Official websites of the Republic of Azerbaijan end with .gov.az.

Government institutions interact through the .gov.az domain (for example, my.gov.az).

List of trusted websites

Secure websites use HTTPS.

As an additional security measure, check for the 🔒 icon or the https:// prefix in the address bar. Share your confidential data only on official and secure websites.

Choose language
Search
Piriyev Eldar Famil el***@yandex.ru ID: 1800
Salam. Vergi ödəyəcinin bank hesabında Vergi, Gömrük və ya digər dövlət orqanları tərəfindən göndərilən sərəncamları mövcüd olduğu halda vergi ödəyicisi tərəfindən əmək haqqı köçürülməsi ilə bağlı banka ödəniş sənədini təqdim etdiqdə bank həmin sorğunu gəbul edərək sərəncamların icrası dayandırıb əmək haqqını köçürdə bilərmi (Mülki Məcəllənin 965 maddəsi) yaxud sərəncam üstünlük təşkil edir?
30/04/2020 Read: 89 Average count: 5

Bildiririk ki, vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə hesabdan pul vəsaitinin silinməsi Mülki Məcəllənin 965.2-ci maddəsində göstərilmiş ardıcıllığa uyğun olaraq icra edilir.

Vergi ödəyicisinin hesabındakı pul vəsaiti onun sərəncamlarını və ona qarşı irəli sürülmüş bütün tələbləri yerinə yetirməyə kifayət etmədikdə əmək müqaviləsi ilə işləyən şəxslərə işdənçıxma müavinətlərinin və əmək haqqının ödənilməsi üçün hesabdan pul vəsaitinin məxaricini nəzərdə tutan sənədlər icra edildikdən sonra dövlət büdcəsinə və büdcədənkənar dövlət fonduna ödənişləri nəzərdə tutan ödəniş sənədləri üzrə hesabdan silmə əməliyyatları həyata keçirilir.

Əsas: Vergi Məcəlləsinin 65.6-cı maddəsi, Mülki Məcəllənin 965.2.2-ci və 965.2.3-cü maddələri.

5/5 (1 Average count)
Qiymət ver:
Fəridə Həsənova Ədalət ha***@mail.ru ID: 1799
Mən VÖEN almaq istəyirəm. Hara müraciət etməliyəm. Asan imza sim kartım da yoxdur. Əvvəlcə sim kartı alıb sonra müraciət etməliyəm?
30/04/2020 Read: 46 Average count: 0

Bildiririk ki, vergi uçotuna alınma kağız daşıyıcısında “Fiziki şəxsin uçotu haqqında ərizə” və ona əlavə olunmuş şəxsiyyəti təsdiq edən sənədin (Azərbaycan Respublikasının vətəndaşları üçün şəxsiyyət vəsiqəsi) surətinə əsasən həyata keçirilir. Kağız daşıyıcısında müraciət şəxsən və ya səlahiyyətli nümayəndə (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə vergi orqanına gəlməklə və ya poçt vasitəsi ilə edilir.

Bakı şəhərində və “ASAN Xidmət” mərkəzlərinin yerləşdiyi inzibati ərazi vahidlərində “fiziki şəxsin uçota alınması” xidməti “ASAN Xidmət” mərkəzlərində həyata keçirilir.

Vergi orqanına gəlmədən elektron qaydada da vergi uçotuna alına bilərsiniz. Elektron qeydiyyat gücləndirilmiş elektron imza (o cümlədən “Asan imza”) əsasında İnternet Vergi İdarəsi portalı (www.e-taxes.gov.az) vasitəsi ilə aparılır.

 “Asan İmza” sertifikatlarının alınmasi üçün müraciət edən şəxs hər hansı mobil operatordan (Azercell, Bakcell, Nar Mobile) Asan İmza SİM kartı əldə etdikdən sonra tələb olunan digər sənədlərlə Vergilər Nazirliyinin Asan Sertifikat Xidmətləri Mərkəzinə (ASXM) müraciət edilməlidir. Təqdim edilmiş sənədlərin düzgünlüyü yoxlanıldıqdan sonra müraciət etmiş şəxslə ASXM arasında yazılı müqavilə bağlanılır və ona müvafiq sertifikat çap olunaraq kağız daşıyıcıda təqdim edilir.

Həmçinin, bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xidmət mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulunun İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməsinə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Əliyev Əli oglu vu***@gmail.com ID: 1798
Vöeni bağlamaq istəyirəm.
30/04/2020 Read: 33 Average count: 0

Bildiririk ki, vergi ödəyicilərinin vergi uçotundan çıxarılması və fəaliyyətinin  müvəqqəti  dayandırılması prosedurları fərqlidir.
Belə ki, fəaliyyətini müvəqqəti dayandırmaq istəyən vergi ödəyicisi “Vergi ödəyicisinin, onun filialının, nümayəndəliyinin və  ya digər təsərrüfat subyektinin (obyektinin) fəaliyyətinin və digər vergi tutulan əməliyyatlarının dayandırılması haqqında arayış”ı təqdim etməlidir. Arayışda sahibkarlıq fəaliyyətinin və ya digər vergi tutulan əməliyyatların dayandırılmasının müddəti göstərilməlidir. Qeyd olunan müddət bitdikdə,  fəaliyyətin dayandırılması barədə yenidən müraciət edilmədikdə isə fəaliyyətinin dayandırılması haqda müraciətdə göstərilən son tarixdən sonrakı gündən etibarən vergi ödəyicisinin fəaliyyəti aktivləşir və müvafiq bəyannamələrin vergi orqanına təqdim olunması üzrə öhdəlik yaranır.
Vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiq bölməsindən əldə edə bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Qasımov Rahib Əlisoltan zo***@mail.ru ID: 1793
Salam. Sizə yazmaqda məqsədim vaxtı ilə istifadəçisi olduğum VÖEN hesabımın parolun unutmağımdır. Sizdən yazıb xahiş edirəm ki, yenidən əvvəllər istifadəçisi olduğum VÖEN hesabımın parolunu mənə verəsiniz. Əvvəlcədən təşəkkür edirəm. Bu da VOEN hesabımın istifadəçi kodu 4800139602
29/04/2020 Read: 41 Average count: 0

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Farid Suleymanov Fuad fa***@gmail.com ID: 1792
Rezident A mmc ƏDV ödəyicisidir 164.1.2. maliyyə (maliyyə lizinqi daxil olmaqla) xidmətlərinin göstərilməsiynən məşguldur və Qeyri-rezidentdən 169.1 maddayə əsasən xidmət almışdır. 2020 ci ilin Yanvar ayında VM 164.1.2 xidmətdən 50,000 manat gəlir götürmüş 2020 ci ilin Yanvar ayında VM 169.1 Qeyri-rezidentdən huquq xidməti almışdır 15,000 manatlıq 2020 ci ilin Yanvar ayında 2,700 ƏDV ödənişi etşidir. Bu halda Yanvar ayı ƏDV bəyannaməsində nəqər ƏDV əvəzləşdirə bilər? VM 169.1 Qeyri-rezidentdən aldığı xidmətə görə ödədiyi 2,700 manatı tam əvəzləşdirə bilər, yoxsa xüsusi çəkisinə görə müəyyənləşdirilir? Bir söznən hansı məbləğdə ƏDV əvəzləşdirə bilər?
29/04/2020 Read: 143 Average count: 0

Bildiririk ki, vergi agenti ƏDV-nin məqsədləri üçün qeydiyyatdan keçmişdirsə, hesablanan vergi, əməliyyatın aparıldığı ay üçün ƏDV-nin bəyannaməsi verilərkən ödənilir. Hesablanan verginin ödənilməsini təsdiq edən ödəmə sənədi bu Məcəllənin 175-ci maddəsinin müddəalarına uyğun olaraq vergi agentinə ƏDV-nin məbləğini əvəzləşdirmək hüququnu verən elektron qaimə-fakturadır. Bu halda, əvəzləşdirilməli olan ƏDV Vergi Məcəlləsinin 175.4-cü maddənin məqsədləri üçün xüsusii çəkinin hesablanmasında nəzərə alınmır və tam əvəzləşdirilir. 

0/5 (0 Average count)
Qiymət ver:
Vadim Poladxanov Asəf oğlu an***@gmail.com ID: 1791
Salam, mən vöenimi bağlamaq istəyirəm, internet vergi idarəsinin saytından giriş edəndə şəxsiyyət vəsiqəmin fin kodunu yazıb girirəm, nömrəmi daxil edəndən sonra kod gəlmir, yazılır ki, sistemdə xəta baş verdi, zəhmət olmasa köməklik edəsiz.
29/04/2020 Read: 36 Average count: 5

Bildiririk ki, qeyd etdiyiniz autentifikasiya üsulu yalnız yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin elektron qeydiyyatı üçün nəzərdə tutulub.

Vergi ödəyiciləri Vergilər Nazirliyi tərəfindən verilmiş istifadəçi kodu, parol və şifrə, yaxud gücləndirilmiş elektron imza, o cümlədən Asan imza vasitəsilə elektron kabinetə daxil olaraq müraciət etməlidirlər.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə”ni müvafiq qaydada vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanına təqdim edilməlidir. 

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

5/5 (1 Average count)
Qiymət ver:
Naim Mirzəyev na***@rambler.ru ID: 1008
Salam. Hüquqi şəxs müqavilə şərtlərinə uyğun olaraq 40000 manat dəyərləndirilən traktoru 2 il müddətinə icarəyə götürüb. Hər ay 2000 manat İcarədara və 325.58 manat isə ÖMV ödəyir. Müqavilə şərtlərinə görə təmir və yanacaq xərclərinin icarə müddəti ərzində İcarəçi öz öhdəsinə götürüb. İcarə müddətinin birinci ilində traktora 4000 manat dəyərində təmir xərci çəkilmişdir. Sual: bilmək istərdik 1.) Çəkilən təmir xərcini tam olaraq xərcə silə bilərik, yoxsa ancaq traktorun dəyərləndirilən məbləğinin 5%-ni (40000*5%) ?? 2.) Traktora illik 25% amortizasiya hesablaya bilərik və bunu xərcə aid edə bilərik??
29/04/2020 Read: 307 Average count: 4

Bildiririk ki, icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin icarəçi tərəfindən gəlirdən çıxılan xərclərə aid edilməsinə icarə haqqı ilə əvəzləşdirilmədiyi və həmin əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda yol verilir. İcarəyə götürülmüş əmlaka çəkilən təmir xərclərinin Vergi Məcəlləsinin 115.1-ci maddəsində qeyd edilən hədlər daxilində gəlirdən çıxılması mümkündür.

Eyni zamanda, əsas vəsaitlər icarəçinin balansına götürüldüyü halda həmin əsas vəsaitlərə amortizasiya ayırmaları hesablana və hesablanmış amortizasiya ayırmaları gəlirdən çıxıla bilər. Digər halda (əsas vəsaitlər balansa götürülmədikdə və ya icarə haqqı ilə əvəzləşdirildikdə) icarəçi tərəfindən icarəyə götürülmüş əsas vəsaitlərin təmirinə çəkilmiş xərclərin gəlirdən çıxılmasına yol verilmir. Vergi ödəyicisi mikro sahibkarlıq subyektinə aid olduqda 114.3-cü maddədəki dərəcələrə 2 əmsal tətbiq etməklə, kiçik sahibkarlıq subyekti olduqda isə 1.5 əmsal tətbiq etməklə hesablamaq hüququ var.

Əsas: Vergi Məcəlləsinin 114-cü, 115-ci maddələri, Nazirlər Kabinetinin 2018-ci il 21 dekabr tarixli 556 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları”

4/5 (7 Average count)
Qiymət ver:
Kənan Həsənzadə Mehman Ka***@gmail.com ID: 1789
Adıma obyekt və yaxud işçilər varmı? Zəhmət olmasa məlumat verərdiz. Uzun zaman bundan öncə 2014-2015-ci illerde ayaqqabı mağazasında satıcı kimi çalışırdım. Müdirimiz məndən VÖEN açmağımı və asan imza istəmişdi məni yanında aparıb etmişdi və o vaxt başım çıxmırdı ciddiyə almırdım. İndi mənə problem yaradadacağından narahatam. Zəhmət olmasa adıma olan hər hansı bir obyekt ve ya basqa bir sey varsa meni melumatlandırın.
29/04/2020 Read: 37 Average count: 0

Həsənzadə Kənan Mehman oğlu (VÖEN 1003507962) vergi ödəyicisi kimi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsində uçotdadır və fəaliyyəti aktivdir. Ətraflı məlumat üçün qeydiyyatda olduğunuz vergi orqanına müraciət etməyiniz tövsiyə olunur.

12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlamışdır.

0/5 (0 Average count)
Qiymət ver:
Ruhiyyə Xəlilova Baxşəli ay***@gmail.com ID: 1788
Salam. Mən mikro sabikarlıq üçün qeydiyyatdan keçəndə Atabankda olan hesabımı daxil elədim. Atabank bağlandı, mən necə ödəniş alacam? Mən necə bir de qeydiyyatdan keçə bilərəm? Mikro sahibarliq üçün bank hesabının ləğv edilməsi ərizəsini necə göndərə bilərəm?
29/04/2020 Read: 32 Average count: 1

Bildiririk ki, müraciətinizdə qeyd olunan məsələ ilə bağlı Mərkəzi Banka müraciət etməyiniz tövsiyə olunur. 

1/5 (1 Average count)
Qiymət ver:
Anar Musayev Şahin an***@gmail.com ID: 1787
Salam. Mən 07.08.2019 fiziki şəxs uçun vergi uçotuna alımdım bir müddətdən sonra VÖEN-mi dondurdum. İndi bilmək istəyirəm mənə ödəniş düşür ya yox xahiş edirəm köməklik edin zəhmət olmasa.
29/04/2020 Read: 38 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir: 

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.
 

0/5 (0 Average count)
Qiymət ver:
Əliyeva Rüfanə Eldəniz ni***@mail.ru ID: 996
VM-nin 58.8.1. pul vəsaitinin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsinə və ya uçota alınmamasına görə – 1000 manatdan çox olan hissəsinin 10 faizi, təqvim ili ərzində belə hala təkrar yol verdikdə 1000 manatdan çox olan hissəsinin 20 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir; Burda pul vəsaitlərinin uçotdan gizlədilməsi və uçota alınmaması dedikdə, konkret hansı hallar nəzərdə tutulur?
29/04/2020 Read: 186 Average count: 4

Bildiririk ki, nəzarət tədbiri keçirilən təsərrüfat subyektində (subyektlərində) mövcud olan malların və pul vəsaitinin uçotunu təsdiq edən uçot sənədlərinin və ya elektron faylların 1 iş günü ərzində vergi orqanının vəzifəli şəxsinə (şəxslərinə) təqdim edilməsi üçün vergi ödəyicisinə və ya onun səlahiyyətli nümayəndəsinə Vergi Məcəlləsinin 42-ci və 50.5-ci maddələri ilə müəyyən edilmiş qaydada dərhal Tələbnamə təqdim olunur.

Tələbnamə əsasında vergi ödəyicisi tərəfindən təsdiqedici sənədlər (uçot sənədləri) qanunla müəyyən olunmuş müddət ərzində təqdim edildikdə, malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması hallarının aşkar edilməsi məqsədi ilə vergi orqanının vəzifəli şəxsi (şəxsləri) tərəfindən tərtib olunmuş siyahı ilə vergi ödəyicisinin təqdim etdiyi təsdiqedici sənədlər (uçot sənədləri) üzləşdirilir. Üzləşdirmə nəticəsində malların və pul vəsaitinin uçotdan gizlədilməsi və ya uçota alınmaması halları aşkar edildikdə, tərtib olunmuş siyahıda qeydlər aparılır.

Operativ vergi nəzarəti tədbiri zamanı malın (işin, xidmətin) satışından daxil olmuş pul vəsaitinin uçota alınmaması faktları aşkar edildiyi halda, həmin vəsait uçotdan gizlədilmiş pul vəsaiti kimi qiymətləndirilir və vergi ödəyicisinin uçot sənədlərində (NKA-ya mədaxil edilməklə və ya ciddi hesabat blankında əks etdirilməklə) bərpa edilir.

Əsas: Vergi Məcəlləsinin 42-ci və 50-ci maddələri,  Azərbaycan Respublikasının Vergilər nazirinin 14.01.2020-ci il 2017040100044300 nömrəli əmri ilə təsdiq edilmiş "Dövlət vergi orqanları tərəfindən operativ vergi nəzarəti tədbirlərinin həyata keçirilməsi" Qaydaları. 

4/5 (3 Average count)
Qiymət ver:
Quliyev Samir Çingiz oğlu ni***@mail.ru ID: 1785
VÖEN-i dayandırmışam 2009-cu ildə, indi də 190 manatı ala bilmirəm, xahiş edirəm mənə kömək edəsiz, 195-ə zəng etdim, mənə dedilər, VÖEN 5 ildƏn aktivləşir, mənə o zaman 2009-cu ildə bunu demədilər, necə indi mən VÖEN-i dayandırım.
29/04/2020 Read: 28 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

0/5 (0 Average count)
Qiymət ver:
Tural Orucov Elmar or***@gmail.com ID: 1784
Salam. Adımda VÖEN var və mən bu VÖEN-i ləğv etmək istəyirəm. Nə etməliyəm?
29/04/2020 Read: 34 Average count: 0

Bildiririk ki, fəaliyyətə xitam vermək və vergi uçotundan çıxmaq üçün vergi ödəyicisinin uçotda olduğu vergi orqanına “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və vergi şəhadətnaməsi vergi orqanından təhvil götürüldüyü halda onun əsli təqdim edilməlidir. Vergi şəhadətnaməsi itirildikdə isə vergi ödəyicisi tərəfindən yazılı məlumat əlavə olaraq təqdim edilməlidir.

Uçotdan çıxarılma barədə ərizəni qəbul edən vergi orqanı əməkdaşı müraciət edən şəxsə forması Vergilər Nazirliyi tərəfindən müəyyən olunmuş “Uçotun ləğv edilməsinədək yerinə yetirilməli olan prosedurlar haqqında” bildirişi imzalayıb təqdim edir.

Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Vergi orqanı tərəfindən fiziki şəxs vergi uçotundan çıxarıldıqda ona verilmiş VÖEN vergi ödəyicilərinin uçot məlumat bazasında ləğv edilmiş kimi arxivləşdirilir və ona “Vergi ödəyicisinin uçotdan çıxarılması haqqında Bildiriş” göndərilir.
Əsas: Vergi Məcəlləsinin 34-cü maddəsi, Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kollegiyasının 1917050000006200 nömrəli qərarı ilə təsdiq edilmiş Fiziki şəxslərin uçota alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydaları.

0/5 (0 Average count)
Qiymət ver:
Abbasov Rəhman Bəylər Re***@mail.ru ID: 1782
Salam, mən mart ayının 22 pandemiya səbəbilə işdən çıxmışam. Bizim işlədiyimiz otelin restorana dövlət tərəfindən işçilərin maaşları. 100-də 50% köməklik olunub və bizim müdiriyyət bu pulları biz muzdlu işçilərə vermir. İşlədiyim yer Emirald suit hotel (VÖEN 1006280702) araşdırmışam, bizim iş yeri kömək olunanlar siyahısında var, buna baxmayaraq müdiriyyət nə desəm də deyir pul-mul yoxdur. Mən nə edə bilərəm bu barədə pulumu ala bilim?
29/04/2020 Read: 51 Average count: 4

Muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi mexanizmi çərçivəsində sahibkarın hesabına köçürülən vəsaitdən yalnız təyinatı üzrə, yəni işçilərin əmək haqlarının ödənilməsi üçün istifadə olunmalıdır. Həmçinin, maliyyə dəstəyi almış sahibkarların siyahısı İqisadiyyat və Vergilər nazirliklərinin rəsmi internet saytlarında yerləşdirilir və hər gün yenilənir. Muzdlu işçilər işlədikləri müəssisənin və ya fərdi sahibkarın adının siyahıda olub-olmamasını yoxlaya, maliyyə dəstəyinin alınmasına baxmayaraq, əməkhaqqının ödənilməsindən imtina olunduqda, rəsmi qaydada İqtisadiyyat Nazirliyinə şikayət edə bilərlər.

4/5 (3 Average count)
Qiymət ver:
Rafail Haciyev Zeynal Ze***@gmail.com ID: 1781
Salam. Mən 2019-cu ilin 11-ci ayının sonu vöen-imi ləğv eləmişəm. Ancaq sualım bundan ibarətdir ki, mən 2019-cu ildə ödədiyim vergini ala bilərəmmi? Yoxsa vöen ləğv edildiyinə görə mənə düşmür? Öncədən cavablandıracağınız üçün təşəkkür edirəm.
29/04/2020 Read: 28 Average count: 0

Koronavirus (COVİD-19) pandemiyasının iqtisadiyyata və sahibkarlıq subyektlərinə mənfi təsiri azaltmaq məqsədilə hazırda 2 formada maliyyə dəstəyi proqramı həyata keçirilir: 

Birinci proqram, pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyicilərinin muzdlu işçilərinin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi ilə bağlıdır. Bu proqram çərçivəsində pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən vergi ödəyiciləri əmək müqaviləsi ilə çalışan işçilərinin əmək haqlarının ödənilməsi üçün dövlətin maliyyə dəstəyindən faydalana bilər. 

İkinci proqram, fərdi (mikro) sahibkarlara maliyyə dəstəyinin göstərilməsi ilə bağlıdır. Mikro sahibkar dedikdə, işçi sayı 1-10 nəfər, illik gəliri 200 min manata qədər olan şəxslər nəzərdə tutulur. Əgər belə şəxslər 2019-cu ildə vergi ödənişləri həyata keçiriblərsə və fəaliyyətlərini 2020-ci ilin 1 mart tarixinə qədər dayandırmayıblarsa, maliyyə dəstəyindən faydalanmaq üçün müraciət edə bilərlər.
 

0/5 (0 Average count)
Qiymət ver:
Ağabalayev Namiq NA***@mail.ru ID: 1780
VÖEN var adımda kodunu bilmirəm, itirmişəm. Adımdan çıxarmaq istəyirəm. VÖEN-i bağlamaq istəyirəm. Xahiş edirəm mənə köməklik edəsiniz. Mən hara müraciət etməliyəm bağlamaq üçün?
29/04/2020 Read: 31 Average count: 0

Bildiririk ki, vergi uçotunuzun ləğv edilməsi üçün “Fiziki şəxsin vergi uçotundan çıxarılması haqqında ərizə” və uçota alınmanı təsdiq edən şəhadətnamə ilə şəxsən və ya səlahiyyətli nümayəndəniz (notarial qaydada təsdiq edilmiş etibarnamə ilə) vasitəsi ilə uçotda olduğunuz vergi orqanına və ya onun əhatə dairəsinə aid olan vergi ödəyicilərinə xidmət mərkəzlərinə gəlməklə və ya gücləndirilmiş elektron imzanız (o cümlədən ASAN İmzanız) olduqda, vergi orqanına gəlmədən elektron qaydada vergi uçotunuzun ləğv edilməsi üçün ərizə təqdim edə bilərsiniz. Qeyd olunan normativ hüquqi aktlara əsasən vergi orqanında müvafiq prosedurlar (aktiv bank hesablarının bağlanılması, vergi ödəyicisinin nəzarət-kassa aparatının, təsərrüfat subyektinin (obyektinin) uçotdan çıxarılması, vergi ödəyicisinin dövlət büdcəsinə vergi borcunun ödənilməsi, təqdim edilməmiş bəyannamələrinin təqdim edilməsi, son səyyar vergi yoxlaması və s.) başa çatdırıldıqdan sonra fiziki şəxs vergi uçotundan çıxarılır və bu barədə ona məktub göndərilir.

Fiziki şəxsin ləğv edilməsi ilə əlaqədar yerinə yetirilməli olan prosedurlar barədə ətraflı məlumatı internet səhifəmizin müvafiqbölməsindən əldə edə bilərsiniz.

İstifadəçi kodu, parol və şifrə itirildikdə (və ya unudulduqda) yenisini əldə etmək üçün “Elektron sənəd mübadiləsi haqqında Ərizə” ilə şəxsən və ya səlahiyyətli nümayəndə vasitəsi ilə vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət edə bilərsiniz.

Həmçinin bildiririk ki, 12 may 2020-ci il saat 09:00-dan etibarən İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin mərkəzlərində və Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsində vergi ödəyicilərinin qəbulu Xidmətin rəsmi internet saytı (www.taxes.gov.az) və İnternet Vergi İdarəsi (www.e-taxes.gov.az) vasitəsi ilə əvvəlcədən onlayn növbə tutmaqla həyata keçirilməyə başlanılmışdır. 

0/5 (0 Average count)
Qiymət ver:
Vüsal Alşanov Elşad av***@mail.ru ID: 1778
“Sosial sığorta haqqında” Qanunun 15-ci maddəsinin 15-ci abzasına əsasən sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət məcburi dövlət sosial sığorta haqqı hesablanmayan gəlir növlərinə aid edilmişdir. Buna əsasən işçiyə əmək qabiliyyətini itirdiyi dövr üçün ödənilən müavinətə sosial sığorta haqqı hesablanmır. Göründüyü kimi, işsizlikdən sığorta haqqı sığortaolunanın əməkhaqqından, yəni işəgötürən tərəfindən sığortaolunana (işçiyə) pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusundan ibarət məbləğdən hesablanır. İşəgötürən tərəfindən işsizlikdən sığorta haqqı sığortaolunanın əməyin ödəniş fondundan- muzdlu işdən əldə edilən gəlirlərindən hesablanır. Sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət işsizlikdən sığorta haqqı tutulmalıdırmı?
29/04/2020 Read: 81 Average count: 5

Bildiririk ki, “İşsizlikdən sığorta haqqında” Qanunun 9-cu maddəsinə əsasən işsizlikdən sığorta üzrə sığorta tarifləri sığortaedən tərəfindən ödənilən sığorta haqqı üzrə – hesablanmış əməyin ödənişi fondunun 0,5 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı üzrə – işçinin əməkhaqqının 0,5 faizidir.

Əmək ödənişi - fiziki şəxslərin muzdlu işlə bağlı gəliri hesab olunmaqla özündə əmək haqqını və bu işdən alınan hər hansı ödəməni və ya faydanı cəmləşdirir. Əmək Məcəlləsinin 154-cü maddəsinin müddəalarına əsasən əməkhaqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur.

Əmək haqqı olmayan ödəmələr (müavinətlər) isə işsizlikdən sığorta haqqına cəlb olunmur.

 

5/5 (2 Average count)
Qiymət ver:
Aysin Nəsirov Əliyusif as***@gmail.com ID: 1777
Heç bir yardım ala bilmirəm, VÖEN-im olduğu ücün. Xahiş edirəm, kömək edəsiz, heç yerdə işləmirəm. nə etməliyəm?
28/04/2020 Read: 41 Average count: 0

Müraciətinizdə qeyd olunan sualın cavabı ilə səhifəmizdə yerləşdirilən "Pandemiyadan zərər çəkmiş sahibkarlara maliyyə dəstəyinin göstərilməsi mexanizmləri ilə bağlı ən çox verilən suallar" toplusunda tanış ola bilərsiniz.

Həmçinin, sosial müavinətlər, işsizlik və Ünvanlı dövlət sosial yardımı məsələləri üzrə ətraflı məlumat əldə etmək üçün aidiyyəti üzrə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (Çağrı Mərkəzi 142, www.sosial.gov.az) müraciət etməyiniz tövsiyə olunur.

0/5 (0 Average count)
Qiymət ver:
Butayeva Salikat sa***@mail.ru ID: 751
Xarici şirkətinin qeydiyyatda olduğu Niderland Krallığının Vergi Administrasiyasına sorğu göndərilmiş və sorğuya cavab olaraq tərəfimizdən həmin platformadan gəlir əldə edildiyi müəyyən edilmişdir. Qeyd olunan platformadan dövr ərzində əldə edilmiş məbləğin 15%-nin həmin platformaya faizin ödənilmiş və qeyri-rezidentə ödəniləcək faizlərdən Vergi Məcəlləsinin 125.1.2 maddəsinə uyğun olaraq ödəmə mənbəyindən vergi tutulmalıdır. Eyni zamanda, Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiyanın 11-ci maddəsinin 3 (iii) bəndinə və həmin Konvensiyanın tərkib hissəsi olan müvafiq Protokolun XI bəndinə uyğun olaraq, Niderlandın Şirkətinə ödənilən faizlər yalnız Niderland ölkəsində vergiyə cəlb edilir. Sual: Belə olan halda, tərəfimizdən yuxarıda qeyd olunmuş faiz ödənişlərindən hansı növ vergi tutmalıdır? Ümumiyyətlə vergi qanunvericiliyinə uyğun prosedur qaydalarını məlumatlandırmağı xahiş edirəm.
28/04/2020 Read: 221 Average count: 5

“Azərbaycan Respublikası və Niderland Krallığı arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Konvensiya”nın 11-ci maddəsi faizlərin vergiyə cəlb edilməsi prinsiplərini müəyyən edir. Həmin maddənin 2-ci bəndinə əsasən faizlər həmçinin onların yarandığı Razılığa gələn Dövlətdə və onun qanunvericiliyinə müvafiq qaydada da vergiyə cəlb edilə bilər, lakin faizlərin faktiki sahibi Razılığa gələn digər Dövlətin rezidentidirsə, tutulan vergi faizlərin ümumi məbləğinin 10 faizindən artıq olmamalıdır.

11-ci maddənin 3-cü bəndində isə faizlərin yaranma Dövlətində deyil, Razılığa gələn digər Dövlətdə vergiyə cəlb edilməsinin şərtləri müəyyən edilmişdir.

Qeyd etmək istərdik ki, Vergilər Nazirliyinin 12.06.2017-ci il tarixli 1717050000009300 nömrəli Kollegiya Qərarı ilə təsdiq edilmiş və Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilmiş “Azərbaycan Respublikası ilə digər dövlətlər arasında bağlanmış ikiqat vergitutmanın aradan qaldırılması haqqında beynəlxalq müqavilələrin inzibatçılığı” Qaydalarının (bundan sonra - Qaydalar) 5.1-ci bəndinə əsasən əgər beynəlxalq müqavilədə qeyri-rezidentin Azərbaycan mənbəyindən əldə etdiyi hər hansı gəlirinin vergidən azad edilməsi və ya aşağı dərəcə ilə vergiyə cəlb edilməsi nəzərdə tutulmuşdursa, qeyri-rezident ona gəlir ödəyən şəxsin uçotda olduğu vergi orqanına elektron və ya kağız daşıyıcısında doldurulmuş “Qeyri-rezidentin Azərbaycan Respublikasından əldə etdiyi gəlirə ödəmə mənbəyində beynəlxalq müqavilədə nəzərdə tutulmuş azadolma və ya aşağı dərəcənin tətbiq edilməsi haqqında” DTA-03 Ərizə forması təqdim etməklə həmin azadolma və ya aşağı vergi dərəcəsinin tətbiq edilməsi ilə bağlı müraciət edə bilər. 

Eyni zamanda, Qaydaların 5.3-cü bəndinə əsasən DTA-03 forması gəlirin ödənildiyi tarixədək təqdim edilməli və həmin müraciətə qeyri-rezidentin razılığa gələn digər dövlətdə rezidentliyini təsdiq edən rezidentlik sertifikatı ilə yanaşı gəlirin ödənilməsinə əsas verən və gəliri əldə edən şəxsin həmin gəlirin faktiki sahibi olduğunu sübut edən bütün təsdiqedici sənədlərin (müqavilələr, invoyslar, iştirak payını, borc öhdəliyini, müəlliflik hüququnu təsdiq edən sənədlər və s.) bu Qaydaların 8-ci hissəsinə müvafiq qaydada təsdiq edilmiş surətləri əlavə edilməlidir.  

5/5 (2 Average count)
Qiymət ver:
İslamova Ruhiyyə Zahir qızı r.***@gmail.com ID: 1776
Salam, zəhmət olmasa ətraflı cavablandırardınız, VM -nin 114.10. maddəsinə əsasən-Bu maddənin digər müddəalarından asılı olmayaraq, dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan aktivlərin, bu Məcəllənin 114.3-cü maddəsi ilə müəyyən olunmuş illik amortizasiya normalarına uyğun hesablanmış amortizasiyanın yalnız 40 faizi xərclərə aid edildikdə, amortizasiyanın qalan hissəsi necə uçota alınmalıdır? Yerdə qalan amortizasiya məbləği hesabatda necə göstərilir? Öncədən təşəkkür edirəm.
28/04/2020 Read: 75 Average count: 5

Bildiririk ki, əsas vəsaitlərin kateqoriyaları üzrə amortizasiya ayırmaları Vergi əcəlləsinin 114.3-cü maddəsi ilə hər kateqoriyaya aid olan əsas vəsaitlər üçün müəyyənləşdirilmiş amortizasiya normasını həmin kateqoriyaya aid əsas vəsaitlərin vergi ilinin sonuna qalıq dəyərinə tətbiq etməklə hesablanır.

Sorğunuzda qeyd edildiyi kimi dövlət müəssisələrinə dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına alınan və ya quraşdırılan avadanlığa Vergi Məcəlləsinin 114.3-cü maddəsinə müvafiq olaraq 20 faiz dərəcə ilə hesablanmış amortizasiyanın yalnız 40%-i gəlirdən çıxıla bilər. Misal olaraq, dövlət büdcəsinin investisiya xərcləri hesabına ayrılmış vəsaitlər hesabına 100 000 manat dəyərində alınmış maşın və avadanlığa görə, 100 000 * 20% * 40% = 8 000 manat həcmində amortizasiya ayırması gəlirdən çıxılan xərclərə aid edilir.

5/5 (1 Average count)
Qiymət ver: