Ön söz | Novruz günü razılaşma | 1-ci axşam | 2-ci axşam | 3-cü axşam | 4-cü axşam | 5-ci axşam | 6-cı axşam | 7-ci axşam |

A.F.Musayev
A.Q.Qəhrəmanov


Biz hamımız sizin nağılları necə sevdiyinizi yaxşı bilirik. Lakin bizim nağıl adii nağıllardan fərqlənir. Doğrudur, siz burada Mərdan babanın nəvələrinə yeddi axşam ərzində danışdığı bir nağılda Anıq şahın müdrikliyinə heyran olacaq, Tumar pəhləvan və onun oğlu Orxanın igidliklərinə sevinəcək, Zaval şahın, ifritənin, cinin şər əməllərinin uğursuzluğunu təbii qəbul edəcəksiniz. Lakin bizim məqsədimiz təkcə bu deyil. Biz istəyirik ki, siz həyatda rastlaşacağınız problemlərin bəziləri ilə indidən tanış olasınız. Biləsiniz ki, dövlət xəzinəsinə gəlirlər haradan və necə yığılır? Həmin vəsait nəyə xərclənir? Yaxud, dövlətin qüdrətli olması nə üçün bizim hər birimizdən asılıdır?
Mərdan babanın nağılından sonra vergilərə dair əlavə bilgilər, həmçinin şeirlərdən, nağıllardan bəzi nümunələr də verilmişdir.
Biz istəyirik ki, nağılı diqqətlə oxuyasınız, burada verilmiş tapşırıqları özünüz sərbəst yerinə yetirəsiniz. Onda yeni anlayışları daha yaxşı yadda saxlayacaqsınız.
Burada həmçinin çoxlu atalar sözləri və məsəllər var. Onlar fikrin daha dəqiq və yığcam ifadə edilməsinə imkan yaradır. Çalışın həmin hikmətli və ibrətamiz deyimləri dərindən başa düşəsiniz, onları yerində işlətməyi bacarasınız.