Dövlət Vergi Xidməti
Qanunvericilik
Bəyannamə
Xidmətlər
Bir pəncərə
Müraciət
Əlaqə

"İqtisadi Azadlıq İndeksi"nin "Əməyin azadlığı indikatoru"nun 8-ci tədbiri üzrə 2023-cü il ərzində görülmüş işlər barədə məlumat:
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Əmək münasibətlərinin rəsmiləşdirilməsi və əməkhaqlaının ağardılması istiqamətində tədbirlərin görülməsi məqsədilə 2023-cü il ərzində qeyri-neft özəl sektorunda fəaliyyəti olub və 10-dan çox işçi sayını azaltmış vergi ödəyiciləri üzrə aparılmış təhlillər zamanı 1955 vergi ödəyicisində 59313 nəfər işçi sayının ixtisar edildiyi müəyyən olunmuşdur. Qeyd olunan istiqamət üzrə yerli vergi orqanları tərəfindən qanunamüvafiq araşdırmalar aparılmış, zərurət olduğu təqdirdə müvafiq tədbirlər görülmüşdür.

“Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 yanvar tarixli 3708 nömrəli Sərəncamı ilə minimum aylıq əməkhaqqının məbləği 2023-cü il yanvarın 1-dən 345 manat müəyyən edilməsilə bağlı aparılan təhlillər zamanı 01 fevral 2023-cü il tarixə 24523 vəziyyəti aktiv olan vergi ödəyicisi tərəfindən əsas iş yeri üzrə və tam iş vaxtı ilə işləyən 58839 işçinin əməkhaqqı məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əməkhaqqı məbləğindən aşağı rəsmiləşdirildiyi müəyyən edilmişdir. Bununla bağlı qanunamüvafiq araşdırmalar aparılmış, vergi ödəyicilərinə bildirişlər təqdim olunmuş, qanunamüvafiq tədbirlər görülərək 15694 vergi ödəyicisi üzrə 46439 işçinin əmək müqaviləsinə düzəlişlər edilmişdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 2023-cü il ərzində keçirilmiş vergi nəzarəti tədbirləri zamanı  işəgötürənlər tərəfindən 2926 nəfər işçinin əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edildiyi və bununla bağlı, 1028 işəgötürənə 5854 min manat maliyyə sanksiyası tətbiq olunmuşdur.