13/13-25/347-2949
27 iyun 2001-ci il

Naxçıvan MR Vergilәr Nazirliyinә, Bakı şәhәri üzrә Baş Vergilәr İdarәsinin, şәhәr vә rayonlar üzrә Vergilәr İdarәlәrinin (şöbәlәrinin) rәislәrinә


Vergi hesab fakturaların tәtbiqi vәziyyәtinin tәhlili göstәrir ki. vergi orqanları tәrәfindәn ƏDV  bәyannamәlәri, elәjә dә alınmış mallara (işlәrә, xidmәtlәrә) görә әldә edilmiş vergi hesab fakturaları vә onu әvәz edәn digәr sәnәdlәr barәdә vergi ödәyijilәri tәrәfindәn ƏDV  bәyannamәlәri düzgün tәrtib edilmir, ƏDV  üzrә aparılan әvәzlәşdirmәlәr nәzarәtdәn kәnarda qalır.
Göstәrilәnlәri nәzәrә alaraq, bildiririk ki, Azәrbaycan Respublikasının Vergi Mәjәllәsinә vә Maliyyә Nazirliyi tәrәfindәn tәsdiq edilmiş «Vergi hesab-fakturasının tәtbiqi qaydaları»na әsasәn vergi ödәyijisi malın (işin, xidmәtin) alıjısına (sifarişçiyә) vergi hesab-fakturasını mal göndәrilәndәn (iş görülәndәn, xidmәt göstәrilәndәn) vә ya ödәmә әvvәl hәyata keçirilmişdirsә, ödәmәdәn sonrakı 5 gün әrzindә tәqdim etmәlidir. Vergi hesab-fakturasının alıjıya    (sifarişçiyә) tәqdim edildiyi tarix isә hәmin vergi hesab-fakturasının verilmә tarixi sayılır vә bu tarix  vergi hesab-fakturasında göstәrilir.
Hesabat dövrü әrzindә әvәzlәşdirilәn ƏDV-nin mәblәği vergi ödәyijisi tәrәfindәn alınmış vergi hesab-fakturaları üzrә ödәnilmәli olan (ödәnilmiş) vergi mәblәğindә müәyyәnlәşdirilmәlidir.
Bununla әlaqәdar bildiririk ki, ƏDV  bәyannamәlәrinin 5, 5.1 vә 6-jı sәtrlәri yalnız hәmin hesabat dövrünә aid tarixlә vә aşağıdakı әmәliyyatlara görә әldә edilmiş vergi hesab-fakturaları (vә ya onu әvәz edәn sәnәdlәr) әsasında doldurulmalıdır:
-  hәmin hesabat dövründә alınmış mallara (işlәrә, xidmәtlәrә) görә;
-  alınajaq mallar (işlәr, xidmәtlәr) üçün hәmin hesabat dövründә ödәnilmiş
   vәsaitә görә.
Əvvәlki dövrlәrdә alınmış mallara (işlәrә, xidmәtlәrә) vә ya ödәnilmiş vәsaitә görә jari hesabat dövrünә aid tarixlә әldә edilmiş vergi hesab fakturaları (vә ya onu әvәz edәn sәnәdlәr) üzrә әvәzlәşdirmәlәr isә vergi tutulan dövriyyәnin dәqiqlәşdirilmәsi qaydalarına müvafiq aparılmalıdır. Hәmin әmәliyyatlar üzrә әvәzlәşdirilmәli olan verginin mәblәği jari hesabat dövrünün ƏDV bәyannamәsinin 7.2-ci sәtrindә әks etdirilmәlidir.
Göstәrilәnlәr mәlumat vә nәzarәt üçün bildirilәrәk  onların ƏDV  ödәyijilәrinә rәsmi qaydada çatdırılması Sizә tapşırılır.


İqtisadi tәhlil vә uçotun    
tәşkili İdarәsinin rәisi                                                                       Ş.Mustafayev