Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır.

Buna əsasən, sorğuda qeyd olunan halda, güzəşt hüququnu müəyyən edən sənəd tərəfinizdən iş yerinə təqdim edildiyi andan sizə hesablanan əmək haqqına Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt tətbiq edilir.

Belə ki, Vergi Məcəlləsinin 102.8-ci maddəsinə əsasən, əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin bu maddədə sadalanan vergi güzəştləri hüququ Nazirlər Kabineti tərəfindən müəyyənləşdirilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Kəndli Fermer Təsərrüfatı tərəfindən alınmış damazlıq heyvanların dəyərinin 60 faizinin Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Kredit və İnkişaf Agentliyindən ayrılmış vəsait hesabına ödənilməsi təsərrüfatın satışdankənar gəlirlərinə aid edilir və həmin gəlirlər mənfəət vergisinə cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 13-cü və 104-cü maddələri

Ümumi qiymət: 5/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 214-cü maddəsinə əsasən Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.

Mədən vergisinin hesablanması məqsədləri üçün sorğuda göstərilən halda yerin təkindən faydalı qazıntıların çıxarılması zamanı tətbiq edilən texnoloji prosesə uyğun olaraq (materialların bir-birindən ayırıb, emalı və sair) hasilatın həcmi həmin prosesin nəticəsində çay xırının tərkibindən ay üzrə müəyyən edilən çınqıl xammalı hesabat ayının bəyannaməsinə daxil edilməklə vergi orqanına təqdim edilə bilər. Bu zaman verginin hesablanması üçün hesabat ayı üzrə yerin təkindən çıxarılan faydalı qazıntıların həcmi müəyyən edilir.

Qeyd olunanlara əsasən qum-çınqıl karxanasında çınqılın hazırlanması üçün yerin təkindən çıxarılan çınqıl xammalının hər kubmetr 1,0 manat dərəcə ilə mədən vergisi hesablanıb növbəti ayın 20-dən gec olmayaraq yerli büdcəyə ödənilməlidir.

Əsas: Vergi Məcəlləsinin 214-cü, 216-cı və 217-ci maddələri

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 164.1.30-cu maddəsinə əsasən toxum və tinglərin idxalı və satışı ƏDV-dən azaddır. Buna əsasən emal olunmuş xam pambıqdan alınmış toxumluq çiyidin toxum hesab edildiyi halda ƏDV-dən azaddır. Emal olunmuş xam pambıqdan alınmış toxumluq çiyidin toxuma aid olması barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziriliyinə müraciət edilməsi tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 13-cü, 102-ci, 159-cu, 164-cü, 199-cu maddələri və Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 15 iyul 2009-cu il tarixli kollegiya qərarı ilə təsdiq edilmiş “Məhsul növləri təsnifatı”

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəllənin 128-ci maddəsində nəzərdə tutulan güzəştli vergi tutulan ölkələrdə təsis edilmiş (qeydiyyatdan keçmiş) şəxslərə, o cümlədən digər ölkələrdə olan filial və ya nümayəndəliklərinə, habelə güzəştli vergi tutulan ölkələrdə olan bank hesablarına rezidentlərin və qeyri-rezidentlərin Azərbaycan Respublikasındakı daimi nümayəndəlikləri tərəfindən birbaşa və ya dolayısı ilə edilən ödənişlər 10 faiz dərəcə ilə ödəmə mənbəyində vergiyə cəlb olunur.

Rezident müəssisə tərəfindən qeyri-rezident şəxsin güzəştli vergi tutulan ölkələrdə olan bank hesabına köçürülmüş pul vəsaitlərinin rezident müəssisənin bank hesabına geri qaytarılması zamanı ödənilmiş vergi məbləğinin nəzərə alınması (geri qaytarılması) vergi qanunvericiliyində nəzərdə tutulmamışdır.

Əsas: Vergi Məcəlləsinin 128-ci maddəsi

Ümumi qiymət: 2/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 175.6-cı maddəsinin müddəalarına əsasən ƏDV-yə cəlb edilməyən əməliyyatlar aparan şəxslər tərəfindən mallar (işlər, xidmətlər) alınarkən bu maddə ilə müəyyən edilmiş qaydada ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir. Vergi ödəyicisi vergi tutulan əməliyyatlar və bu Məcəllənin 164-cü maddəsinə uyğun olaraq ƏDV-dən azad edilmiş əməliyyatlar aparırsa, ƏDV üzrə əvəzləşdirmə üçün vergi tutulan dövriyyənin ümumi dövriyyədəki xüsusi çəkisinə uyğun olaraq müəyyən edilən ƏDV-nin məbləği qəbul olunur.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi

Ümumi qiymət: 5/51
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 13.2.5.1-ci maddəsinə əsasən təqvim ilində üst-üstə 182 gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan, təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan, bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə (hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda, həmin fiziki şəxs daimi yaşayış yeri, həyati mənafelərinin mərkəzi, adətən yaşadığı yer və Azərbaycan Respublikasının vətəndaşlığı meyarlarla Azərbaycan Respublikasının rezidenti sayılır.

Vergi Məcəlləsinin 13.2.5.2-ci maddəsinə əsasən fiziki şəxs vergi ilində Azərbaycan Respublikasının ərazisində qaldığı son gündən etibarən bu vergi ilinin sonunadək olan dövr ərzində Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs bilavasitə növbəti vergi ilində Azərbaycan Respublikasının qeyri-rezidenti olsun.

Qeyd olunanlara əsasən sorğuda göstərilən halda Azərbaycan Respublikasının vətəndaşı Azərbaycan Respublikasının qeyri-rezidenti sayılır.

Əsas: Vergi Məcəlləsinin 13-cü maddəsi

Ümumi qiymət: 4/55
Qiymət ver:

Bildiririk ki, idxal və ixrac edilmiş mallar üzrə göstərilmiş elektron gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edildiyi halda ödənilmiş ƏDV məbləği Vergi Məcəlləsinin 175-ci maddəsinə uyğun olaraq əvəzləşdirilə bilər. Gömrük xidmətlərinə görə elektron vergi hesab-faktura təqdim edilmədiyi halda isə ödənilmiş ƏDV məbləği əvəzləşdirilmir və ödənilmiş ƏDV məbləği malların dəyərinə aid edilməklə gəlirdən çıxılan xərclərə aid edilir.

Əsas: Vergi Məcəlləsinin 175-ci maddəsi və “Gömrük yığımlarının məbləğləri”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 aprel 2016-c il tarixli 168 nömrəli Qərarı

Ümumi qiymət: 3/54
Qiymət ver:

Bildiririk ki, “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununun müddəalarına uyğun olaraq, turoperator turların komplektləşdirilməsi, turizm məhsulunun formalaşdırılması, hərəkətə gətirilməsi və satışı ilə məşğul olan turizm təşkilatı, turagent isə turoperator tərəfindən turların satışı, turizm məhsulunun hərəkətə gətirilməsi və satışı üzrə vasitəçilik fəaliyyəti göstərən fiziki və ya hüquqi şəxs hesab olunur.

Göründüyü kimi, fiziki şəxsin turagent kimi fəaliyyət göstərilməsi mümkündür və fiziki şəxs kimi sahibkarlıq fəaliyyətinə başladığı günədək yaşayış yeri üzrə vergi ödəyicilərinə xidmət mərkəzinə və ya ASAN xidmət mərkəzinə müraciət edərək vergi uçotuna alınmalıdır.

Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “Fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Məlumat üçün bildiririk ki, vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Cavab 1. Bildiririk ki,  dövlət idarələrinin və digər idarələrin ayrı-ayrı növlərinin hüquqi vəziyyətinin xüsusiyyətləri qanunvericiliklə müəyyənləşdirilir.

Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatlarının olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

Əsas: Vergi Məcəlləsinin 33.2-ci maddəsi.

Cavab 2. Vergi Məcəlləsinin 16.1.9-cu maddəsinə əsasən, nağd pul hesablaşmaları nəzarət-kassa aparatları tətbiq edilmədən aparılan zaman alıcıya qanunvericiliklə müəyyən edilmiş məlumatları əks etdirən ciddi hesabat blanklarını təqdim etmək vergi ödəyicisinin vəzifələrinə aid olunmuşdur.

Əsas: Vergi Məcəlləsinin 16.1.9-cu maddəsi.

Ümumi qiymət: 0/50
Qiymət ver:

Bildiririk ki, vergi orqanlarına işə qəbulla əlaqədar test imtahanında mümkün olan baldan ən azı 70 faizini toplamış namizəd müsahibəyə buraxılır. Namizədin tələb olunan  baldan az topladığı halda müsahibə mərhələsinə keçməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

Ümumi qiymət: 5/52
Qiymət ver:

Bildiririk ki, vergi ödəyicisi vergi tutulan gəlirin (mənfəətin) dəqiq əks etdirilməsi üçün sənədləşdirilmiş məlumat əsasında gəlirlərinin və xərclərinin vaxtlı-vaxtında dəqiq uçotunu aparmağa borcludur.

Qanunvericiliyə əsasən fərdi sahibkarlara və hüquqi şəxslərə malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxs onlara elektron qaimə-faktura verir.

Göründüyü kimi, sahibkarlıq fəaliyyəti subyektləri tərəfindən çəkilmiş xərclər ilkin uçot sənədləri əldə edilməklə rəsmiləşdirilməlidir. Vergi ödəyicisi tərəfindən gəlirin əldə edilməsi ilə bağlı xərclər ilkin uçot sənədləri ilə rəsmiləşdirildiyi halda gəlirdən çıxılır.

Vergi ödəyicisi tərəfindən ödəniş həyata keçirilərkən ödənişin təyinatı göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 71-1-ci, 108-ci maddələri.

Ümumi qiymət: 1/51
Qiymət ver:

Bildiririk ki, sosial və işsizlik sığorta haqlarının uçotunu aparmaq və hər rüb üzrə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq bu barədə vergi orqanına hesabat vermək sığortaedənlərin vəzifələrinə aid edilmişdir.

Hesabat dövrü bitmədiyi halda, qeyd olunan hesabatların təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Əsas: "Sosial sığorta haqqında" 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli və "İşsizlikdən sığorta haqqında" 30 iyun 2017-ci il tarixli 765-VQ nömrəli Azərbaycan Respublikasının Qanunları.

Ümumi qiymət: 4/510
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 166.1-ci maddəsində qeyd olunmuşdur ki, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi tutulan əməliyyatın vaxtı həmin əməliyyat üçün ödəmə 30 gün müddətində həyata keçirildikdə ödəmənin həyata keçirildiyi, ödəmə 30 gündən sonra həyata keçirildikdə isə ƏDV-nin elektron vergi hesab-fakturasının verildiyi vaxt sayılır. Mallar (işlər, xidmətlər) təqdim olunduqdan sonrakı 5 gün ərzində ƏDV-nin elektron vergi hesab-fakturası verilmirsə və ödəmə 30 gün ərzində həyata keçirilmirsə, vergi tutulan əməliyyatın aparıldığı vaxt malların (işlərin, xidmətlərin) göndərildiyi və ya təqdim edildiyi vaxt hesab olunur.

Bu maddədə ödəmə dedikdə vergi tutulan əməliyyat üzrə tam ödənişin aparılması nəzərdə tutulur.

Müraciətinizdə qeyd olunan halda, tam ödəmənin 30 gün müddətində həyata keçirildiyi və tam ödənişin həyata keçirildiyi müddət iyun ayına düşdüyü üçün qeyd olunan əməliyyat iyun ayının ƏDV bəyannaməsində əksə olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

Ümumi qiymət: 3/510
Qiymət ver:

Bildiririk ki, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda, 1 yanvar 2019-cu il tarixdən Vergi Məcəlləsində edilmiş dəyişikliyə əsasən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirləri 8000 manatadək olduqda verginin dərəcəsi 0 (sıfır) faiz təşkil edir və bu halda göstərdiyiniz əmək haqqı məbləğindən gəlir vergisi tutulmur.  Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəliri 200 manatdan çox olduqda 6 manat+200 manatdan çox hissənin 10 faizi miqdarında sosial sığorta haqqı tutulur. (sorğunuzda 6+300*10%=36). İşəgötürən isə sığorta haqqına cəlb edilən aylıq gəlirin 200 manatadək olan hissəsindən 22 faiz, 200 manatdan yuxarı olan hissəsindən 15 faiz dərəcə ilə sosial sığorta haqqı hesablanır.

Həmçinin bildiririk ki, neft-qaz sahəsində və ya dövlət sektoruna aid edilən vergi ödəyicilərində işlədiyiniz halda Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2500 manatadək olduqda həmin məbləğin 200 manatadək olan hissəsi gəlir vergisindən azaddır. Buna əsasən sizin aylıq əmək haqqınızdan 200 manat çıxılmaqla qalan fərqdən gəlir vergisi hesablanır ((500-200)*14%=42). Həmin fiziki şəxsin sosial sığorta haqqına cəlb edilən aylıq gəlirindən 3 faiz işçi, 22 faiz isə işəgötürən tərəfindən sosial sığorta haqqı ödənilr.

Qeyd olunan hesablamalarla bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilməmişdir.

Əlavə olaraq bildiririk ki, Vergilər Nazirliyinin rəsmi internet səhifəsində “Əmək haqqından tutulmaların hesablanması kalkulyatoru” istifadəyə verilmişdir. Kalkulyatordan istifadə etməklə  siz əmək haqqınızdan tutulmalar barədə məlumat əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 101.1-ci, 101.1-1-ci maddələri, "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının 18 fevral 1997-ci il tarixli 250-IQ nömrəli Qanunu.

Ümumi qiymət: 4/54
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin XI fəslinin müddəalarına uyğun olaraq vergidən azad edilən malların göndərilməsindən, işlərin görülməsindən və xidmətlərin göstərilməsindən başqa, müstəqil sahibkarlıq fəaliyyəti və ya hüquqi şəxs yaratmadan birgə sahibkarlıq fəaliyyəti çərçivəsində malların göndərilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi, onlar Vergi Məcəlləsinin 167-ci və ya 168-ci maddələrinə uyğun olaraq Azərbaycan Respublikasının ərazisində həyata keçirilirsə, vergi tutulan əməliyyatlar sayılır.

Vergi Məcəlləsinin 168-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının hüdudlarından kənarda xidmətlər göstərilməsi və ya işlər görülməsi vergi tutulan əməliyyatlara daxil edilmir.

Ümumi qiymət: 5/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş müddəalarına əsasən kənd təsərrüfatı məhsullarının istehsalçılarına tətbiq olunan vergi güzəştləri daha 5 il müddətinə, yəni 2024-cü ilə qədər uzadılmışdır.

Göründüyü kimi, yuxarıda göstərilən azadolmalar yalnız kənd təsərrüfatı məhsullarının istehsalı fəaliyyətinə tətbiq edildiyindən, kənd təsərrüfatı məhsullarının emal olunduqdan sonra satışından əldə olunan gəlir vergidən azad edilməmişdir.

Qeyd olunan fəaliyyətlə məşğul olan və işçilərin sayı 10 nəfərdən çox olmayan şəxslər sadələşdirilmiş vergi ödəyicisi kimi fəaliyyət göstərə bilərlər.

12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manatdan artıq olan şəxslər isə ƏDV qeydiyyatı üçün vergi orqanına ərizə təqdim etməlidir və təqdim olunan məhsulun dəyərinə 18 % dərəcə ilə ƏDV tətbiq olunmalıdır.

Əsas: Vergi Məcəlləsinin 13.2.60-cı, 13.2.61-ci, 101.6-cı, 102.1.11-ci, 106.1.14-cü, 150.1.14-cü, 155-ci, 164.1.18-ci, 218.5.8-ci, 219.7-ci maddələri.

Ümumi qiymət: 4/53
Qiymət ver:

Bildiririk ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən ƏDV vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron vergi hesab-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı əlavə dəyər vergisi ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, əvəzləşdirilən ƏDV-nin məbləği vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr üzrə ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlarda ödənilən vergi məbləği sayılır.

Sualınızda qeyd olunan halda, malları təqdim edən şirkət malların dəyərinə 18 % ƏDV hesablamaqla təqdim edir. ƏDV-nin ödəyiciləri olmayan alıcılara pərakəndə mal göndərildikdə və ya xidmət göstərildikdə, elektron vergi hesab-fakturası əvəzinə elektron qaimə-faktura və ya qəbz və ya çek verilə bilər.

Müraciətinizdə qeyd etdiyiniz əvvəllər saytımızda yerləşdirilən sual  Vergi Məcəlləsinin 175.4-cü maddəsinin tətbiqi ilə əlaqədardır. Həmin maddənin müddəaları həm ƏDV-yə cəlb olunan, həm də ƏDV-dən azad olunan əməliyyatlar həyata keçirən şəxslərə aiddir.

Ümumi qiymət: 4/53
Qiymət ver: