Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Vergi ödəyicisinin vergi orqanında qeydiyyatda olub-olmaması barədə arayışın verilməsi üçün Sərbəst formada müraciət ərizəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz. Arayış 5 iş günü ərzində müraciət edən şəxsə təqdim olunur.

Əsas: Vergilər nazirinin  24.06.2019-cu il tarixli əmri ilə təsdiqlənmiş “Vergi ödəyicilərinə göstərilən xidmətlərin vahid standartları”

Ümumi qiymət: 5/53
Qiymət ver:

Vergi ödəyicisi məcburi dövlət sosial sığorta haqqı üzrə borcunun olub-olmamasını ona məxsus istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza vasitəsilə İnternet vergi idarəsinin "E-bəyannamə, ƏDV-DH və ŞHV" bölməsindən və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə öyrənə bilər.

Ümumi qiymət: 3/54
Qiymət ver:

Bildiririk ki, 1 yanvar 2020-ci il tarixdən fiziki şəxslər tərəfindən vergidən azad olunmaqla təqdim edilən yaşayış sahəsində azı 5 il ərzində yaşayış yeri üzrə qeydiyyatda olma müddəti 3 təqvim ilinə endirilib. Qeyd olunan dəyişikliyə əsasən fiziki şəxslər tərəfindən azı 3 təqvim ili ərzində yaşayış yeri üzrə qeydiyyatda olduğu yaşayış sahələrinin təqdim edilməsi vergidən azaddır.

Sorğunuzda qeyd olunan halda Siz 2006-cı ildən 2015-ci ilədək mənzildə qeydiyyatda olduğunuzu təsdiq edən sənədlər əsasında adıçəkilən vergi güzəştindən istifadə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin  218.4.3-cü və 218-1.1.5-ci maddələri.

Ümumi qiymət: 4/56
Qiymət ver:

Bildiririk ki, I qrup əlilə baxan və onunla birlikdə yaşayan himayəçi olduğunuz halda vergi tutulmalı olan aylıq gəliriniz 100 manat məbləğində azaldılır.

Bu güzəşt hüququ aşağıda qeyd olunan sənədlərin birinin təqdim edildiyi andan yaranır və yalnız əsas iş yerinizdə (əmək kitabçanızın olduğu yerdə) həyata kedçirilir:

- himayədə olma faktı barədə məhkəmə orqanlarının qərarı;

- birgə yaşamaq haqqında mənzil-kommunal istismar sahələrinin, yaxud icra hakimiyyəti nümayəndəliklərinin arayışları;

- Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin arayışı.

Əsas: Vergi Məcəlləsinin 102.4.4-cü maddəsi, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

Ümumi qiymət: 4/53
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır.

Məcburi köçkünlərin (mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərdən başqa) əsas iş yerində müvafiq təsdiqedici sənədlər təqdim edildiyi halda hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.

Bununla yanaşı, qohumluq dərəcəsindən asılı olmayaraq, himayəsində azı 3 nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 50 manat məbləğində azaldılır.

Sorğunuzda qeyd olunan halda sizin muzdlu işdən əldə etdiyiniz gəlirdən 350 manat (200 + 100 + 50) vergi güzəşti çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 98-ci, 101-ci, 102.1.6-cı, 102.2.4-cü, 102.5-ci, 102.7-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, vergi ödəyiciləri maliyyə dəstəyi üçün müraciəti Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq təqdim etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

Ümumi qiymət: 5/51
Qiymət ver:

Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş ƏDV-nin qaytarılması üçün Nazirlər Kabineti tərəfindən müvafiq qaydaların hazırlanması nəzərdə tutulub.

Qaydalar təsdiq edildikdən sonra sorğuda qaldırılan məsələ barədə məlumat veriləcəkdir.

Əsas: Vergi Məcəlləsinin 165.5-ci maddəsi.

Ümumi qiymət: 4/56
Qiymət ver: