Bildiririk ki, tərəfinizdən sorğunuzda qeyd olunan şəxslərə istehlak məqsədilə malların təqdim edilməsi pərakəndə ticarət qaydasında satış hesab olunur və həmin şəxslərə nəzarət-kassa aparatının çeki təqdim edilməlidir.
Malların alıcıya satışının (təqdim edilməsinin) onun sahibkarlıq fəaliyyəti məqsədləri üçün və yalnız Vergi Məcəlləsində müəyyən edilmiş qaydada elektron-qaimə faktura təqdim edilməklə həyata keçirilməsi üzrə ticarət fəaliyyəti isə topdansatış fəaliyyəti hesab olunur.
Yuxarıda qeyd olunanlardan göründüyü kimi, pərakəndə ticarət və topdansatış fəaliyyətlərinin anlayışlarında təqdim olunmuş malların dəyəri deyil, malların sahibkarlıq və ya istehlak məqsədilə alınması şərtləndirilir.
Əsas: Vergi Məcəlləsinin 13.2.62-ci, 13.2.63-cü, 16.1.8-ci və 71-1-ci maddələri.