Vergi ödəyicilərinə xidmət üçün yaradılan
komputer terminalları barədə

«Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı (2005-2007-ci illər)»na əsasən vergilərin könüllü ödənilməsi sisteminin inkişaf etdirilməsi, sahibkarlığın inkişafı və əlverişli biznes mühitinin formalaşdırılması məqsədilə vergi ödəyiciləri üçün kompüter terminallarının qurulması nəzərdə tutulmuşdur.
Bu məqsədlə Vergilər Nazirliyi tərəfindən regionlarda, xüsusən vergi orqanı olmayan iri şəhər və rayonlarda kompüter terminallarının qurulacağı yerlər müəyyən edilmiş və onların tikintisi həyata keçirilmişdir. Kompüter terminalları yeni mebel, müasir kompüter və kompüter avndanlıqları, sürətli komunikasiya sistemi ilə təchiz edilmişdir.
Kompüter terminallarının əsas məqsədi həmin regionda fəaliyyət göstərən vergi ödəyicilərinə müasit standartlara uyğun vergi xidmətlərinin göstərilməsi, o cümlədən:

  1. vergi qanunvericiliyinin tətbiqi barədə məlumat və izahatların verilməsi,
  2. vergi bəyannamələri ilə bağlı xidmətlərin göstərilməsi,
  3. vergi bəyannamələrinnin elektron formatda düzgün tərtib edilməsi və göndərilməsi (elektron daşıyıcısında) barədə izahatların verilməsi,
  4. vergi ödəyicisi ilə vergi orqanı arasında elektron sənəd mübadiləsinin aparılmasına dair xidmətlər göstərmək,
  5. vergi ödəyicilərinin büdcəyə olan borclarınin öyrənilməsi, öz şəxsi vərəqəsinə baxış imkanının yaradılması,
  6. vergi ödəyiciləri üçün vergi qanunvericiliyinin tətbiqi prosesində qarşıya çıxan cari məsələlər barədə treninqlərin keçirilməsi.

 

 

© AR Vergilәr Nazirliyi, 2001-2008 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az