«Dövlət qeydiyyatına alınmışdır»
Azərbaycan Respublikasının
Ədliyyə Nazirliyi
Qeydiyyat № 3393
14.05.2008-ci il
Nazir
FİKRƏT MƏMMƏDOV |
«Təsdiq edirəm»
Azərbaycan Respublikasının
Vergilər Nazirliyi
Əmr № 0817040100381100
28.04.2008-ci il
Nazir
FAZİL MƏMMƏDOV |
İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası
1. Ümumi müddəalar
1.1. «İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması Qaydası» (bundan sonra Qayda) Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 16.1.10-cu maddəsinə uyğun olaraq, “Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 6 noyabr tarixli 472-IIIQD nömrəli Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 14 dekabr tarixli Fərmanının 4.2.2-ci bəndinin icrasını təmin etmək məqsədi ilə hazırlanmışdır.
1.2. Bu Qayda istismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı, habelə elektrik enerjisi ilə təchizat dayandırıldığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması qaydasını müəyyən edir.
1.3. Bu Qaydanın məqsədləri üçün aşağıdakı anlayışlardan istifadə olunur:
1.3.1. Vergi ödəyicisi — bu Qaydanın məqsədləri üçün özünə məxsus və qanunvericiliklə müəyyən edilmiş qaydada vergi orqanlarında qeydiyyatdan keçirilmiş nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatını aparmalı olan istənilən şəxsdir.
1.3.2. Nəzarət-kassa aparatı (NKA) – malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompüter sistemləridir.
1.3.3. Servis Texniki Xidmət Mərkəzi –NKA-nın istismara hazırlanması, onların təminatlı və servis texniki xidmət təmiri üzrə fəaliyyət göstərən müvafiq qaydada vergi orqanında qeydiyyatdan keçmiş hüquqi şəxsdir.
2. İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandığı müddətdə nağd pul hesablaşmalarının qeydiyyatının aparılması prosedurları
2.1. «İstismar zamanı nəzarət-kassa aparatının plombunun pozulduğu və başqa nasazlıqlar yarandıqda vergi ödəyiciləri tərəfindən həmin nasaz NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana qədər) dayandırılır.
2.2. NKA-nın istismarı zamanı, plompun pozulması da daxil olmaqla, istənilən nasazlıq yarandıqda vergi ödəyicisi tərəfindən bu barədə təcili vergi orqanına məlumat və Servis Texniki Xidmət Mərkəzinə sifariş (çağırış) verilir. Servis Texniki Xidmət Mərkəzinə verilmiş sifariş haqqında vergi ödəyicisi və ya onun bu işə məsul etdiyi şəxs tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş форма цзря “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparılır.
2.3. Təmirə göndərilmiş nəzarət-kassa aparatında vergi orqanının plombunun açılmasına zərurət yarandıqda və ya plombun pozulduğu hallarda vergi ödəyicisi tərəfindən vergi orqanına yazılı müraciət olunur. Müraciət əsasında vergi orqanının aidiyyəti əməkdaşı tərəfindən NKA-nın plombu açılır və bu barədə nəzarət-kassa aparatının plombunun pozulmasına dair akt tərtib edilir.
2.4. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektdə həyata keçirilən nağd pul hesablaşmalarının qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş форма üzrə “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır. Bu kitabın səhifələri nömrələnir, qaytanlanır və vergi orqanının rəhbəri (rəhbərin müavini) tərəfindən imzalanır və gerbli möhürlə təsdiq edilir.
2.5. Nağd pul hesablaşmalarının qeydiyyatı “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparılan zaman, vergi ödəyicisi tərəfindən hər bir müştəridən (alıcıdan, sifarişçidən) alınmış nağd pul vəsaiti kitabın ayrıca sətrində yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətrdə nağd pul məbləğinin alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, satılmış malın (görülmüş işin, göstərilmiş xidmətin) adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir.
2.6. NKA-dan istifadə edilməsi müvəqqəti olaraq (nasazlıq aradan qaldırılana və ya elektrik enerjisi ilə təchizat bərpa edilənə qədər) dayandırıldığı müddətdə vergi ödəyicisinin fəaliyyət göstərdiyi obyektə daxil olan malların qeydiyyatı bu Qaydanın 1 nömrəli əlavəsində verilmiş форма цзря “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda vergi ödəyicisi tərəfindən aparılır.
2.7. Obyektə daxil olmuş malların qeydiyyatını “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda aparan zaman, hər bir mal göndərəndən alınmış mal-material dəyərliləri satış sənədinə (qaimə-faktura və s.) uyğun olaraq, kitabda hər bir malın adı ayrıca sətrdə yazılmaqla uçota alınır. Bu zaman, qeydiyyatın aparıldığı sətrdə malın alındığı tarix, vaxt (saat, dəqiqə), NKA-nın işləməməsinin səbəbi, alınmış malın adı, ölçü vahidi, bir vahidinin qiyməti, sayı (miqdarı) və dəyəri (manat, qəpik) mütləq göstərilir.
2.8. NKA-nın təmirinin başa çatması və aparatın vergi ödəyicisinə təhvil verilməsinə dair Servis Texniki Xidmət Mərkəzinin nümayəndəsi tərəfindən bu Qaydanın 2 nömrəli əlavəsində verilmiş форма цзря “Nəzarət-kassa aparatına texniki xidmət kitabı”nda müvafiq qeydlər aparıldıqdan və ya elektrik enerjisi ilə təchizat bərpa edildikdən dərhal sonra, vergi ödəyicisi tərəfindən “Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda uçota alınmış nagd pul vəsaitlərinin məbləği malların çeşidi (görülmüş işlərin, göstərilmiş xidmətlərin növü) üzrə toplanaraq çeşidlər (növlər) üzrə cəmi məbləğ, habelə həmin kitabda uçota alınmış mal-material dəyərliləri ayrı-ayrılıqda hər bir mal çeşidi üzrə NKA-nın yaddaşına bərpa edilir.
“Nəzarət-kassa aparatının işləmədiyi dövrdə aparılan əməliyyatların uçotu kitabı”nda kitabdan istifadənin başa çatma tarixi və vaxtı qeyd olunan sətrdə müvafiq “dəyəri” sütunlarında NKA-ya bərpa edilən yekun məbləğlər göstərilir. Bu zaman bərpa çeklərinin kitabın qeyd sütununda yapışdırılması təmin edilir.
Eyni zamanda, təmir olunmuş NKA vergi ödəyicisinə təhvil verildikdən sonra vergi ödəyicisinin verdiyi məlumata əsasən, vergi orqanının aidiyyəti əməkdaşı tərəfindən NKA yenidən plomblanır və bu barədə nəzarət-kassa aparatının plomblanmasına dair akt tərtib edilir.
geriyə
|