Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, həyatın yığım sığortası və pensiya sığortası müqavilələrinə vaxtından əvvəl xitam verildikdə sığortaçı tərəfindən işəgötürəndən müqavilənin qüvvədə olduğu dövr üçün sığorta olunanın muzdlu işlə əlaqədar aylıq gəlirləri və aylar üzrə tutulmuş gəlir vergisi barədə müvafiq arayış alınmalı və aylar üzrə ödənilmiş sığorta ödənişləri sığortalının aylıq gəlirinə əlavə edilməklə Vergi Məcəlləsinin 101.1-ci və ya 101.1-1ci  maddəsinə uyğun olaraq gəlir vergisi tutulmalı və işəgötürənin tutduğu gəlir vergisi nəzərə alınmaqla yaranmış müvafiq gəlir vergisinin məbləği sığortaçı tərəfindən dövlət büdcəsinə köçürülməlidir.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci, 102.1.8-ci və 116-cı maddələri.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, muzdlu işçisi olmayan fərdi sahibkarlar “Məcburi dövlət sosial sığortası haqqı” hesabatını istifadəçi kodu, parol və şifrə vasitəsilə onlayn qaydada təqdim edə bilərlər.

Ümumi qiymət: 5/51
Qiymət ver:

“Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. Müraciətinizdə qeyd olunan hallarla bağlı vergi qanunvericiliyində hər hansı məhdudiyyət nəzərdə tutulmamışdır.

Əlavə olaraq məlumat üçün bildiririk ki, maliyyə bazarları sahəsində tənzimləməni və qüvvədə olan qanunvericiliyə əməl edilməsinə nəzarəti həyata keçirmək Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının fəaliyyət istiqamətlərinə aid edildiyindən müraciətinizlə bağlı adıçəkilən quruma müraciət etməyiniz daha məqsədəuyğundur.

Ümumi qiymət: 3/58
Qiymət ver:

Sorğunuzda qeyd olunan gəlirin muzdlu işdən gəlirə aid olduğu qənaətinə gələrək bildiririk ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir.
Qeyd olunan maddəyə əsasən fiziki şəxsin muzdlu işdən  illik gəliri 30 000 manatdan çox olduqda güzəşt tətbiq olunmur və 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Cavab 1. Bildiririk ki, mövcud qanunvericiliyə əsasən vergitutma məqsədləri üçün torpaq sahəsi 3 kateqoriyaya bölünüb:

a) Kənd təsərrüfatı üçün nəzərdə tutulan və təyinatı üzrə istifadə olunan;

b) Kənd təsərrüfatı üçün nəzərdə tutulan, lakin təyinatı üzrə istifadə olunmayan;

c) Digər (yaşayış, sənaye, nəqliyyat və s. təyinatlar üzrə) istifadə olunan torpaqlar.

Yuxarıda qeyd olunan torpaq sahələrinin hər bir kateqoriyasına görə Vergi Məcəlləsində ayrı-ayrı vergi dərəcələri nəzərdə tutulmuşdur. Torpaq sahələrinin hər bir kateqoriyası üzrə həmin sahələrin yerləşdiyi ərazidən asılı olaraq torpaq vergisinin hesablanması üçün saytımızın “Faydalı” bölməsinin “Vergi kalkulyatoru” hissəsində yerləşdirilmiş “Torpaq vergisinin hesablanması” hesablayıcı kalkulyatorundan istifadə edə bilərsiniz.

Torpaq vergisinin dərəcələri Vergi Məcəlləsi ilə müəyyən edilir, lakin bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcəsini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Eyni zamanda bildiririk ki, tədiyyə bildirişində qeyd etdiyiniz məlumatların göstərilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Tədiyyə bildirişində fiziki şəxsin adı, soyadı, atasının adı, ünvanı, o cümlədən ötən dövrlər üzrə vergi borcu və faiz məbləği göstərilir.

Cavab 2. Bildiririk ki, mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq sahəsi olan fiziki şəxs torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə ərizə ilə vergi orqanına müraciət etməlidir.

Mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən fiziki şəxslərin (digər sahələrdə işləyib məcburi dövlət sosial sığorta haqqı ödəyənlər istisna olmaqla) və ailə kəndli təsərrüfatlarının əmək qabiliyyətli (I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından "Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər) ailə üzvlərinin hər biri üçün (alınan əmlak və torpaqpayı hesabına şəxsi yardımçı və digər təsərrüfatlar daxil olmaqla) minimum aylıq əməkhaqqının 6 faizi miqdarında sosial sığorta haqqı hesablanır.

Mülkiyyətində kənd təsərrüfatına yararlı torpaqları olan vergi orqanında uçota alınan şəxs bu torpaqdan istifadə etmədiyi dövr üçün “Sosial sığorta haqqında” Qanunun 10-cu maddəsinin müddəalarına əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) hesabat əvəzinə hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq fəaliyyətin olmaması barədə arayış təqdim etmək hüququ vardır.
 

Ümumi qiymət: 0/50
Qiymət ver:

Rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikasında və Azərbaycan Respublikasının hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir. Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün rezidentlərin bütün gəliri ilə həmin dövr üçün bu Məcəllə ilə müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən ibarət olan vergiyə cəlb edilən gəlirdir.

Bununla yanaşı, Vergi Məcəlləsinin 127-ci maddəsinin müddəalarına uyğun olaraq rezidentin Azərbaycan Respublikasının hüdudlarından kənarda Azərbaycan mənbəyindən olmayan gəlirindən ödənilmiş gəlir vergisinin və ya mənfəət vergisinin məbləğləri Azərbaycanda vergi ödənilərkən nəzərə alınır. Bu zaman nəzərə alınan məbləğ Azərbaycan Respublikasında həmin gəlirdən və ya mənfəətdən müəyyən edilmiş dərəcələrlə tutulan verginin məbləğindən çox olmamalıdır.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, qeyri-rezident şəxs tərəfindən virtual məkanda göstərilən reklam xidmətinin alıcısı Azərbaycan Respublikasında yerləşən rezident şəxs olduqda, ƏDV-nin məqsədləri üçün bu xidmətin faktiki göstərildiyi yer Azərbaycan Respublikasının ərazisi hesab edilməklə həmin xidmətə görə qeyri-rezidentə ödənilən məbləğə 18 faiz dərəcə ilə ƏDV tətbiq edilir. Göstərilmiş və dəyəri ödənilmiş bu xidmətlər isə ƏDV-nin bəyannaməsinin 306-cı və 312-ci sətirlərində, eyni zamanda həmin bəyannaməyə əlavə 7-də əks etdirilir.

Bununla belə, qeyri-rezidentin adı, rezident olduğu ölkənin adı, göstərilmiş işin (xidmətin) adı, görülmə dövrü, rezident olduğu ölkədəki VÖEN-i, büdcəyə ödənişi təsdiq edən sənədin nömrəsi, tarixi, ödənişin ümumi dəyəri (ƏDV-siz) və ƏDV məbləği ƏDV-nin bəyannaməsinə əlavə 7-dəki sətrlərin müvafiq xanalarında əks etdirilir. Qeyri-rezidentə xidmətlərlə bağlı ödənişlər edilərkən müvafiq məlumatları da həmin zaman əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 169-cu, 173-cü maddələri.

Ümumi qiymət: 3/57
Qiymət ver:

Bildiririk ki, yaşı 35-i keçmiş vətəndaşlar bir qayda olaraq orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Bununla belə, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir.

Sorğunuzda qeyd olunan məsələ ilə əlaqədar əlavə məlumatın alınması üçün (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlaya bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, xüsusi statusa malik təşkilatlar istisna olmaqla, muzdla işləyənləri işə götürən sığortaedənlər o cümlədən icra hakimiyyətinin ərazilər üzrə nümayəndəlikləri məcburi dövlət sosial sığorta məqsədləri üçün "0112" kodundan istifadə etməlidir.

Əsas: Azərbaycan Respublikası Vergilər nazirinin 08 iyul 2019-cu il tarixli Əmri ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə rüblük  hesabat” (2019-cu il və sonrakı dövrlər üzrə) formasının tərtib edilməsi Qaydaları.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, İlin sonuna əsas vəsaitin qalıq dəyəri 500 manatdan və ya ilkin dəyərinin 5 faizindən az olduqda, qalıq dəyərinin məbləği gəlirdən çıxılır.

Eyni zamanda aktivlərin təqdim edilməsindən əldə olunan məbləğ həmin aktivlərin qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə, azdırsa zərərə aid edilərək mənfəət vergisinin məqsədləri üçün nəzərə alınır.

Əsas: Vergi Məcəlləsinin 114.8-ci, 142-ci maddəsi.

Ümumi qiymət: 5/55
Qiymət ver:

Əmək Məcəlləsinin 74-cü maddəsinin qeyd hissəsinə əsasən əmək qabiliyyətini müvəqqəti itirməsinə görə 14 gün üçün işəgötürənin öz vəsaiti hesabına ödənc həyata keçirdiyi halda, həmin ödəncdən gəlir vergisini tutaraq, müvafiq qaydada muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsini vergi orqanına verməyə borcludurlar.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə 14 gündən artıq olan günlər üçün ödənişlər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən həyata keçirildiyindən, fond tərəfindən həmin ödənişlər üzrə gəlir vergisi hesablanmalı, hesablanmış vergini növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməli və muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.

Göründüyü kimi, işçiyə xəstəlik vərəqəsinə əsasən əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hər ay üzrə hesablanaraq ödənilən müavinətlər muzdla işləyən işçinin muzdlu işlə əlaqədar alınan aylıq gəlirinə aid edilməli və işçinin həmin aylardakı aylıq gəlirinin ümumi məbləğindən hər bir ay üzrə (əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə hesablanaraq ödənilən müavinətlər də daxil olmaqla) ayrılıqda Vergi Məcəlləsinin 101.1-ci maddəsində göstərilən cədvələ uyğun olaraq Vergi Məcəlləsinin 102-ci maddəsində güzəşt və azadolmalar nəzərə alınmaqla işəgötürən tərəfindən ödəmə mənbəyində gəlir vergisi hesablanaraq tutulmalı, müvafiq qaydada bəyan edilməklə növbəti ayın 20-dən gec olmayaraq büdcəyə köçürülməlidir.

Əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə əmək haqqının hesablanması barədə daha ətraflı məlumatı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, vergi qanunvericiliyi və inzibatçılığı ilə bağlı əlavə məlumatı isə Vergilər Nazirliyinin (195-1) nömrəli Çağrı Mərkəzinə müraciət etməklə əldə edə bilərsiniz.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Fiziki şəxslər və bələdiyyə müəssisələri özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra 1 ay ərzində bələdiyyələrdə uçota durmalıdırlar.

Torpaq üzərində fiziki şəxsin xüsusi mülkiyyət hüququ dövlət torpaqlarının özəlləşdirilməsi, bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı və ayrı-ayrı fiziki və hüquqi şəxslərin mülkiyyətində olan torpaqların alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin əsasında yaranır.

Müvafiq orqanlar tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır və bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir.

Eyni zamanda, vergi orqanları vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövri qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər.

Əlavə olaraq qeyd etmək istərdik ki, "Sual-Cavab” rubrikasına daxil olmuş müraciətin cavabının yazılı qaydada müraciət edən şəxsin ünvanına və ya elektron poçt ünvanına göndərilməsi nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 85.4-cü, 203-cü, 205-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisinin fəaliyyət növü barədə məlumat kommersiya (vergi) sirri hesab edilir. “Sual-cavab” bölməsində isə kommersiya və (və ya) vergi sirri təşkil edən məlumatlar verilmir.
Fəaliyyət növünüz barədə məlumatın alınması üçün vergi ödəyicilərinə xidmət mərkəzinə müraciət etməyinizi tövsiyə edirik.
Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, müraciətinizdə qeyd olunan halda tərəflər arasında bağlanmış müqavilənin şərtlərindən asılı olaraq müəssisə həmin şəxsləri yanacaqla təmin edə bilər. Qeyd olunan xərclər bilavasitə gəlirin əldə edilməsi ilə bağlı olduğu halda yükdaşıma xidmətlərinin göstərilməsi ilə əlaqədar çəkilən yanacaq xərcləri müəssisənin gəlirdən çıxılan xərclərinə aid edilir.

Bu zaman rezident fiziki şəxs yanacağın sərfiyyatına dair işin icrası haqqında məlumatı (haradan haraya), getdiyi yürüşü (km.) və s. əks etdirən müvafiq təsdiqedici sənədləri müəssisəyə təqdim etməlidir.

Əsas: Vergi Məcəlləsinin 108-ci maddəsi.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 102.1.22-1-ci maddəsində “qanunla müəyyən olunmuş qaydada gəlirlərin və xərclərin uçotunu aparan rezident müəssisə” dedikdə mühasibat uçotunun aparılması qaydalarını tənzimləyən qanunvericilik aktlarına və Vergi Məcəlləsinə və ona uyğun qəbul edilmiş digər normativ-hüquqi aktlara əsasən uçotun aparılması nəzərdə tutulur.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, müraciətinizdə qeyd olunanlara əsasən beynəlxalq yük daşıma xidmətləri üzrə fəaliyyətdən əldə edilən ümumi gəlirdən Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada gəlirin əldə edilməsi ilə bağlı çəkilən xərclər və icbari ödənişlər çıxıldıqdan sonra qalan məbləğdən gəlir vergisi hesablanıb dövlət büdcəsinə ödənilir və “Gəlir vergisinin bəyannaməsi” sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edilir.

Yalnız ölkə daxilində yüklərin daşınmasını həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridirlər və xidmətin həyata keçirildiyi yerdən asılı olaraq hər bir avtomobil nəqliyyatı vasitəsi üçün hesablanmış sadələşdirilmiş vergini ödəməklə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya il üçün ciddi hesabat blankı olan “Fərqlənmə nişanı” almalıdırlar.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvədə olan 218.5.10-cu maddəsinə əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslərin (bu Məcəllənin 218.4.1-ci və 220.10-cu maddələrində nəzərdə tutulan şəxslər tərəfindən xidmətlərin göstərilməsi istisna olmaqla) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur.

Buna əsasən aviabilet və tur paketlərin satışı ilə bağlı vergi ödəyicilərinə xidmət göstərən agentlərin (turagentlərin) sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Aviabilet və tur paketlərin satışını həyata keçirən hüquqi şəxslər mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərəcəklər. Turagentlərin vergi tutulan gəlirləri əldə olunan komisyon haqlarından  (alış və satış qiyməti arasındakı fərq) ibarətdir. Turagentlər mənfəət və ya gəlir vergisinin ödəyiciləridirlər.

Aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən əldə olunan komisyon haqlarının həcmi 200.000 manatdan artıq olduqda həmin şəxslər növbəti ayın ilk 10 günü ərzində ƏDV-nin məqsədləri üçün qeydiyyata dair ərizə verməyə borcludur. Bu zaman ƏDV məqsədləri üçün qeydiyyatda olan aviabilet və tur paketlərin komisyon qaydada satışını həyata keçirən şəxslər tərəfindən aviabilet satışı ilə bağlı göstərilən turizm xidmətləri (komisyon haqları) ƏDV-nin vergitutma obyektini təşkil edir.

Turagentlər tərəfindən tətbiq edilən komisyon haqları tur paketlərin və ya aviabiletlərin alışı ilə satışı arasındakı fərq kimi müəyyən edilir.

Ümumi qiymət: 4/57
Qiymət ver:

Bildiririk ki, öz imkanlarından, qabiliyyətindən və əmlakından sərbəst istifadə edərək təkbaşına və ya başqaları ilə birlikdə azad sahibkarlıq fəaliyyəti və ya qanunla qadağan edilməyən digər iqtisadi fəaliyyət növü ilə məşğul olmaq hər kəsin Konstitusiya hüququdur və hər kəs bu fəaliyyəti istər bilavasitə fərdi sahibkar kimi, istərsə də hüquq şəxs təsis etməklə həyata keçirə bilər.

Sahibkar vergi ödəyicisi kimi uçota alınması zamanı seçdiyi vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergiləri (sadələşdirilmiş vergi və ya gəlir (mənfəət) vergisi, ƏDV, muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan gəlir vergisi, ödəmə mənbəyində tutulan vergilər və s.) hesablayıb dövlət büdcəsinə ödəməli və müvafiq bəyannamələri vergi orqanına təqdim etməlidir.

Fiziki şəxs kimi vergi uçotuna dayanma, kommersiya hüquqi şəxsin yaradılması, təsərrüfat subyetinin uçota alınması, bank hesabının açılması, NKA-nın və POS-terminalın qeydiyyatı, vergi öhdəliklərinin yerinə yetirilməsi və s. barədə daha geniş məlumatla "Vergi bələdçisi" bölməsində tanış olmaq olar.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən illik gəliri 30000 manatadək olduqda, 2400 manat məbləğində olan hissəsi gəlir vergisindən azad edilmişdir: (28000-2400)*14%
Qeyd olunan maddəyə əsasən fiziki şəxsin muzdlu işdən  illik gəliri 30 000 manatdan çox olduqda güzəşt tətbiq olunmur və 14 faiz dərəcə ilə gəlir vergisi hesablanır.
Əsas: Vergi Məcəlləsinin 102.1.6-cı maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1. Bildiririk ki, sadələşdirilmiş vergi ödəyicisi olan sahibkar üçün vergitutma obyekti təqdim olunmuş mallara, görülmüş işlərə və ya göstərilmiş xidmətlərə görə əldə olunan hasilat, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmidir.

Sorğunuzda vergi ödəyicisi sadələşdirilmiş vergi ödəyicisi olduğu dövrdə təqdim olunan xidmətə görə əldə etdiyi gəlirlərə görə xidmətin təqdim olunduğu dövrdə qüvvədə olan vergi dərəcəsi ilə (Bakı şəhərində 4%, digər şəhər və rayonlarda, Naxçıvan Muxtar Respublikasında 2 %) vergi ödəyəcək və gəlirin əldə olunduğu dövr üçün sadələşdirilmiş vergi bəyannaməsi  təqdim edəcək.

Əsas: Vergi Məcəlləsinin 219-cu maddəsi.

Cavab 2-3. Bildiririk ki, mallar göndərilməsinə, işlər görülməsinə və ya xidmətlər göstərilməsinə yardımçı xarakter daşıyan mallar göndərilməsi, işlər görülməsi, xidmətlər göstərilməsi onların bir hissəsi sayıldığından sorğunuzda qeyd olunan halda əməliyyatın tam dəyərinə ƏDV tətbiq edilməli və göstərilmiş xidmətlərlə bağlı həmin xidmətlərin sifarişçisinə müvafiq elektron qaimə-faktura və elektron vergi hesab-faktura təqdim edilməlidir.

Əsas: Vergi Məcəlləsinin 13.2.11-ci, 71-1-ci, 159.1-ci, 159.2-ci və 171.1-ci maddələri.

Ümumi qiymət: 5/51
Qiymət ver: