Qeyri-iş saatlarında stasionar (şəhər, kənd) telefonlardan, habelə, "Azercell" və "Nar" nömrələrindən birbaşa "195-1-2" nömrəsini, "Bakcell" nömrələrindən isə "012 195-1-2" nömrəsini yığaraq Vergilər Nazirliyinin Çağrı Mərkəzinin bu xidmətindən istifadə etmək olar.
Qeyd: "195" nömrəsinə stasionar telefonlardan zəng edərkən telefon ton rejimində işləməlidir. Əgər "195" nömrəsinə zəng edib "1" düyməsini seçdikdən sonra əlaqə kəsilirsə bu telefonun ton rejimində işləməməsi ilə əlaqədardır. Bunun üçün "195"-i yığdıqdan sonra "1" düyməsini seçməzdən öncə "*" (ulduz) düyməsini sıxmaqla telefon ton rejiminə keçirilir.