|
13/13-25/775-5997
13 noyabr 2001-ci il
Naxçıvan MR Vergilәr Nazirliyi, İri vergi ödәyijilәri
vә xüsusi vergi recimli müәssisәlәr ilә
iş üzrә Departamentinin, Bakı şәhәri
üzrә Baş Vergilәr İdarәsinin, Vergilәr
Nazirliyinin әrazi Vergilәr İdarәlәrinin rәislәrinә
İqtisadi tәhlil vә uçotun tәşkili İdarәsi
bildirir ki, tәrәfimizdәn aparılan araşdırmalar
zamanı müәyyәn edilmişdir ki, әlavә
olunmuş siyahıda göstәrilәn «İstehsalat
texnoloci komplektlәşdirmә idarәsi» vergi ödәyijisi
kimi qeydiyyata durmamış, saxta yolla mәtbәәdәn
vergi hesab fakturaları almış, digәr 3 müәssisә
ilә kompüter-texniki imkanlardan istifadә edәrәk
vergi hesab fakturası çap etmәklә saxtakarlığa
yol vermişlәr. Mәktuba әlavә olunan mәlumatları
göndәrәrәk Sizә tapşırılır
ki, bu müәssisәlәrin tәqdim etdiklәri hesab
fakturalar әsasında digәr vergi ödәyijilәri
tәrәfindәn aparılmış әvәzlәşmәlәri
lәğv edib, әvәzlәşmәni aparan vergi
ödәyijisinin büdjәyә hesablanmış ƏDV-nin
mәblәğini dәqiqlәşdirәsiniz, hәmin
mәblәğin alınması üçün qanunamüvafiq
tәdbirlәrin görülmәsini vә görülmüş
tәdbirlәr barәdә mütәmadi olaraq idarәyә
mәlumat verilmәsini tәmin edәsiniz.
Bundan başqa bildirilir ki, gәlәjәkdә ƏDV
ödәyijilәri tәrәfindәn bәyannamә
tәqdim edilәrkәn әlavәdә qeyd olunan müәssisәlәr
tәrәfindәn tәqdim edilmiş hesab fakturalar әsasında
әvәzlәşmә aparılarsa, bu әvәzlәşmәlәr
әlavә dәyәr vergisinin hesabalanmasında nәzәrә
alınmamalıdır.
Qoşma: 1 vәrәqәdә
İdarә rәisi
Ş.Mustafayev
Vergilәr Nazirliyinin 13 sentyabr 2001-ci il tarixli 13/13-25/775-5997
saylı mәktubuna әlavә
| Sıra -si |
Müәssisәnin adı |
VÖEN (saxta) |
Vergi hesab fakturasının seriya vә nömrәsi |
| 1 |
Armator firması |
130003503 |
|
| 2 |
Xәzәr firması |
200063751 |
|
| 3 |
İstehsalat texnoloci komplektlәşdirmә
idarәsi |
210004059 |
BX 022666-022715 |
| 4 |
Azәrneft yağ |
180012045 |
|
|