Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Cabbarov Fuad Natiq ca***@gmail.com ID: 3130
09.24.2020 ci ildə VÖEN açdımaq istəyirəm onlayn növbəyə durmaq istyrem sabah üçün necə edim?
23/09/2020 Read: 32 Average count: 0

Dövlət Vergi Xidmətinin mərkəzlərində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilir. 

Müraciət edən şəxslər öncədən növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərlər. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir.

Xidmətdən istifadə mümkün olmadığı halda, yardım üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əliyev Ramil Ramiz ra***@mail.ru ID: 3128
Salam Vergi əməkdaşları. Mən 2-ci qrup əliləm. Bərbər işləyirəm. Sabit vergi ödəyicisi oldugum üçün vergilər idarəsinə bəyəmnamə təqdim etmirəm. Son zamanlar DSMF üzrə də sabit vergi ödəyicisi olmuşam. Bildiyiniz kimi 01 Aprel 2020-ci il tarixindən bərbrələrə DSMF üzrə aylıq vergi məbləgi 15 azn təyin olunmuşdur. 1 rüb 2020-ci il üçün DSMF-na bəyəmnamə təqdim etmişəm. Sizə sualim belədir: 1 ) II rub 2020-ci il üçün DSMF-na bəyəmnamə təqdim etdikdə hesabatda aylıq vergi məbləgi 37,50 azn göstərilir. Halbuki vergi məbləgi 15 azn dir. Belə olan halda DSMF-na bəyəmnamə təqdim etməliyəm ya yox? 2 ) Ailəm 4 nəfərdən ibarətdir. Dövlət tərəfindən Pandemiya ilə əlaqədar 2 aya yaxın fəaliyyət göstərməyimə icazə verilməyib. Cəmi bir dəfə 230 azn yardım almışam. İşləmədiyim aylar üçün yəqin ki vergi ödəməli olmaram. Xahiş edirəm izah edəsiniz.
23/09/2020 Read: 246 Average count: 0

Bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması, eyni zamanda bir sıra kateqoriya fiziki şəxslərin sosial sığorta yükünün azaldılması məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə və “Sosial sığorta haqqında” Qanuna əlavə və dəyişikliklər edilmişdir.

Belə ki, Vergi Məcəlləsinə əsasən sabit qəbz almaqla fərdi qaydada məşğul olan fiziki şəxslər fəaliyyəti həyata keçirməyə başlayanadək, vergi orqanından könüllü olaraq hesablanmış aylıq sabit məbləği tam ödədikdən sonra növbəti ay, rüb, yarımil və ya il üçün yazılı müraciət etdikdə 2 iş günündən gec olmayaraq, elektron qaydada müraciət etdikdə isə real vaxt rejimində sadələşdirilmiş verginin ödənilməsi haqqında sabit qəbz alırlar.

Qeyd edilən fəaliyyətlə məşğul olan fiziki şəxslər tərəfindən ödənilmiş vergi sabit qəbzin qüvvədə olduğu müddətdə fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti dövrlərin (ay, rüb, yarım il və il) vergiləri ilə əvəzləşdirilmir.

Lakin Vergi Məcəlləsinə edilmiş dəyişikliklərə əsasən Nazirlər Kabinetinin qərarı ilə müvafiq fəaliyyət növlərinin tam və ya qismən məhdudlaşdırıldığı müddət sabit qəbz almaqla fərdi qaydada məşğul olan vergi ödəyiciləri tərəfindən əldə etdikləri qəbzlərin qüvvədə olma müddətinə daxil edilmir və ödənilmiş vergilərin növbəti dövrlərin ödəmələrinə aid edilir.

Eyni zamanda, “Sosial sığorta haqqında” Qanuna edilmiş dəyişikliklərə əsasən 02.06.2020-ci ildən 01.01.2026-cı ilədək aşağıdakı fəaliyyət növləri ilə fərdi qaydada (muzdlu işçi cəlb etmədən) məşğul olan fiziki şəxslər üçün məcburi dövlət sığorta haqları aşağıdakı qaydada müəyyən olunmuşdur (Qeyd: dəyişiklikdən əvvəl sabit qəbz almalı olan bütün fəaliyyət növləri üzrə dövlət sosial sığorta dərəcəsi minimim aylıq əməkhaqqının 25 faizi, yəni 62,5 manat təşkil edirdi): 

- toylarda, şənliklərdə və digər tədbirlərdə aparıcılıq, çalğıçılıq, rəqqaslıq, aşıqlıq, məzhəkəçilik və digər oxşar fəaliyyət - minimum aylıq əməkhaqqının 5 faizi (12,5 manat) miqdarında;

- fərdi foto, audio-video xidmətləri (foto studiyalar istisna olmaqla) sahəsində - minimum aylıq əməkhaqqının 5 faizi (12,5 manat) miqdarında;

- çəkməçi, pinəçi - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- saat, televizor, soyuducu və digər məişət cihazlarının təmiri - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- fərdi yaşayış evlərdə və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatlarında təmizlik, bağdan, aşpaz, gözətçi və iaşə obyektlərində müştərilərə xidmət göstərən fiziki şəxslər (ofisiant) - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- naqqaşlıq emalatxanalarının fəaliyyəti - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında;

- fərdi qaydada bərbər və dərzi fəaliyyəti ilə məşğul olan şəxslər - minimum aylıq əməkhaqqının 3 faizi (7,5 manat) miqdarında.

Qeyd edilən fəaliyyət növləri ilə məşğul olan şəxslər üçün aylıq sosial sığorta haqqının məbləğinə aşağıdakı əmsallar tətbiq edilir:

- Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) - 2,0;

- Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində - 1,5;

- Digər şəhər və rayonlarda - 1,0.

Əsas: Vergi Məcəlləsinin  58.12-ci, 222.1-222.3-cü, 222.5.9-cu, 224.1.1-ci, 224.6-224.7-ci, 224.10-cu və 224.11-ci maddələri , “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci maddələri və keçid müddəaları.

0/5 (0 Average count)
Qiymət ver:
Mahir Məmmədov ad***@yahoo.com ID: 3127
Mənfəət vergisi ödəyicisi olan vergi ödəyicis balans dəyəri 100.000 manat olan torpaq sahəsini 150.000 manata satdıqda, yaranan 50.000 manat müsbət fərq mənfəət vergisinin bazasını təşkil edən gəlirlərdən çıxılırmı? Əgər çıxılırsa, onda hansı qaydada və bu hal məfəət vergisinin bəyənnaməsində necə əks olunur.
23/09/2020 Read: 92 Average count: 0

Bildiririk ki, hüquqi şəxsin mənfəət vergisinin ödəyicisi olmasına baxmayaraq, həmin şəxsin mülkiyyətində olan torpaq sahəsinin təqdim olunması sadələşdirilmiş vergiyə cəlb olunur və hesablanmış vergi alğı-satqı əməliyyatını təsdiqləyən notarius tərəfindən ödəmə mənbəyində tutularaq dövlət büdcəsinə köçürülməlidir.

Eyni zamanda, hüquqi şəxs tərəfindən təqdim olunma nəticəsində əldə olunan gəlir mənfəət vergisinin vergi tutulan gəlirinə aid edilmir, ödəmə mənbəyində notarius tərəfindən tutulmuş vergi də gəlirdən çıxılan xərclərə aid edilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Cabbarov Nadir Adil na***@gmail.com ID: 3126
Salam. Bilmək istərdim, əgər şirkət hesabında olan bank kartı ilə restoran və ya mağazada ödəniş edilərsə, bu zaman nağdsız hesablaşma sayılırmı? Yoxsa qarşı tərəf e qaimə yazmalıdır?
23/09/2020 Read: 91 Average count: 3

Bildiririk ki, "Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən hər iki tərəf vergi ödəyicisi olan şəxs arasında hesablaşmalar üzrə nağdsız ödəniş yalnız həmin Qanunun 3.1.1-ci maddəsində müəyyən olunmuş formada, yəni bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə (o cümlədən ödəniş alətləri (ödəniş kartları, ödəniş tapşırığı və s.) və ödəniş vasitələri (mobil telefon aparatları, kompüter və digər avadanlıq) həyata keçirilə bilər.

Eyni zamanda, Vergi Məcəlləsinin 71-1-ci maddəsinin müddəalarına əsasən elektron qaimə-faktura hüquqi şəxslərə və fərdi sahibkarlara malları təqdim edən, işləri görən və xidmətləri göstərən şəxslər tərəfindən təqdim edilir. 

3/5 (2 Average count)
Qiymət ver:
Samir Ismayilov Rafiq sa***@mail.ru ID: 3124
Salam. Tutaq ki, fərdi sahibkar 7 yanvar 2020-ci ildə ƏDV ödəyicisi olan müəssisədən, ƏDV də daxil olmaqla, dəyəri 118 min manat olan avadanlıq alıb. Satıcı alıcıya malın tam dəyərinə uyğun elektron qaimə-faktura təqdim edib. Alıcı tərəfindən 5 fevral 2020-ci il tarixdə alınmış malın əsas dəyərinin 50 min manatı satıcının bank hesabına, 9 min manat ƏDV məbləği isə ƏDV-nin depozit hesabına ödənilib. Bu halda alıcı tərəfindən malın ƏDV daxil olmaqla tam dəyərinin satıcıya ödənilmədiyini nəzərə alsaq, 5 fevral 2020-ci il tarixdə ödənilmiş ƏDV məbləği əvəzləşdirilə bilərmi?
23/09/2020 Read: 77 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa,ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDV-nin depozit hesabına ödənildikdə əvəzləşdirilir.

Eyni zamanda, hesabat dövrü ərzində həyata keçirilmiş sayılan mal göndərilməsini, iş görülməsini, yaxud xidmət göstərilməsini nəzərdə tutan əməliyyatlar üzrə əvəzləşdirilən ƏDV-nin vaxtı - alınmış elektron qaimə-faktura üzrə malların (işlərin, xidmətlərin) dəyərinin və ona mütənasib ƏDV məbləğinin tam ödənildiyi vaxt hesab olunur. 

Əsas: Vergi Məcəlləsinin 175.1-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Rəid Mehdiyev Firudin re***@mail.ru ID: 3121
16.09.2020 tarixində saat 12.15-də Nəsimi rn Nəsibbəy Yusibəyli ev 72 ünvanında Aptekdən alnmış çek edvgerial portalında oxunmur, çekin şriftləri kicik və demək olar görünmür.
23/09/2020 Read: 44 Average count: 0

Bildiririk ki, QR kod və Fiskal ID oxunmadığı hallarda çekin dublikatını əldə etmək üçün çeki əldə etdiyiniz satış nöqtəsinə yaxınlaşmağınız xahiş olunur.

Ətraflı məlumatla edvgerial.az portalında "FAQ"  və ya "İstifadə qaydaları" bölmələrində tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Səməndər Əsədullayev İskəndər se***@gmail.com ID: 3119
Salam mənim adımda karantin qaydalarının pozulması haqqda cərimə var yoxsa yox bunu öyrənmək istəyirəm zəhmət olmasa kömək edin.
23/09/2020 Read: 45 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunanlarla barədə məlumat üçün qabaqcadan onlayn növblə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rəhimov Mübariz Ənvər oğlu ra***@mail.ru ID: 3118
Salam. 1. Bilmək istəyirik ki, hər hansı bir istehsal müəssisəsi, istehsal zamanı baş verən itkiləri xərcə silmək üçün, faktiki itkilər hesabına etməlidir yoxsa bu itkilərə vergi tərəfindən normativlər mövcuddurmu? 2. Müəssisə tərəfindən alınmış mallar sonradan özünə yaramırsa. a) istehsal zərurəti yoxdursa və mal tam yararlıdırsa b) mal zay olubsa və yaramırsa Malların silinməsi və əsas fəaliyyətdən əlavə kimi satışı necə həyata keçirilməlidir.
23/09/2020 Read: 128 Average count: 3

Cavab 1-2. Bildiririk ki, yararsız mallarının uçotdan silinməsi gəlirin əldə edilməsi ilə bağlı olmadığına görə həmin malların dəyəri mənfəət (gəlir) vergisinin ödəyicisi tərəfindən gəlirdən çıxılmır. 

Eyni zamanda, vergi ödəyicisi məhsulları ƏDV-ni ödəməklə əldə etmişdirsə və müvafiq əvəzləşdirmə almışdırsa və ya almaq hüququ olmuşdursa, fövqəladə hallardan başqa belə malların xarab olması ƏDV-nin məqsədləri üçün vergi tutulan əməliyyat sayılır və malların alışı zamanı ödənilmiş ƏDV məbləği dövlət büdcəsinə hesablanır.

Vergi qanunvericiliyinə əsasən pərakəndə satış malların alıcıya satışının (təqdim edilməsinin) son istehlak məqsədi ilə və yalnız Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada qəbz və ya nəzarət-kassa aparatının çeki (sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi və fiziki şəxslərin tələbi ilə elektron-qaimə faktura) təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti, topdansatış isə malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız bu Məcəllədə müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyətidir.

Maliyyə-təsərrüfat əməliyyatlarının sənədləşdirilməsinə dair məlumatın verilməsinə zərurət yarandıqda Maliyyə Nazirliyinin səlahiyyətlərinə aid edildiyindən Maliyyə Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

3/5 (3 Average count)
Qiymət ver:
Asif İbadov Akif oğlu as***@hotmail.com ID: 3117
Salam. Zəhmət olmasa Məlumatlandırın. Fevral ayından Adıma Olan Əlif-114tour şirkətini bağlamaq haqqında müraciət etdim və birinci mərhələ başa çatdı şirkətə məxsus olan möhür alındı və şirkətin adına olan bank hesabı silindi. Amma mənim adıma olan şirkət hələ də mövcuddur. Hər ay girib baxıram, qeyd olunub ki, ləğv prosesindədir. Sizdən Xahiş edirəm, bu şirkəti birdəfəlik bağlayın. VÖEN-i, hər bir işi bağlayın qurtarsın bu proses
23/09/2020 Read: 59 Average count: 0

Hüquqi şəxsin ləğvi proseduru haqqında ətraflı məlumatla saytımızın müvafiq bölməsində tanış ola bilərsiniz.  

Əlavə suallarınız yarandıqda ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ağayeva Gülşən Yusif qızı g.***@gaghay.com ID: 2938
21 avqust 2020-ci ildə Mustafa Kamal Atatürk prospekti, ev 21 ünvanında yerləşən Mothercare mağazasından 531 manat məbləğində mal alınmışdır. Çekın fiskal İD - ************ Çek üzərində ödənilmiş ƏDV-nin məbləği göstərildiyinə baxmayaraq EDV Geri Al sistemi çek üzrə ƏDV-nin ödənilmədiyini qeyd edir. Bu məsələyə aydınlıq gətirməyinizi xahiş edirəm.
23/09/2020 Read: 116 Average count: 5

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

5/5 (2 Average count)
Qiymət ver:
Aida İsaqova ai***@mail.ru ID: 3114
Salam. Bilmək istəyiridm vətəndaş əgər mədaxil orderi yəni kassa çeki ala bilməyəndə hara müraciət etməlidir? Necə həllini tapır bu problem?
23/09/2020 Read: 52 Average count: 0

Bildiririk ki, nağd pul hesablaşmaları aparılan zaman alıcıya çek təqdim etmək və həmin çeklərdə qanunvericiliklə müəyyən edilmiş məlumatların əks etdirilməsini təmin etmək pərakəndə ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərin vəzifəsidir.  

Qarşılaşdığınız vergidən yayınma və vergi qanunvericiliyinin pozulması faktları barədə ətraflı məlumatla qeyri-anonim olaraq saytımızın “Müraciətlər” bölməsinin "Onlayn müraciətlər" alt bölməsinə, Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz: 

Əsas: Vergi Məcəlləsinin 16.1.8-ci, 50.8-ci, 58.7-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Şahverdiyev Elşən Əlveyis oğlu sh***@gmail.com ID: 2956
Salam, mən 2005-ci il tarixindən etibarən Bank sektorunda o cümlədən 2009-cu il tarixindən hal-hazırki tarixədək filial direktoru vəzifəsində çalışıram. 19 Sentyabr 2019-cu il tarixdə 37 yaşım tamam olacaq. Yaş həddinin 35-i keçməsinə baxmayaraq 15 illik iş təcrübəsi nəzərə alaraq Dövlət Vergi Xidmətinə işə qəbul olunmağım mümkündürmü? Əvvəlcədən təşəkkür edirəm.
23/09/2020 Read: 105 Average count: 5

Bildiririk ki, yaşı 35-i keçmiş vətəndaşlar bir qayda olaraq vergi orqanlarına işə qəbul olunmaq üçün keçirilən müsabiqədə iştirak edə bilməzlər.

Bununla belə, müvafiq ixtisas üzrə elmi dərəcəsi olan, ali təhsili fərqlənmə diplomu ilə bitirmiş, yüksək peşə hazırlığına və ya iş təcrübəsinə malik şəxslərin test imtahanından azad olunmasına komissiya qərar verir.

Əlavə olaraq bildiririk ki, dövlət vergi orqanlarına işə qəbulla bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin İnsan resursları baş idarəsinə aidiyyəti üzrə (rəsmi və ya (012) 403-81-35 telefon nömrəsi ilə əlaqə saxlamaqla) müraciət edə bilərsiniz.

Əsas: Vergilər Nazirliyinin 24.06.2014-cü il tarixli müvafiq Əmri ilə təsdiq olunmuş “Dövlət vergi orqanlarına işə qəbulla əlaqədar sənədlərinin toplanması, yoxlanılması, müsabiqənin keçirilməsi, ehtiyat kadrların formalaşdırılması və idarə edilməsi Qaydaları”.

5/5 (1 Average count)
Qiymət ver:
Sərvanov Şakir Bayram oğlu s.***@mail.ru ID: 2939
Salam. Vergi məcəlləsinə əsasən ƏDV hesabatı zamanı alınmış mala görə ödənilən yol vergisi ümumi dövrüyyədən çıxılır. Ümumi dövriyyənin NKA Z hesabatlarının göstəricilərinə əsasən müəyyən edərkən Z hesabatında yol vergisinin cixilmadan ƏDV hesablandığını müəyyən etmişəm. Həmən Z hesabatının şəklin təqdim edə bilərəm. Yazıb sizdən xahiş edirəm nümunə üçün yanacaq doldurma məntəqələrində quraşdırılmış NKA ların gündəlik Z hesabatına diqqət yetirəsiniz. Həmən hesabatda faktiki satışların məbləğindən yol vergisi cixilmadan avtomotik qaydada ƏDV hesablanır və əks etdirilir. Bu isə istehsalçı və istehlakçıların hüquqlarının pozulmasına səbəb olur. Xahiş edirəm bu məsələ araşdırılsın və öz həllini tapsın. Təşəkkür edirəm.
23/09/2020 Read: 147 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vergi tutulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı, yaxud almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği (yol vergisi istisna olmaqla, digər vergilər, rüsumlar və ya başqa yığımlar da daxil olmaqla) əsasında müəyyən edilir.

Adıçəkilən maddədə ƏDV tutulan malın dəyəri müəyyən edilərkən yol vergisinin çıxıldığı qeyd edilir. Qeyd olunanlara əsasən neft məhsullarının pərakəndə satış qiymətindən ödənilmiş yol vergisi çıxıldıqdan sonra qalan məbləğ ƏDV-li satış məbləği olduğundan həmin məbləğdən (məbləğin içindən)  ƏDV-nin hesablanması həyata keçirilir.

Nəzarət-kassa aparatında təqdim olunmuş malların dəyərtində ƏDV-nin düzgün qeyd olunması üçün e-kassa operatorlarına müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 159-cu, 161.1-ci və 209-cu  maddələri.

5/5 (5 Average count)
Qiymət ver:
Adil Səfərov Rəsul sa***@gmail.com ID: 2936
Yazaraq sizə məlum edirəm ki, Dövlət tərəfindən mənə verilən çeki bir bütöv payı 1997-ci ildə Kürdəmir rayonu Şorşor kəndi Kürdəmir Buzxana ASC-yə yatırıb 1084 (bir min səksən dörd) səhmin sahibi olmuşam. Hər səhmin qiyməti 2 manat qiymətləndirilib. 23-il keçməsinə baxmayaraq bir (1) manat belə divident ala bilməmişəm. Dəfələrlə Qiymətli Kağızlar Üzrə Nəzarət Palatasına şikayət məktubu yazmağıma baxmayaraq heç bir nəticə olmayıb. ASC nə mənə nə də komitəyə cavab vermir. İstəyirəm Məhkəməyə müraciət edim, ona görə də sizdən xahiş edirəm ki Kürdəmir Buzxana ASC-nin fəailiyyəti haqda məlumat verəsiniz. Məqsəd məhkəməyə təqdim etmək üçündür.
23/09/2020 Read: 162 Average count: 5

Bildiririk ki, sorğunuzda qeyd olunan "KÜRDƏMİR BUZXANA" AÇIQ SƏHMDAR CƏMİYYƏTİ 01.09.1997-cu il tarixdə dövlət qeydiyyatına alınmışdır. Hüquqi ünvanı, AZ3324, Kürdəmir rayonu, Sor-Sor, qanuni təmsilçisi isə Mirələm Ağayev Mirmahmud oğludur.   

Əlavə olaraq bildiririk ki, vergi orqanında qeydiyyata alınmış kommersiya hüquqi şəxslərin kommersiya sirri hesab edilməyən dövlət reyestri məlumatlarını səhifəmizin “Kommersiya qurumlarının dövlət reyestri məlumatlarının verilməsi” adlı elektron xidmətinə daxil olaraq “Ada görə axtarış” və ya “VÖEN-ə görə axtarış” menyuları vasitəsilə də əldə edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 30-cu maddəsi.

5/5 (2 Average count)
Qiymət ver:
Elman Muradov Xocaman em***@ymail.com ID: 3110
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 139-cu maddəsinin 2-ci hissəsində nəzərdə tutulan məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqına Nazirlə Kbinetinin 137 saylı qərarı ilə nəzərdə tutulan əmsallaşdırma qaydası Açıq Səhdar cəmiiyətlərinə, özəl təşkilatlara tətbiq olunurmu ?
22/09/2020 Read: 60 Average count: 0

Bildiririk ki, sorğunuzda qeyd olunan məsələnin bilavasitə əmək qanunvericiliyinin tətbiqindən irəli gəldiyini nəzərə alaraq ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz daha məqsədəuyğundur

0/5 (0 Average count)
Qiymət ver:
Nəsibova Sevda Nəsib se***@rambler.ru ID: 2907
İstehsal obyektlərimiz rayonda olduğu üçün, ərazi vergilər idarəsinə necə kecə bilərik?
22/09/2020 Read: 101 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin bir təsərrüfat subyekti (obyekti) olduqda və həmin təsərrüfat subyekti (obyekti) vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanından  kənarda olduqda vergi ödəyicisi həmin təsərrüfat subyektinin (obyektinin) olduğu ünvan üzrə yenidən uçota alınır. Vergi ödəyicisinin iki və daha çox təsərrüfat subyekti (obyekti) olduqda həmin vergi ödəyicisi iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınır.

İqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınma vergi ödəyicisinin müraciəti və ya vergi orqanının təşəbbüsü ilə həyata keçirilir. Vergi ödəyicisinin iqtisadi maraqlar mərkəzinin yerləşdiyi ünvan üzrə yenidən uçota alınması barədə müraciətinə Dövlət Vergi Xidmətinin təhlil və uçota nəzarət strukturu tərəfindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununa uyğun baxılır.

Əsas: Vergi Məcəlləsinin 34.3-1-ci maddəsi və Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 2019-cu il 20 avqust tarixli 1917050000012100 nömrəli qərarı ilə təsdiq edilmiş "Vergi ödəyicisinin təsərrüfat subyekti (obyekti) üzrə yenidən uçota alınması" Qaydası.

5/5 (3 Average count)
Qiymət ver:
Rəhimov Rahim İsa oğlu ef***@mail.ru ID: 3108
Vergi Məcəlləsinin 151.3. maddəsinə əsasən vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün bu Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir. Vergi Məcəllənin 151.2-ci maddəsində nəzərdə tutulan metodu seçmiş vergi ödəyicisi 2020-ci il üçün Mənfəət vergisi bəyannaməsini 2021-ci ilin yanvar ayının 15-dək vergi orqanına təqdim etdiyi halda 2020-ci ilin dördüncü rübü üçün rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidirmi?
22/09/2020 Read: 119 Average count: 0

Bildiririk ki, mənfəət vergisi üzrə hesabat dövrü il olduğu üçün bəyannamələr illik formada hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq təqdim edilir.

Cari vergi ödəmələri isə rüb başa çatdıqdan sonra 15 gün ərzində ödənilməli, rüb ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim edilməlidir. Cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.

Qeyd olunanlara əsasən, mənfəət vergisinin bəyannaməsi hesabat ilindən sonrakı ilin yanvar ayının 15-dək təqdim edildikdə, 4-cü rüb üzrə cari vergi ödəməsi haqda arayışın təqdim olunması tələb olunmur. 

Əsas: Vergi Məcəlləsinin 149-cu və 151-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Ismayılov ka***@gmail.com ID: 3107
Salam, "Kontak Home"-dan aldığım məhsulların çeki edvgerial saytından ləğv olunması baəsində məlumat almaq istəyirəm. Fiskal İD: ***********
22/09/2020 Read: 50 Average count: 0

Bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Bu səbəbdən sorğunuzda qeyd olunan məsələnin araşdırılması üçün aşağıdakı məlumatları özündə əks etdirən yeni nəsil kassa aparatı çekini səhifəmizin  "Onlayn müraciətlər" bölməsi vasitəsilə təqdim etməyiniz xahiş olunur.

1. NMQ qeydiyyat nömrəsi

2. Çek tarixi və saat

3. Yekun məbləğ

4. Fiskal İD

5. VÖ-nin VÖEN-i

6. Obyekt kodu

Vergi qanunvericiliyinin tətbiqi və inzibatçılığı ilə bağlı əlavə məlumat almaq üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sakit Adilov Adil oğlu sa***@mail.ru ID: 2914
Salam. Yemək bişirib satan şirkət həmin yeməyi digər şirkətlərə satır. Sadəlşdirilmiş vergi ödəyicisi olan bu ictimai iaşə şirkəti sadələşdirilmiş verginin hansı məbləğdən ödəyəcək: daxil olan hasilatdan, yoxsa yazılan elektron qaimə-faktura məbləğlərindən?
22/09/2020 Read: 129 Average count: 5

Bildiririk ki, sadələşdirilımiş verginin vergitutma obyekti təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatın, habelə satışdankənar gəlirlərin (ödəmə mənbəyində vergi tutulmuş gəlirlər istisna edilməklə) həcmi olduğuna görə, müraciətinizdə qeyd olunan halda, əldə olunan hasilatdan sadələşdirilmiş vergi hesablanaraq büdcəyə ödənilməlidir. 

Həmçinin bildiririk ki, koronavirus pandemiyasının yayılması nəticəsində iqtisadi şəraitin əhəmiyyətli şəkildə dəyişməsi ilə əlaqədar vergi ödəyicilərinin maliyyə vəziyyətinin yaxşılaşdırılması məqsədilə vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan  ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üzrə sadələşdirilmiş verginin dərəcəsi 01.01.2020-ci il tarixdən etibarən 1 (bir) il müddətinə 8 faizdən 4 faizə endirilmişdir.

Əsas: Vergi Məcəlləsinin 218.1.2-ci, 219.1-ci, 220-ci və 222-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver:
Qaffarov Mübariz qm***@gmail.com ID: 2904
Salam. Mən müəssisə yaratmışam və hüquqi şəxslərə məsləhət xidməti göstərirəm. Mən hansı vergilərin ödəyicisiyəm.
22/09/2020 Read: 152 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz. Əhaliyə xidmətlə yanaşı, hüquqi şəxslərə və vergi ödəyicisi kimi vergi orqanında uçotda olan fiziki şəxslərə xidmətlərin göstərilməsi həyata keçirilirsə, rüb ərzində elektron qaimə-faktura ilə rəsmiləşdirilməli olan əməliyyatların həcmi xidmətlərin göstərilməsi üzrə ümumi əməliyyatların (satışdankənar gəlirlər istisna olmaqla) həcminin 30 faizindən çox olmadıqda sadələşdirimiş vergi ödəyicisi olmaq hüququnuz saxlanılır. 

Müraciətinizdə qeyd olunanlara əsasən, göstərdiyiniz xidmətlərin 30 faizindən çoxu vergi ödəyicilərinə göstərildiyi halda hüquqi şəxs mənfəət vergisinin ödətyicisi kimi fəaliyyət göstərməlidir. 
Əsas: Vergi Məcəlləsinin 104-cü, 106.1.20-ci,  218.5.10-cu, 218.6.2-ci maddələri.

5/5 (2 Average count)
Qiymət ver: