Dövlət Vergi Xidməti tərəfindən 2022-ci il ərzində tikinti sahəsində qeyri-formal məşğulluğun qarşısının alınması ilə bağlı keçirilmiş vergi nəzarəti tədbirləri zamanı işəgötürənlər tərəfindən əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən fiziki şəxsin işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunması halları aşkarlanmış və bununla bağlı qəbul edilmiş qərarlar üzrə maliyyə sanksiyası tətbiq edilmişdir. Məlumatlar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə təqdim edilmişdir.