Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Ağayev Cəmaləddin ar***@gmail.com ID: 4069
Salam. Bilmək istərdim ki, operativ vergi nəzarətinin keçirildiyi dövrdə (30 gün ərzində) nağd hesablaşma qaydalarının pozulması barədə akt tərtib olunmuşdursa və sahibkar tərəfindən aktı imzalamaqdan imtina olunmuşdursa fəaliyyəti dayandırılması ərizəsinin qəbul olunmasına baxmayaraq kassanın qeydiyyatdan çıxarılması barədə ərizəyə rədd verilə bilinərmi? Yəni operativ vergi nəzarətinin bitmədiyi əsas gətirilə bilərmi, nəzərə alsaq ki, fəaliyyət dayandırılıb.
28/01/2021 Read: 66 Average count: 0

Bildiririk ki, büdcəyə borcu olan vergi ödəyicisinin təsərrüfat subyektində quraşdırılmış NKA-nın qeydiyyatdan çıxarılmasına icazə verilmir.  

Eyni zamanda, ərizənin göstəriciləri ilə ona əlavə olunmuş PDF formatda sənədlərdə kənarlaşmalar aşkar edildikdə NKA qeydiyyata alınmır və ya qeydiyyatdan çıxarılmır (Kənarlaşmalar barədə vergi ödəyicisinin E-qutusuna uyğunsuzluq barədə məktub göndərilir).

Elektron xidmətin göstərilməsindən və ya elektron xidmətin göstərilməsindən imtinadan qanunvericiliyə uyğun olaraq inzibati qaydada və məhkəməyə şikayət verilə bilər.

0/5 (0 Average count)
Qiymət ver:
Arzu Cəbiyeva Abdulrəhman qızı ar***@internet.ru ID: 3814
Müharibə iştirakçılarının ovlalarına verilən vergi güzəştləri ilə bağlı. Mövcud Vergi Məcəlləsinə müvafiq olaraq həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır. Xahiş edirik cavablayasınız hər yeni təqvim ilində bu kateoriyaya aid olan şəxslər iş yerlərinə vəfat etmiş döyüşçülərin vətənin azadlığı uğrunda döyüş əməliyyatlarında iştirakını təsdiqləyən arayış təqdim etməlidirlər? Əlavə olaraq xahiş edirik qeyd edəsiniz digər hansı sənədlər tələb edilir və onların notarius təsdiqi zəruridir?
28/01/2021 Read: 171 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 102-ci maddəsində fiziki şəxslərin gəlir vergisindən azadolma və vergi güzəştləri müəyyən edilmişdir.

Qeyd olunan güzəştlərdən faydalanmaq üçün fiziki şəxs tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”na əsasən müvafiq güzəşt hüququnu təsdiq edən sənədlər fiziki şəxsin əmək kitabçasının olduğu əsas iş yerinə təqdim edilməlidir.

Əlavə olaraq bildiririk ki, güzəşt hüququ müvafiq təsdiqedici sənədlər əsas iş yerinə təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) həyata keçirilir. Buna əsasən güzəşt hüququ sənədlərin təqdim edildiyi tarixdən əvvəlki dövrə aid olan gəlirlərə münasibətdə şamil edilmir.

Qeyd olunanlara əsasən Vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarını müəyyən edən sənədlərin işçi tərəfindən hər təqvim ili üzrə işəgötürənə təqdim edilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır.

Bununla yanaşı işçi vergi Məcəlləsinin 102-ci maddəsində nəzərdə tutulmuş vergi güzəşt və azadolmalarından biri üzrə hüququndan istifadə etdikdə güzəşt hüququnu müəyyən edən sənədlər faktiki hallardan asılı olaraq işəgötürən tərəfindən yenidən tələb edilə bilər.

Belə ki, nümunə kimi qeyd etmək olar ki, vergi qanunvericiliyinə əsasən vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının arvadlarının (ərlərinin)  hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır, bu şərtlə ki, bu şəxslərin arvadları (ərləri) onlar təkrar nikaha girmiş olmasınlar. Eyni zamanda, məcburi köçkünlər və onlara bərabər tutulan şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır və həmin şəxslər mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşdıqda güzəşt hüququ itirilir.  

Buna əsasən Vergi Məcəlləsinin 102-ci maddəsi üzrə güzəşt hüququnu müəyyən edən sənədlərin yenidən təqdim edilməsi zərurəti yarandıqda işəgötürən tərəfindən işin faktiki hallarından asılı olaraq həmin sənədlər tələb edilməklə güzəşt hüququnun mövcudluğu təsdiq oluna bilər.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı.

5/5 (1 Average count)
Qiymət ver:
Babayeva günel söhbət qızı ez***@box.az ID: 4067
Salam, sizdən xahiş edirəm mənim VÖEN-imi torpaq mülkiyyətçisi kimi qeydə alasınız. Torpaq Sənədin kodu jN-0255 Reyseter kodu 61000038 xahiş edirəm VÖEN im bu torpaq sahəsi ücün qaydada alasınız 89 sotdur mənim torpaq sahələri isə 28 sotdur və Sun kodum gelsin üdsy almaq ücün imtina gelir bu sebebe göre babayeva Tamara Kərim qızı anamdır torpaq pay mülkiyetci kimi qeydə alıblar xahiş edirəm mənim sahə torpaqım nədirsə məni mülkiyıtcisi kimi qeydə alasınız.
28/01/2021 Read: 85 Average count: 0

Məlimat üçün bildiririk ki, “Sual-cavab” bölməsi vasitəsi ilə vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə izahedici xarakterli cavablar verilir. 

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı torpağa mülkiyyət hüququnu təsdiq edən sənədlə vergi ödəyicilərinə xidmət mərləzinə onlayn növbə tutmaqla müraciət etməyiniz tövsiyə olunur. 

Onlayn növbəyə yazılmaq üçün Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) “Onlayn növbə” bölməsində “Növbəyə yazılmaq” xidməti vasitəsilə növbə tuta bilərsiniz. Tarix seçimi müraciət olunan tarixdən sonrakı 2 (iki) iş günü üzrə aparılır. Xidmətdən istifadə ilə bağlı Elektron xidmətlər üzrə istifadəçi təlimatı. İnternet Vergi İdarəsində (www.e-taxes.gov.az) yerləşdirilmişdir. Əlavə məlumat üçün Dövlət Vergi Xidmətinin 195-1 Çağrı Məkəzinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Hüseynova Aygün Kəmaləddin hs***@list.ru ID: 4063
Salam. İcbari siğorta üzrə xəzinə hesabı hansındır?
28/01/2021 Read: 49 Average count: 0

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları və xəzinə hesabı ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fərruxov Azər Süleyman fa***@yahoo.com ID: 4062
Azərbaycan Respublikasında topdan satış fəaliyyəti göstərən şirkət (bundan sonra Şirkət) Rusiya Federasiyasından idxal olunan məhsulların satışı ilə məşğul olur. Təchizatçı (RF) ilə razılaşmaya əsasən hədəflər yerinə yetirildiyi tədqirdə, təchizatçı razılaşdırılmış məbləği bonus şəklində Şirkətə geri ödəyir. Bonus şərklində geri ödənilən məbləğ hansı vergilərə cəlb olunur.
28/01/2021 Read: 169 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.6.1-ci və 218.6.2-ci maddələri nəzərə alınmaqla, vergi ödəyicisi kimi vergi orqanında uçotda olmayan şəxslərə (əhaliyə) göstərilən xidmətlərdən başqa, xidmətlərin göstərilməsini həyata keçirən şəxslər və topdansatış ticarət fəaliyyəti qaydasında malların təqdim edilməsini həyata keçirən hüquqi  şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməz və mənfəət vergisinin ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Eyni zamanda, tərəflər arasında bağlanılmış müqavilə əsasında qeyri-rezidentdən alınmış malların müəyyən edilmiş miqdarda satışı ilə əlaqədar olaraq rezident müəssisəyə verilən bonuslar müəssisənin satışdankənar gəlirlərinə aid edilməklə mənfəət vergisinə cəlb edilir.

Sorğunuzda qeyd olunan pul vəsaiti müqabilində hər hansı mal (iş, xidmət) təqdim olunması baş vermirsə həmin əməliyyat pul vəsaitini alan hüquqi şəxs üçün ƏDV-yə cəlb olunan əməliyyat hesab olunmur. 

Əsas: Vergi Məcəlləsinin 13.2.12-ci, 104-cü, 159-cu və 218-ci maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Vəfadar Məmmədov mr***@yahoo.com ID: 4060
Salam, mən indi xəbər tutmuşam ki, mənim adıma VÖEN açılıb. Bu necə olub və nədən mənə xəbər verilməyib?
28/01/2021 Read: 63 Average count: 0

Dövlət Vergi Xidmətinin rəsmi internet saytının “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədə məlumatın verilməsi” elektron xidmətindən istifadə edərək “VÖEN-ə görə” və “Ada görə” axtarış etməklə vergi ödəyicisi kimi uçotda olub-olmadığınızı müəyyən edə,bilərsiniz. 

Müraciətiniz barədə ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya onlayn növbə tutmaqla vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Samir Ağabalayev Araz oğlu s.***@yahoo.com ID: 4059
Salam. Yaşadığım Xudat şəh.,Rəsulzadə küç. 6 ünvanına qonşu olan Əlicanov Sadiq Raif oğluna (7702901042 , 3 saylı Ərazi Vergilər İdarəsi) VÖEN verilib. Bu şəxs həyətyanı sahəsində uzun illərdir ki, avtomobil dəmirçisi kimi fəaliyyət göstərir. Mənim və digər qonşuların rahat yaşamasına narahatçılıq törədir. Səs-küy salır, dəmir döyəcləyir, evdə körpəni, xəstəni narahat edir. Küçədə avtomobil düzəldir, tormoz sistemini yoxlayırlar, insanların həyatını təhlükəyə atırlar. Mənim evimin qarşısında dayanan avtomobilimi əziblər və s. Qonşularla bərabər rayon polis bölməsinə müraciət etmişik. Sizə sualım budur ki, yaşayış sahəsində, insanların həyatını təhlükəyə atan bir şəxsə, həyətyanı sahəsində fəaliyyət göstərməsinə görə VOEN verilməsi nə dərəcədə doğrudur? Xahiş edirəm sualımı cavablayasınız və hansı tədbirlərin görülməsi haqda məlumat verəsiniz.
28/01/2021 Read: 81 Average count: 3

Bildiririk ki, mülki hüquq münasibətləri subyektlərinin hüquqi vəziyyətini, mülkiyyət hüququnun və başqa əmlak hüquqlarının əmələ gəlməsi əsaslarını və həyata keçirilməsi qaydasını müqavilə və digər öhdəlik münasibətlərini, habelə sair əmlak münasibətlərini və onlarla bağlı olan şəxsi qeyri-əmlak münasibətlərini mülki qanunvericilik (Mülki Məcəllə), vergi sistemini, vergitutmanın ümumi əsaslarını, vergilərin müəyyən edilməsi, ödənilməsi və yığılması qaydalarını, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyəti və s. bu kimi məsələləri isə Vergi Məcəlləsi müəyyən edir.

Eyni zamanda bildiririk ki, Vergi Məcəlləsinin müddəalarına əsasən sahibkarlıq fəaliyyətini həyata keçirən şəxs fəaliyyətə başlayanadək vergi orqanında uçota alınmalı, VÖEN əldə etməli, əldə etdiyi gəlirlərə görə vergi və digər icbari ödənişləri həyata keçirnəli və vergi orqanına hesabat təqdim etməlidir. 

Müraciətinizdə qeyd olunan məsələ ilə bağlı aidiyyəti üzrə Daxili İşlər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Vergi Məcəlləsinin 1-ci, 16-cı, 33-cü maddələri.

3/5 (2 Average count)
Qiymət ver:
Teymur Mammadov te***@gmail.com ID: 4058
Hər vaxtınız xeyir. Biz, hüquqi şəxs kimi, bu ay yeni şirkət yaratmışıq və yaxın günlərdə incəsənət qalereyası açmaq üçün hazırlaşırıq. Hall hazirda bəzi problemlər ilə qarşılaşdığımız üçün, sizə müraciət etmeyə qərara gəldik. Problemin bir dənəsi ondan ibarətdir ki, biz həmin qalereyada, yalnız rəssamlardan alacağımız rəsmləri yox, həmçinin bizə, bizim dostlarımıza və ya qohumlarımıza aid olan incəsənət əsərlərini satmaq planlaşdırırıq və həmin əsərləri satmaq üçün, hansı qaydada rəsmiləşdirilmə proseduru qanun ilə nəzərdə tutulduğunu heç bir yerdə tapa bilmirik. Və bir dənə da sualım ondan ibarətdir ki, Verqilər Nazirliyinin yanında, hansısa konsultasiya şöbəsi mövcuddurmu? Çünkü qalan problemləri ilə bağlı suallarımı, qorxuram ki yazılı formada izah etmək çətin olacaq. Əvvəlcədən təşəkkür edirəm və əminəm ki, ölkədə aparılan müsbət islahatlar və dövlət başçısı Cənab İlham Əliyevin kiçik sahibkarlığın dəstəyi sayəsində, biz sizin köməyinizə arxalana bilərik. Hörmətlə,Teymur Məmmədov.
28/01/2021 Read: 85 Average count: 5

Bildiririk ki, vergi ödəyicisi tərəfindən vergi orqanlarında uçotda olmayan fiziki şəxslərdən malların alışı “Malların alış aktı” ilə sənədləşdirilməli və həmin sənəddə malları təqdim edən şəxsə dair məlumatlar (şəxsiyyətini təsdiq edən sənədin PİN-i, seriya və nömrəsi, fiziki şəxsin soyadı, adı, atasının adı) əks etdirilməlidir.

Vergi Məcəlləsində edilmiş və 1 yanvar 2020-ci il tarixdən qüvvəyə minmiş dəyişikliyə əsasən vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən alış aktı kağız daşıyıcıda tərtib edildiyi halda malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib edilir.

Bununla yanaşı, vergi orqanında uçotda olmayan şəxslərdən mallar alınarkən vergi ödəyicisi tərəfindən elektron alış aktı tərtib edilməklə çap edilib vergi orqanında uçotda olmayan fiziki şəxs tərəfindən imzalanması təmin edildiyi halda həmin sənəd malların alışını təsdiq edən sənəd hesab edilir və kağız daşıyıcıda alış aktı tərtib edilmir.

Vergi uçotu və öhdəlikləri barədə daha ətraflı məlumat almaq üçün Dövlət Vergi Xidmətinin rəsmi saytında “Vergi bələdçisi” bölməsində yerləşdirilən məlumatlarla tanış ola, əlavə suallar yarandıqda isə Çağrı Mərkəzinə (195-1) və onlayn növbə tutmaqla ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 71-2-ci maddəsi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 iyul tarixli 243 nömrəli Qərarı ilə təsdiq edilmiş "Elektron alış aktının tətbiqi, uçotu və istifadəsi Qaydaları"

5/5 (2 Average count)
Qiymət ver:
Şahov Asif Mütəllim oğlu sh***@mail.ru ID: 4055
Sizin internet vergi idarəsində olan elektron vergi qutunuzda 10 ədəd oxunmamış sənədiniz var. Telefonuma tez-tez bu SMS gəlir. Bu nə deməkdir?
27/01/2021 Read: 42 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.

Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.

Bəyannamələrin elektron qaydada hazırlanması və göndərilməsi, o cümlədən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq barədə ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ağamalıyeva İlahə Yaşar il***@gmail.com ID: 4052
Vahid bəyannamə hesabatını verə bilmirəm. Hesabatı verib "yoxla et" edəndə hesabatda fin nömrəsi ****** olan işçi deyilir ki, ssn dəyişdirilib. Lakin belə hal baş verilməyib. Birdə deyilir ki, cədvəl formatı düzgün deyil.
27/01/2021 Read: 45 Average count: 0

Bəyannamələrin təqdim olunması zamanı yaranan suallarla  bağlı ətraflı məlumat üçün Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) və ya vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Fərid Rzayev is***@hotmail.com ID: 4051
Salam. Sualım lizinq MMC yaratmaq ilə bağlıdır. Bunun üçün müracitəi hansı formada etmək lazımdır. Hansı sənədlər doldurulmaldır. Və bu sahə üzrə kapital limiti (aşağı) varmı? MMC şəklində yaratmaq olarmı? Əvvəlcədən minnətdaram
27/01/2021 Read: 109 Average count: 5

Bildiririk ki, kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alınması üçün müraciətlər kağız daşıyıcılarda və ya elektron qaydada edilə bilər. Qeydiyyatın aparılması üçün tələb olunan sənədlərin siyahısı, habelə sənədlərin təqdim edilməli olduğu vergi orqanları barədə məlumatı və s. lazımi məlumatları saytımızın  «Bir pəncərə» bölməsindən əldə edə bilərsiniz.

Eyni zamanda bildiririk ki, təsisçinin istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı elektron qaydada aşağıdakı formalarda həyata keçirilə bilər:

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı -elektron imza olmadan mobil nömrə və FİN kod vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyatı (sürətli və adi qeydiyyatı) - ASAN İmza vasitəsilə;   

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (sürətli qeydiyyat) - NRYTN kartı vasitəsilə;

Yerli investisiyalı hüquqi şəxsin onlayn qeydiyyat (adi qeydiyyat) - NRYTN kartı vasitəsilə.

Qeyd olunan qeydiyyat formalarının istifadəçi təlimatları Dövlət Vergi Xidmətinin internet (e-taxes.gov.az) portalında yerləşdirilmişdir.

Həmçinin bildiririk ki, lizinq fəaliyyyətini həyata keçirən hüquqi şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur və mənfəət vergisi ödəyicisi kimi fəaliyyət göstərməlidir.

Əsas: Vergi Məcəlləsinin 33-cü, 34-cü, 104-cü maddələri, Azərbaycan Respublikasının12.12.2003-cü il tarixli 560-IIQ nömrəli “Hüquqi şəxsin dövlət qeydiyyatına alınması və dövlət reyestri haqqında” Qanunu.

5/5 (1 Average count)
Qiymət ver:
İbrahim Məmmədov Araz el***@list.ru ID: 4050
Salam. İcbari tibbi siğorta üçün hesablanmış tutqular hansı bank hesabına köçürüləcək. Zəhmət olmasa, bank rekvizitlərini bilmək istəyirəm.
27/01/2021 Read: 59 Average count: 0

İcbari tibbi sığorta haqlarının yeni büdcə təsnifatı kodları ilə buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Həsənov Cabir Vaqif oğlu dj***@mail.ru ID: 4049
Salam. İşçi əmək qabiliyyətinin itirilməsi səbəbindən uzun müddət işə çıxmamışdır. Ona dəfn üçün müavinət verilməlidirmi və hansı qaydada hesablanılmalıdır?
27/01/2021 Read: 79 Average count: 0

Bildiririk ki, işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verildikdə vəfat edənin vərəsələrinə orta aylıq əmək haqqının azı üç misli miqdarında müavinət ödənilir. Əmək qanunvericiliyi ilə bağlı ətraflı məlumat üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

Əsas: Əmək Məcəlləsinin 77.7-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
İlqar Abbasov il***@inbox.ru ID: 4048
Salam. Bilmək istərdim ki, yalnız vergi ödəyicilərinə ictimai iaşə xidməti göstərən müəssisə illik dövriyyəsi 200 000 (iki yüz min) manatı keçdikdə 8 % lə sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ varmı?
27/01/2021 Read: 69 Average count: 5

Bildiririk ki, Vergi Məcəlləsinin 218.1.2-ci maddəsinə əsasən vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200.000 manatdan artıq olan ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər.sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdirlər. İctimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sadələşdirilmiş verginin tətbiqi hüququ məhdudlaşdırılmamışdır. Bu halda vergitutma obyektindən 8 faiz dərəcə ilə sadələşdirilmiş vergi hesablanır.

 

5/5 (1 Average count)
Qiymət ver:
Ceyhun Əlizadə Ce***@gmail.com ID: 4046
Ədv geri al praqramında 3 ədəd çekimə ləvğ olunub cavabı gəlib. Bu barədə məlumat vermişəm yazılı şəkildə saytdan. Neçə günə cavab gələcək?
26/01/2021 Read: 51 Average count: 0

Bildiririk ki, vergi orqanları tərəfindən vətəndaşların müraciətinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.
 

0/5 (0 Average count)
Qiymət ver:
Salayev Ramil Ramiz ra***@gmail.com ID: 3769
Salam, mən 2020-ci ilin fevral ayından işləyirəm. Bilmək istəyirəm, mənə 250 manat düşür, yoxsa yox?
26/01/2021 Read: 207 Average count: 5

Bildiririk ki, sahibkarlara maliyyə dəstəyi iki istiqamət üzrə aparılır. Birinci istiqamət - pandemiyadan zərər çəkmiş sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsini nəzərdə tutur. İkinci istiqamət - fərdi (mikro) sahibkarlara maliyyə dəstəyidir.

Əməkhaqqı ilə bağlı maliyyə dəstəyi əvvəlki proqramlar çərçivəsində vəsait almış və işçi sayında ciddi azalmalara yol verməmiş vergi ödəyicilərinə, dekabrın 1-nə olan işçi sayı əsas götürülməklə, aylıq əməkhaqqı fondunun yarısı həcmində verilir. Eyni zamanda, yeni qeydiyyatdan keçmiş vergi ödəyiciləri də muzdlu işçiləri üçün dövlət dəstəyindən yararlana bilərlər.

Eyni zamanda, maliyyə dəstəyinin bu mərhələsi çərçivəsində birinci mərhələdə 1000 manatadək birdəfəlik ödəniş almış fərdi (mikro) sahibkarlara təkrarən vəsait ödənilir. 

5/5 (1 Average count)
Qiymət ver:
Zamir za***@gmail.com ID: 4045
Salam, mənim yoldaşıma torpaq VÖEN-i açmaq istəyirəm sosialla əlaqədar. Torpaq aktınn sırasında 3-cü nəfərdir, yəni ki, torpaq aktında 1-ci atası, 2-cisi anası, 3-cü sırada yoldaşımın adı var. Mən oradan tək yoldaşıma VÖEN açdıra bilərəm? Çox sağolun.
26/01/2021 Read: 58 Average count: 0

Bildiririk ki, mülkiyyətində olan kənd təsərrüfatına yararlı torpaqları istifadə edən şəxslər torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd aldıqdan sonra bir ay müddətində məcburi dövlət sosial sığortasının məqsədləri üçün uçota alınmaq barədə “Fiziki şəxsin uçotu haqqında ərizə” ilə vergi orqanına müraciət edir. Ərizənin 1 və 2 nömrəli Əlavələri doldurulmalı və torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin və torpaq aktının surəti ərizəyə əlavə edilməlidir.

1 nömrəli Əlavədə torpağa mülkiyyət hüququnu təsdiq edən sənədin seriyası, nömrəsi, torpağın sahəsi, kateqoriyası, yerləşdiyi ünvan barədə məlumatlar doldurulur. 2 nömrəli Əlavədə torpaq mülkiyyətçilərinin ailə üzvlərinin sayı, onların soyadı, adı və atasının adı doldurulur və FİN-kod vergi orqanının vəzifəli şəxsi tərəfindən şəxsiyyət vəsiqəsinə əsasən qeyd edilir.

Eyni zamanda, torpağa mülkiyyət hüququnu təsdiq edən sənəd - Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”dır ( o cümlədən daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr, qeydiyyat vəsiqələri). Müraciətinizdə qeyd olunanlara əsasən müvafiq sənədlə xidmət mərkəzlərinə müraciət edərək ətraflı məlumat əldə edə bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəm Mehdizadə İsmayıl me***@gmail.com ID: 3767
Salam mən taksi faəliyyəti ilə bağlı VÖEN açdırmışam. Amma istifadə etmirəm. Mənə borc yazıla bilərmi?
26/01/2021 Read: 301 Average count: 5

Bildiririk ki, avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqandan (qurumdan) təqvim ayının sonunadək öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarımil və ya il üçün ciddi hesabat blankı olan "Fərqlənmə nişanı" almalıdırlar. 

"Fərqlənmə nişanı" almaq üçün vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin və məcburi dövlət sosial sığorta haqqının ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə edilməlidir. Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. 

Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər hesablanmış vergini və məcburi dövlət sosial sığorta haqqını tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir.

Məlumat üçün bildiririk ki, "Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınma xidmətinə görə isə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.

Qeyd olunanlara əsasən taksi fəaliyyətini həyata keçirən şəxslərin fəaliyyət göstəmədikləri halda vergi və sosial sığorta öhdəlikləri yaranmır və borc hesablanmır. 

Eyni zamanda, fəaliyyətinizi müvəqqəti dayandırmaq üçün vergi orqanına “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlisiniz. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir.

Gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrə olduqda İnternet Vergi İdarəsi portalı üzərindən fiziki şəxsin fəaliyyətinin onlayn rejimdə dayandırılması mümkündür.

Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn dayandırılması” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi "Youtube" səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

Əsas: Vergi Məcəlləsinin 16-cı, 58.2-ci, 218-ci, 221-ci maddələri, “Sosial sığorta haqqında” Qanunun 10-cu, 14.5-ci, 14.6-cı madddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları

5/5 (3 Average count)
Qiymət ver:
Təranə Məmmədova ma***@gmail.com ID: 4043
Salam! Mənim dondurulmuş VÖEN-im var. Hazırda yanvar ayından başlayaraq fəaliyyətə başlayıram. Bu VÖEN-ni necə aktivləşdirmək olar?
26/01/2021 Read: 44 Average count: 0

Fəaliyyətinizi müvəqqəti dayandırdığınız halda aktivləşdirmək üçün müvafiq qaydada tərtib olunmuş “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının bərpası haqqında Arayış”ı təqdim etməlisiniz.

Gücləndirilmiş elektron imzanız (o cümlədən Asan İmza) və ya istifadəçi kodu, parol və şifrəniz olduqda Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsi portalı üzərindən qeyd olunan əməliyyatı elektron qaydada yerinə yetirə bilərsiniz.Bu barədə daha ətraflı səhifəmizin “Xidmətlər” bölməsinin “E-Xidmətlər” altbölməsindəki “Fiziki şəxsin fəaliyyətinin onlayn bərpası” elektron xidməti üzrə inzibati reqlament və ya Dövlət Vergi Xidmətinin rəsmi youtube səhifəsində yerləşdirilən videotəlimat vasitəsilə tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Təmraz İsmayılov te***@gmail.com ID: 4042
Salam. Mən vergi xidmətinə onlayn növbə götürmək istəyirəm. Mənə sms vasitəsilə dörd rəqəmli şifrə gəlməlidir, məndə şifrəni qeyd edib növbəni götürməliyəm. Ancaq mənə sms gəlmir, mən neynəməliyəm ki, mən növbə götürüm?
26/01/2021 Read: 39 Average count: 0

Elektron xidmətlərdən istifadə zamanı yaranan suallarla bağlı Dövlət Vergi Xidmətinin Çağrı Mərkəzinə (195-1) müraciət etməyiniz xahiş olunur.

 

0/5 (0 Average count)
Qiymət ver: