu cek ləğv olundu statusuna kecdi. Səbəbini araşdırmaq istəyirəm.
18/01/2021 Read: 49 Average count: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Qiyas Məmmədov qi***@mail.ru ID: 3940
Salam, mən xəstəxanaların birində 140 manat ödəmişəm. Mənə çek verilib, fiskal edvgerial portalına vururam yüklənmir. Fiskal nömrəsi budur: 9o1eRxBqjGnh . Xahiş edirəm, bunu yoxlayıb mənə xəbər edəsiniz.
18/01/2021 Read: 62 Average count: 0

Bildiririk ki, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan, tibb xidmətlərinin göstərilməsi ilə bağlı ödənilən ƏDV-nin geri qaytarılması qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.56-cı, 13.2.62-ci və 165.5-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Mustafayeva Cümşüd se***@mail.ru ID: 3734
Dekabr 2020-ci ildə şirkətin balansına alınmış yeni nəqliyyat vasitəsinə, minik avtomobilinə amortizasiya hesablana bilərmi 25%?
18/01/2021 Read: 282 Average count: 4

Bildiririk ki, amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlər (vəsait) üzrə vergi ilinin sonuna qalıq dəyəri aşağıdakı qaydada müəyyənləşdirilən (lakin sıfırdan aşağı olmayan) məbləğdən ibarət olur:

əsas vəsaitlərin (vəsaitin) əvvəlki ilin sonuna qalıq dəyərinə (həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) bu Məcəllənin 143-cü maddəsinə uyğun olaraq cari ildə daxil olmuş əsas vəsaitlərin (vəsaitin) dəyəri, habelə cari ildə bu Məcəllənin 115-ci maddəsinə əsasən müəyyən edilən təmir xərclərinin məhdudlaşdırmadan artıq olan hissəsi əlavə edilir, vergi ilində təqdim edilmiş, ləğv edilmiş və ya qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərin 5 faizindən az olduqda əsas vəsaitlərin qalıq dəyəri çıxılır. Əsas vəsaitlərin (vəsaitin) yenidən qiymətləndirilməsindən yaranan artım (yenidən qiymətləndirilmə nəticəsində yaranan müsbət fərq) amortizasiya hesablanması məqsədləri üçün əsas vəsaitlərin (vəsaitin) vergi ilinin sonuna qalıq dəyərinə əlavə olunmur.

Qeyd olunanlara əsasən, müraciətinizdə qeyd olunan dekabr ayında alınan əsas vəsait ilin sonuna əsas vəsaitlərin qalıq dəyərinə əlavə olunmaqla amortizasiya olunur.

Əsas: Vergi Məcəlləsinin 114-cü maddəsi.

4/5 (6 Average count)
Qiymət ver:
Niftəliyev Balaş Vaqif oğlu ba***@gmail.com ID: 3707
Salam, Kənd təsərrüfatı ilə məşğul olan müəssisəyə əsas vəsait alışı zamanı ödənilən ƏDV alıcı tərəfindən necə əks olunmalıdır: - Büdcə ilə əvəzləşdirilir - cari dövrün xərci kimi göstərilir - əsas vəsaitin üzərinə gəlir (amortizasiya hesablanır) - və ya digər
18/01/2021 Read: 240 Average count: 5

Bildiririk ki, kapital xarakterli xərclər çəkilməklə alınmış əsas vəsaitlərə görə ödənilmiş ƏDV məbləğləri vergi ödəyicisinin Vergi Məcəlləsinin 175.1-ci maddəsinin tələblərinə uyğun olaraq əvəzləşdirilir.

Bununla yanaşı, ƏDV-dən azad olunan əməliyyatlar aparılması məqsədilə alınmış mallara (işlərə, xidmətlərə) görə ödənilmiş ƏDV məbləğləri Vergi Məcəlləsinin 175.6-cı maddəsinə əsasən əvəzləşdirilmir.

Belə ki, vergi qanunvericiliyinə əsasən  Vergi Məcəlləsinin 164.1.18-ci maddəsinə əsasən kənd təsərrüfatı məhsullarının istehsalçıları (o cümlədən, sənaye üsulu ilə) tərəfindən özlərinin istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr - 2014-cü il yanvarın 1-dən 10 il müddətinə ƏDV-dən azaddır.

Qeyd edilənləri nəzərə alaraq, cəmiyyət tərəfindən ƏDV-dən azad olunan əməliyyatlar aparılması məqsədilə kapital xarakterli xərclər çəkildiyi halda ödənilmiş ƏDV məbləğləri əvəzləşdirilmir. Əvəzləşdirilməyən ƏDV məbləği əsas vəsaitlərin dəyərinə aid edildiyindən ödənilən vergi məbləği amortizasiya ayırmaları şəklində gəlirdən çıxılır.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi

5/5 (6 Average count)
Qiymət ver:
Niyaz Aslanzadə İlham ni***@mail.ru ID: 3937
Salam, arada bir e-mailinizə baxın zəhmət olmasa, artıq günlərdir yazmışam amma cavab verən yoxdur, iki sualım var. Birincisi, vergi orqanlarına işə qəbul olduqdan sonra əgər rayondakı vergi orqanına qəbul olsam, bu zaman dövlət tərəfindən qalmağa ev verilir? Verilmirsə əgər, başqa necəsə şərait yaradılır dövlət tərəfindən qalmağa? İkinci sualım da budur ki, vergi orqanlarına işə qəbul olduqdan sonra ilk aylar əmək haqqı neçə manat olur? Keçən dəfə demişdiz Nazirlər Kabinetinin qərarında yazılıb, amma baxdım həmin qərara, orda vəzifələr çoxdur, qarışıq yazılıb maaşlar, mənə işə qəbul olduqda ilk aylar alacağım əmək haqqı lazımdır?
18/01/2021 Read: 58 Average count: 0

Bildiririk ki, vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

Eyni zamanda, bildiririk ki, bundan əvvəlki müraciətiniz tərəfimizdən cavablandırılmış və saytda yerləşdirilmişdir.

Həmin cavaba əlavə olaraq bildiririk ki, “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xidmətin ikinci ilindən başlayaraq, vergi orqanlarında xidmət illərinə görə hər ay (vəzifə maaşının 5 faizindən 30 faizinədək aralıqda) məbləğdə əlavə haqq və xüsusi rütbələrindən asılı olaraq xüsusi rütbələr üzrə maaşlar (30 manatdan 60 manata qədər) müəyyən edilir. 

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul olan şəxslərin yaşayış yeri və digər təminatları haqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ saylı Qanunu ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarinda xidmət haqqinda Əsasnamə”

0/5 (0 Average count)
Qiymət ver:
Azər Həsənov ga***@yahoo.com ID: 3936
Salam. Əvvəllər iri vergi ödəyicisi olmuş fiziki və hüquqi şəxslər dövriyyəsinin kiçilməsi səbəbindən 2020 ci ildə kiçik vergi ödəyicisinə çevrilirsə bu halda VM-nin 114.3-2 maddəsindən (Kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər) istifadə edə bilərlərmi?
17/01/2021 Read: 73 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 114.3-2-ci maddəsinə əsasən kiçik sahibkarlıq subyektləri sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlərə münasibətdə amortizasiya ayırmalarını bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsal tətbiq etməklə gəlirdən çıxmaq hüququna malikdirlər.

Eyni zamanda, kiçik sahibkarlıq subyektləri əvvəlki hesabat ilində sahibkarlıq fəaliyyətində istifadə etdikləri əsas vəsaitlər üzrə vergi ili üçün müəyyən olunmuş amortizasiya normalarına 1,5 əmsalı tətbiq etmədikdə, bunun nəticəsində yaranan fərq məbləği növbəti vergi illərində əsas vəsaitlərin qalıq dəyərinə tətbiq edilən amortizasiya normasından hesablanmış məbləğlə cəmlənməklə gəlirdən çıxıla bilər.

 

5/5 (1 Average count)
Qiymət ver:
Cəfərov Fəxrəddin Soltan fe***@gmail.com ID: 3934
Sahibkarlara yenidən maliyyə dəstəyi ilə əlaqədar əvvəlki mərhələdə 1000 (min) manat almış sahibkar bu mərhələdə (1000 (min) manatadək fərdi (mikro) sahibkarlara yenidən maliyyə dəstəyi) də ödəniş olacaqmı?
17/01/2021 Read: 42 Average count: 0

Bildiririk ki, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin 4-cü mərhələ çərçivəsində 83.162 fərdi (mikro) sahibkara 29,5 mln. manat maliyyə dəstəyi göstərilib. Maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilib. 

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlara və iqtisadi artıma dövlət dəstəyi mexanizmləri barədə qanunvericilik aktları, qərarlar, videotəlimatlar, ən çox verilən suallar və onların cavabları, maliyyə dəstəyi almış vergi ödəyicilərinin mütəmadi olaraq yenilənən siyahısı, eləcə də digər faydalı məlumatlarla aşağıdakı linklərdən istifadə etməklə tanış olmaq mümkündür.

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi: https://bit.ly/3ecjpJq

Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti:  https://bit.ly/34CBkEw

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Elmar Eldar oglu mr***@mail.ru ID: 3932
Salam. Mən dekabrın 13 də ƏDV ödəyicisinə etdiyim ödənişi zamanı mənə verilən çəki edvgerial.az saytında qeydiyyatdan keçirdim, gözləmə statusuna düşdü. Yanvarın 13 də təsdiqlənəceyi təqdirdə ləğv statusu aldı. Bunun araşdırılması və mənə məlumat verilməsini istəyirəm xahişim budur sizdən.
17/01/2021 Read: 43 Average count: 0

Sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün  çek üzərindən araşdırma məlumatlarını (NMQ qeydiyyat nömrəsi, çek tarixi və saat, yekun məbləğ, Fiskal İD, VÖ-nin VÖEN-i, obyekt kodu) təqdim edərək səhifəmizin  "Onlayn müraciətlər" bölməsinin  "Dövlət Vergi Xidmətinə müraciət" altbölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Samir Məmmədov Xanağa Ra***@mail.ru ID: 3926
Salam. Adıma olan VÖEN noyabr ayında aktivləşib. Mən Sabunçu rayonu Zabrat qəsəbəsində yaşayıram. Necə və harada VÖEN-i ləğv edə bilərəm?
15/01/2021 Read: 43 Average count: 0

Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

Vergi ödəyicilərinə xidmət mərkəzlərinə Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tutmaqla müraciət edə bilərsiniz. 

Əsas: Vergi Məcəlləsinin  34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

0/5 (0 Average count)
Qiymət ver: