Naxçıvan   MR  Vergilər   Nazirinə,

Bakı şəhəri Vergilər Departamentinin və Ərazi Vergilər İdarələrinin rəhbərlərinə

Vergi Məcəlləsinin 33.7-ci maddəsinə əsasən iri vergi ödəyiciləri və xüsusi vergi rejimli müsssisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən qaydada mərkəzləşdirilmiş uçota alınırlar. Məcəllənin 86.0.2-ci maddəsinə əsasən vergilər, vergi ödəyicisinin uçotda olduğu yer üzrə ödənilir.

Vergi Məcəlləsinə əsasən əmlak vergisinə cəlb edilən vergitutma obyektəri olan müəssisələr əmlak vergisinin, mülkiyyətində və ya istifadəsində torpaq sahəsi olan müəssisələr isə torpaq vergisinin ödəyiciləridir. Müəssisələr əmlak vergisi bəyannaməsini hesabat ilindən sonrakı ilin aprel ayının 1-dək, torpaq vergisi bəyannaməsini isə hər il üçün may ayının 15-dək vergi orqanlarına təqdim edirlər.

Göstərilənlərə əsasən Vergilər Nazirliyi yanında iri vergi ödəyiciləri ilə iş üzrə Departamentdə uçotda olan vergi ödəyicilərinin respublikanın ayrı-ayrı ərazilərində yerləşən və vergi ödəyicisi kimi uçota alınmamış strukturları torpaq və əmlak vergisinin ödəyiciləri deyildir. Bu təşkilatların mülkiyyətində və ya islifadəsində olan torpaq sahəsi, habelə əmlakı üçün vergilər onların tabe olduqları yuxarı təşkilat tərəfindən hesablanaraq, mərkəzləşdirilmiş qaydada ödənilir.

Lakin Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri ilə iş üzrə Departamentdən daxil olmuş məlumata əsasən bir sıra yerli vergi orqanları tərəfindən İri vergi ödəyiciləri ilə iş üzrə Departamentdə mərkəzləşdirilmiş uçotda olan vergi ödəyicilərinin yerlərdə olan strukturlarından torpaq və əmlak vergisinin yerli xəzinədarlıq orqanlarının hesablarına Ödənilməsi tələb edilir.

Bununla əlaqədar olaraq və vergi ödəyicilərinin hüquqlarının və qanuni mənafelərinin gözlənilməsinin təmin edilməsi məqsədi ilə İqtisadi təhlil və uçolun təşkili İdarəsi, Vergilər Nazirliyi yanında İri vergi ödəyiciləri ilə iş üzrə Departamentdə uçotda olan vergi ödəyicilərinin yerlərdəki struklurlarından torpaq və əmlak vergisinin yerli xəzinədarlıq orqanlarının hesablarına Ödənilməsı barədə tələblərə yol verilməməsini, vergilərin ödənilməsi barədə tələblərin Vergi Məcəlləsinin müddəalarına tam uyğun şəkildə aparılmasını Sizə tapşırır.

İdarə rəisi,

baş vergi xidməti müşaviri                      Ş. Mustafayev