|
13/13-25/810-765
15 mart 2002-ci il
Naxçıvan MR Vergilәr Nazirliyi, İri vergi ödәyijilәri
vә xüsusi vergi recimli müәssisәlәr ilә
iş üzrә Departamentinin, Bakı şәhәri
üzrә Baş Vergilәr İdarәsinin, Vergilәr
Nazirliyinin әrazi Vergilәr İdarәlәrinin rәislәrinә
Vergilәr Nazirliyinin 12 aprel 2001-ci il tarixli A-56 saylı
vә 05 fevral 2002-ci il tarixli A-35 saylı әmrlәrinin
ijrası ilә әlaqәdar İqtisadi tәhlil vә
uçotun tәşkili İdarәsi tәrәfindәn
aparılmış araşdırmalar zamanı aşağıdakılar
müәyyәn olunmuşdur:
Vergi ödәyijisi kimi dövlәt reyestrindә qeydiyyatda
olmayan lakin, kompüter-texniki imkanlardan istifadә edәrәk
vә yaxud mәtbәәlәrә saxta ƏDV ödәyijisinin
qeydiyyat bildirişini tәqdim edәrәk vergi hesab fakturası
әldә etmiş daha 10 müәssisә (siyahıya
әlavә olunur) aşkar edilmişdir.
Qeyd olunanları nәzәrә alaraq, bu müәssisәlәrin
tәqdim etdiklәri hesab fakturalar әsasında vergi ödәyijilәri
tәrәfindәn aparılmış әvәzlәşmәlәri
lәğv edib, hәmin mәblәğin büdjәyә
alınması üçün qanunamüvafiq tәdbirlәrin
görülmәsini vә görülmüş tәdbirlәr
barәdә mütәmadi olaraq idarәyә mәlumat
verilmәsini tәmin edәsiniz.
Bundan başqa bildirilir ki, gәlәjәkdә ƏDV
ödәyijilәri tәrәfindәn bәyannamә
tәqdim edilәrkәn әlavә mәlumatda qeyd olunan
müәssisәlәr tәrәfindәn tәqdim
edilmiş vergi hesab fakturalar әsasında әvәzlәşmә
aparılarsa, bu әvәzlәşmәlәr әlavә
dәyәr vergisinin hesabalanmasında nәzәrә
alınmamalıdır.
Qoşma: 1 vәrәqәdә
İdarә rәisi,
kiçik vergi xidmәti müşaviri
Ş.Mustafayev
Vergilәr Nazirliyinin 15 mart 2001-ci il tarixli 13/13-25/810-765
saylı mәktubuna әlavә
| Sıra №-si |
Müәssisәnin adı |
VÖEN (saxta) |
Vergi hesab fakturasının seriya vә
nömrәsi |
| 1 |
Hüquqi inşaatçı |
580000352 |
|
| 2 |
Hüquqi 3 saylı TTTM |
950000626 |
|
| 3 |
«Korifey» MMM |
170003209 |
|
| 4 |
«Bәxtәvәr» firması |
160038598 |
|
| 5 |
Smart Rek |
19001756 |
|
| 6 |
«Kamran-V» müstәqil çoxsahәli
KM |
310009842 |
BC 068101-068200 |
| 7 |
Res LTD firması |
140015354 |
|
| 8 |
Qәdir firması |
990001975 |
|
| 9 |
Korroziya kooperativi |
140011896 |
|
| 10 |
İnşaatçı |
900017804 |
|
|