14/14-25/510-4
23 avqust 2001-ci il
Naxçıvan MR Vergilәr Nazirliyinin, idarәsinin,
şәhәrlәr (rayonlar) üzrә Vergilәr idarәlәrinin
(şöbәlәrinin) rәhbәrlәrinә
Azәrbaycan Respublikası Nazirlәr Kabinetinin 28 dekabr 1995-ci
il tarixli 266 saylı «Azәrbaycan Respublikasının
әrazisindә nәzarәt-kassa aparatlarının tәtbiq
olunması haqqında» vә digәr aidiyyәti qәrarlarının
icrası ilә әlaqәdar aşağıdakıları
icra vә rәhbәrlik üçün bildiririk:
Nәzarәt-kassa aparatlarından istifadә edәn hüquqi
vә fiziki şәxslәr nәzarәt-kassa aparatlarını
vergi orqanlarında qeydiyyatdan keçirmәk üçün
әrazi üzrә vergilәr idarәsinә (şöbәsinә)
müәyyәn olunmuş formada әrizә ilә müraciәt
etmәlidir. Ərizәyә NKA-nın pasportu vә STXM
tәrәfindәn nәzarәt-kassa aparatlarının
quraşdırılma aktı әlavә edilmәlidir.
5-gün әrzindә rayon (şәhәr) üzrә
Vergilәr idarәsi (şöbәsi) tәrәfindәn
әrizәdә göstәrilәn ünvana nümayәndә
göndәrilmәli, hәmin obyektdә nәzarәt-kassa
aparatlarının faktiki quraşdırıldığı,
әrizәdә göstәrilәn mәlumatların
düzgünlüyü, aparatın üzәrindә
vurulmuş, pasportunda göstәrilmiş, habelә çap
olunan çekdә yazılan istehsal nömrәlәrinin
uyğunluğu, zәdәlәnmәmiş plombun mövcudluğu
vә hüquqi vә ya fiziki şәxsin bütün
rekvizitlәrinin, hәmçinin obyektin yerlәşdiyi
ünvanın NKA-nın yaddaşına verildiyi vә çekdә
әks etdirildiyi yoxlanılmalıdır. Mәlumatlar tәsdiq
edildikdәn sonra aparat uçota götürülәrәk,
әrizәçiyә Qeydiyyat vәrәqәsi verilmәlidir.
Eyni zamanda nәzarәt-kassa aparatının pasportunun
üzәrindә «_________ rayonu (şәhәri)
üzrә Vergilәr idarәsindә (şöbәsindә)
qeydә alınmışdır» sözlәri vә
sayğacın göstәricisi yazılmalı, tarix vә
imza qoyulmaqla idarәnin (şöbәnin) möhürü
ilә tәsdiq edilәrәk obyektin nümayәndәsinә
qaytarılmalıdır.
Nәzarәt-kassa aparatlarının tәtbiqinә başlanılmazdan
әvvәl obyektdә faktiki mal qalığı çıxarılmalı,
mallar çeşid vә növünә uyğun olaraq
onların adı, miqdarı vә satış qiymәti
göstәrilmәklә nәzarәt-kassa aparatının
yaddaşına daxil edilmәlidir.
İctimai iaşә obyektlәrindә istifadә edilәn
nәzarәt-kassa aparatlarının yaddaşına eyni
qayda ilә orada emal edilmәdәn satılan bütün
mallar daxil edilmәlidir. Emal edilәrәk satılan mәhsulların
müdiriyyәt tәrәfindәn tәsdiq edilmiş
preyskurantı olmalıdır. Sifarişçiyә verilәn
çekdә mәhsulun adı, miqdarı vә preyskurant
qiymәti әks olunmalıdır. Bunun üçün
nәzarәt-kassa aparatının yaddaşına mәhsulun
adı vә preyskurant qiymәti daxil edilmәlidir.
Valyuta dәyişmә mәntәqәlәrindә
nәzarәt-kassa aparatının yaddaşına bank
tәrәfindәn mübadilә üçün verilmiş
valyutaların növlәri, hәr növ üzrә
miqdarı vә müvafiq zaman üçün müәyyәn
olunmuş dәyişmә mәzәnnәsi daxil edilmәlidir.
Hәr iş gününün sonunda nәzarәt-kassa
apartından Z-hesabatı (maliyyә hesabatı) vә PLU-hesabatı
(әmtәәnin sayı ilә satışının
hesabatı), hәr tәqvim ayının 1-nә mal qalığı
hesabatı vә aylıq Z-hesabatı alınmalıdır.
Bu hesabatlar vә kassa apartının nәzarәt lenti
ilkin mühasibat sәnәdi olmaqla bu sәnәdlәrin
saxlanılması qaydalarına müvafiq olaraq obyektdә
saxlanılmalıdır. Saxlanılan lentlәr hissәlәrә
ayrılmadan bütöv şәkildә olmalıdır.
Hәr hansı bir obyektdә onun ümumi sahәsinә
görә nәzarәt-kassa aparatlarından istifadә
olunmalıdırsa, orada fәaliyyәt göstәrәn
bütün icarәdarlar tutduqları sahәdәn asılı
olmayaraq nәzarәt-kassa aparatlarından istifadә etmәlidirlәr.
Qeydiyyata alınmış vә istismarına başlanmış
NKA olan hәr bir obyektdә qaytanlanmış, sәhifәlәri
nömrәlәnmiş vә müvafiq vergi orqanı
tәrәfindәn möhürlәnmiş «NKA-nın
işlәmәdiyi dövrdә aparılan әmәliyyatların
uçotu» vә «NKA-ya texniki xidmәt» kitablarının
olması rayon (şәhәr) üzrә Vergilәr
idarәsi (şöbәsi) tәrәfindәn tәmin
edilmәlidir.
Operativ nәzarәt idarәsinin
rәis әvәzi
S. Hәşimov
|