Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Eldəniz Əhmədov Ələmdar el***@gmail.com ID: 1443
Salam. Xahiş edirəm, mıənim adıma vöen olub-olmadığını deyərdiniz.
20/04/2020 Read: 29 Average count: 0

Eldəniz Əhmədov Ələmdar (VÖEN 1600867992) vergi ödəyicisi kimi Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində uçotdadır və Vergilər Nazirliyinin müvafiq informasiya sisteminin məlumatlarına əsasən fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
turana tu***@gmail.com ID: 1442
Salam. Mən vöenimin pin kodunu itirmişəm. Pin kodu əldə edib məndən xəbərsiz 3 ildir aktiv olunan vöeni bağlamaq istəyirəm və zəhmət olmasa yolunu başa salın.
20/04/2020 Read: 23 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rasim Tacəddinov Tacəddin oğlu tt***@gmail.com ID: 1441
İşsiz kimi qeydə alınmıram.
20/04/2020 Read: 20 Average count: 0

Sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Mahmudova Nəcibə Cabbar ca***@mail.ru ID: 1440
VERGİLER195 dən mesaj gəlib ki oxunmamış 3 mesajınız var VOEN: 1100419532
20/04/2020 Read: 25 Average count: 0

Salam. Vergi orqanları tərəfindən vergi ödəyicilərinin elektron kabinetinə göndərilmiş sənədlər 5 gün ərzində oxunmadıqda bu barədə onların mobil telefon nömrəsinə oxunulmamış məktublar barədə müvafiq məzmunlu SMS göndərilir.
Vergi orqanı tərəfindən vergi ödəyicisinin elektron kabinetinə göndərilən sənədlərlə tanış olmaq üçün Dövlət Vergi Xidmətinin www.e-taxes.gov.az rəsmi internet portalına daxil olaraq istifadəçi kodu, parol, şifrə və ya gücləndirilmiş elektron imza (o cümlədən Asan İmza) vasitəsilə İnternet Vergi İdarəsinin “Onlayn kargüzarlıq və e-VHF” bölməsinə daxil olub “Gələnlər” qovluğuna keçmək lazımdır.
Bu barədə daha ətraflı məlumatı İnternet Vergi İdarəsinin (www.e-taxes.gov.az) “Yardım” bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Mikayılov Seymur Bəhram oğlu ze***@mail.ru ID: 1438
Salam. Xahiş edirəm mənə Mikayılov Seymur Bəhram Şəxsin VÖEN-i necə ləğv etmək haqqında kömək edəsiz.
20/04/2020 Read: 20 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Sevinc Xəlilova se***@yahoo.com ID: 1437
Hər iki şirkət mənfəət vergisi ödəyicisidir. Bir şirkət digər şirkətə əsas vəsaitini satır. Bu zaman alan və satan tərəfin vergi öhdəliklərini zəhmət olmasa izah edərdiz.
20/04/2020 Read: 82 Average count: 0

Əsas vəsaitlərin (vəsaitin) təqdim edilməsindən əldə olunan məbləğ həmin əsas vəsaitlərin (vəsaitin) qalıq dəyərindən artıqdırsa yaranmış fərq gəlirə daxil edilir və mənfəət vergisinə cəlb edilir. Aktivlərini əvəzsiz əsasla və güzəştli qiymətlə təqdim edən şəxs təqdim edilən aktivin bazar qiyməti ilə onun Vergi Məcəlləsinin 143-cü maddəsinə uyğun olaraq müəyyənləşdirilən dəyəri arasındakı fərqi gəlirinə aid etməlidir.

Eyni zamanda ƏDV qeydiyyatında olan müəssisə tərəfindən həmin əmlakın satışı (ƏDV nəzərə alınmadan) ƏDV-yə (18 faiz dərəcə ilə) cəlb edilir.

Əsas: Vergi Məcəlləsinin 142-ci, 143-cü və 159-cu maddələri.

0/5 (0 Average count)
Qiymət ver:
Rəşad Quliyev ra***@gmail.com ID: 1436
Salam. Mənim vöenimə pul oturmalıdır, hansı banka oturduğu haqda məlumat bilmək istəyirəm. 3200245612
20/04/2020 Read: 19 Average count: 0

Bildiririk ki, maliyyə dəstəyi vergi ödəyicisinin müraciətində qeyd etdiyi və VÖEN ilə əlaqəli olan aktiv bank hesabına köçürülür. Əlavə məlumat üçün uçotda olduğunuz vergi orqanına elektron qaydada müraciət edə bilərsiniz. 

0/5 (0 Average count)
Qiymət ver:
Cabbarlı Cabbar ca***@mail.ru ID: 1435
Salam mən ASAN xidmətə yaxınşalaraq uzun zaman öncə vöen almışam sadəcə yaxınlaşıb kod parolumu götürməmişəm. Məşğulluq idarəsinə qeydiyyata düşən zaman vöenimin olduğunu bildirdilər ancaq mən aktiv etməmişdim. Kod parolumu necə əldə edə bilərəm və ya vöen necə baqlada bilərəm. Əvvəlcədən təşəkkür edirəm.
20/04/2020 Read: 26 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Etibar Aliyev Qurban et***@gmail.com ID: 1433
Mən Binə TM-də rəsmi işçi kim işləyirəm. Ölkə ərazisində tətbiq olunan karantin dövründə bizim iş fəaliyyətimizə də müvəqqəti məhdudiyət qoyulub. Sualım odur ki , COVID-19 pandemiyasından zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlı maddi yardım Binə TM-də rəsmi işçi kimi işləyən işçilərə də şamil olunurmu?
20/04/2020 Read: 29 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Ibrahimova Jale Rufet qizi ja***@gmail.com ID: 1432
Salam, VÖEN-i sildirmək istəyirəm. İmişli rayonunda 2015 ci ildə vöen açdırmışdıq. İndi xırdalanda yaşayırıq, yollar da bağlıdır, biz necə sildirə bilərik vöen-i online qaydada? İstifadə etmirik vöen-i və buna görə bizə 190 azn düşmür. Halbuki işsizəm, xahis edirəm köməklik edin, mənim başım çıxmır online bağlamaqdan.
20/04/2020 Read: 23 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
İslamova Günarə Şamil gu***@mail.ru ID: 1431
Salam, mən 2015-ci ildən mentor-təlimçi vəzifəsində çalışıram və bu göstərdiyim fəaliyyətin miqdarına görə gəlir əldə edirəm. 2019-cu ildə davam edən fəaliyyətimdə qazandığım gəlirə uyğun olaraq vergi ödəmələrimi etmişəm. Pandemiya ilə əlaqədar olaraq 2020-ci ildə təlimlərin qeyri-müəyyən vaxtlıq təxirə düşmə səbəbi ilə mən də zərərçəkmiş hesab olunuram. Lakin, 2019-cu ilin sonunda fəaliyyətim dondurulduğuna görə dövlət maliyyə yardımından yararlana bilmirəm. Qeyd edim ki, növbəti təlim 02 Mart 2020-ci il tarixinə təsadüf edirdi və mən, həmin tarix üçün VÖEN-i aktivləşdirməyi planlaşdırmışdım, lakin pandemiya ilə əlaqədar təlim təxirə düşdü. Xahiş edirəm mövcud vəziyyətlə bağlı köməklik göstərəsiniz. Sağ olsun prezidentimiz! Hər kəsə dəstək olur. Mənim bütün həmkar təlimçi müəllimlərim bu yardımdan yararlandılar. Təkcə mən VÖEN-i karantinlə bağlı imkan tapıb attivləşdirmədiyimə görə zərər çəkmiş qalıram. Vergi İdarəsinə şəxsi kabinetdən 16.04.2020 tarixdə müraciət etmişəm. Xahiş edirəm, kömək edin ki, yardımı ala bilim.
20/04/2020 Read: 34 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir.

0/5 (0 Average count)
Qiymət ver:
Arzu Qurbanov Akif ar***@gmail.com ID: 1430
Salam. Fərdi sahibkarın vergi uçotunun ləğv edilməsi ilə bağlı müraciətə nə qədər müddətə baxılır və cavab gəlir? Və nə qədər müddətə ləğv edilir?
20/04/2020 Read: 60 Average count: 0

Vergi uçotundan çıxarılanadək vergi ödəyicisinin uçota alınması barədə vergi şəhadətnaməsi, ƏDV ödəyicisi olduğu halda ƏDV-nin məqsədləri üçün qeydiyyatının ləğv edilməsi barədə ərizə, təsərrüfat subyekti (obyekti) olduğu halda vergi ödəyicisinin təsərrüfat subyektinin (obyektin) uçotdan çıxarılması barədə ərizə, vergi ödəyicisinin təsərrüfat subyektində (obyektində) NKA qeydiyyatda olduğu halda NKA-nın qeydiyyatdan çıxarılması barədə ərizə, aktiv bank hesablarının bağlanması barədə həmin hesabların açıldığı bank idarələrinin arayışları, təqdim edilməmiş bəyannamələr (hesabatlar) təqdim edilməli, dövlət büdcəsinə vergi borcu olduğu halda borcun ödənilməsi, habelə təsərrüfat subyektində (obyektində) qeydiyyata alınmış POS-terminallar olduğu halda həmin POS-terminalların qeydiyyatdan çıxarılması təmin edilməlidir.

Fiziki şəxsin sahibkarlıq fəaliyyətinə xitam verilməsi ilə bağlı müraciəti daxil olduqda həmin fiziki şəxsdə növbədənkənar səyyar vergi yoxlaması da keçirilə bilər.

Qeyd edilən hallar aradan qaldırıldıqdan sonra vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarılaraq ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.

Əsas: Vergi Məcəlləsinin 33-cü və 34-cü maddələri, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş “Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları”.

0/5 (0 Average count)
Qiymət ver:
Anar kukuyev an***@gmail.com ID: 1429
Salam qardaşımın VÖEN-inin kodu lazımdır, onu deyə bilərsiniz? Qəbələdə sizə müraciət eləməyimi söylədilər.
20/04/2020 Read: 23 Average count: 0

Bildiririk ki, vergi ödəyicisinin VÖEN-inin öyrənilməsi üçün Vergilər Nazirliyinin “Vergi uçotuna alınmış vergi ödəyiciləri barədəməlumatın verilməsi”, kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumatı əldə etmək üçün isə“Kommersiya qurumlarının dövlət reyestri məlumatları haqqında məlumat” elektron xidmətindən istifadə edərək “Ada görə” və “VÖEN-ə görə” axtarış etməklə müvafiq məlumatı əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Şeydayev Məhəmməddin Qədmiddin oğlu mc***@bk.ru ID: 1426
VÖEN nin bağlanması üçün müraciət edirəm.
20/04/2020 Read: 22 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
aslan pirizade,aslan pi***@yahoo.com ID: 1425
Salam, 2010-cu ildə fiziki şəxs olaraq ucota alınmışam, fəaliyyət göstərmişəm. 1 il sonra fəaliyyətimi dayandırıb uçotdan çıxmışam və bir daha uçota alınmamışam. Hal-hazırda fiziki şəxs olaraq uçotum aktiv görünür, bunu necə dondura bilərəm və ya bağlatdıra bilərəm?
20/04/2020 Read: 24 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Rüstəm Əliyev Akif oğlu ru***@gmail.com ID: 951
Salam hörmətli vergi orqanının əməkdaşları ! Təmir fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi müqavilə üzrə xidmət göstərərkən təmir etdiyi obyektə material alır. Vergi Məcəllləsinin 13.2.11-ci maddəsinə əsasən bu materiallar xidmətin tərkib hissəsi olduğu üçün ayrıca e-qaimə təqdim edilmir, yalnız görülmüş işlərə görə e-qaimə yazılır. Vergi ödəyicisi aldığı malları təqdim etdiyi xidmətin tərkib hissəsi olduğunu subüt etmək üçün hansı sənədi tərtib etməlidir?
20/04/2020 Read: 157 Average count: 4

Bildiririk ki, bütün mühasibat uçotu subyektlərində mühasibat uçotunun “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq mühasibat uçotu standartlarına və uçot qaydalarına uyğun aparılması məcburidir.

Təmir, tikinti fəaliyyətini həyata keçirən sahibkar tərəfindən aparılan əməliyyatlar o cümlədən, çəkilən xərclər mühasibat sənədlərində, memorial-orderlərdə, baş kitabda, xəzinə kitabında, mal-materialın hərəkəti cədvəllərində, forma №2-də, üzləşmə aktlarında, dövriyyə cədvəllərində və vergilərin hesablanması üçün zəruri olan digər sənədlərdə qanunvericiliklə müəyyən olunmuş qaydada rəsmiləşdirilməlidir.

Bunlarla yanaşı təmir fəaliyyəti ilə məşğul şəxslər tərəfindən mal-materialın sərf edilməsi ilə bağlı tələb olunan sənədlər, həmin sənədlərin forması və tərtib edilməsi qaydası barədə aidiyyəti üzrə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə müraciət edilməsi tövsiyə edilir.

Əsas:  “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsi.

4/5 (3 Average count)
Qiymət ver:
Qafarov Arif Əlipaşa ao***@baku.az ID: 1422
Salam! Mən fərdi (mikro) sahibkar qrupuna aidəm və ƏDV vergi ödəyicisiyəm. Pandemiyadan zərər çəkmiş maliyyə dəstəyindən faydalanmaq üçün, mən hansı müraciətdən istifadə etməliyəm - “Fərdi sahibkarlara (mikro) dəstək” və yə “Əmək ödənişləri ilə bağlı dəstək” ?
20/04/2020 Read: 36 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir:

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər.

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər. Maliyyə dəstəyi 2 faiz dərəcə ilə sadələşdirilmiş verginin ödəyicisi olan, sabit qəbz almaqla fəaliyyət göstərən, daşıma fəaliyyəti ilə məşğul olan, yaxud gəlir vergisi mükəlləfiyyəti olan  fərdi (mikro) sahibkarlara şamil edilir. ƏDV ödəyicisi olan fərdi (mikro) sahibkarlar bu proqrama aid edilmir.

0/5 (0 Average count)
Qiymət ver:
Məmmədov Soltan Əlsafa La***@mail.ru ID: 1421
Salam. Mən VÖEN-i 2014-cü ildə bağlamışam. Lakin virusla əlaqədar birdəfəlik müavinət üçün müraciət etdikdə bildirildi ki, siz vergi ödəyicisiniz. Səbəb? Sistemdə nəyə görə hələ də vergi ösəyicisi kimi adım gedir?
20/04/2020 Read: 24 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

0/5 (0 Average count)
Qiymət ver:
Araz Allahverdiyev Fexreddin ar***@list.ru ID: 1420
Salam, MMC 2020-ci ilin Fevral ayında qeydiyyatdan keçib, hec bir fəaliyyət göstərmədən 2020-ci ilin Mart ayında fəaliyyətin dayandırıb. (5 il müddətine dondurub) Sualim belədir: 1. Gəlir vergisi ödəyicisi kimi qeydiyyatdan keçibsə, 2020-ci ilin Fevral Mart ayları üçün hər hansı Bəyamnamə təqdim etməlidirmi? 2. Muzdlu işlə əlaqədar Ödəmə mənbəyindən vergi bəyamnaməsinin köhnə formasında "Bəyan edəcək məlumat yoxdur" xanası var idi. Bunun vasitəsi ilə boş hesabat göndərə bilirdik. Yeni Vahid bəyannamədə belə bir xana varmı?
20/04/2020 Read: 82 Average count: 0

Cavab 1. Bildiririk ki, mənfəət vergisi ödəyicisi olan hüquqi şəxslər  Azərbaycan Respublikasında fəaliyyətini dayandırdıqda, habelə vergi ödəyicisi olan fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanlarına bəyannamə verməlidir. Bu maddənin məqsədləri üçün hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı və ya fiziki şəxsin fəaliyyətinə xitam verildiyi günə qədər olan dövrü əhatə edir.

Əsas: Vergi Məcəlləsinin 149.3-cü maddəsi.

Cavab 2. Vergilər Nazirliyinin müvafiq əmri ilə “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi bəyannaməsi”, “Məcburi dövlət sosial sığortası üzrə rüblük hesabat”, “İşsizlik sığortası üzrə rüblük hesabat” və “İcbari tibbi sığorta üzrə rüblük hesabat” formaları birləşdirilərək yeni vahid “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nin forması təsdiq edilib. 

“Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)”nın forması və tərtib edilmə Qaydasını səhifəmizin (www.taxes.gov.az) “Bəyannamə” bölməsindən əldə edə bilərsiniz. "Vahid bəyannamənin tərtib edilməsi və göndərilməsi qaydası" ilə bağlı videotəlimatla buradan tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Nuranə Mustafayeva Mübariz nu***@hotmail.com ID: 1419
Salam. 195 ilə əlaqə saxlaya bilmədim, məşğul göstərir. Bizdə evdə atamda və anamda VÖEN var. Birini 8 il bundan öncə, digərini isə 7 il bundan öncə ərizə yazaraq fəaliyyətini dondurmuşug. Və bu illər ərzində də heç bir fəaliyyət göstərməmişik. Eyni zamanda atam 1 il bundan öncə məşğulluq idarəsində işsiz kimi qeydiyyatdan keçmişdir. Hətta onu 2 iş görüşməsinə göndərmişdilər. Bütün bunlara baxmayaraq məşğulluqdan cavab olaraq onlara siz vergi ödəyicisisiniz mesajı gəlmişdir. Xahiş edirşm bununla bağli sualıma cavab verərdiniz ki, 7-8 il fəaliiyət göstərməyən və ərizə ilə fəaliyyətini donduran insana necə belə bir sms gələ bilər?
20/04/2020 Read: 39 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.