Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Kamranlı Kamran Celilaga ka***@gmail.com ID: 1252
Zəhmət olmasa deyərdiz, mən mikro sahibkarlara dəstək proqramına müraciət etmək istəyirəm amma vöenə bağlı bank hesabı yoxdur. Lakin hesab açmaq istədikdə hesabatımı vermişəm hesabda borc var deyə hesab acmaga icazə verilmir. Axı qeyd etmişdiz ki, banklardan sərəncamlar geri götürüləcək. Mən necə müraciət edim. Yəni borcum var deyə hesab aça bilmirəm ki, dəstək proqramından yararlana bilim.
15/04/2020 Read: 32 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Əmiraslanov Vəfa Elizar oğlu va***@mail.ru ID: 1251
Xahiş edirəm izah edin pandemiya zərər çəkmiş muzdlu işçilərə əmək haqqı Maliyyə Nazirliyi tərəfidən verilmişdir. Verimiş maliyyə yardımından sasial ayırmalar və digər ödənişlər verilmiş vəsaitdən tutulacaqmı.
15/04/2020 Read: 29 Average count: 4

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

4/5 (1 Average count)
Qiymət ver:
Rüfət Salahov Rauf ru***@yahoo.com ID: 1250
Salam. Bilmək istəyirik ki, pandemiya ilə əlaqədar zərər çəkmiş müəssisənin muzdlu işçilərinin əmək haqqının müəyyən hissəsinin dövlət tərəfindən maliyyə dəstəyi olaraq ödənilməsi müəssisənin hansısa bir vergiyə cəlb edilən gəliri sayılırmı?
15/04/2020 Read: 27 Average count: 0

Bildiririk ki, Vergi Məcəlləsinin hal-hazırda qüvvədə olan müddəalarına əsasən işçilərinin əmək haqlarının ödənilməsi ilə bağlı, habelə mikro sahibkar olaraq özünün fəaliyyətinə görə maliyyə dəstəyi alan vergi ödəyicilərinin əldə etdikləri həmin gəlirlərin müvafiq olaraq mənfəət vergisi və sadələşdirilmiş vergidən azad olması nəzərdə tutulmamışdır.

Bununla yanaşı, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştlərinin və tətillərinin verilməsini özündə ehtiva edən “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi hazırlanmış və aidiyyəti üzrə təqdim edilmişdir. Hazırlanmış qanun layihəsi müvafiq qaydada qəbul edilərək qüvvəyə mindikdən sonra əlavə məlumat veriləcəkdir.

0/5 (0 Average count)
Qiymət ver:
Əlizadə Tamerlan Təhmən oğlu al***@gmail.com ID: 1249
Salam. Bildiyimiz kimi nağdsız hesablaşmal haqqında qanuna əsasən fərdi sahibkarların bank hesablarından vəsaitin nəğdləşdirilməsi zamanı 1% vergi tutulur. Hal-hazırda ölkəmizdə yayılmış covid-19 virusu ilə əlaqədar Maliyyə Naziriliyi tərəfindən fərdi sahibkarların bank hesablarına pandemiya ilə əlaqədar vəsaitlər daxil olur. Daxil olmuş həmin vəsaitin nəğdləşdirilməsi zamanı 1% vergi tutlmalıdır?
15/04/2020 Read: 59 Average count: 0

Bildiririk ki, hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır.

Əsas: Vergi Məcəlləsinin 220.12-ci maddəsi.

0/5 (0 Average count)
Qiymət ver:
Zaur Tahirli Qəribşah oglu a.***@mail.ru ID: 1248
Salam. ƏDV ilə işləyən Şirkət istifadə üçün fiziki şəxsdən (bazardan) minik avtomobili alıb. Hec bir ƏDV hesablanmayıb. Lakin 3 ay sonra avtomobil istifadəyə uyğun olmadığı üçün yenidən bu avtombil satılıb (fiziki şəxsə). Sual yaranır- avtomobil satılan vaxtı ƏDV hesablanmalıdırmı? ƏDV öhdəlyi yaranır?
15/04/2020 Read: 134 Average count: 5

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir.

Eyni zamanda ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) ƏDV-yə (18 faiz dərəcə ilə) cəlb edilir.

Vergi Məcəlləsinin 159.7-ci maddəsinin müddəaları ƏDV məqsədləri üçün qeydiyyatda olan vergi ödəyicilərinin ƏDV ödənilməklə apardığı və əvəzləşdkrmək hüququnun olmadığı əməliyyatlara tətbiq edildiyindən, sorğunuzda qeyd olunan əsas vəsaitin təqdim edilməsi ƏDV tutulan əməliyyat sayılır. 

Əsas: Vergi Məcəlləsinin 142-ci, 143-cü və 159-cu maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Qeniyev Eyvaz Bahadir em***@Gmail.com ID: 1247
Mənə mesaj gəlib 2 oxunmamış necə oxuyum
15/04/2020 Read: 23 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ehmedov Nizam Aqagul el***@list.ru ID: 1246
Salam. Mənim telefonuma Vergiler Nazirliyindən məktub gəlib. Yazılıb ki, internet vergi idarəsində olan elektron qutunuzda 1 ədəd oxunmamış sənədiniz var. Məndə elektron qutuma daxil oluram hecnə yoxdur. Bu məsələni araşdırmaqda mənə köməklik edərdiz.
15/04/2020 Read: 24 Average count: 0

Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Vergilər Nazirliyinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ağali Məhərrəmov Xanəli zi***@mail.ru ID: 1245
Salam. VÖEN alıb İctimai iaşə fəaliyyəti üzrə xidmətlər göstərirəm. 2019-cu ildə məcbiri ödəmələri aparmışam. lakin 01.10.2019 tarixdən 01.05.2020 tarixinədək fəaliyyətimi dayandırmışam. Karantinlə əlaqədar zərər çəkmiş vergi ödəyicisi kimi mən dövlətimizin verdiyi Fərdi sahibkarlara maliyyə dəstəyindən hansı qaydada yararlana bilərəm? Zəhmət olmasa, ən qısa müddətdə cavablandırmağınızı xahiş edirəm.
15/04/2020 Read: 23 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Vəli Əliyev ve***@mail.ru ID: 977
2020-ci ilin yanvarın 31-də mal satılıb, ödəniş POS terminal vasitəsi ilə nağdsız qaydada həyata keçirilib və satış məbləği kassaya daxil edilib, bank hesabına isə fevral ayında mədaxil olunub. Sual: həmin əməliyyat yanvar bəyannaməsində, yoxsa fevral bəyannaməsində əksini tapmalıdır?
15/04/2020 Read: 197 Average count: 5

Vergi Məcəlləsinin 166.1.1-ci maddəsinə əsasən, vergi ödəyicisinin nağd pul vəsaitini aldığı, nağdsız ödəmədə isə pul vəsaitinin bankda onun hesabına və ya sərəncamçısı ola biləcəyi hesaba, yaxud göstərilən vəsaiti almaq hüququna malik olacağı hesaba daxil olduğu vaxt vergi tutulan əməliyyatın vaxtı sayılır. Buna əsasən, müraciətinizdə qeyd olunan halda nağdsız qaydada aparılan əməliyyata görə ƏDV tutulan əməliyyatın aparıldığı vaxt pul vəsaitinin vergi ödəyicisinin bank hesabına daxil olduğu vaxt sayılır.

Əsas: Vergi Məcəlləsinin 166-cı maddəsi.

5/5 (8 Average count)
Qiymət ver:
Kamran Məmmədov Telman 77***@gmail.com ID: 1244
Salam. Mən 1202307452 nömrəli VÖEN-nin sahibi idim. Onu bağlatdırmışdım ama İndı Məşğulluq alt sistemində baxıram ki, məni aktiv göstərir. Bu necə ola bilər axı. Mən Cənab Prezidentimiz tərəfindən ayrılan 190 manat sosial yardım almaq istəyirəm ama burda məni fəaliyyətdə olan sahibkar kimi göstərir.
15/04/2020 Read: 25 Average count: 0

Vergi uçotunuzla bağlı qeydiyyatda olduğunuz vergi orqanı üzrə xidmət mərkəzlərində çalışan əməkdaşlarla  keçiddə göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz:
Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Əkbərov vüsal cəmallədin oğlu Ak***@gmail.com ID: 1242
VÖEN fəaliyyətini dayandırmaq istəyirəm.
14/04/2020 Read: 27 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sadulov Çingiz Baxış yu***@mail.ru ID: 1241
Salam. Məlum olduğu kimi, Pandemiya ilə əlaqədar qurumların iş rejimində məhduddur, məs: Asan xidmət mərkəzləri. Vergilər Nazırliyinin çağrı mərkəzi olan 195 -dən, Vaxtında Fərdi sahibkar kimi qeydiyyatdan keçmiş şəxsin fəaliyyətə yenidən başlaması məqsədilə Asan imza sertifikatının alıması üçün "gullu.bayramova@taxes.gov.az" mail adresinə online müraciət etməyimi istiqamət verdilər. Sənədləri 06.04.2020 ci il tarixdə təqdim etmişəm. Sualım - Bu məsələnin yekenlaşmağı təqribəndə olsa, nə vaxta çəkər?? Çünki, fəaliyyətə başlamaq üçün çox gecikmişik. Xahiş edirəm, sualıma cavabdan başqa bu məsələnin operativ həll olunması üçün də köməklik göstərəsiniz.
14/04/2020 Read: 35 Average count: 1

Müraciətiniz aidiyyəti üzrə yönləndirilmişdir.

1/5 (1 Average count)
Qiymət ver:
Valeh Nəbiyev Abdurəhman ab***@gmail.com ID: 1240
Parolu unutmuşam onu öyrənmək isdiyərdim.
14/04/2020 Read: 25 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ələkbərova Nisəbəyim Fərman qızı ni***@gmail.com ID: 1239
Mən satıcı işləyirəm indi koronayla bağlı olaraq martın 19 etibarən evdəyəm. Ailə vəziyyətim yaxşı deyil. Biz işçilərə ayrılan maliyyədən pul düşür. Sahibkarlara maliyyə ayrılıb. Ondan bizə veriləcək onu bilmək istərdim. Zehmət olmasa cavablandırardız
14/04/2020 Read: 26 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Fəridə Əsgərova Elman fe***@gmail.com ID: 1238
Salam. Biz atam üçün elektron imza əldə etmək istəyirik. Və bütün sənədləri hazirlayıb, Gullu Bayramovanın gmail ünvanına göndərmişik. 195-1 - ə zəng etdik bizə dolğun məlumat vermədilər və bilmək istəyirik ki, sənəd nə vaxt hazır olacaq. Nə etməliyik biz ?? Xahiş edirik kömək edin. P.S. elektron imza atam üçüdür. Adı Əsgərov Elman İsmayıl
14/04/2020 Read: 31 Average count: 0

Bildiririk ki, koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması ilə əlaqədar Nazirlər Kabineti yanında operativ qərargahın tələblərini nəzərə alaraq, vergi ödəyicilərinə xidmət mərkəzlərində vergi ödəyicilərinin qəbuluna məhdudiyyətlər tətbiq edilmişdir.  Bu səbəbdən vətəndaşların müraciətləri saytımızda yerləşdirilmiş elektron poçt ünvanları vasitəsilə qəbul edilir və müraciətlər növbəlilik prinsipi ilə icra olunur. Müraciətinizin nəticəsi ilə  keçiddə  göstərilən elektron ünvanlar və telefon nömrələri ilə əlaqə saxlaya bilərsiniz.

 

0/5 (0 Average count)
Qiymət ver:
Məhərrəm Sadiqov ma***@gmail.com ID: 1237
Mənim fiziki şəxsəm. İcazəm yoxdur, asan imza nomrəm var. sertifikasiyam yoxdur. İşləmirəmsə vergi verməliyəm? Azərbaycan Respublikası Vergilər Nazirliyinin 30 dekabr 2019-cu il tarixli, 1917040101742500 nömrəli əmrə görə maraqlanıram.
14/04/2020 Read: 31 Average count: 0

Bildiririk ki, fiziki şəxs vergi uçotuna alınarkən fəaliyyət növündən asılı olaraq, təqdim olunan ərizədə seçilmiş vergitutma sisteminə və yaranan vergitutma obyektlərinə uyğun olaraq müvafiq vergini Vergi Məcəlləsində müəyyən olunmuş dərəcələrlə ödəməlidir. Sadələşdirilmiş vergi respublika üzrə xərclər nəzərə alınmadan əldə olunmuş hasilatın 2 faizi, gəlir vergisi isə gəlirlərdən xərclər çıxıldıqdan sonra qalan mənfəətin 20 faizi (mikro sahibkarlarda 5 faizi) həcmində ödənilir. Həmçinin, Vergi ödəyicisinin hesabat dövründə sahibkarlıq fəaliyyəti və ya digər vergi tutulan əməliyyatı olmadığı halda vergi orqanına vergi hesabatının əvəzinə, hesabatın təqdim edilməsi üçün müəyyən edilmiş müddətdən gec olmayaraq arayış təqdim edilir.

Əsas: Vergi Məcəlləsinin 16.2-ci maddəsi, 101-ci, 220-ci maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Afaq Babayeva Zakir af***@gmail.com ID: 986
Mən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğulam. Fəaliyyət kodum 17290-Kağız və kartondan sair məmulatların istehsalıdır (Əsas fəaliyyət). Kağız və kartonlardan kağız paket istehsal edirəm. Illik dövriyyəm 200 mindən azdır və 5 nəfər işçim var. Rüb ərzində istehsal etdiyim məhsulun 35%-dən çox hissəsini elektron qaimə ilə təqdim edirəm. Xahiş edirəm mənə Sadələşmiş vergi ödəyicisi kimi fəaliyyət göstərmə hüququmun olub-olmadığını izahlı formada bildirəsiniz.
14/04/2020 Read: 175 Average count: 4

Vergi Məcəlləsinin 218.5.8-ci maddəsinə əsasən, 10 nəfərdən artıq işçisi olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslərin sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ yoxdur. Digər hallarda, ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatlarının həcmi 200.000 manat və ondan az olan istehsal fəaliyyəti ilə məşğul olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər.

Belə ki, ticarət fəaliyyəti, istehsalçılar tərəfindən özlərinin istehsal etdiyi malların təqdim edilməsi istisna olmaqla, malların təqdim edilməsi ilə əlaqədar sahibkarlıq fəaliyyətidir. Müvafiq olaraq qeyd etdiyiniz fəaliyyət topdansatış deyil, istehsal fəaliyyətidir, bu səbəbdən malların topdansatış qaydasında satılması sadələşdirilmiş vergi hüququnu məhdudlaşdırmır.

Əsas: Vergi Məcəlləsinin 13.2.55-ci, 218.1-ci və 218.5.8-ci maddələri.

4/5 (6 Average count)
Qiymət ver:
Məmmədov Elnur Aləddin oğlu el***@mail.ru ID: 984
Mənim Babam 1941-1945 illərin iştirakcısı olub.Atam Cəlilabad rayon Su melarasiyası idarəsində matarist vəzifəsində işləyir.Babam müharibə iştirakcısı olub,bu barədə Cəlilaba rayon Hərbi komisarlığından arayış alıb atamın iş yerinə təqdim etdik ki, gəlir vergisindən güzəşti var bunu qeyd etsin.Baş Pxalter xəzinadar Arayışı qəbul etməyib. Bilmək istəyirəm ki,Babam müharibə iştirakcısı olduğu üçün övladına gəlir vergisindən güzəşt edilirmi? Öncədən təşəkkür edirəm.
14/04/2020 Read: 99 Average count: 4

Vergi Məcəlləsinin 1 yanvar 2019-cu il tarixdən qüvvəyə minmiş 102.2.5-ci maddəsinə əsasən, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin) və övladlarının hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır.

Qeyd olunanlara əsasən, Vergi Məcəlləsinin 102.2.5-ci maddəsi ilə müəyyən edilmiş güzəşt hüququ Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 4 yanvar tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”nın 1.5-ci bəndində qeyd olunmuş aşağıdakı sənədlərdən birinin əsas iş yerinə (əmək kitabçasının olduğu yerə) təqdim edildiyi andan yaranır:

Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin vəsiqəsi;

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbəsinin və ya DOST mərkəzinin arayışı;

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin,  Ədliyyə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin arayışları;

Qeyd olunanlara əsasən, güzəşt hüququnun əldə edilməsi ilə bağlı müraciət edən fiziki şəxsin valideynlərinin və ya ərlərinin (arvadlarının) həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçü olması müvafiq orqanlar tərəfindən verilmiş sənədlərdə (arayışlarda) göstərilməlidir.

Əsas: Vergi Məcəlləsinin 102-ci maddəsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 4 yanvar 2001-ci il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququnun müəyyənləşdirilməsi üçün sənədlərin Siyahısı”

4/5 (3 Average count)
Qiymət ver:
Tural Mikanayev Sahib tu***@yahoo.com ID: 1236
Salam. Artıq 5 gündür Asan imza sertifikatı üçün karantin zamanı xidmət göstərən əməkdaşlarınıza yazdığım e-maillərin heç birinə cavab verilmir. Sual: Əgər işləmirlərsə bu əlaqə e-maillərini paylaşmaqda məqsədiniz nədir? Təşəkkürlər.
14/04/2020 Read: 30 Average count: 0

Bildiririk ki, saytımızda qeyd olunan əməkdaşların elektron poçt ünvanına daxil olan müraciətlər növbəlilik əsasında icra olunur. Əlavə məlumat üçün siyahıda qeyd olunan əməkdaşlarla əlaqə saxlaya bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İbadova Günel Mahmud qızı gu***@gmail.com ID: 1235
Bildirmək istəyirəm ki, 2018-ci ilin noyabr ayının ortalarında ölkədən çıxmaq istərkən, mənə məlum oldu ki, ölkədən getmək hüququm məhdudlaşdırılmışdır. Araşdırdığım zaman məlum olmuşdur ki, həmin ölkədən çıxış məhduddiyəti qərarını Nizami rayon məhkəməsi AR Vergilər Nazirliyinin 11 saylı Ərazi Vergilər Departamentinin təqdimatı əsasında qəbul etmişdir. Bununla əlaqədar Vergilər Nazirliyinə müraciət etdikdə, onlar mənim “CASPİAN TRUST GROUP” MMC (VÖEN: 7200594151) direktoru olduğumu və müəssisənin 5388.93 manat məbləğdə vergi borcu olduğunu, buna görə də mənim məsuliyyət daşıdığımı bildirdilər. Daha sonra öyrəndim ki, adı çəkilən müəssisə “PROGRESS-SV” MMC və Adilov Anar Nazim oğlu tərəfindən təsis edilmiş və onlar xəbərim olmadan məni 23.01.2017-ci il tarixdə imzalanmış ərizə və nizamnamə əsasında “CASPİAN TRUST GROUP” MMC (VÖEN: 7200594151) müəssisəsinə direktor təyin etmişdilər. Həmçinin, adımdan Bəylərov Namiq Camal oğlu adlı şəxsə saxta etibarnamə verərək Beynəlxalq Bankın Sumqayıt filialında hesab açmışlar. Bildirmək istəyirəm ki, bu müəssisənin yaradılması və fəaliyyəti ilə bağlı heç bir məlumatım və iştirakım olmayıb, adı çəkilən müəssisəyə razılığım və xəbərim olmadan direktor təyin edilmişəm və mənim adımdan saxta yollarla sənədləşmə aparılıb, adımdan saxta imza qoyulub, dövlət və qeyri-dövlət orqanlarında əməliyyatlar aparılıb. Heç bir xəbərim və iştirakım olmadan mənim dövlət və hüquq qarşısında məsuliyyətim yaradılıb. İnternet üzərindən apardığım araşdırmalar zamanı mənə məlum oldu ki, adı çəkilən şəxslərin adına çoxsaylı müəssisələr qeydiyyatdan keçirilib, dəfələrlə məhkəmə işlərinə cəlb olunma faktları var. Qeyd olunanlara əsasən, Adilov Anar Nazim oğlu və Bəylərov Namiq Camal oğlu barəsində cinayət işinin açılmasını və həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsini, adımın direktorluqdan çıxarlımasını, həmin müəssisənin fəaliyyəti ilə bağlı heç bir iştirakımın olmadığını nəzərə alaraq, məsuliyyətimin aradan qaldırılmasını, ölkədən çıxışıma qadağanın götürülməsini tələb edirəm.
14/04/2020 Read: 77 Average count: 0

Bildiririk ki, “Sual-Cavab” rubrikasının məqsədi vergi qanunvericiliyi və inzibatçılığı sahəsində fiziki və hüquqi şəxslərin məlumatlandırılması və maarifləndirilməsi məqsədi ilə onların elektron müraciətlərinin cavablandırılması prosesini əhatə edir.

Müraciətinizdə qeyd olunan halın araşdırılması üçün saytımızın “Müraciətlər” bölməsinin “Onlayn müraciətlər” alt bölməsi vasitəsilə rəsmi qaydada Vergilər Nazirliyinə müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver: