Az | Eng | Rus
Azerbaycanin xeritesiRəsmi adı: Azərbaycan Respublikası
Paytaxt: Bakı
Dövlət dili: Azərbaycan dili
Əsas din: İslam
Əhalisi: 9 milyon 235 min nəfər
Ərazisi: 86,6 min km2
İnzibati-ərazi bölgüsü: bir muxtar qurum - Naxçıvan Muxtar Respublikası, 65 rayon, 69 şəhər, 13 şəhər rayonu, 130 şəhər tipli qəsəbə və 4354 kənd yaşayış məntəqəsi
Pul vahidi: 1 manat = 100 qəpik
Azərbaycanın xəritəsi
Azərbaycanın tarixi

Azərbaycan çoxəsrlik tarixi, mədəniyyəti, adət və ənənələri olan heyrətamiz bir ölkədir. Müasir azərbaycanlıların əcdadları müxtəlif sivilizasiyalara və mədəniyyətlərə mənsubluq elementlərini çox ahəngdar şəkildə özlərində cəmləşdirmişdir. Qədim dövrə aid bir sıra arxeoloji və memarlıq abidələri zamanın keşməkeşlərindən salamat çıxaraq zəmanəmizə qədər qalmışdır
davamı

12 noyabr - Konstitusiya günüdür. 1995-ci ildə ümumxalq səs verməsi yolu ilə yeni, müstəqil Azərbaycan Respublikasının birinci Konstitusiyasını qəbul edilmişdir. O vaxtdan 12 noyabr Azərbaycan Respublikasının Konstitusiya günü sayılır.

Konstitusiya dövlətin əsas qanunudur. Bu qanun hökümətin fəaliyyətini nizama salır, insanların cəmiyyətdə və biri-biri ilə münasibətlərini tənzimləyir. Konstitusiya vətəndaşların hüquqlarını təmin edir. Konstitusiya respublikamızın ərazi bütövlüyünü, müstəqilliyini əks etdirən ən mühüm sənəddir.

Azərbaycan xalqı öz Konstitusiyasında aşağıdakı niyyətlərini bəyan edir:

Azərbaycan dövlətinin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü qorumaq;
Konstitusiya çərçivəsində demokratik quruluşa təminat vermək;
vətəndaş cəmiyyətinin bərqərar edilməsinə nail olmaq;
xalqın iradəsinin ifadəsi kimi qanunların aliliyini təmin edən hüquqi, dünyəvi dövlət qurmaq;
ədalətli iqtisadi və sosial qaydalara uyğun olaraq hamının layiqli həyat səviyyəsini təmin etmək;
ümumbəşəri dəyərlərə sadiq olaraq bütün dünya xalqları ilə dostluq, sülh və əmin-amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək.

 
Maddə 23. Azərbaycan dövlətinin rəmzləri
(Konstitusiya maddəsi)