Strategiyanın icrası çərçivəsində Dövlət Vergi Xidmətinin fəaliyyət istiqamətlərinə uyğun olaraq 2022-ci il ərzində aşağıdakı istiqamətlər üzrə layihələr hazırlanmışdır:
- İşğaldan azad edilmiş ərazilər üzrə vergi təşviqlərinin verilməsi;
- Aqrar emal fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə vergi təşviqlərinin verilməsi;
- Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan olan vergi ödəyicilərinin satışdankənar gəlirlərinin, o cümlədən dövlət büdcəsinin vəsaiti hesabına verilən subsidiyaların, habelə təsisçilərə ödənilən dividend gəlirlərinə vergi təşviqlərinin verilməsi;
- Özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən göstərilən xidmətlər üzrə pul hesablaşmalarının yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə həyata keçirilməsi və həmin şəxslər tərəfindən verilən çeklər əsasında istehlakçılara ƏDV-nin geri qaytarılması;
- Nəzarət-kassa aparatının çeklərində göstərilən məlumatların dəqiqləşdirilməsi;
- Xarici ticarət platformalarının ölkədə virtual nümayəndəlik yaratması imkanlarının yaradılması;
- Nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə geri qaytarılan ƏDV-nin nağd əməliyyatlara görə 10 faizdən 5 faizə endirilməsi, nağdsız əməliyyatlara görə isə 15 faizdən 17,5 faizə qaldırılması;
- İşğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellər) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV-nin fiziki şəxs olan istehlakçılara geri qaytarılması;
Qeyd olunan layihələr Azərbaycan Respublikasının 09.12.2022-ci il tarixli 677 VIQD nömrəli "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında" Qanunu ilə təsdiq edilmişdir.