Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Cəlil Dəmirxanlı Cəmil cd***@mail.ru ID: 5050
Salam. Hazırlıq keçən müəllimlər (fərdi) gəlirin vergisini necə ödəməlidir?
15/09/2021 Read: 177 Average count: 5

Bildiririk ki, repetitorluq xidmətinin göstərilməsi üzrə fəaliyyət sahibkarlıq fəaliyyəti hesab edilir və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başlandığı günədək yaşayış yeri üzrə vergi orqanına müraciət edərək vergi uçotuna alınmalıdır.

Vergi orqanlarında uçota alındıqdan sonra vergi ödəyicisi tərəfindən seçilmiş vergitutma metodundan (gəlir vergisi və ya sadələşdirilmiş vergi) asılı olaraq əldə olunan gəlirlərdən vergi hesablanıb dövlət büdcəsinə ödənilməlidir.

Qeyd olunan fəaliyyəti gəlir vergisinin ödəyicisi kimi həyata keçirildiyi halda əldə edilmiş gəlirdən həmin gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxıldıqdan sonra qalan məbləğdən 20 faiz dərəcə ilə gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir. Həmin şəxs mikro sahibkarlıq subyekti hesab olunduğu halda (işçilərinin orta siyahı sayı 1-10 nəfər aralığında olan və illik gəliri 200.000 manatdan yuxarı olmayan şəxslər) sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlirdən gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər çıxılmaqla qalan fərqdən 75 faiz vergi güzəşti də çıxılmaqla 20 faiz dərəcə ilə, nəticə etibari ilə əldə etdiyi gəlirdən 5 faiz dərəcə ilə gəlir vergisi ödəməlidir. Gəlir vergisinin ödəyicisi kimi fəaliyyət göstərən şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq gəlir vergisi bəyannaməsini vergi orqanlarına təqdim etməlidirlər.

Bu fəaliyyət üzrə sadələşdirilmiş vergitutma metodu seçildiyi halda həmin fəaliyyət üzrə əldə olunan ümumi hasilatdan 2 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanmalı və hər rübdən sonrakı ayın 20-dək vergi orqanına sadələşdirilmiş verginin bəyannaməsi təqdim edilməklə hesablanmış vergi məbləğləri dövlət büdcəsinə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 33-cü, 96-cı, 102-ci, 108-ci, 219-cu və 220-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Vüsal Alşanov Elşad av***@mail.ru ID: 5046
Salam Hörmətli vergi əməkdaşları. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 01 yanvar 2012-ci il tarixli, Q-01 nömrəli Qərarıilə təstiq edilmiş "İşçilərin Ezamiyyə Qaydaları"na əsasən Özünün daimi yaşayış yerinə hər gün qayıtmaq imkanı olan ezam olunan işçiyə belə bir yerə ezam olunduğu zaman yalnız müvafiq təsdiqedici sənədlər əsasında yol xərci ödənilir. İşçinin hər gün ezam olunma yerindən özünün daimi yaşayış yerinə qayıda bilməsi məsələsi hər bir konkret halda məsafənin uzaqlığı, nəqliyyat əlaqəsinin şəraiti, yerinə yetirilən tapşırığın xarakteri, həmçinin də işçiyə istirahət üçün şərait yaradılmasının vacibliyi nəzərə alınmaqla, ezam olunan işçinin işlədiyi təşkilatın rəhbəri tərəfindən həll edilir. Sual - 1. Yuxarıda qeyd edilənləri nəzərə alaraq neçə km məsafəyə görə ezamiyyə normasını tənzimləmək olar? Sual - 2. Əgər işçi xüsusi təyinatlı nəqliyyat vasitəsi olan Təcili yardım avtomobili ilə daimi iş yerindən (mingəçevir şəhəri) Qəbələ rayonuna ezam olunduğu halda və eyni gündə geriyə döndüyü halda ezamiyyə xərci neçə tənzimlənməlidir?Azərbaycan Respublikasının ərazisində ezamiyyə xərclərinin müəyyən edilmiş 1 günlük normasının 20 faizini gündəlik xərc ödənilməlidirmi?
15/09/2021 Read: 160 Average count: 5

Bildiririk ki, işçiyə ezamiyyə xərclərinin ödənilməsi qaydası ilə bağlı aidiyyəti üzrə Azərbaycan Respublikası Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə olunur.

5/5 (3 Average count)
Qiymət ver:
Seymur Həmidov Teyfur se***@gmail.com ID: 5139
Salam. İcarə müqaviləsi bağladıqda əmlak sahibinin VÖEN-i olmalıdırmı? Əgər tək şəxsiyyət vəsiqəsi ilə bağlamaq olarsa, ödənişlər rəsmi qaydada necə həyata keçirilir?
14/09/2021 Read: 142 Average count: 5

Vergi Məcəlləsinin tələblərinə əsasən, fiziki şəxsə icarə haqqı vergi ödəyicisi kimi uçotda olan şəxslər tərəfindən ödənildikdə, icarəyə götürən şəxslər ödəmə mənbəyində (14 faiz dərəcə ilə) vergini hesablayır, tutur, bəyan edir və büdcəyə ödəyir. 

İcarə haqqını ödəyən şəxs vergi ödəyicisi kimi uçotda olmadıqda isə icarəyə verən fiziki şəxs özü vergi ödəyicisi kimi vergi orqanında uçota alınmalı (VÖEN almalı) və bu fəaliyyətdən əldə etdiyi gəlirdən 14 faiz dərəcə ilə vergini hesablamalı, hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq “Gəlir vergisinin bəyannaməsi”ni vergi orqanına təqdim etməklə həmin müddətdə də hesablanmış gəlir vergisinin məbləğini dövlət büdcəsinə ödəməlidir. 

Əmlakın icarəyə verilməsi tərəflər arasında bağlanmış icarə müqaviləsi ilə və hər ay üzrə icarə xidmətlərinin nəticələrinə dair təhvil-təslim aktları ilə sənədləşdirilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 99.3-cü, 101-ci, 124-cü və 150-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Байкалов Алексей Александрович ba***@yandex.ru ID: 5136
Добрый день. Облагается ли НДС выплата роялти?
14/09/2021 Read: 125 Average count: 3

Bildiririk ki, royalti - ədəbiyyat, incəsənət, yaxud elm əsərləri, proqram təminatı, kinematoqrafik filmlər və digər qeyri-maddi aktivlər üzərində müəllif hüquqlarından istifadə olunması, yaxud istifadə hüquqlarının verilməsinə görə, istənilən patentə, ticarət markasına, dizayn, yaxud modelə, plana, məxfi düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud elmi təcrübəyə aid olan informasiyaya, sənaye, kommersiya və ya elmi avadanlıqdan istifadə, yaxud istifadə hüquqlarının verilməsinə görə mükafat şəklində alınan ödənişlərdir.

Fiziki şəxsin royalti gəlirləri qeyri-sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir olduğu üçün ƏDV-yə cəlb olunmur və ödəmə mənbəyində 14 faiz dərəcə ilə gəlir vergisinə cəlb olunur. Royalti gəlirləri hüquqi şəxsin sahibkarlıq fəaliyyətindən gəlir olduğu üçün, hüquqi şəxs ƏDV məqsədləri üçün qeydiyyatda olduğu halda əldə etdiyi royalti gəlirləri ƏDV-yə və mənfəət vergisinə cəlb olunur.

Həmçinin bildiririk ki, vergi qanunvericiliyinə əsasən qeyri-maddi aktivlərin təqdim edilməsi ƏDV-nin məqsədləri üçün malların təqdim edilməsi sayılmır. Qeyri-maddi aktivlər üzərində istifadə hüququnun digər şəxslərə verilməsi üzrə royalti ödənişləri ödəmə mənbəyində 14 faiz dərəcə ilə vergi ilə yanaşı, ƏDV-nin məqsədləri üçün xidmət (iş) sayılmaqla 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 13-cü, 99-cu, 124-cü və 159-cu maddələri.

 

3/5 (2 Average count)
Qiymət ver:
Fərhadlı Fikrət Rövşən oğlu fi***@gmail.com ID: 5135
Salam. Avtomatika, telekommunikasiya və informatika fakültəsini kommersiya ixtisası üzrə təhsil almış şəxs vergi orqanlarında işə qəbul üçün müsabiqədə iştirak edə bilər?
14/09/2021 Read: 70 Average count: 0

Bildiririk ki, dövlət vergi orqanlarına işə qəbul Azərbaycan Respublikasının 12 iyun 2001-ci il tarixli 141-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə və Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli 222 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə”yə müvafiq olaraq müsabiqə (test və müsahibə) qaydasında aparılır. 

Mövcud vakant vəzifələrin tələblərinə uyğun iqtisadiyyat, hüquq və idarəetmə ixtisas istiqamətləri üzrə ali təhsilə malik Azərbaycan Respublikası vətəndaşlarının müsabiqədə iştirak etmək hüququ vardır. 

Müvafiq müraciətinizin “Sual-cavab” bölməsi vasitəsi ilə deyil, vergi orqanlarına işə qəbulla bağlı keçirilən müsabiqənin təşkilati məsələlərinin həllini təmin edən Dövlət Vergi Xidmətinin İnsan resursları Baş idarəsi tərəfindən cavablandırıldığını nəzərə alaraq aidiyyəti (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) qaydada  müraciət etməyiniz tövsiyə olunur.

 

0/5 (0 Average count)
Qiymət ver:
Eldəniz Cəfərov el***@gmail.com ID: 5134
Salam. MMC-də Ümumi yığıncağın çağırılmasında konfliktlərin tənzimlənməsi proseduru haqqında hansı mənbədən ətraflı məlumat almaq olar. Məsələn direktor təsisçinin iclas çağırışına məhəl qoymursa, neçə gundən sonra təsisçi özü iclas çağıra bilər və iclasa şərait yaradılmırsa və hesabat verilmirsə və qərarı icra etmirsə, korrupsiya şübhəsi varsa, bu kimi hallarda təsisçinin edəcəyi hərəkətlər barədə hansi qanunnamələr var?
13/09/2021 Read: 73 Average count: 0

Bildiririk ki, məhdud məsuliyyətli cəmiyyətdə idarəetmə vergi qanunvericiliyilə deyil, mülki qanunvericilik və müəssisənin nizamnaməsi əsasında həyata keçirilir. 

Eyni zamanda, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir (kənar audit). Cəmiyyətin illik maliyyə hesabatlarının auditor yoxlanışı hər hansı iştirakçının tələbi ilə də aparıla bilər. Bu halda auditor yoxlanışı həmin yoxlamanı tələb edən iştirakçının hesabına aparılır. Cəmiyyətin fəaliyyətinin auditor yoxlanışlarının aparılması qaydası qanunvericilik və cəmiyyətin nizamnaməsi ilə müəyyənləşdirilir. 

Bu haqda ətraflı məlumatla Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 4-cü fəslində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Məhəbbət Səfərəliyeva me***@gmail.com ID: 5133
Bir vətəndaş ayrı-ayrı fəaliyyət istiqamətləri üzrə bir neçə VÖEN əldə edə bilər?
13/09/2021 Read: 94 Average count: 0

Bildiririk ki, adından da göründüyü kimi VÖEN, yəni vergi ödəyicisinin eyniləşdirmə nömrəsi vergi orqanında vergi uçotuna alınmış şəxsin identikləşdirməsinə, digər vergi ödəyicilərindən fərqləndirilməsinə xidmət edir.

Hər bir vergi ödəyicisinə bütün vergilər üzrə, o cümlədən Azərbaycan Respublikasının gömrük sərhədindən malların keçirilməsi ilə bağlı ödənişlər üzrə Azərbaycan Respublikasının bütün ərazisində vahid olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.

Qeyd olunanlara əsasən, vergi ödəyicisinin fəaliyyət növlərinin sayından asılı olmayaraq, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) dəyişmir və eyni VÖEN-lə iki və daha çox fəaliyyət növünün olmasına məhdudiyyət nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Nəcəfov Toğrul Eldəniz oğlu re***@gmail.com ID: 5131
Salam mən vergi ödəcisiyəm. Avtotəmir xidməti ilə məşğul oluram. Hər ay müvafiq qaydada vergi və sosial ödənişləri ödəyirəm. Bununla yanaşı, istifadəmdə torpağın və bu qəbiləyə məxsus digər yüklərin yığılıb daşınması üçün Ekeskavator avtomobili vardır. Bu avtomobil ilə, tikinti şirkətlərinə xidmət göstərirəm. Göstərdiyim xidməti E-Qaimə ilə rəsmiləşdirirəm. Bilmək istəyirəm ki, avtomobillə gördüyüm işlər hansı qaydada vergiyə cəlb olunmalıdır?
13/09/2021 Read: 125 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Sorğunuzda qeyd olunan, tərəfinizdən hüquqi şəxslərə (tikinti şirkətlərinə) rüb ərzində göstərdiyiniz xidmətlərin dəyəri ümumi əməliyyatlarınızın həcminin 30-dən çox olduğu halda gəlir vergisi ödəyicisi kimi fəaliyyət göstərməlisiniz. 

Sadələşdirilmiş vergi xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. 

Əsas: Vergi Məcəlləsinin 33-cü, 101.3-cü, 102.1.30-cu,  218.5.10-cu, 218.6.2-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Tahirov Ruslan Akif oglu sa***@gmail.com ID: 5130
Salam. Biz özəl şirkət olaraq, dövlət payı olan təşkilatla müqavilə imzalamışıq. İmzalanmış müqaviləyə əsasən Alıcı təşkilat öncədən vəkalətnamə təqdim edir və təqdim edilmiş vəkalətnaməyə əsasən mallar Alıcıya təhvil verilir. Təhvil-təslim zamanı e-qaimə tərəfimizdən yazılır və qarşı tərəfin elektron qutusu olduğu üçün tərəfimizdən e-qaimə imzalanıb, möhürlənmir. Lakin qarşı tərəf bizdən e-qaimənin əslini və ya malların təhvil-təslim atkını tələb edir. Sual belədir: Alıcı tərəfindən öncədən sifariş verildiyi (vəkalətnamə) təqdirdə belə tərəfimizdən e-qaimə tərtib edilib göndərildiyi andan sonra malların təhvil-təslim aktının tərtib edilməsi şərtdirmi?
13/09/2021 Read: 137 Average count: 0

Bildiririk ki, topdansatış ticarət sahəsində malların təqdim edilməsinin sənədləşdirilməsi Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası”na əsasən həyata keçirilir.

Həmin qaydalara əsasən, topdansatış ticarət sahəsində fəaliyyət göstərən təsərrüfat subyektlərində (obyektlərdə) malların təqdim edilməsi (satışı) Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş elektron qaimə-faktura tərtib edilməklə həyata keçirilir. Əlavə olaraq bildiririk ki, vergi ödəyicisi tərəfindən elektron qaimə-fakturanın verilməsi vergitutma məqsədləri üçün vergi ödəyicisi tərəfindən malların, işlərin və xidmətlərin təqdim edilməsi ilə bağlıdır. 

Müraciətdə qeyd edilmiş məsələ, yəni hüquqi şəxslər arasında malların təqdim edilməsi, qarşı tərəfin isə mallarım qəbul etməsi və bununla da müqavilə üzrə öhdəliklərinin qəbul edib-etməməsi ilə bağlı məsələlər tərəflər arasında bağlanmış müqavilə və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 29-cu fəsli ilə tənzimlənir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci maddəsi, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 16 iyun tarixli 1460 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Topdansatış ticarət fəaliyyəti sahəsində vergitutma məqsədləri üçün gəlirlərin və xərclərin uçotunun aparılması Qaydası” və Mülki Məcəlləsinin 29-cu fəsli.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Orxan Rəhim Oğlu or***@mail.ru ID: 5129
Əliyeva Aytən Əvəz qızı VÖEN 1701732072, Obyektin kodu: 1701732072-17001. Material almışam ƏDV geri almaq olmur. Fiskal:6za1j6WoBkJh kassa aparatının zavod nömrəsi: C090320A00100323 tarix 10.09.2021 alınan malın dəyəri 507 azn.
11/09/2021 Read: 180 Average count: 5

Vergi Məcəlləsinin 165.5-ci maddəsinə əsasən, ödənilmiş ƏDV-nin müəyyən olunmuş hissəsinin qaytarılması zamanı təqdim edilən nəzarət-kassa aparatının çeki Məcəllənin 50.8-ci maddəsinin tələblərinə cavab verməlidir. Eyni zamanda, ƏDV-nin müəyyən hissəsinin geri qaytarılması üçün satıcı Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən ƏDV ödəyicisi olmalıdır.

Müraciətinizdə qeyd olunan vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğundan, malların dəyərinə ƏDV hesablanmadığı üçün ƏDV-nin geri qaytarılması nəzərdə tutulmamışdır.

5/5 (1 Average count)
Qiymət ver:
Şöhrət Daşdəmirov Qüdrət ds***@mail.ru ID: 5127
Aprel ayında 1903165962 VÖEN-in bağlanması barədə müraciət etmişdim, fəqət VÖEN hələ də aktivdir. Səbəb nədir? Zəhmət olmazsa məlumat verərdiniz.
10/09/2021 Read: 94 Average count: 3

Vergi ödəyicisi olan fiziki şəxsin uçotdan çıxarılması prosedurları Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34-cü maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 03.05.2019-cu il tarixli 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları” ilə tənzimlənir. 

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, POS-terminalın, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, bank hesablarında aparılmış əməliyyatlar barədə məlumatın, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra vergi uçotu ləğv edilir və bu barədə vergi ödəyicisinə məlumat verilir. 

Qanunamüvafiq araşdırma aparıldıqdan sonra və yuxarıda qeyd edilən müvafiq prosedurlar həyata keçirildikdən sonra vergi uçotunuz ləğv olunacaq və bu barədə uçotda olduğunuz vergi orqanı tərəfindən Sizə məlumat veriləcəkdir. Əlavə məlumat üçün uçotda olduğunuz vergi orqanına müraciət edə bilərsiniz.
 

3/5 (2 Average count)
Qiymət ver:
Elşən Daşdəmirov Niyaz oglu el***@mail.ru ID: 5124
Salam! 2020- ci ilin mart ayında MMC-də əməliyatım olub və apardıgım əməliyyatdan yaranacaq vergi borcumu qanuna uygun olaraq bankda olan MMC-in bank hesabında saxlamışam. Yəqin Siz də qəbul edərsiniz ki, pul vəsaiti MMC-in bank hesabında olmalıdır. Аprel ayında isə bank fəaliyyətini dayandırmış və mən vergiyə olan borcu ödəmədən pul hesabımda qalmışdır. Vergi borcuma ödəyəcəyim pulu bu günə kimi ödəyə bilməmişəm. Bank pulu vermir. Belə ki, vaxtı catanda ödəyəcəyik deyir. Dövlət vergi borcunu mən necə və nə cür ala bilərəm? Vergiyə qalan borca görə isə hər gün faiz gəlir. Vergi idarəsi nədən pulu özü almır? Pulum oldugu halda, nədən mən faiz ödəməliyəm? Nə etməliyəm?
10/09/2021 Read: 97 Average count: 0

Bildiririk ki, cəmiyyətin müflis elan edilmiş bankda olan hesabındakı pul vəsaitlərinin geri alınması ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada Mərkəzi Bank tərəfindən təyin edilmiş ləğvediciyə müraciət etməyiniz tövsiyə edilir. Belə ki, müflis elan olunmuş bankın aktivləri onun kreditorları arasında "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş növbəlilik əsasında həyata keçirilir.

Vergi borclarının alınması Vergi Məcəlləsinin 65-ci maddəsinə və Azərbaycan  Respublikasının Vergilər Nazirliyinin «31 yanvar» 2020-ci il  tarixli 2017040100043600 nömrəli əmri ilə təsdiq edilmiş "Vergilər, işsizlikdən sığorta, icbari tibbi sığorta və məcburi dövlət sosial sığorta haqları, faizlər və maliyyə sanksiyaları üzrə yaranmış borcların alınmasına dair" Qaydalara əsasən həyata keçirilir. 

 

0/5 (0 Average count)
Qiymət ver:
Asmar Kazimova as***@gmail.com ID: 5119
VM 169.3 maddəsində qeyd edilir ki, Bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. Verginin məbləği bu Məcəllənin 173.1-ci maddəsinin müddəalarına uyğun olaraq vergi dərəcəsinin qeyri-rezidentə ödənməli olan məbləğə (ƏDV nəzərə alınmadan) tətbiq edilməsi yolu ilə müəyyənləşdirilir. Bildiyimiz kimi, qeyri-rezidentdən alınan xidmət və xidmətin dəyərinin ödənişi müvafiq olaraq ƏDV bəyannaməsinin 306-cı sətrində bəyan edilir. ƏDV bəyannaməsində 306-cı sətrində isə 3 sütun “ Təqdim edilmiş mal,iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” , “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” və “Əlavə dəyər vergisi məbləği” mövcuddur. Bu səbəbdən yazıb sizdən xahiş edirik ki, tərəfimizdən daha izahlı məlumat əldə edilməsi və qeyri-rezidentlə olan əməliyyatların ƏDV bəyannaməsində düzgün bəyan edilməsi üçün aşağıdakı sualımızı cavablandırardınız: Tutaq ki, 1. Qeyri-rezident olan “A” müəssisəsindən 100,00 EUR məbləğ dəyərində xidmət təhvil alınmışdır. 2. İnvoice və Təhvil-təslim aktı iyul ayında (15.07.2021 tarixində) olmuşdur. Həmin tarixə (15.07.2021) məzənnə 1 EUR = 2.0117 AZN-dir. 3. Lakin xidmətin dəyəri tərəfimizdən 16.08.2021 tarixində ödənilmişdir. Ödəniş tarixinə (16.08.2021) məzənnə 1EUR= 2,0046 AZN-dir 4. Qeyri-rezidentdən əldə edilən invoice və təhvil təslim aktı iyul ayında olduğu üçün xidmət İyul 2021 ayının ƏDV bəyannaməsinin 306-cı sətrinin “Təqdim edilmiş mal,iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan) “ sütununda müvafiq olaraq Mərkəzi bankın 15.07.2021 tarixinə olan məzənnəsi ilə (1EUR = 2.0117 AZN) bəyan edilmişdir. 5. Ödəniş isə avqust ayında (16.08.2021 tarixində) olduğu üçün, VM-nin də 169.3-cü maddəsinə əsasən (əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır) avqust ayı ƏDV bəyannaməsinin 306-cı sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda bəyan edilməlidir. Yuxarıda qeyd etdiklərimizə əsasən sualımız ondan ibarətdir ki: 1. ƏDV bəyannaməsinin 306-cı sətrinin “ Təqdim edilmiş mal,iş və xidmətlərin dəyəri (ƏDV nəzərə alınmadan)” sütununda xidmətin dəyəri bəyan edildikdə, bəyan edilən məbləğ xidmətin təhvil verildiyi tarixə iyul 2021 ƏDV bəyannaməsində 15.07.2021 tarixinə (1EUR = 2,0117 AZN) olan məzənnə ilə yoxsa ödəniş 16.08.2021 tarixində olduğu üçün avqust 2021 ƏDV bəyannaməsində 16.08.2021 tarixinə olan məzənnə ilə, yəni (1EUR= 2,0046 AZN) məzənnə ilə bəyan edilməlidir? 2. ƏDV bəyannaməsinin 306-cı sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda Ödəniş 16.08.2021 tarixində olduğu üçün 16.08.2021 tarixinə olan məzənnə ilə, yəni (1EUR= 2,0046 AZN) məzənnə ilə bəyan edilməlidir? Yəni Avqust ayı ƏDV bəyannaməsinin 306-cı sətrinin “Daxil olmuş məbləğ (ƏDV nəzərə alınmadan)” sütununda 200,46 AZN əsas məbləğ (100 EUR * 2,0046 AZN ) yazılmalıdır?
09/09/2021 Read: 226 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 169.3-cü maddəsinin müddəalarına əsasən bu Məcəllənin 169.1-ci maddəsi tətbiq edildikdə, vergi tutulan əməliyyatın vaxtı ödəmənin həyata keçirildiyi vaxt sayılır. Ödəmə əməliyyatın həyata keçirilməsinədək aparıldıqda, vergi tutulan əməliyyat ödəmə həyata keçirildikdə aparılmış sayılır. 

Buna əsasən qeyri-rezidentin göstərdiyi xidmətlərə görə ƏDV həmin xidmətlərin dəyərinin qeyri-rezidentə ödənildiyi günün məzənnəsinə uyğun hesablanır və ödənişin aparıldığı ayın ƏDV bəyannaməsində əks etdirilir.

Əsas: Vergi Məcəlləsinin 169-cu maddəsi.  

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Quliyev Rasim oğlu gu***@gmail.com ID: 5118
Salam. Mənfəət vergisi və ƏDV məqsədləri üçün AR hüdudlarından kənarda əldə edilmiş gəlir dedikdə işlərin və xidmətlərin göstərilmə yeri barədə məlumat verərdiniz. Məsələn X MMC beynəlxalq yük daşımalar üzrə vasitəçilik xidməti göstərir. MMC nin bu xidməti ölkə hüdudlarından kənarda olan daşımalar üçün rezidentə və qeyri rezidentə göstərməsi eyni zamanda Vergi Məcəlləsində nəzərdə tutulmuş qaydada beynəlxalq daşımanı qeyri-rezidentə təqdim edilməsi müqabilində bank hesabına daxil olan məbləğin mənfəət vergisi və ƏDV məqsədləri üçün ölkə hüdudlarından kənarda əldə edilmiş gəlir sayılır? Xahiş edirəm ətraflı cavablandırasınız.
09/09/2021 Read: 238 Average count: 5

Bildiririk ki, mülki qanunvericiliyə əsasən ekspeditor üçüncü şəxslər (daşıyıcılar) vasitəsilə yüklərin ilkin yerindən təyinat yerinə daşınmasını öz adından, lakin yük göndərənin hesabına təşkil edən şəxsdir. Ekspeditorun öz xidmətləri üçün aldığı muzd onun vergitutulan əməliyyatlarına aid edilir.

Buna əsasən ƏDV məqsədləri üçün qeydiyyatdan keçmiş mülkiyyətində və ya istifadəsində nəqliyyat vasitəsi olmadan yüklərin daşınmasını daşıyıcılar vasitəsilə həyata keçirən ekspeditorun göstərdiyi vasitəçilik xidmətlərinə görə rezident və ya qeyri-rezident şəxslərlə bağlanmış müqavilələrə görə ona ödənilən xidmət haqları (komisyon haqları) 18 faiz dərəcə ilə ƏDV-yə cəlb edilir. 

Əsas: Vergi Məcəlləsinin 159-cu,165-ci və Mülki Məcəllənin 852-ci maddələri ilə tənzimlənir.

5/5 (1 Average count)
Qiymət ver:
Orxan Quliyev q.***@yahoo.com ID: 5117
Qeyri-neft sekronuna aid özəl müəssisədə əvəzçilik üzrə (əlavə iş yeri) çalışan işçinin əmək haqqısı hesablanan zaman, 8000manatlıq gəlir vergisinə görə azadolma tətbiq edilirmi ?
09/09/2021 Read: 120 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan müddəalarına əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən gəlir vergisi 7 il müddətinə güzəştli dərəcələrlə hesablanır.

 “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun meyarları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı ilə təsdiq edilmişdir. Həmin Meyarların 2.2-ci bəndinə əsasən, dövlət adından yaradılan publik hüquqi şəxslər, büdcə təşkilatları, dövlət büdcəsindən və dövlətə məxsus digər fondlardan maliyyələşən digər orqan və qurumlar, habelə səhmlərinin və ya paylarının 51 və daha artıq faizi birbaşa və ya dolayısı ilə dövlətə məxsus olan hüquqi şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış hüquqi şəxslər və vergi ödəyicisi olan fiziki şəxslər qeyri-dövlət sektoruna aid edilir.

Yuxarıda qeyd olunduğu kimi, meyarlar işçilərə deyil, işəgötürənə münasibətdə ayırd edilir və işəgötürən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edildiyi halda bütün işçilərin gəlir vergisi güzəştli dərəcə ilə hesablanır.

Əsas: Vergi Məcəlləsinin 101-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 fevral 2019-cu il tarixli 56 nömrəli Qərarı.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayıl mi***@mail.ru ID: 5113
Salam. Xahiş olunur aşağıda qeyd olunan suallara aydınlıq gətirəsiniz. Vergi ödəyicisi Bakıda şəhərində yerləşir. Bakı şəhərində yerləşən anbarından Respublikamızın rayonlarında yerləşən satış məntəqələrinə satış məqsədi ilə mallar verir. Malları müəssisənin işçisi müəssisənin özünün nəqliyyat vasitələri ilə çatdırır. Respublikanın ucqar rayonlarında yerləşən satış məntəqələrinə gedib-gəlmək bir iş günü ərzində mümkün deyil. Ona görədə həmin işçi heyyəti ilə hesablaşmaların aparılmasında müəyyən uyğunsuzluqlar yaranır. 1. Həmin şəxslərin (sürücü və ekspeditor) yerinə yetirdiyi iş və xidmət ezamiyyət sayılımı? 2. Həmin şəxslərin üçün iş və xidməti yerinə yetirdiyi müddət ezamiyyət hesab olunarsa, onlar üçün işçilərin ezamiyyə qaydalarına uyğun ezamiyyə haqqı hesablanmalıdırmı? Bu xidmətin yerinə yetirilməsi üçün başqa hansı qaydada sənədləşmə işləri aparmaq mümkündür. Xahiş edirəm qeyd olunan suallara sadə formada aydınlıq gətirəsiniz. Əvvəlcədən minnətdarlığımı bildirirəm.
08/09/2021 Read: 158 Average count: 0

Bildiririk ki, ezamiyyənin rəsmiləşdirilməsinə dair izahatın verilməsi Dövlət Vergil Xidmətinin səlahiyyətlərinə aid olmadığından, ətraflı məlumatın alınması üçün aidiyyəti üzrə Maliyyə Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur.

0/5 (0 Average count)
Qiymət ver:
İlkin Babaşov Məhəbbət il***@mail.ru ID: 5112
Salam. Biz ictimai iaşə fəaliyyəti göstərən sadələşdirilmiş vergi ödəyicisiyik və dövriyyəmiz 200000 AZN-dən aşağıdır. Sentyabr ayında dövriyyəmiz 200000 AZN-i keçəcək və belə olduğu halda aşağıdakı suallarımı zəhmət olmasa cavablandırardınız. 1-ci sual: Sentyabr ayında 200 000 dövriyyəni keçdikdən sonra, 8%-lik sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün ərizə göndərildikdən sonra hansı aydan etibarən mən 8%-lik sadələşdirilmiş vergi ödəyicisi kimi qeydiyyata alınacam? 2-ci sual: Mən 200 000 dövriyyəni keçdikdən sonra 8%-lik sadələşdirilmiş vergi ödəyicisi olmaq üçün ərizəni nə zaman göndərməliyəm?
08/09/2021 Read: 200 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir. 

Buna əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxs 8 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etməsi barədə növbəti ayın 1-ci günündən 10 gün ərzində qeydiyyatda olduğu vergi orqanına müraciət etməlidir.

Əsas: Vergi Məcəlləsinin 155-ci və 218-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Akif Məhərrəmov ak***@mail.ru ID: 5111
Salam! Əgər müəssisə öz əməkdaşlarının yanacaq, yemək, telefon rabitə xərclərini qarşılamaq üçün, üçüncü tərəfə ödəniş edirsə, bu zaman bu xərclər, 109.3 maddəsi üzrə sosial xərclərə aiddirmi? Bu zaman bu gəlir vergi, DSMF, İşsizlik və İTS cəlb olunurmu?
08/09/2021 Read: 350 Average count: 5

Bildiririk ki, vergitutma məqsədləri üçün sosial xarakterli xərclərin dairəsi Vergi Məcəlləsinin 109.3-cü maddəsində müəyyən olunmuşdur ki, həmin xərclərə də əyləncə və  yemək xərcləri, işçilərin mənzil və digər sosial xarakterli xərcləri aiddir.

Belə ki, Vergi Məcəlləsinin 109.3-cü maddəsinə əsasən əyləncə və yemək xərclərinin (müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş normalar daxilində müalicə-profilaktik yeməklərə, süd və ona bərabər tutulan digər məhsullara və vasitələrə sərf olunan xərclər, həmçinin dəniz nəqliyyatında üzücü heyətə verilən yemək xərcləri istisna olmaqla), habelə işçilərin mənzil və digər sosial xarakterli xərclərinin gəlirdən çıxılmasına yol verilmir.

İşəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin, o cümlədən yemək xərclərinin üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirləri Vergi Məcəlləsinin 98.5-ci maddəsinə əsasən vergi tutulan gəlirlərinə aid edilmir və həmin gəlirdən gəlir vergisi və məcburi dövlət sosial sığorta haqqı hesablanmır.

Eyni zamanda, işəgötürən tərəfindən işçilərin sosial xarakterli xərclərinin üçüncü şəxsin hesabına köçürülməsinin nəticəsi kimi əldə olunan gəlirləri işçinin əməkhaqqının tərkibinə daxil olmayan ödənişlər olduğu üçün, işçinin işsizlikdən sığorta və icbari tibbi sığorta haqqına cəlb olunan gəlirlərinə aid edilmir.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 109.3-cü və Əmək Məcəlləsinin 157-ci maddələri, “Sosial sığorta haqqında”, "İşsizlikdən sığorta haqqında" “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanunları,  “Neft-qaz sahəsində fəaliyyətin və qeyri-dövlət sektorunun Meyarları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 18 fevral 2019-cu il tarixli 56 saylı Qərarı.

5/5 (3 Average count)
Qiymət ver:
Aleksandr Verşinin Vladimiroviç al***@gmail.com ID: 5110
Salam. Mən VÖEN-i bərpa elədim, amma mənə ASAN xidmətdə kod-parol vermədilər və hal hazırda mən heç bir hesabat verə bilmirəm. Xahiş edirəm, mənə kod parol almaq üçün köməklik qöstərərsiniz. Öncədən təşəkkür bildirirəm.
08/09/2021 Read: 107 Average count: 0

Bildiririk ki, Dövlət Vergi Xidməti ilə elektron sənəd mübadiləsinin aparılması üçün istifadəçi kodu, parol və şifrənin verilməsi vergi ödəyicisi tərəfindən müvafiq qaydada təqdim olunmuş “Elektron sənəd mübadiləsi haqqında Ərizə” və “Vergi orqanı ilə vergi ödəyicisi arasında qarşılıqlı məlumat mübadiləsinə dair müqavilə” (2 nüsxədə) əsasında vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən əlbəəl formada təqdim olunur. 

Əsas: Dövlət Vergi Xidmətinin 30 noyabr 2020-ci il tarixli 2017040101070300 saylı əmri ilə təsdiq olunmuş "Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları".

0/5 (0 Average count)
Qiymət ver:
Rzayev Toğrul Rövşəm oğlu To***@mail.ru ID: 5109
Salam, mən 10 il Azərbayvan Respublilası Daxili İşlər Nazirliyinin müxtəlif strukturlarında təhqiqatçı, cinayət axtatış üzrə əməliyyat müvəkkili vəzifələrində işləmişəm. 2 gün olar ki, ailə vəziyyətimlə əlaqədar, eyni zamanda yaşayış yeriçin Bakı şəhəri olduğundam olaraq öz ərizəm ilə işdən çıxmışam. Polis kapitanı xüsusi rütbəsi daşımışam işlədiyiç dövr ərzində töhmət belə almamışam. Mənim əslində uşaqlıq arzum olub vergi əməkdaşı olmaq. Dövlət Vergi Xidmətində işə qəbul olmaq üçün nə etmək lazımdır? Qeyd edim ki, mənim hazırda 32 yaşım var Ali hüquq təhsilliyəm. Öncədən təşəkkürlər.
08/09/2021 Read: 124 Average count: 0

Bildiririk ki, vergi orqanlarına işə qəbul müsabiqə yolu ilə həyata keçirilir. Müsabiqə vergi orqanlarında vakansiyalar yarandıqda həyata keçirilir və müsabiqə barədə KİV-də, habelə səhifəmizdə müvafiq elanlar verilir. Həmçinin, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir. Bu haqda ətraflı məlumatla səhifəmizin “İşə qəbul” bölməsində tanış ola bilərsiniz.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə rəsmi qaydada müraciət edə bilərsiniz.

Əsas: “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver: